Məhkəmə qərarları › İş №2(102)-6280/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6280/2021

22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6280/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4026/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə zamin İddiaçı arasında bağlanmış “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 3356 saylı, 24 iyun 2014-cü il tarixli Sazişinə əsasən, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay müəyyən edilmiş, tərəflər 13 avqust 2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədə olmasına dair razılaşmışlar.

2. Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İpoteka verən İddiaçı, borclu X3 arasında bağlanmış “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1073 saylı, 20 iyun 2014-cü il tarixli Sazişinə əsasən, İpoteka verən İddiaçı özünə məxsus fərdi yaşayış evini 13 avqust 2010cu il tarixdə bağlanmış 01L000002351 nömrəli Kredit Xətti Müqaviləsi və müqaviləni n ayrılması hissələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay, ipoteka predmetinin dəyəri 47.058 manat, ödəniş dövrülüyü bir aydan bir bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X2, X1 və İddiaçı qarşı “kredit borcunun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair” iddiası qismən təmin edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanan 20 iyun 2014-cü il tarixli Saziş №1073 (İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında), 20 iyun 2014-cü il tarixli Saziş №2351 (Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) və 24.06.2014-cü il tarixli Saziş №3356 (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onun oğlu X3 14 il Cavabdeh QSC-nin işçisi olmuşdur. Kredit xətti müqaviləsi üzrə oğlu Vüqar Camallı Cavabdeh QSC ilə bağladığı 24.06.2014-cü il tarixli 17R000006 984 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 58500 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Çox sonradan o başa düşmüşdür ki, Cavabdeh QSC-nin işçilərinin məqsədi onların Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, dalan 4-də xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 209.1 kv.m ümumi, 126.7 kv.m yaşayış, 82.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı, xüsusi mülkiyyətli, 6 nömrəli fərdi yaşayış evlərini əllərindən alınmasıdır. O, sənədlərə qol çəkəndə hesab edir ki, torpağı girova qoymuş, evi yox, evin sənədlərinə qol çəkməyi isə ona çıxarış almaqdır. Belə ki, 2014-cü ildə isə bank işçiləri ona bildirmişdilər ki, “Get evə çıxarışı al!”. Sonradan o bilmişdir ki, bank onların evlərini əllərindən almaq məqsədi ilə və öz məqsədinə çatmaq üçün bütün bu kredit oyunlarına əl atmışdır. Özü də bir maraqlı məsələni bildirmək istəyir ki, ev faktiki 2 sotun içindədir, yəni 3 sot orda yoxdur, həmin sənədlər tələm-tələsik bank tərəfindən hazırlayanda kobud səhvlərə yol verilmişdir. Bunlar hamısı barədə onun məlumatı olmamışdır. Özü də onun oğlu krediti götürəndən sonra onu bir müddət sonra həmin bankdan işdən çıxarılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən oğlunu şirnikləşdirilmiş, kredit verilmiş, sonradan da işdən çıxarılmışdır. Bununla da onların ailəsini çox ağır vəziyyətə salmışdırlar. Hazırda faktiki olaraq cavabdeh şəhid ailəsinin yaşadığı yeganə evi alaraq onları çölə atır. O, Azərbaycan Respublikasının vətəndaşıdır, pensiyaçıdır, hüquq i savadı yoxdur. Eyni zamanda hesab edir ki, fərdi evin qiymətləndirilməsinə dair hesabat da çox qərəzlidir. Belə ki, o, həmin evə qat-qat çox pul sərf etmiş və hesabat evin qiymətləndirilməsini düz aparmamışdır.

6. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o banka olan borcunu danmır, borları var və o borc ödənilməlidir. Zamin müqaviləsinə o qol çəkmişdir, bunu etiraf edir. Lakin o evini girov qoymamış, heç bir girov müqaviləsinə də, imza etməmişdir. Onun imza etdiyi sənədlər əslində digər sənədlər olmuş və hesab etmişdir ki, evin sənədlərninin hazırlanması üçün sənədlərə imza atır. O, ekspertizanın qərarı ilə razı deyildir. Girov müqaviləsindəki imza da, onun imzası deyildir.

7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya e tiraz edərək və işin faktiki hallarına istinad edərək bildirmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bütün bunlardan görünür ki, iddia ərizəsi tam əsassızdır, iddianı verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq və əlavə vaxt qazanmaqdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) 03 fevral 2020-ci il tarixli, 2(004)72/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəm ə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə Mülki Məcəllənin 354.2, 421, 422 və 423-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə aralarında bağlanmış İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 20 iyun 2014-cü il tarixli 1073 nömrəli Sazişin, Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 20 iyun 2014-cü il tarixli 2351 nömrəli Sazişin və Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 24.06.2014cü il tarixli 3356 nömrəli Sazişin ləğv edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin Sazişlərin ləğv edilməsi üçün hər hansı bir hal aşkar edilməmişdir. İddiaçı bu halları vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı ilə əsaslandırsa da, sadalananlar ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında müqavilələrdə olan imzaların onun tərəfindən icra edilmədiyini bildirsə də, iş üzrə təyin edilmiş və rəyi alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, 11.11.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 3356 nömrəli 24 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2 Zamin:” hissəsində “imza” qrafasındakı və 160-cı vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 1073 nömrəli 20 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2. İpoteka Verən:” hissəsində “imza” qrafasındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Sözü gedən bu hal eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi və iddiasını əsaslandırdığı iddia ərizəsi ilə də, etiraf edilmişdir. Həmin iddia ərizəsində iddiaçı müqavilənin onun tərəfindən icra edildiyini etiraf etmiş, iddianın əsaslandırıcı hissəsini sənədlərə qol çəkərkən evi deyil, torpağı girova qoyduğunu, evin isə sənədlərinə, ona çıxarış alınması üçün lazım olduğundan imza etdiyi guman etməsi ilə əsaslandırmış, sonradan məhkəmə iclasında isə həmin imzaların ümumiyyətlə onun tərəfindən icra edilməməsi bildirilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24.05.2018ci il tarixli qətnaməsi apellyasiya, Bakı Apelyasiya Məhkəmə sinin 2(103)-1514/2019 saylı, 10.01.2019-cu il tarixli qətnaməsi isə kassasiya qaydasında mübahisələndirilmiş, apellyasiya və kassasiya şikayətlərinin əsasınə isə fərdi yaşayış evinin qiymətinin aşağı olması və tələb olunan borcun çox olması, birdəfəlik ödənişin edilməsinin mümkünsüzlüyü təşkil etmiş, iddiaçı tərəfindən hazırki iddia ərizəsində göstərilən hallar və eləcə də, mübahisələndirilən müqavilələrin onun tərəfindən imzalanmaması həmin apellyasiya və kassasiya şikayətlərində ümumiyyətə mübahisələndirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 27 aprel 2021-ci il tarixli, 2(103)-4026/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti tə min edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlil lərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tu tulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

19. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müq avilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.

20. Maddə

423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək tə klifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Haz ırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

28. Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə zamin İddiaçı arasında bağlanmış “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 3356 saylı, 24 iyun 2014-cü il tarixli Sazişin kserosurətindən görünür ki, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay müəyyən edilmiş, tərəflər 13 avqust 2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli K redit Xətti Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədə olmasına dair razılaşmışlar.

29. Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İpoteka verən İddiaçı, borclu X3 arasında bağlanmış “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1073 saylı, 20 iyun 2014-cü il tarixli Sazişin kserosurətindən görünür ki, İpoteka verən İddiaçı özünə məxsus fərdi yaşayış evini 13 avqust 2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli Kredit Xətti Müqaviləsi və müqavilənin ayrılması hissələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay, ipoteka predmetinin dəyəri 47.058 manat, ödəniş dövrülüyü bir aydan bir bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. 3

0. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X2, X1 və İddiaçı qarşı “kredit borcunun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair” iddiası qismən təmin edilmişdir.

31. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5016/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarının kserosurə tindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, 11.11.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 3356 nömrəli 24 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2 Zamin:” hissəsində “imza” qrafasındakı və 160-cı vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 1073 nömrəli 20 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişd ə “5.2. İpoteka Verən:” hissəsində “imza” qrafasındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur.

34. İş materiallarından görünür ki, İddiaçıla Cavabdeh QSC arasında bağlanmış “İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1073 saylı, 20 iyun 2014-cü il tarixli Saziş, “Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 2351 saylı, 20 iyun 2014-cü il tarixli Saziş və “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 3356 saylı, 24.06.2014-cü il tarixli Saziş üzrə öhdəliklər icra edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur.

35. Apellyasiya kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halında qiymət verərək hesab etmişdir ki, İddiaçı mübahisə ləndirilən sazişlərin (müqavilələrin) onun tərəfindən imzalanmaması və ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin aşağı olması barədə dəlilləri əsassızdır.

36. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24.05.2018-ci il tarixli qətnaməsi apellyasiya, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, 10.01.2019-cu il tarixli qətnaməsi isə kassasiya qaydasında mübahisələndirilmiş, apellyasiya və kassasiya şikayətlərinin əsasını isə ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin aşağı olması və sair təşkil etmiş, iddiaçı tərəfindən apellyasiya şikayətində göstərilən hallar və eləcə də, mübahisələndirilən sazişlərin (müqavilələrin) onun tərəfindən imzalanmaması həmin apellyasiya və kassasiya şikayətlərində ümumiyyətlə mübahisəl əndirilməmişdir. Eyni zamanda mübahisələndirilən sazişlərin (müqavilələrin) İddiaçı tərəfindən imzalanması Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, 11.11.2020-ci il tarixli rəyi ilə də tam təsdiq olunmuşdur.

37. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

38. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4026/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar