Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-631/2023 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1261/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-Bank) ilə İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış 08 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncunun adına kredit xətti açılmışdır. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən İddiaçı həyat yoldaşı X2 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B və İddiaç ı qardaşı X1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95 В (bundan sonra ipoteka predmeti olan mənzil) ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli müqavilə ləğv edilmiş, 125.627,22 ABŞ dolları əsas borc, 28.531,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 154.158,94 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1254/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)820/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, X 1 məxsus ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kvadrat metr (115,3 kv.m-yardımçı sahəsi) olan, 25 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 195.000 manat, X4 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kvadrat metr (70,84 yaşayış sahəsi, 24,2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 120.000 manat müəyyən edilmişdir.
4. X4 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 120.000 manat, hərracda aşağı satılmış son qiyməti 76.500 manat məbləğində müəyyən edilmişdir. Həmin bağ evi keçirilən iki hərrac baş tutmadığı üçün ipoteka saxlayan Banka satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat
5. İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, hərracın keçirilmə nəticələrinin xx.xx.2019-cu il tarixli, Y-200 nömrəli hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış ipoteka predmeti olan ev birgə nikah dövründə əldə edilmişdir. Bankla hə yat yoldaşı arasında ipoteka müqaviləsi bağlanarkən, evin ipoteka edilməsinə nə onun, nə də evə istifadə hüququ olan yetkinlik yaşında olan 3 övladlarının razılığı alınmamışdır. Evləri dəyərindən bir neçə qat aşağı qiymətləndirilmişdir. Bank məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, evləri heç kimə xəbər vermədən "xxxx" tərəfindən açıq hərracdan 76.500 manata satılmış və bank tərəfindən alınmışdır. Hərrac Mərkəzində olduqda, həqiqətən onların iştirakları təmin edilmədən, gizli 3 dəfə hərrac keçirilməsinin və xx.xx.2019-cu il tarixdə həyat yoldaşının adına dövlət qeydiyyatına alınmış evin 76.500 manata və X1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 В saylı evin 124.313 manata Banka satılması barədə məlumat almışdır. xx.xx.2020-ci il tarixdə ona hərracın nəticələr i haqqında Y-200 N-li protokol verilmişdir. İcra sənədi icraata yönəldilənə qədər ona məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evin bankın aldığı qiymətə ona təklif edilməli idi.
7. Cavabdeh Bankın nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hər iki yaşayış sahəsi ipoteka ilə yüklü olunmuşdur. Lakin, həmin əmlaklardan biri satılıb. Kredit müqaviləsini isə iddiaçı özü yox, onun qardaşı bağlayıb.
8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-1684/2022 saylı, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd olunmuşdur.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əvv əla iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir.
10. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. xx.xx.2019-cu il tarixli hərrac nəticəsində satılmış ipoteka predmeti olan evin mülkiyyətçisi isə X5r. İddiaçı həmin evin Aminə Dadaşova ilə birgə nikah dövründə əldə edildiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır.
11. Məhkəmə qeyd etmişdir ki, ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış bundan sonra isə "xxxx" ASC əmlakı 76.500 manata almışdır. H ərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən iddiaçıların hərracın qanunsuzluğu ilə bağlı dəlilləri əsassızdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 319.4-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3, 42.1, 43.1.1 - 43.1.4, 43.2, 43.3, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçının vəkil X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şik ayət iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. İddiaçıya belə bir şərait yaradılmamışdır. Nəticədə məhkəmə tətqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1261/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (haki mlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş hərracın düzgün olmaması barədə iddiaçının gətirdiyi dəlili qəbul etmir. Belə ki, ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış bundan sonra isə Bank əmlakı 76.500 manata almışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 319.4-ci, “İpotek a haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3, 42.1, 43.1.1 - 43.1.4, 43.2, 43.3, 43.4, 43.5, 43.7, 43.8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil X3) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddi tələbinə yenidən baxılması üçün işin apelyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" tərəfindən ümumiyyətlə hərrac keçirilməmiş, formal olaraq protokollar tərtib edilmişmişdir. Çünki cavabdehin nə rəsmi saytında, nə də kütləvi informasiya vasitələrində, onun əməkdaşlıq etdiyi qəzetdə mülkiyyətində olan, banka ipoteka etdiyi əmlakların hərrac a çıxarılması barədə məlumatlar yerləşdirilməmişdir. İlkin satış qiyməti yarı dəyərindən də aşağı qiymətləndirilmiş əmlakların qiymətini qəsdən aşağı salmaq məqsədi ilə guya 2 dəfə hərrac baş tutmamış, 3-cü dəfə isə əmlaklar banka satılmışdır. O, və evi banka ipoteka etmiş həyat yoldaşı nə rəsmi, nə də qeyri-rəsmi qaydada hərrac keçirilməsi barədə məlumatlandırılmamışlar. Mərkəzə gedərkən əməkdaş bank tərəfindən ilkin ödənişlərin edilmədiyini bildirərək hərracın nəticələri barədə protokolların surətini ona verməkdən imtina etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil, formal mülahizələrə əsaslanılmışdır. Məhkəmə yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda ehtimallara əsaslanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mül ki Məcəlləsi.
20. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
21. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
22. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
23. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
26. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və və zifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.
28. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
29. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiri ş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
30. Maddə
43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsası nda ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipo teka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
31. Maddə 48.1-48.1.5. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər.
33. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətin də ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiym ət vermişdir.
47. Hərracın nəticələrinin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
48. İşə baxmış məhkəmələr də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişlər.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququa malik olmamışdır. İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. xx.xx.2019-c u il tarixli hərrac nəticəsində satılmış ipoteka predmeti olan evin mülkiyyətçisi isə X5r. İddiaçı həmin evin Aminə Dadaşova ilə birgə nikah dövründə əldə edildiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İpoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış bundan sonra isə "xxxx" ASC əmlakı 76.500 manata almışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş üzrə keçirilmiş hərracın düzgün olmaması barədə iddiaçının gətirdiyi dəlillər əsassızdır.
50. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-i n 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
52. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitəl ərinin köməyi ilə müəyyənləşdirir.
53. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1261/2022 saylı, 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.