Məhkəmə qərarları › İş №2(102)-6281/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6281/2021

24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6281/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4802/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 06 avqust 2018-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında təsis payının bağışlanması haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 “X1” MMC-də ona məxsus olan 10 təsis payını həyat yoldaşı İddiaçı bağışlamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 MMC-nin təsisçisi kimi 2017-ci ildə Bakı Təhsil İdarəsi və bir-sıra məktəblərlə bağladığı üçtərəfli müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün onun Bakı Təhsil İdarəsi və başqalarına 7.435,47 manat mbələğində borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin göstərilən qətnaməsi ilə “X2” MMC-dən Bakı Təhsil İdarəsinin xeyrinə 7.435,47 manat tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 dövlət müəssisəsində işə keçməsini əsas göstərməklə MMC-dəki 10 təsis payını bağışladıqdan sonra ondan boşanmasını, 04 noyabr 2020-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun dəvəti əsasında şöbəyə getdikdə keçmiş ərinin ona bağışladığı müəssisənin 7435,47 manat məbləğində borcunun olmasının ona məlum olmasını, halbuki cavabdehin müəssisədəki payını ona bağışlayarkən müəssisənin heç kimə borcunun olmamasını bildirməsini, bağışlama müqaviləsini bağlayarkən müəssisənin borclu olmasından cavabdehin aldatması səbəb indən xəbərsiz olmasını, cavabdehin bağışlama müqaviləsi əsasında faktiki olaraq onu aldadaraq borcunu ötürməsini, məhkəməyə müraciət etməmişdən əvvəl müqavilənin ləğv edilməsi barədə cavabdehə yazılı şəkildə müraciət etsə də sonuncunun müqaviləni ləğv etdirməkdən imtina etməsini və s. əsas göstərməklə 06 avqust 2018-ci il tarixdə Cavabdeh1 ilə onun arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.T.Axundova) iddia təmin edilərək tərəflər arasında bağlanmış 06 avqust 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək bağışlama müqaviləsinin onların ümumi razılığı əsasında bağlanmaqla heç bir qanun pozuntusuna yol verilməməsini, əqdin etibarsız sayılması üçün qanuni əsasların olmamasını və həmin əqdi bağlayarkən iddiaçını aldatmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4802/2021 saylı, 03 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021- ci il tarixli, 2(004)-829/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada mə lumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçı ilə birgə nikahda olduğu dövrdə “X1” MMC-nin təsisçisi olmuş və həmin dövrdə müəssisənin Bakı Təhsil İdarəsinə 7.435,47 manat məbləğində borcu yaranmışdır. İşdə olan Bakı Kommersiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsində istinad olunan təhsil idarəsi nümayəndəsinin izahatından görünür ki, borcun qaytarılması MMC-dən dəfələrlə şifahi və yazılı formada tələb olunsa da borcun qaytarılması təmin edilməmişdir. Müəyyən olunduğu kimi belə vəziyyətdə müəssisə iddiaçıya bağışlanmış və bundan sonra Cavabdeh1 iddiaçıdan boşanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür b ağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Müəyyən olunduğu kimi Cavabdeh1 bağışlama müqaviləsini bağlamaqla iddiaçını zənginləşdirməmiş, əksinə onu müəssisənin təsisçisi kimi başqası qarşısında borclu vəziyyətinə salmışdır. Halbuki bağışlama müqaviləsi hədiyyəni qəbul edənin vəziyyətini heç cür pisləşdirməməli və onu hər hansı arzuolunmaz öhdəliyin icrasından asılı etməməlidir. Müqavilənin bağlanması nəticəsində hədiyyə alanın vəziyyətinin pisləşməsi bağışlama müqaviləsinin məqsədlərinə uyğun deyildir. Hazırkı müqaviləni bağlamaqla iddiaçı ümid etdiyi zənginləşmədən məhrum olmuş və müəssis ənin cavabdehdən qalmış borcunun ödənilməsi məcburiyyətində qalmışdır. İddia tələbindən və iddiaçının məhkəmə instansiyalarında verdiyi izahatlarından görünür ki, o, bağışlama müqaviləsinin bağlanmasına razılıq verərkən müəssisənin borcundan xəbərsiz olmuş və cavabdeh bu barədə susmaqla və borcun olmasını gizlətməklə onu aldadaraq müqavilənin bağlanmasına nail olmuş və bununla da faktiki olaraq mövcud borcunu iddiaçıya ötürmüşdür. Cavabdeh1 bununla razılaşmasa da, iddiaçının göstərdikləri baş verənlərin fonunda daha inamlı və inandırıcı olduğundan məhkəmə bağışlama müqaviləsinin aldatma təsiri altında bağlanması nəticəsinə gələrək Mülki Məcəllənin 339.2-ci maddəsinin qüvvəsini tətbiq etməklə müqaviləni etibarsız hesab etmişdir. Bağışlama müqaviləsini bağladıqdan sonra cavabdehin iddiaçı ilə boşanması və hədiyyəni geri qəbul etməkdən israrla imtina etməsi, eləcə də müqaviləni aldatma təsiri olmadan bağlamasını sübuta yetirə bilməməsi məhkəmənin qənaətinin əsaslı olması barədə nəticəyə gəlmək üçün tam əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4802/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar