Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-630/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5а qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin vərəsədən tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X5а qarşı vurulmuş maddi zərərin əvəzinin hüquqi varisdən tutulması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 325/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə X13 arasında Goranboy Rayon Dövlət Notariat Kontorunda bağlanmış 06.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, sonuncu, 16.05.2013-cü il tarixli, **********3 nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında özünə məxsus olan ünvan 1 ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evini (bundan sonra - mübahisəli ev) həyətyanı torpaq sahəsi ilə birlikdə 23.500 manata iddiaçıya satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında iddiaçının adına 18.01.2014-cü il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli Çıxarış və 16.01.2014-cü il tarixli texniki pasport verilmişdir. Azərbaycan Respublikası Al i Məhkəməsinin Mülki kollegiyasının 2(102)-690/14 nömrəli iş üzrə 19 fevral 2014-cü il tarixli qərarı ilə Cavabdeh hüquqi varisi (qızı) X4 (bundan sonra – cavabdeh, X8 oğul nəvəsidir) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək X8 Cavabdeh qarşı Goranboy rayon (keçmiş Qasım İsmayılov rayonu) Dövlət Notariat Kontorunda xxxxxxla Cavabdeh arasında hazırkı iş üzrə mübahisəli evə dair 19.07.1989-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin, onun əsasında sonuncunun adına verilmiş qeydiyyat vəsiqəsinin, adına işlənmiş torpağın mülkiyyətə verilməsinə dair JN-848A KOD № 50901004 saylı şəhadətnamənin ləğv edilməsi, mübahisəli evin alqı-satqı müqaviləsinin xxxxx X 2 arasında bağlanmış hesab edilməsi, mübahisəli evin və həmin yaşayış evinin yerləşdiyi 0,06 hektar torpaq sahəsinin sonuncunun adına dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası əsassız hesab edilərək rədd olunmuşdur. Bundan sonra, hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıya, habelə babası X9, Goranboy Rayon Dövlət Notariat Kontoruna və DƏDRX-in 7 saylı Ərazi İdarəsinə qarşı mübahisəli evə dair X8 adına verilmiş 16.05.2013-cü il tarixli, **********3 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin mülkə dair X13 ilə hazırkı iş üzrə iddiaçı arasında 06.12.2013-ci il tarixdə Goranboy Rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-2/403 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli evə dair hazırkı iş üzrə iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin evdən köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin işdə ziyanın ödənilməsi barədə qarşılıqlı iddia vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-117/2016 nömrəli iş üzrə 22 yanvar 2016-cı il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti tam, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Goranboy Rayon Məhkəməsinin 2(045)-957/2014 nömrəli iş üzrə 11 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, ilkin iddianın təmin edilməsi, X8 adına verilmiş 16.05.2013-cü il tarixli **********3 nömrəli çıxarışın, X13 ilə hazırkı iş üzrə iddiaçı arasında 06.12.2013-ci il tarixdə Goranboy Rayon Dövlət Notariat Kontorunda bağlanmış 4Ə-2/403 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair hazırkı iş üzrə iddiaçının adına verilmiş ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, sonuncunun alqı-satqı müqaviləsi əsasında əldə etdiyi mübahisəli evdən köçürülməsi qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3181/2016 nömrəli iş üzrə 12.07.2016cı il tarixli qərarı ilə hazırkı iş üzrə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-117/2016 nömrəli iş üzrə 22 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 25 aprel 2013-cü il tarixdə, onun atası X13 isə 01.08.2014-cü il tarixdə ölmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi varisi olduğu mərhum atası Cavabdeh müalicə edilməsi və dəfni üçün оndаn aldığı 12.000 manatın, mübahisəli evin alqı-satqısı ilə əlaqədar ödədiyi 23.500 manatın, həmin torpaq sahəsinin təmizlənməsi ilə əlaqədar çəkdiyi 4000 manat xərcin, X8 dəfn edilməsi və yas xərci üçün verdiyi 3000 manatın, məhkəmələrdə hüquqlarının müdafiə ed ilməsi üçün "xxxx" ММC-yə ödədiyi 1000 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manatın, ümumilikdə 43.530 manat pulun cavabdehdən alınıb оnа verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hələ mübahisəli evə dair cavabdehin babası ilə alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl, yəni 12.04.2012-ci il tarixdə gələcəkdə mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanması şərti ilə cavabdehin atası Cavabdeh müalicə edilməsi məqsədi ilə cavabdehə atası ilə birlikdə 12.000 manat pulu yaxın adamları XXXun və bibisi XXXün yanında vermişdir. Cavabdeh həmin pulun cüzi hissəsini atasının müalicəsinə, qalan hissəsini isə atasının dəfninə və ehsan məsrəflərinə sərf etmişdir. Şəxsən cavabdehin təşəbbüsü ilə babası X8 vəfat edəcəyi ehti malı əsasında mübahisəli ev 12.04.2012-ci il tarixdə ona vəsiyyət edilmiş, həmçinin 12.07.2012-ci il tarixdə X13 tərəfindən adına ümumi etibarnamə verilmişdir. Cavabdehə və atası Cavabdeh verdiyi 12.000 manat pula onlar sonuncunu müalicə etdirmiş, ona 950 manat dəyərində ağ mərmərdən hazırlanmış qəbir daşı qoymuşlar. Cavabdehin ata babası X13 vəfat edərkən də onun dəfn edilməsi, ehsan verilməsi və sair xərclərlə əlaqədar cavabdehə 3000 manat məbləğində pul vermişdir. Bu fakt mərhumun qohumları tərəfindən təsdiq oluna bilər. Bundan başqa, mübahisəli evə dair 06.12.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında tərəfindən "xxxx" ASCyə 23.500 manat məbləğində pul ödənilərkən və həmin məbləğ X13 tərəfindən həmin Bankdan götürülərkən, cavabdeh də onlarla birlikdə orada olmuş, pul b abası XXX tərəfindən Bankdan çıxarıldıqdan sonra cavabdehə verilmişdir. Həmçinin, mübahisəli ünvanda 0,06 hektar torpaq sahəsinin təmizlənməsi və normal hala salınması ilə əlaqədar 4000 manat xərc çəkmişdir. Hesab edir ki, cavabdeh atasının hüquqi varisi kimi evin dəyərini və qeyd olunan xərcləri ona ödəməlidir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Cavabdeh hüquqi varisi sayıla bilməz və ondan pul tələb edilə bilməz. O heç vaxt iddiaçıdan pul almamışdır. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-2591/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən mübahisəli evin alqı-satqısı ilə əlaqədar ödənilmiş vəsait üzrə 23.500 manat və ödə nilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla, cəmi 23.530 manatın аlınаraq, iddiaçıya verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmuş və sonuncunun 25.04.2013-cü il tarixdə ölümündən sonra miras əmlak olaraq qalmış, həmin miras üzərində sərəncam vermiş mərhum X13 və cavabdeh tərəfindən qəbul edilmişdir. XXXin 01.08.2014-cü il tarixdə ölümündən sonra X14in qəbul etdiyi gündən ona məxsus olan hissəsi də cavabdeh tərəfindən qəbul olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı etibarsız əqd üzrə əldə etdiyi əmlaka görə ödədiyi 23.500 manatı tələb etməkdə haqlıdır. Cavabdeh atasından miras qalmış əmlakı qəbul etmiş babasının vərəsəsi sayıldığından onun etibarsız əqd əsasında aldığı pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini də miras olaraq qəbul etmişdir. Ona görə də, XXXin kreditorunun mənafeyini alınmış aktivdə özünün payına mütənasib surətdə tam ödəməyə borcludur. Bununla belə məhkəmə hesab etmişdir ki, iş üzrə sübutlarla iddiaçının Cavabdeh müalicə edilməsi və dəfni üçün 12.000 manatın, eləcə də X8 dəfn edilməsi və yası üçün 3000 manatın cavabdehə gələcəkdə qaytarması şərti ilə borc olaraq verməsi halı təsdiq edilmədiyindən, 4000 manat xərc mövcud vəziyyətdə bəyənib əldə etdiyi torpaq sahəsində iddiaçının öz təşəbbüsü ilə çəkildiyindən iddia tələbi həmin hissələrdə təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.5, 1151.1, 1306.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (b undan sonra – MPM) 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2099/2019 nömrəli iş üzrə 12 iyul 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ə.Məmmədov – sədrlik edən və məruzəçi), R.Muradov və A.Bayramov) iddiaçının cavabdehə qarşı atası Cavabdeh müalicə edilməsi və dəfni üçün оndаn aldığı 12.000 manatın, mübahisəli ünvanda yerləşən 0.06 hektar torpaq sahəsinin təmizlənməsi ilə əlaqədar çəkdiyi 4000 manat xərcin alınıb ona verilməsi tələbləri üzrə mülki işin icraatına xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-2099/2019 nömrəli iş üzrə eyni tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilmiş, cavabdehdən mübahisəli evin alqı-satqısı ilə əlaqədar ödənilmiş vəsait üzrə 23.500 manat və ödənilmiş dövlət rüsumu üzrə 30 manat olmaqla, cəmi 23.530 manatın alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd olunmuş, qətnamə iddianın təmin edilməmiş, XXXin dəfn və yas xərci üçün çəkilmiş 3000 manatın və məhkəmələrdə hüquqlarının müdafiə edilməsi üçün "xxxx" ММC-yə ödədiyi 1000 manatın cavabdehdən alınması tələbləri hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşə apel lyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin atası Cavabdeh öz atası (cavabdehin babası) X7 əvvəl ölmüşdür. Yəni, mərhum Cavabdeh hazırkı iş üzrə iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamışdır. Belə olan halda cavabdehin Cavabdeh vərəsəsi - qızı kimi iddiaçı qarşısında heç bir öhdəliyi əmələ gəlmir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin (cavabdehin babasının vərəsəsi olaraq onun etibarsız əqd əsasında aldığı pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini də miras olaraq qəbul etməsi) əsaslı sayılması üçün ilk növbədə Cavabdeh qalmış mübahisəli fərdi yaşayış evindən ibarət mirasın onun atası mərhum X8 qəbul etməsi faktı qanunun tələb etdiyi sübutlarla təsdiq edilməli, bundan sonra isə cavabdehin öz babası X7 qalmış mirası qəbul etməsi faktı təsdiq olunmalıdır. Lakin bu faktların heç biri qanunun tələb etdiyi sübutlarla təsdiq edilmir, bu barədə işdə heç bir sübut (vərəsəlik hüququna dair şəhadətnamə, mirasın faktiki qəbulu barədə qanuni qüvvədə olan məhkəmə qərarı) yoxdur. Həmçinin, Cavabdeh miras qalmış mübahisəli evin hər hansı hissəsinin mərhum X8 adına qeydə alınması və sonuncudan qalmış mirasın cavabdehin adına qeydə alınması barədə işdə heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ölmüş şəxsin başqa şəxslər qarşısında olan öhdəliklərinin onun vərəsələrindən tələb edilməsi üçün, vərəsənin öləndən miras qalmış əmlakdan mütənasib məbləğdə pay aldığı qanunla müəyyən edilmiş sübutlarla isbat olunmalıdır. Qeyd olunan hallar isbat olunmadığından cavabdehin Cavabde h qalmış fərdi yaşayış evindən ibarət mirası qəbul etmiş mərhum X8 vərəsəsi sayılmaqla, onun etibarsız əqd əsasında aldığı pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini də miras olaraq qəbul etməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə doğru sayıla bilməz. Bununla belə məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi XXXin dəfn edilməsi və yas xərci olaraq 3000 manatın, həmçinin iddiaçının məhkəmələrdə hüquqlarının müdafiə edilməsi üçün "xxxx" MMC-yə ödədiyi pulların alınması tələbi hissədə iddianı rədd etməklə, həmin hissələrdə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin həmin xərclər üçün məsuliyyəti müəyyən edilmir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1159.1.1, 1243.1, 1243.2, 1151, 1306.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 81, 82.3, 217.4-cü maddələrinə isti nadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8061/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X1 cavabdeh ilə birgə Cavabdeh birinci növbə vərəsəsi olduğundan sonuncunun vəfatınadək mülkiyyətində olmuş miras əmlak a onun da vərəsəlik hüququ olmuşdur. Bu baxımdan hazırkı mübahisəyə baxılan zaman hər iki şəxsin miras əmlakının faktiki qəbulu ilə bağlı məsələlərlə yanaşı, onların vərəsəlik işlərinin açılıb-açılmaması müəyyən olunmadan, açıldığı halda tələb edilib zəruri araşdırma aparılmadan qərarın qəbulu düzgün hesab edilə bilməz. X14 tərəfindən faktiki qəbuluna qiymət verilməsi zamanı isə Cavabdeh vəfatından sonra onun mirasına daxil olmuş əmlaklarla yanaşı, sonradan miras əmlak hesab edilmiş evə sahiblik etməsi ilə bağlı hərəkətlərinə də qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə faktiki qəbulla bağlı qeyd edilən məqamlara qiymət verməməklə yanaşı, rəsmi qəbulla bağlı müvafiq qaydada notariat reyestrinə sorğu vermədən sadəcə olaraq iddiaçı tərəfin bununla bağlı sübut təqdim etməməs i, habelə cavabdehin bununla bağlı verdiyi izahatları əsasında iddianı rədd etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin təkrar apellyasiya baxışı zamanı Goranboy Rayon İcra Hakimiyyəti Basçısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəmənin sorğusu əsasında verdiyi 21.08.2020-ci il tarixli, 142 nömrəli arayışda qeyd olunmuşdur ki, mübahisəli evdə Cavabdeh 25.04.2013-cü il tarixdə vəfatından sonra onun atası X13 vəfat edənədək - 01.08.2014-cü il tarixədək yaşamısdır. Sonuncunun vəfatından sonra 11.01.2017-ci il tarixədək göstərilən ünvanın idarə edilməsi İddiaçı olmuşdur. 11.01.2017ci il tarixdən hal-hazıradək həmin həyətyanı torpaq sahəsini X6 idarə edir. Həmin ünvanda həyətyanı torpaq sahəsinin daxilində hal-hazırda heç bir tikili yoxd ur. Məhkəmənin sorğusu əsasında Goranboy Rayon Notariat ofisi tərəfindən verilmiş 13 noyabr 2020-ci il tarixli, 277 nömrəli arayışda qeyd olunmuşdur ki, mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla əlaqədar mirasın qəbulu üçün müraciət edən olmamış və həmin əmlaka dair vərəsəlik işi açılmamışdır. Məhkəmənin sorğusu əsasında DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, mübahisəli ünvanda yerləşən 0,6 ha torpaq sahəsinin bazar dəyəri 27.700 manatdır, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən isə, mübahisəli ünvanda yerləşən 0,6 ha torpaq sahəsinin bazar dəyəri 24.000 manatdır. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-325/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.A bdullayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul olunmaqla, cavabdehdən 13.000 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə iddiaçının hüquqlarının müdafiəsi üçün "xxxx" MMC-yə ödədiyi 1000 manatın cavabdehdən alınmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, qətnamə iddianın təmin edilməmiş dəfn və yas mərasimi üçün çəkilmiş 3000 manatın cavabdehdən alınması hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin olunmamış, cavabdehdən məhkəmə xərci qismində 195 man atın alınaraq iddiaçıya ödənilməsi, "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması üçün ödənilməli olan 250 manatın 85 manatının cavabdehdən, qalan 165 manat hissənin isə iddiaçıdan alınaraq həmin MMC-yə ödənilməsi, qalan hissədə məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X13 ilə iddiaçı arasında bağlanmış 06.12.2013-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi qaydasında alqı-satqı üzrə ödənilmiş 23.500 manat XXX vəfat etdiyindən iddiaçıya qaytarılmamışdır və iddiaçının mirası qəbul etmiş cavabdehə qarşı iddia qaldırmaq hüququ yaranmışdır. Belə ki, mübahisəli ünvanda yerləşən 0,6 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh olmuşdur ki, 25 aprel 2013-cü il tarixdə onu n vəfatı ilə əlaqədar miras açılmış və həmin ünvanda yerləşən miras əmlakı birinci növbə vərəsələrindən atası X13 və qızı – iş üzrə cavabdeh faktiki olaraq qəbul etmişlər. Bu hal Goranboy Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 21.08.2020-ci il tarixli, 142 nömrəli arayışı, ən əsası isə tərəflər arasında olan məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur. Belə ki, həmin işlər üzrə mübahisə predmeti vərəsəliklə bağlı olmasa da, onların həmin əmlaka iddia etmələri faktiki olaraq mirası qəbul etmələri kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, miras qalmış 0,6 ha torpaq sahəsi üzərində X8 və cavabdehin bərabər paylarının olması müəyyən edi lir. X13 isə 01.08.2014-cü il tarixdə vəfat etdiyindən, onun mübahisəli ünvanda yerləşən miras əmlakdakı payı üzrə yenidən miras açılmış və həmin əmlakı da yalnız nəvəsi – iş üzrə cavabdeh faktiki olaraq qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinadla, əldə edilmiş mütəxəssis rəyləri əsasında əmlakın dəyərinin orta hesabla 26.000 manat müəyyən edilməsini əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, cavabdehdən mərhum babasının kreditoru qismində iddiaçıya 13.000 manat pul tutulmalıdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, X8 dəfn edilməsi və yas xərci kimi cavabdehə 3000 manat verməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Məhkəmə iddiaçının məhkəmələrdə hüquqları nın müdafiə edilməsi üçün "xxxx" MMC-yə ödədiyi 1000 manat puldan ibarət hüquqi yardım xərcini ağlabatan hesab etməmiş və hüquqi yardıma görə iddianın təmin olunan hissəsinə müvafiq olaraq 195 manat məbləğin tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə öz mövqeyini, həmçinin Mülki Məcəllənin 1133.1, 1151, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2-ci, MPM-in 217.2, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin Mülki Məcəlləni n 1306.1ci maddəsinə istinad etməsi üçün heç bir hüquqi əsası olmamışdır. Belə ki, cavabdeh babasından qalmış mirası qəbul etməmişdir. Cavabdeh yalnız atasından qalmış, babasına heç bir aidiyyəti olmayan əmlakı qəbul etmişdir. XXXin birinci növbəli vərəsələri vardır. Məhkəmə hansı səbəbdən iddianın onlara qarşı qaldırılmadığını müəyyən etməmişdir. Bu hallar maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 1243 və 1255-ci maddələrinin tətbiqi qanunsuzdur. Belə ki, X3 XXXoğluna məxsus evi ələ keçirmək üçün məhkəmə çəkişməsini hələ sonuncunun sağlığında başlamış və onun ölümündən sonra davam etdirmişdir. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan XXX qanunsuz olaraq mübahisəli evə yerləşmiş, qanunsuz olaraq evi (məhkəmə mübahisəsi davam edərkən, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən) satmışdır. Bu hallar məhkəmə aktlarında öz əksini tapmışdır. Məhkəmə bu halların mövcudluğuna münasibət bildirmədən miras qalmış əmlakın XXX tərəfindən qəbul edildiyi qənaətinə gəlmişdir. Beləliklə də, XXX oğlunun mülkiyyətində olan evi qəbul etmək üçün deyil, onu zəbt etmək, satmaq və əsassız gəlir əldə etmək üçün evə yerləşmişdir. Onun evi qanunsuz olaraq hazırkı iş üzrə iddiaçıya satması, sonradan həmin alqı-satqının ləğv edilməsi onun niyyətini təsdiq edir. Bu hallar əmlaka sahiblik kimi qiymətləndirilə bilməz. XXX mübahisəli evdə oğlu Cavabdeh öldükdən sonra deyil, o sağ olarkən, onun iradəsinin ziddinə 2013-ci ildə yerləşmişdir. İşdəki sənədlərdən göründüyü kimi, evin XXXin mülkiyyətinə verilməsi barədə məhkəmə qərarı 05.03.20 12-ci il tarixdə qəbul edilmiş və yalnız 19.02.2014-cü il tarixində Ali Məhkəmənin qərarı ilə ləğv olunmuşdur. Məhkəmə qeyd olunan hissəyə münasibət bildirməmişdir. Məhkəmə işi obyektiv araşdırmamış, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamış, MPM-in 372-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsasını öz təşəbbüsü ilə dəyişmiş (iddiaçı tələbində cavabdehin babasına alqı-satqı müqaviləsi əsasında verdiyi pulu ondan tələb etmiş, məhkəmə isə cavabdehin miras qalmış əmlakı faktiki qəbul etməsi əsası ilə iddianı təmin etmişdir), MPM-in 218.3-cü maddəsini pozmuşdur. Birinci instansiya məhkəməsi ümumiyyətlə icraata xitam verməli olduğu halda bunu etməmiş, MPM-in 261-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, eyni tərəflər ar asında olan digər işdə iddiaçı eyni predmet və əsaslar ilə iddialar irəli sürmüşdür. Həmin iddialar əsassız olduğu üçün təmin olunmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələri bu qərarlardan məlumatlı olsalar da, hazırkı iş üzrə icraata xitam verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etirazında iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmü ş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbu l edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər (maddə 372.3). Kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı...İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada il k növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Prosessual qanunvericilik id dianın faktiki əsasının yalnız birinci instansiya məhkəməsində icraat zamanı dəyişdirilməsini mümkün hesab etsə də apellyasiya baxışı zamanı bununla bağlı məhdudiyyət müəyyən etməmişdir. Belə ki, MPM-in 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Bu baxımdan məhkəmənin iddiaçının əsaslandığı faktiki hallara onun istinad etmədiyi maddi hüquq normalarını tətbiq etməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə və prosessual hüquq normalarının pozuntusu, o cümlədən, iddia tələbindən kənara çıxma kimi qymətləndirilə bilməz. Eyni zamanda işə baxılarkən iddiaçının irəli sürdüyü əsaslarla mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan faktiki halların müəyyən edilməsi də iddianın ə sasının dəyişdirilməsi hesab edilmir. Qeyd olunanlarla yanaşı, mübahisəyə MPM-in 261-ci maddəsinin tətbiqi ilə bağlı məsələ əvvəlki apellyasiya baxışı zamanı müzakirə edilmiş, hazırkı işin eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla verilmiş hissəsinə ayrıca qərardadla xitam verilmiş və həmin qərardaddan şikayət verilməmişdir. Məhkəmə kollegiyası hazırkı kassasiya baxışının predmetini təşkil edən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsində həmin maddənin tətbiqinə əsas görmür. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunan ları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-325/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-630/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-630/2022
24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver