Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6274/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin, reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əziz ağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh və vəkili X17 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)1469/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Hil rayon (indiki Qusar rayonu) Xalq Məhkəməsinin hakimi tərəfindən təsdiq edilmiş 17 oktyabr 1933-cü il tarixli alqı-satqı aktı ilə ünvan 1 ünvan 2 küçəsində yerləşən ev xxx, xxx və xxx tərəfindən satın alınmışdır. xxx və xxxər-arvad, xxxisə xxxnın əvvəlki nikahdan övladıdır. xxx X15 xxx və xxxnın oğludur. X1 xxx oğlunun, Cavabdeh isə xxx oğlunun övladıdırlar. Mübahisəli daşınmaz əmlakla bağlı iş materiallarında müxtəlif sənədlər mövcuddur: - Qusar rayon ZDS İcraiyyə Komitəsinin 24 avqust 1973-cü il tarixli, 218 saylı qərarı ilə ünvan 1, 35 nömrəli evin təmiri üçün xxxova 300 rubl ssuda verilmişdir. - 05 sentyabr 1973-cü il tarixli, 385 saylı torpaq qeydində ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin istifadəçisi kimi X14 qeyd edilmişdir. - ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş dekabr 1983-cü il tarixli texniki pasportunda evin sahibinin 359 saylı xxxolması qeyd olunmuşdur. xxx X18 rayon Dövlət Notariat Kontoruna 18 dekabr 1973-cü il tarixdə ərizə verərək, 30 dekabr 1958-ci il tarixdə atası X4 09 iyul 1961-ci il tarixdə anası X7 vəfat etdiyini bildirmiş və ünvan 1ndəki 35 nömrəli ünvanda yerləşən evin adına rəsmiləşdirilməsini xahiş etmişdir. 21 dekabr 1973-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 30 dekabr 1958-ci il tarixdə vəfat etmiş X3 irs qalmış əmlaka onun oğlu xxx oğlu vərəsə kimi tanınmışdır. Vərəsəlik üzrə əmlak ünvan 2küçəsindəki 35 nömrəli, 424 kv.m torpaq sahəsində yerləşmiş 3 otaqlı yaşayış sahəsi 57 kv.m olan evdir. Notarial qaydada təsdiq olunmuş Ev bağışlamaq haqqında 29 dekabr 1973-cü il tarixli müqavilə ilə xxx X18 şəhəri, ünvan 3 saylı ünvanda yerləşən evi X5 bağışlamışdır. X8 07 mart 1982-ci il tarixdə, xxx oğlu 16 fevral 1988-ci il tarixdə ölmüşlər. ünvan 4 ünvanda yerləşən 0,0424 ha torpaq sahəsi və fərdi yaşayış ev üzərində xxx oğlunun xüsusi mülkiyyət hüququ 16 iyul 2018-ci il tarixdə daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 19 dekabr 2018-ci il tarixli şəhadətnamə ilə 16 fevral 1988-ci il tarixdə ölmüş xxx oğlunun vərəsəsi Cavabdeh tanınmış və miras əmlak kimi ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0,0424 ha olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi göstərilmişdir. Mübahisələndirilən evdə X2 və ailə üzvlərinin faktiki istifadəsində olmuş və hazırda həmin evdə X12 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Qusar rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli yaş ayış evinə dair miras qoyan Əxxxdan qanuni vərəsə xxx oğlunun adına Qusar rayon Notariat Kontorunun 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair xxx oğlunun adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1949-cu ildə həmin ev də anadan olmuş, nənəsi xxxnın 1958-ci ildə, sonuncunun əri Əxxxun 1955-ci ildə vəfatlarından sonra, mübahisəli evdə iddiaçının atası X8 və xxx oğlu birlikdə yaşamış, 1966-cı ildə xxx X18 şəhəri, ünvan 2 ünvanda öz adına yaşayış evi tikdirmiş və həmin ildə də ailəsi ilə birlikdə mübahisəli evdən köçmüşdür. Mübahisəli evdə iddiaçının atası xxxovun ailəsi qalıb yaşamışdır. xxxvə xxx xxx evlə bağlı mübahisəni həll etmək məqsədi ilə Qusar kommunal təsərrüfat şöbəsinin 1973-cü ildə 93 nömrəli arayışı və 24 dekabr 1973-cü il tarixli, 401 nömrəli torpaq qeydinə əsasən mübahisəli ev atasından irs qalmış əmlak kimi xxx oğlunun adına qeyd edilməklə, Qusar rayon Notariat Kontorunda 29 dekabr 1973-cü il tarixdə təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən xxx xxx tərəfindən xxxova bağışlanmışdır. X2 0 7 mart 1982-ci ildə ölümündən sonra mübahisəli evdə iddiaçının anası X6, iddiaçı və digər bacı-qardaşları qalıb yaşamışlar. xxx 07 fevral 2001-ci il tarixdə vəfat etmiş və ev iddiaçının və qardaşı X9 istifadəsində olmuşdur. Cavabdeh atasından miras qalmış ünvan 5 ünvanında yaşayır. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ünvan 2 (əvvəlki xxx) küçəsi, 35 nömrəli yaşayış evini öz adına keçirmişdir. Mübahisəli ev şərikli qaydada iddiaçının atası xxxov, onun anası xxx və sonuncunun əri Əxxx tərəfindən 1933-cü ildə alındığı üçün, evdə nənəsi xxx məxsus olmuş ⅓ hissəsinə onun ölümündən sonra vərəsəlik açılmış, mirası birinci dərəcədə vərəsə kimi atası xxxqəbul etmiş, bununla da mübahisəli evdə atası Əlinin payı ⅔ (⅓+⅓=⅔) hissə olmuşdur. 29 dekabr 1973-cü il tarixdə notariatda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mübahisəli evdə Əxxxa məxsus olmuş payı onun birinci dərəcədə vərəsəsi olan oğlu xxx oğlu tərəfindən atası xxxova bağışlanmışdır. Beləliklə, həmin müqavilədən sonra mübahisəli ev bütövlükdə iddiaçının atası X2 mülkiyyətinə, sonuncunun ölümündən sonra isə iddiaçının sərəncamına keçmişdir. Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)-94/2021 nömrəli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) iddia tələbi təmin edilmiş, Qusar rayon Notariat Kontoru tərəfindən xxx oğlunun adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair xxx oğlunun adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi **** ****** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 141.1, 141.2, 141.3, 1151.1, 1151.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Əxxxun mirasına dair vərəsəlik müəyyən olunarkən və xxx xxxun adına yuxarıda göstərilən 21 dekabr 1973-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın miras kütləsinin dairəsi düzgün müəyyən olunmamış, adına torpaq qeydi verilmiş xxxxxxun miras qoyan Əxxxla eyni şəxs olması müəyyən edilməmiş, o cümlədən torpaq qeydinin miras q oyanın ölümündən uzun müddət sonra verilməsi araşdırılmamış, mübahisəli evdə iddiaçının atası xxxovun, o cümlədən sonuncunun anası xxxnın da paylarının olması nəzərə alınmamışdır. Bu, isə iddiaçının atasının həmin evə dair əmlak hüququnun, özünün isə vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz olduğundan və iddiaçının qanuni mənafeyinin pozulmasına səbəb olduğundan həmin şəhadətnamə etibarsız hesab edilməlidir. Həmin şəhadətnamə əsasında xxx xxxun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassız və qanunsuz olmuş, iddiaçının atasının əmlak hüquqlarının, özünün isə vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də, həmin qeydiyyata dair xxx xxxun adına tərtib edilmiş 16 iyul 2018-ci i l tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 09 iyul 2018-ci il tarixli texniki pasport da etibarsız hesab edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)-94/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apell yasiya şikayətləri qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(029)94/2021 nömrəli qətnaməsi qismən - Qusar rayon Notariat Kontoru tərəfindən xxx oğlunun adına verilmiş 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, bu hissələrdə yeni qətnamə qəbul edilərək, həmin hissələrdə iddia təmin olunmamış, qalan hissədə, yəni ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair xxx oğlunun adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş fərdi yaşayış evinin hüquqi müqəddəratı iş üzrə cavabdehin atası xxx xxx və iddiaçının atası xxxtərəfindən 29 dekabr 1973-cü il tarixində həll edilmiş, ev xxxovun sahibliyinə və istifadəsinə verilmişdir. Bununla da, qeyd edilən yaşayış evinə dair xxx xxxun heç bir hüququ qalmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ondan sonra evin tədiyyə ödəyicisi xxxolmuş, evin təmiri üçün ssuda da ona ayrılmışdır. Mübahisəli fərdi yaşayış evinin işə əlavə edilmiş, 09.07.2018-ci ildə tərtib edilmiş texniki pasportundan belə məlum olur ki, həmin ev 1984-cü ildə inşa edilmiş dir. Başqa sözlə, qeyd edilən fərdi yaşayış evi yenidən tikilmiş və yaxud əsaslı şəkildə yenidən qurulmuşdur. Bu işlərin isə iş materialların əlavə edilmiş çoxsaylı sənədlərə əsasən xxxvə onun övladları tərəfindən görülməsi şübhə doğurmur. İşin tədqiq olunan faktiki hallarından o da məlum olur ki, mübahisəli evə xxxova notarial qaydada bağışlansa da, onun sahibliyinə və istifadəsinə verilsə də nə o, nə də onun vərəsələri həmin evə dair hüquqlarını rəsmi reyestrdə qeydə aldırmamışlar. Bu səbəbdən də cavabdeh 1973-cü il tarixli vərəsəlik şəhadətnaməsindən istifadə etməklə artıq hüquqi müqəddəratı 29 dekabr 1973-cü ildə həll edilmiş, yəni artıq başqasının əmlakı olan həmin evə dair mərhum atasının mülkiyyət hüququnun rəsmi reyestrdə qeydə alınmasına nail olmuşdur. Apellyasiya instansiyası məh kəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, Mülki Məcəllənin 16, 560.3.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, hazırki halda, cavabdehin 1973-cü il tarixli vərəsəlik şəhadətnaməsindən sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi həmçinin 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73, 77, 82-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, iddiaçı 21 dekabr 1973-cü il tarixdə tərtib edilmiş 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir, halbuki o, bu barədə iddianı qaldırmaq üçün qanunla nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür, bu is ə həmin iddianın rədd edilməsi üçün əsasdır. İşə baxan birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin edərkən bu hala düzgün qiymət verməmiş, mübahisənin həlli üçün tətbiq edilməli normanı tətbiq etməmiş, bununla da 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə həmin hissədə ləğv edilməli, iddia müddəti ötürüldüyü üçün 21 dekabr 1973-cü il tarixli, 17/6303 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə iddia təmin edilməməlidir. Eləcə də, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış evinə dair tərtib edilmiş reyestr nömrəsi **********60-10301 olan 09 iyul 2018-ci il tarixli, inventar nömrəsi 2089 olan texniki pasportun etibarsız hesab edilməsi tələbi də təmin edilə bilməz. Belə ki, qeyd olunan texniki pasport hüquq müəyyənedici sənəd deyildir və texniki sənəd kimi onunla bağlı rəsmi reyestrdə qeydiyyat aparılmamışdır. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmiş, heç bir ehtiyac olmadığı halda hüquqi əhəmiyyət daşımayan texniki sənədin etibarsızlığı nəticəsinə gəlmişdir. Buna görə də qətnamə həmin hissədə də ləğv edilməli, o hissədə yeni qətnamə qəbul edilib iddia təmin edilməməlidir. İddianın DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvandakı 0,0424 ha torpaq sahəsində yerləşən yaşayış evinə dair xxx oğlunun adına verilmiş qeydiyyat tarixi 16 iyul 2018-ci il, qeydiyyat nömrəsi ********** olan RX ******* saylı hüquqların döv lət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, 21 dekabr 1973-cü il tarixdə Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən mübahisəli ev bütövlükdə Əxxxun miras kütləsinə daxil edilməklə xxx xxxun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 dekabr 1973-cü il tarixdə isə X25 Abdurahmanov arasında bağışlama müqaviləsi bağlanmaqla həmin ev sonuncuya bağışlanmışdır. Məhkəmə hüquq münasibətinin yarandığı 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 10, 87, 126-cı maddələrinə istinad etməklə göstərmişdir ki, cavabdehin atası fərdi yaşayış evinə dair hələ 29 dekabr 1973-cü ildə sərəncam vermiş, onu özgəninkiləşdirmiş, həmin vaxtdan da qeyd edilən ev ə dair hüquqlar xxxa keçmişdir. Yəni həmin ev ona məxsus miras əmlak hesab edilə bilməzdi. 16 iyul 2018-ci il tarixli reyestrdən çıxarış həm keçmiş, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyə ziddir, artıq miras kütləsinə daxil olmayan əmlaka dair yenidən vərəsənin adına mülkiyyət hüququnun qeydə alınması yolverilməzdir. Buna görə də, mübahisəli evə dair reyestrdən çıxarışın etibarsızlığı hissəsində qətnamə qanunidir və onun bu hissədə ləğv edilməsi üçün məhkəmə heç bir əsas görməmişdir. Cavabdehin apellyasiya şikayətində bağışlama müqaviləsinin saxta olması barədə dəlilinə hüquqi qiymət verən apellyasiya göstərmişdir ki, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edilməmişdir. Digər tərəfdən həmin müqavilə ayrıca məhkəmə qaydasında mübahisələndirilməmiş və qüvv ədədir. Ən əsası isə 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə həmin müqavilənin mübahisələndirilməsi üçün tələb edilən iddia müddəti də buraxılmışdır. Mübahisənin bu hissədə inzibati icraat qaydasında həll olunması barədə cavabdehin dəlili əsassızdır, çünki qeyd edilən reyestrdən çıxarış məhz mülki hüquqi əqdə, yəni 21 dekabr 1973-cü il tarixli vərəsəlik haqqında şəhadətnaməyə əsasən tərtib edilmiş və inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətlə bağlılığı yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi mülkiyyət hüququnun bərpası ilə əlaqədar olduğundan, apellyasiya məhkəməsinin iddia müddətinin tətbiqinə dair mövqeyi əsaslı olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmiş, o iddia predmetini təşkil edən şəhadətnamənin, texniki pasportun və çıxarışın mövcudluğundan iddia sürülməmişdən az öncə bilmişdir. Həmçinin məhkəmə iddia tələbini texniki pasportun etibarsız hesab edilməsi hissəsində rədd edərkən, hər hansı maddi hüquq normasına istinad etməmişdir. Halbuki, tex niki sənəd hüquq müəyyənedici sənəd hesab olunur. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, miras əmlaka dair iddiaçının hüququnun olmasını təsdiq edən hər hansı hüquqi sənəd iş materiallarına əlavə olunmamışdır. Miras əmlaka dair hüquqlar yalnız cavabdehin babasının adına qeydə alınmış, sonra həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında çıxarış verilmişdir. Nə iddiaçı, nə də ki, atası mirası qəbul etmək üçün notariat orqanına müraciət etməmiş və bununla bağlı mübahisə açmamışdır. İddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ olmamışdır. Həmçinin iddiaçının istinad etdiyi bağışlama müqaviləsindəki imza cavabdehin atasına məxsus olmasının müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməmiş və bununla prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə cavabdehin atasına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni qanuni, həmin şəhadətnamə əsasında verilmiş çıxarışı etibarsız hesab etməklə ziddiyyətli nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclas ında İddiaçı və vəkili Vəkil iddiaçının kassasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdehin kassasiya şikayətinə isə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və vəkili X23 cavabdehin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini, iddiaçının kassasiya şikayətinə isə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər Qusar rayon Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi nüm ayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən qarşılıqlı olaraq mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə o lan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (dövlət təşkilatlarında isə əmlakı əməli surətdə idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi v axtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onl ar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hü ququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmək lə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandı rır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən iş üzrə müəyyən etdiyi faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki olaraq mübahisələndirilən evdə yaşaması işin mübahisəs iz halı olduğundan və o, həmin evin atasına bağışlanmasını iddia etdiyindən cavabdehin evə olan vərəsəlik hüquqlarını mübahisələndirməyə subyektiv hüququ olmuşdur. Cavabdehin kassasiya şikayətinin digər dəlili bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi 29 dekabr 1973-cü il tarixli müqavilə Dövlət Notariat Arxivi tərəfindən təqdim olunmuşdur. Apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutları, o cümlədən qeyd olunan müqaviləni məcmu halında qiymətləndirərək, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.xxxun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi, habelə cavabdehin adına tərtib edilmiş texniki pasportun etibarsızlığı üçün əsasların olmaması ilə bağlı apellyasiya məhkəməsinin əsaslandırılması ilə tam razılaşır və əlavə dəyərləndirmə aparılmasın a zərurət bilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayı t Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(105)-1469/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6274/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6274/2021
27.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver