Məhkəmə qərarları › İş №2(102)-6301/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6301/2022

12.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6301/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı (LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğl undan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3448/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 21 may 2019-cu il tarixli, AN-İ ******* saylı Daşın maz Əmlakın alqı-satqı müqaviləsi ilə satıcılar Cavabdeh3 və Cavabdeh2 tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 4136,6 kv metr olan əmlak kompleksi kimi müəssisə (qeyri-yaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən ümumi sahəsi 2,125 ha olan torpaq sahəsi ******* (bir milyon doxsan min üç yüz otuz üç) manata alıcılar Cavabdeh4 və Cavabdeh5 satılmışdır. Alıcılar bu müqavilənin 4cü bəndində nəzərdə tutulan məbləğin 500000 manat məbləğini Satıcıların razılığı ilə həmin əmlaka dair Satıcıların "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixinə olan borc öhdəliyinin bir hissəsinin icrası üçün Notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmişlər. Qalan 590333,34 (beş yüz doxsan min üç yüz otuz üç manat otuz dörd rəpik) manat məbləği isə Satıcıların "xxxx" ASC-yə olan borc öhdəliyinin icrası üçün ödəməyi öz öhdələrinə götürmüşlər. Həmçinin Müqavilənin 4-cü bəndinə əsasən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx/xx/2019 il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanan anda İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə (qeyriyaşayış sahəsi) və İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında yerləşən torpaq sahəsi yüklüdür, "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, **********750 saylı məktubunda həmin əmlakın ipoteka yüklülüyündə qalması şərtilə rəsmləşdirilməsinə razılıq verilmişdir.

2. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisəsi olmuş və Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər 12 saylı Notariat Kontoruna, “”Navi Group” MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı xx.xx.2019-cu il tarixli AN-1 №0780029 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1680/2021 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3821/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-1 680/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC cavabdehlər 12 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəlb edilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 12 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2019- cu il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(006)-850/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmməd li) iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3448/2022 nömrəli, 08 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(004)-850/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qə bul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbinə qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmişdir və beləliklə də məhkəmələrin araşdırma predmeti olmuşdur. Odur ki, hazırkı iddianın qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Belə ki, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit cuna” (məhkəmə hüququ bilir) prinsipinə görə, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil və iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Bu isə o deməkdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçı L PO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “əqdin etibarsız hesab edilməsi” tələbinə dair irəli sürülmüş iddia məhkəmə tərəfindən həll edildikdə, iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla əqdin etibarlı olub-olmamasını müəyyən etmək də həmin yoxlamanın predmetinə daxildir. Qeyd olunmalıdır ki, əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı

10. Məhkəmə gəldiyi nəticəni MPM-in 261.0.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Prosessual Məcəllənin 82.3cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tari xli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddianın əsası kimi xx.xx.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində "xxxx" MMC-yə maddi ziyanın dəyməsi və alqı-satqı müqaviləsinin bağlanması proseslərindən məlumatının olmaması göstərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3176/2020 saylı qətnaməsi üzrə i ddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 12 saylı Notariat Kontoruna qarşı“ alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaslnın əsası kimi isə xx.xx.2019cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin bağlanmasının qanunun tələbləri pozulmaqla həyata keçirildiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi qanunun tələbini düzgün tətbiq etməmiş və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğu əsası ilə iş üzrə icraata xitam verməklə prosessual hüquq normasının tələblərini pozmuşdur. Qeyd olunan məhkəmə mübahisəsi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində mübahisə olsa da, həmin məhkəmə müba hisəsinin əsasları fərqli olmuşdur. Lakin məhkəmə bunu nəzərə almamışdır və nəticədə prosessual hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul olunuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

14. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

15. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

18. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Hazırkı kassasiya şikayətində qərardad Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şaqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbinə qanuni qüvvəsini almış məhkəmə aktlarında qiymət verilmiş və beləliklə də məhkəmələrin araşdırma predmeti olmuşdur. Bu barədə Yasamal Rayon Məhkəməsinin 2(004)-3176/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi vardır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması hazıokı iş üzrə məhkəmə icraatına istisna edir.

23. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3448/2022 nömrəli, 8 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar