Məhkəmə qərarları › İş №2(102)-6299/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6299/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6299/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1178/2021 saylı qətnaməsindən İddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 01.04.2015-ci il tarixdə mənzilin alğısatqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə iddiaçı 4.100 manat ilkin ödəniş etmiş, habelə "xxxx" ASC ilə bağladığı eyni tarixli kredit müqaviləsi əsasında götürdüyü kreditlə bank vasitəsilə cavabdehə 36.200 manat ödəmişdir. 2. "xxxx" MMC qeyd olunan müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya təhvil verməmişdir.

3. Buna görə də İddiaçı, "xxxx" MMC və "xxxx" ASC ilə 01.04.2015-ci il tarixdə bağlanmış müqavilələrin ləğv olunmasına, bu müqavilələrə əsasən onun "xxxx" MMC-yə ödədiyi 4.100 manat, "xxxx" ASC-yə ödədiyi 12.070 man at pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 7.750 manat pulun, ümumilikdə 23.920 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015-ci il tarixli mənzilin alğı-satqı müqaviləsi, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 aprel 2015ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, bu müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-yə ödədiyi 4.100 manat, "xxxx" ASC-yə ödədiyi 12.070 manat p ulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, maddi ziyana görə iddiaçının xeyrinə 7.750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 13.05.2019-cu ildə indiki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 32.817,74 manat əsas borc, 5.505,25 manat faiz, 149,49 manat cərimə olmaqla, ümumilikdə 38.481,60 manat pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda "xxxx" ASC-nin xəbərdarlığına əsasən, onun banka 33.124 manat əsas borc, 4820 manat faiz, 290 manat cərimə olmaqla, ümumilikdə 38.234 manat məbləğində borcu qalmışdır. Bu zərərə məhz cavabdeh "xxxx" MMC-nin təqsiri ucbatından düşdüyü üçün hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 01.04.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə münasibətlərinə xitam verilmişdir. Həmin münasibətlərdən irəli gələn borcların "xxxx" MMC-dən tələb edilməsi əs assızdır. Mülki işə cəlb edilməmiş bank ilə iddiaçı arasında yaranmış kredit münasibətlərində Bank kredit vəsaitini cəlb edərək mənfəət əldə etmək məqsədilə faiz məbləğini müəyyən etmişdir Həmin faiz məbləğindən cavabdeh Cəmiyyət yararlanmadığına görə həmin faiz məbləğinin cavabdehdən tutulmasının heç bir hüquqi əsası yoxdur.

10. Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(012)-2599/2019 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) "xxxx" MMC-dən 32.817,74 manat əsas borc, 5.505,25 manat faiz, 149,49 manat cərimə olmaqla, ümumilikdə 38.481,60 manat pulun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətində İddiaçı adına açılmış hesaba ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldi yi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya maddi ziyan dəymiş, onun banka ümumilikdə 38.481,60 manat borcu yaranmışdır. Ona görə də, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448, 743-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh "xxxx" MMC qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(105)-489/20 nömrəli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi ), Z.Məmmədov və S.Qafari) Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 37.241,67 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC ilə bağlanmış 01 aprel 2015-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binasının, 3 mərtəbəli ümumi sahəsi 62 kv.m. olan 1 otaqlı 22 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən 4100 manat öz şəxsi vəsaiti hesabına, qalan 36200 mana t isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən ödənilmişdir. "xxxx" MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Hazırkı halda, öhdəliyin icra edilməsi tələb edilmədiyindən və tərəflər arasındakı müqavilə cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğv edildiyindən, İddiaçı Nazim oğlu əsaslı olaraq müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edir. İş materiallarında olan "xxxx" ASC-nin MXK-522 nömrəli, 06.08.2019-cu il tarixli arayışından müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36.200 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə İddiaçı 25 yanvar 2019-cu il tarixin ə bank qarşısında 33.124,98 əsas və 4.116,69 manat faiz olmaqla, cəmi 37.241,67 manat kredit öhdəliyi mövcuddur. Odur ki, "xxxx" MMC-dən iddiaçının xeyrinə bank qarşısında yaranmış öhdəliyinə əsasən 33.124,98 manat əsas borca görə, 4116,69 manat isə faiz borcuna görə olmaqla, cəmi 37.241,67 manat tutulmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.11.2020-ci il tarixli, 2(102)-4235/2020 saylı qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, S umqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2(105)489/2020 nömrəli qətnaməsi ləğv edilmiş və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə yaranmış borc məbləğini özünün zərəri kimi qiymətləndirərək cavabdehdən tələb etmiş və apellyasiya məhkəməsi bu tələbi haqlı saymışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin iddiaçıya əvəzini ödəməli olduğu zərər və onun həcmi, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan öhdəliklərə görə deyil, MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana gələn itkiyə görə qiymətləndirilməlidir. Başqa sö zlə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbləri üzrə işə baxılarkən tərəflərin müqavilə münasibətlərindən kənara çıxılmaqla, İddiaçıla "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə razılaşma ilə meydana gəlmiş əsas, faiz və cərimə borcu məbləğlərinin həmin münasibətlərin iştirakçısı olmayan üçüncü şəxs "xxxx" MMC-dən tutulması qanuni və əsaslı sayıla bilməz. Əks yanaşma, müqavilənin yalnız onun tərəfləri üçün öhdəlik doğurması və tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmaması prinsipinə açıqca ziddir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə baxarkən yuxarıda göstərilən halları, o cümlədən tərəflər arasında bağlanmış müqavilə üzrə real zərərin həc minin 40.300 manat təşkil etdiyini, iddiaçının eyni faktiki hala əsaslanmaqla cavabdehə qarşı qaldırdığı əvvəlki iddianın həcmini, iddiaya baxılaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tələbin təmin (və ya rədd) edilmiş hissələrini, həmin məhkəmə aktı ilə həll edilmiş tələblərin hazırkı iddiada yenidən irəli sürülməsinin MPM-nin 153.2.2-ci və 261.0.2-ci maddələri ilə istisna olunduğunu (§ 23-24), bu iş üzrə tərəflər arasında əvvəl məhkəmə mübahisəsinin predmeti olmamış tələblərə baxılmasının mümkünlüyünü nəzərə almamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1178/2021 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və T.Məmmədov) cavabd eh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, (012)-2599/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbləri üzrə işə baxılarkən tərəflərin müqavilə münasibətlərindən kənara çıxılmaqla, İddiaçıla "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə razılaşma ilə meydana gəlmiş əsas, faiz və cərimə borcu məbləğlərinin həmin münasibətlərin iştirakçısı olmayan üçüncü şəxs "xxxx" MMC-dən tutulması qanuni və əsaslı sayıla bilməz. Əks yanaşma, müqaviləni n yalnız onun tərəfləri üçün öhdəlik doğurması və tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmaması prinsipinə açıqca ziddir.

21. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3185/2018 saylı, 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin olunan iddia tələbini, onun əsaslarını hazırki tələb üzrə MPM-nin 153.2.2-ci və 261.0.2-ci maddələri baxımından hüquqi nəticə törətməsini araşdıraraq qeyd etmişdir ki, hazırki iddia ilə iddiaçı "xxxx" ASC-nin ondan ödənilməsini tələb etdiyi borcun, yəni əsas borc üzrə 33.124 manat, faiz borcu üzrə 4820 manat, cərimə borcu üzrə 290 manat məbləğində pulun cavabdeh «AAAF-İnşaat” MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir. Bu tələblər müxtəlifdir, yəni eynilik təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mötəbər sübutlara hüquqi qiymət vermədən formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.11.2020-ci il tarixli qərarında müəyyən olunmuşdur ki, tərəflərin bağladıqları alğı-satqı müqaviləsi üzrə iddiaçının real zərəri, yəni müqavilə üzrə "xxxx" MMC-yə ödədiyi vəsait (ilkin ödəniş olaraq verdiyi 4.100 ma nat və kredit götürməklə bank vasitəsi ilə ödədiyi 36.200 manat olmaqla) 40.300 manat təşkil edir. Qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə baxarkən yuxarıda göstərilən halları, o cümlədən tərəflər arasında bağlanmış müqavilə üzrə real zərərin həcminin 40.300 manat təşkil etdiyini, iddiaçının eyni faktiki hala əsaslanmaqla cavabdehə qarşı qaldırdığı əvvəlki iddianın həcmini, iddiaya baxılaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tələbin təmin (və ya rədd) edilmiş hissələrini, həmin məhkəmə aktı ilə həll edilmiş tələblərin hazırkı iddiada yenidən irəli sürülməsinin MPM-nin 153.2.2-ci və 261.0.2-ci maddələri ilə istisna olunduğunu, bu iş üzrə tərəflər arasında əvvəl məhkəmə mübahisəsinin predmeti olmamış tələblərə baxılmasının mümkünlüyünü nəzərə almamışdır. Göründüyü kimi Ali Məhkəmənin qərarı ilə onun real zərərinin həcminin 40300 manat olması müəyyən edilmiş, həmin məbləğin 16170 manat hissəsinin qanuni qüvvəsini almış qətnamə ilə təmin edildiyi bildirilmişdir. Yəni iddianın 24130 manat hissədə baxılmasının mümkün olması təsbit edilmişdir. Həmin hissədə işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar alınsa da, məhkəmə tərəfindən düzgün araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu kassasiya şikayətinin dəlilləri il ə razılaşmadıqlarını bildirərək, şikayətin rədd edilməsini xahiş etdilər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmə k üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.

2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası m əhkəməsi aktı bütövlükdə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 və vəkili Mahmudov Cahangir Fəxrəddin oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

34. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqinə giriş olaraq qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən ən vacib prinsiplərdən biri müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425- ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmir, ya da lazımınca yerinə yetirmir, bununla da mülk i hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 01.04.2015ci il tarixdə tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı mənzilin dəyərinin əvəzi kimi 4.100 manat ilkin ödənişi nağd olaraq, 36.200 manatı isə "xxxx" ASC-dən kredit götürməklə bank vasitəsilə cavabdehə ödəmişdir. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya vermək öhdəliyini icra etməmişdir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 447.7-ci maddəsinə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki bu norm a, Mülki Məcəllənin 447.1-ci maddəsində bəhs olunan “müqavilədən imtina”nın hüquqi nəticəsi kimi çıxış edir. Mülki Məcəllənin 447-ci maddəsində müqavilədən imtinanın əsasları və hüquqi nəticələri tənzimlənir və “müqavilədən imtina” anlayışı ilə “müqavilədən çıxma” anlayışları eyni hüquqi mənada işlənir. Mülki Məcəllənin 447-ci maddəsində ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə müqavilənin digər tərəfinin müqavilədən imtina etməsindən bəhs olunur və Mülki Məcəllənin 421-ci maddəsində nəzərdə tutulan müqavilənin ləğvindən hüquqi nəticələri baxımından fərqlənir. Ləğvetmə zamanı hüquq münasibətlərinə ləğvetmə anından (qətnamə ilə ləğv olunduğu halda qətnamə qanuni qüvvəyə minən andan) xitam verilir. Müqavilədən imtinada isə bunun hüquqi nəticələri ger iyə şamil edilməklə, müqavilənin bağlandığı andan tətbiq edilir.

38. Tərəflərin arasında bağlanmış müqavilə məhkəmənin qətnaməsinə əsasən ləğv edildiyinə görə, hazırki iddianın hüquqi əsası kimi Mülkli Məcəllənin 424.5-ci maddəsinin tələbləri əsas götürülməlidir.

39. İşə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflərin bağladıqları alğı-satqı müqaviləsi üzrə iddiaçının real zərəri, yəni müqavilə üzrə "xxxx" MMC-yə ödədiyi vəsait (ilkin ödəniş olaraq verdiyi 4.100 manat və kredit götürməklə bank vasitəsi ilə ödədiyi 36.200 manat olmaqla) 40.300 manat təşkil edir.

40. Bu zərərdən 16170 manat pulun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Qalan məbləğ - 24130 manat indiki iddia əsasında cavabdehdən tutulmalıdır.

41. Bu nəticə, Mülki Məcəlləsinin 424.5-ci maddəsinin tələbindən irəli gəlir. Həmin normaya görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

42. Bu normada bəhs edilən zərər - tərəflər arasında bağlanmış və cavabdehin təqsiri üzündən ləğv edilmiş müqavilənin icra edilməməsi nəticəsində meydana gələn ziyanı ehtiva edir. Nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 01 aprel 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmişdir.

43. Müqavilə məhkəmə qaydasında ləğv edildikdə müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır (Mülki Məcəllənin 424.3-cü maddəsi). Bu mənada, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçının bank tərəfindən hesablanmış faiz və digər ödənişlərlə bağlı ziyanı cavabdehdən tələb eməsinin hüquqi əsası yoxdur.

44. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası əsasında "xxxx" MMC-dən 16170 manat pulun tutulması, hazırki iddianın verilməsinə mane olmur. Çünki iddiaçı ona həmin qətnamə ilə əhatə olunmamış ziyanın ödənilməsini tələb edir.

45. Cavabdehin hazırki iddianı vermək üçün iddiaçının subyektiv hüququnun olmaması barədə dəlili əsassızdır. Çünki bank tərəfindən iddiaçıya verilmiş kredit onun mülkiyyətidir. Buna görə də bankın həmin pulu ondan tələb etməsindən asılı olmayaraq, iddiaçı cavabdehdən ödənilmiş pulun geri qaytarılmasını tələb edə bilər.

46. Mülki işə cəlb edilməmiş bankla iddiaçı arasında yaranmış kredit müqaviləsi əsasında bankın kredit vəsaitini cəlb edərək mənfəət əldə etmək məqsədilə faiz məbləği müəyyən etdiyi və həmin faiz məbləğindən MMC-nin yararlanmadığına görə bu faiz məbləğinin cavabdehdən tutulmasının heç bir hüquqi əsasının olmaması barədə cavabdehin dəlili iddianın rədd olunması üçün əsas deyildir. Çünki bu qərarla faizlər deyil, real zərər nəzərə alınır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 17 iyun 2021-ci il tarixli, 2(105)-1178/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 24.130 manat məbləğdə pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar