Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-628/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, aktın qəbuluna əsas olan halları sübut etmək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1113/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) təbii qazla təchiz edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin ünvana Birlik tərəfindən **********08660 nömrəli abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cava bdehin təbii qazdan qeyri-qanuni istifadə halları barədə aktlar tərtib edilmiş, foto çəkilişlər aparılmışdır. Cavabdehin abunə hesabına xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 241,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 249 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.201 8-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat - cəmi 3073 manat ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istif adəyə görə hesablanmış 3073 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 3103 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının işçiləri tərəfindən bu faktlar aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən tərtib edilmiş aktları cavabdeh imzalamaqdan imtina etmişdir. İstehlakçının qaz təchizatının qanunvericlikdə nəzərdə tutulmuş qaydada dəfələrlə dayandırılmasına baxmayaraq, o, təbii qazın talanm asına yönələn qanunsuz hərəkətlərini davam etdirmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4189/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadiqov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmamasını iddia tələbinin sübuta yetirilməməsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-1113/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abasov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehdən xx xxxxxx 2018-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 863,40 manat məbləğində dəymiş ziyanın tutularaq iddiaçı Birliyə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaların”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilm əlidir. Hazirki iş üzrə isə ilk dəfə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* №li aktdan sonra qazpaylayıcı tərəfindən cavabdehin qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməsi bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki, “Qazdan istifadə Qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda, bunu etməmişdir. Bu baxımdan Məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş digər aktlar əsasında hesa blanmış cərimələr əsassızdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, cavabdehin təbii qazdan qeyriqanuni istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2018-ci il) sonuncu akt (xx.xx.2019-cu il) arasında 1 il 6 ay vaxt keçmişdir. Həmin müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi inandırıcı görünmür. Bu baxımdan xx.xx.2018-ci il tarixdə tərtib olunan ilk aktdan sonra tərtib edilən digər aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan fotoşəkillər cavabdehin 2018-ci ilin yanvar ayından başlayaraq təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilm əsini, fotoşəkillərdə göstərilən qaz xəttinin məhz cavabdehə məxsus evə gedən qaz xətti olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.6, 6.7-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instan siyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əsassız nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə, məhkəmə Birlik tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, onları araşdırmamışdır. İş materiallarında təbii qazdan qanunsuz istifadəni sübut edən aktlar, çəkilmiş fotoşəkillər mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayinə baxılması zamanı kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının iddianın rədd edilmiş hissəsində ləğvini xahiş etdiyi üçün məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qaz ın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyat a keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM Dövlət orqanlarını n, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddiaçı təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb iddiaçının tərtib etdiyi aktlar əsasında zərər qismində hesablanmış pulun tutulması ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi iddiaçının ü zərində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1113/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə
Məhkəmə qərarları › İş №2(102)-628/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-628/2021
08.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver