Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6283/2022 06.12.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Əzimi Abbas Eynullah oğlu tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh2 (Vəkil1) və Əzimi Abbas Eynullah oğlu (Vəkil1) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əzimi Abbas Eynullah oğlunun kassasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə uyğun olmadığından, qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Kassasiya şikayətinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, cavabdeh Əzimi Abbas Eynullah oğlu tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, kassasiya şikayətinin verilməsinə görə, bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödəni lməlidir. İddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilsə də, cavabdeh Əzimi Abbas Eynullah oğlu həmin məbləğin 50 faizi məbləğində deyil, daha az dövlət rüsumu ödəmişdir. Bu hal ona dəlalət edir ki, şikayətə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Belə olan halda, şikayətə kassasiya qaydasında baxmaq üçün əsaslar müəyyən edilmir. MPM-in 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apelly asiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Ona görə də, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 408.1.1, 408.1.3-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əzimi Abbas Eynullah oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-43/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6283/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6283/2022
06.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver