Məhkəmə qərarları › İş №2(102)-630/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-630/2021

08.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat kontoruna və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassator İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1053/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X7 xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə özünə məxsus olmuş, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını qızları Cavabdeh2 və X5 vəsiyyət etmişdir. X7 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) miras qoyanın oğlu, Cavabdeh2 qardaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat kontoruna və Cavabd eh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixdə, saat 19:36-da Abşeron rayonu 1 saylı Notariat X1 adından verilmiş 2V-84 nömrəli vəsiyyətnamə qeydinin ləğv edilməsi və həmin qeyd əsasında verilmiş vəsiyyətnamənin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə barədə Quba Telekommunikasiya qovşağı tərəfindən xx xxxxx 2019-cu il tarixdə ona ünvanlanmış cavab məktubundan sonra məlumatlı olub. Ərizədə 33-5-33-60 saylı telefon nömrəsinin abunəçinin, yəni anası X2 razılıq ərizəsinə və xx.xx.2018-ci il tarixdə Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən bacısı Cavabdeh2 adına keçirildiyi qeyd olunmuşdur. Özü ABŞ-da 14 il yaşadıqdan sonra ahıl valideynlərinə baxmaq üçün vətən ə qayıdan zaman atası və anası ona etibarnamə verdikləri üçün Cavabdeh2 evdə qalmaqal yaratmış və etibarnamələri notariusda ləğv etdirmişdir. Atasının vəfatından sonra cavabdeh anasını Qubadan Xırdalana apararaq anasının aylıq 500 manat civarında olan müavinətindən və anasının özündən istifadə edərək ona qarşı çoxsaylı iddialar qaldırmışdır. Hətta ABŞ-dan anasına göndərdiyi pul ilə anasının adına alınmış və anasının ona verdiyi 2-ci etibarnaməsi ilə onun adına keçirdiyi əmlakı anasının adından iddia ərizələri yazdıraraq onun əlindən almışdır. 7 il ərzində çoxsaylı məhkəmələrin sonu olaraq daha artığına nail olmaq üçün sonda cavabdeh anasına rəhbərlik edərək öz qapı qonşularından şahid kimi istifadə edərək anasından süni yolla vəsiyyətnamə almışdır. Vəsiyyətnamədə adı keçən digər bacısı X3 vəsiyyətnamədə adının yazılması süni haldır. Cavabdehə məlum idi ki, bacısı ağciyər xərçəngidir, çarəsiz yataq xəstəsidir və 1-2 aya dünyasını dəyişəcək. X8 vəsiyyətnamə təsdiqləndikdən 5 gün sonra xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Anası latın qrafikasını bilməmişdir, yalnız kiril qrafikasını yazıb oxuya bilmişdir. Cavabdehlər anasını aldadaraq anasına mahiyyətini anlamadığı sənədlərə qol çəkdirmişlər. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-cü il tarixli qətnaməsi ilə Quba şəhəri, Fətəli xan küçəsi, 2A saylı binanın 6 saylı mənzilinə onun və ailə üzvlərinin istifadə hüquqları tanınmışdır. Eyni zamanda vəsiyyətnamə xx xxxxxx 2018-ci il tarixdə saat 19:36-da çap olunaraq təsdiq edilmişdir. 1 saylı Notariat ofisinin iş vaxtı 9:00-dan 18:00-dəkdir. Yəni, notariat kontorunun iş vaxt ı bitəndən 36 dəqiqə sonra təsdiq olunmuşdur, deməli Notarius cavabdehin evinə dəvət olunmuş və onun ailə üzvləri bu prosesin şahidi olmuşlar. Vəsiyyətnamə kontordan kənar bağlanılmış və orada vəsiyyətnamənin hansı ünvanda bağlandığı öz əksini tapmamışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4226/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vəsiyyətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, vəsiyyətnamə qeydinin ləğv edilməsi və vəsiyyətnamə qeydi əsasında verilmiş vəsiyyətnamənin etibarsız sayılması üçün əsas ola biləcək hallar mövcud deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan so nra – Mülki Məcəllə) 152.1, 1133.1, 1166, 1167, 1179.1, 1179.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1053/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin nəticə işin hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən əsasən düzgün tətbiq edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı vəsiyyətnamənin latın qrafikalı əlifba ilə tərtib edildiyi halda, vəsiyyət edən Firəngiz Əliyevanın bu əlifbanı bilməməsi (bu əlifba ilə yazıb və oxumaq iqtidarında olmaması), onun kiril əlifbası ilə yazıb oxumaq iqtidarında olmasını sonuncunun savadsızlığı ilə əlaqələndisə və bununla da vəsiyyətnamənin tərtibi zamanı iki yox, üç şahidin iştirak etməsinin zəruri olduğunu qeyd etsə də, iddiaçının da özünün etirafından və eləcə də Firəngiz Əliyevanın iş materiallarına əlavə edilmiş (səh 20, 21) əl yazısından görünür ki, o kiril əlifbası ilə sərbəst yazmaq iqtidarı nda olmuşdur. Beləliklə, latın əlifbası ilə yazıb oxumaq iqtidarında olmamaq həmin şəxsin savadsız olması anlamına gəlmir, savadsız o şəxs sayılır ki, həmin şəxs ümumiyyətlə yazıb oxumaq və imza etmək iqtidarında olmasın. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1183.2 maddəsinə istinad edərək vəsiyyətnamədə yazılanlar barədə anası Firəngiz Əliyevanın məlumatının olmaması və notariusun savadsız şəxsə vəsiyyət sərəncamında yazılanlar barədə vəsiyyət edənə oxuyub anladan üç şahidin cəlb olunmamasını göstərsə də, qeyd olunan maddə fiziki cəhətdən çatışmazlıqları nəticəsində yazıb oxumaq iqtidarından məhrum olmuş lal-karların, korların və savadsızların vəsiyyətnamələri tərtib edilib imzalaması qaydasından bəhs edir. Yəni şəxs savadsız olması ilə yanaşı həm də f iziki cəhətdən çatışmazlıqları olmalıdır. Bu baxımdan, vəsiyyətnamənin latın qrafikalı əlifba ilə yazılması və vəsiyyət edənin kiril əlifbası ilə yazıb imza etməsi özlüyündə vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə cavabdehin vəsiyyət sirrini pozması ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 1185-ci maddəsində, notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. Lakin Cavabdeh2 bu şəxslərin əhatə dairəsinə düşmür, mübahisələndirilən vəsiyyətnamə ilə bağlı notariat hərəkətlərin aparılmasında o, iştirak etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 telefon nömrəsinin onun adına keçirilməsinə dair Quba Telekommunikasiya qovşağına ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizədə qeyd olunan vəsiyyətnamə məhz onun tərəfindən əlavə edilməmiş, əksinə Quba rayon TKQ-nın cavab məktubunda mərhum anası Firəngiz Əliyevanın ərizəsi əsasında addan ada keçirildiyi öz əksini tapmışdır. İddiaçının vəsiyyətnamədə qeyd edilmiş İlhamə Əlizadənin vəsiyyət edəndən əvvəl dünyasını dəyişməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1224.0.1-ci maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. Lakin, vəsiyyət edən əmlakını qanun üzrə vərəsələri arasından iki vərəsəyə vəsiyyət etmişdir və h əmin vərəsələrdən biri hazırki iş üzrə Cavabdeh2 sağ olduğundan, iddiaçının qeyd etdiyi hal vəsiyyətnamənin sonuncuya münasibətdə qüvvədən düşməsi üçün əsas ola bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 1166, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1183.2, 1185, 1225-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutları araşdırmamış, düzgün qiym ət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə görə, məhkəmələr nəzərə almamışlar ki, vəsiyyətnamə tərtib olunarkən Mülki Məcəllənin 1183.2-ci maddəsi pozularaq 3-cü şahid dəvət olunmamış, vəsiyyətnamənin sirri Cavabdeh2 tərəfindən pozulmuş, vəsiyyətnamə tərtib olunarkən kənar şəxslər iştirak etmişlər və beləliklə də, Mülki Məcəllənin 1184-cü maddəsi pozulmuşdur. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, əslində vəsiyyətnamə başqa əqdi pərdələmək üçün tərtib olunmuş yalan əqddir. Belə ki, vəsiyyət edənə məxsus olan yeganə mənzil özəlləşdirilmiş mənzil olmuşdur. Həmin mənzilə dair iddiaçının və onun ailə üzvlərinin istifadə hüquqları məhkəmə qərarları ilə tanınmışdır. Notarius “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlim atın 71-ci bəndinə əsasən bütün ailə üzvlərinin yazılı razılığını almalı idi. Lakin notariat işçisi arayış tələb etmədən bu halı pərdələməkdən ötrü vəsiyyətnaməni qanunsuz formada tərtib etmişdir. Məhkəmələr qeyd olunmuş halları nəzərə almamış, Mülki Məcəllənin 340.2, 1225-ci maddələrinin tələblərini pozmuşlar. Kassator prosessual hüquq normalarının pozuntusu ilə əlaqədar qeyd etmişdir ki, onun tərəfindən sədrlik edən hakimə verilmiş etiraz ərizəsinə baxmayaraq, buna məhəl qoyulmadan prosessual hüququ pozularaq qətnamə çıxarılmış, şahidlərin dindirilməsi ilə əlaqədar verilmiş vəsatətlər təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, Abşeron şəhər 1 saylı notariat ofisi məhhəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd et ibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (maddə 1166, 1179.1. və 1180.1). Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 1225.1, 1225.2. və 1225.3). Vəsiyyətnamə, bir qayda olaraq, vəsiyyət edən tərəfindən tərtib edilib imzalanmalıdır. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şa hidlərin yanında imzalamalıdır (maddə 1179.2, 1180.1, 1180.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı maddi və prosessual hüquq normalar ının tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1053/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar