Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-629/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5979/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Borc verən "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında bağlanmış 16.01.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 1.000.000 (bir milyon manat) manat məbləğində, 120 ay müddətinə müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilir. Borc verən "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında bağlanmış 21.01.2015-ci il tarixli, KOS-2014-02/01 saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 70.000 (yetmiş min) ABŞ dolları manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" KB ASC, borc alan və ipoteka qoyan İddiaçı arasında 16.01.2015-ci il tarixli, Umis-01/15 sayl ı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan əsas və əlavə kredit müqavilələri üzrə borc alanın (ipoteka qoyanın) öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsində 14 saylı binada yeləşən 8 nömrəli mənzili ipoteka saxlayana yenidən ipoteka qoyur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış 16.01.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən 120 ay müddətinə 1.000.000 (bir milyon manat) manat məbləğində pul əsas müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla iddiaçıya kredit verilməsi nəzərdə tutulmuşdur. Bundan sonra cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında əsas müqavilə çərçivəsində 21.01.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi bağlanaraq 36 ay müddətinə, illik 20 faiz olmaqla, 19.01.2018-ci il tarixədək ödəmək şərli ilə iddiaçıya 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki müqavilə üzrə kreditin təminatı kimi iddiaçıya məxsus olan və cavabdehlə onun arasında bağlanmış 16.01.2015-ci il tarixli, UMis 01/15 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8 çıxış edir. İddiaçı hesab edir ki, cavabdeh "xxxx" КB ASC ilə aralarında bağlanmış əsas və əlavə kredit müqavilələri etibarsız hesab edilməli və nəticə etibarilə iddiaçıya məxsus olan mənzil ipoteka predmeti kimi aradan qalxmalı və girovdan azad edilməlidir. Belə ki, cavadehlə 16.01.2015-ci il tarixli, UM-01/15 saylı əsas kredit müqaviləsi bağlanarkən iddiaçı, yalnız, Azərbaycan manatı ilə kredit götürə bilərdi və xarici valyuta ilə iddiaçıya kredit verilməsi həmin müqavilədə öz əksini tapmamışdır. Lakin cavabdehlə əsas müqavilə çərçivəsində bağlanmış 21.01.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsi ilə iddiaçıya xarici valyuta ilə pul ayrılmış və dollarla kredit verilmişdir. Kredit müqavilələrin bağlanmasında əsas məqsəd pul olduğundan qanuna əsasən pul öhdəliyi manatla ifadə edilməli idi. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qabaqcadan müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əlavə müqavilə etibarsızdı r və buna görə də "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış əsas və əlavə kredit müqavilələri etibarsız hesab edilməli və iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8 girov predmetindən azad olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC ilə iddiaçının arasında bağlanmış 16.01.2015-ci il tarixli, UM- 01/15 saylı əsas kredit müqaviləsi və əsas müqavilə çərçivəsində bağlanmış 21.01.2015-ci il tarixli, 02/15 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi və müqavilələrin təminatı olan iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8-in girov predmetindən çıxması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin(hakim İ.Cəfərov ) 31 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı əsas kredit müqaviləsi, əsas müqavilə çərçivəsində bağlanmış əlavə kredit müqaviləsi və ipoteka müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" KB ASC ilə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə öhdəlik götürmüşdür. Habelə, hazırkı işə baxılarkən, iddiaçının Bank ilə müqavilələri bağlayan zaman həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məz mununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borc verən "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında bağlanmış 16.01.2015-ci il tarixli, ƏM-2015-01 saylı əsas kredit müqaviləsi, həmin müqavilə çərçivəsində bağlanılmış 21.01.2015-ci il tarixli, KOS-2014-02/01 saylı əlavə kredit müqaviləsi və 16.01.2015-ci il tarixli, UMis-01/15 saylı sonrakı ipoteka müqaviləsinin hüquqi nəticələrini imzaladığı andan bilməsinə baxmayaraq, iddiaçı həmin müqavilələri bağlanmasından uzun müddət sonra, yəni 2020-ci ildə mübahisələndirmişdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Buna görə də məhkəmə hesab etmişdir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.3, 337.4, 372.1, 354.2 və 477.0.4, 375.2 379, və 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Xəyal Sarıyev) 2(103)-5979/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1297/2021 nömrəli mülk i iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, əsas və əlavə kredit müqavilələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyildir. Həmçinin, apellyasiya məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş bir il kəsici müddəti ötürməklə iddia irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 390.1, 324.1, 329.1, 329.2, 331.1, 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5979/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları İdd iaçı kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilələrdə manatla kreditin ayrılması nəzərdə tutulsa da, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi işə baxarkən lazımı qaydada araşdırma aparmamış, sübutlar toplamamış, ekspertiza təyin etməmişdir. Bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsa slandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə e dilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia rədd edildiyindən iddiaçının kassasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. şikayəti əsasında apelyasiya instansiyası Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mübahisələndirrdiyi əqdlərin etibarsız hesb edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bil məməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin əqdin Mülki Məcəllənin 439.1-ci maddəsinin tələblərinə zidd olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.05.2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn müna sibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi halların a uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5979/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.