Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6311/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6311/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 və vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4740/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 924 manat məbləğində cərimənin, ümumilikdə 2924 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X2 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tari xdə Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5000 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədən kənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışlar da, lakin heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilm iş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir götürməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5000 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladı na tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günkigündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 2000 manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2010cu il tarixədək cavabdehə ümumilikdə 924 manat məbl əğində cərimə hesablamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2020-ci il tarixli 2(006)-4631/2020 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2000 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 90 manat məbləğində cərimənin, ümumilikdə 2090 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh uşaqı təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdı r və həmin müqaviləyə cavabdeh uşaq üçün 5000 manat məbləğində təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən cəmi 5000 manat təhsil haqqını ödənilmiş, yerdə qalan hissəni isə cavabdeh ödəməkdən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formal aşması və ifadəsi onun özünə mənsubdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh fors major halın baş verməsinə görə müqavilənin dəyişdirilməsi və ya ona xitam verilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir. Halbuki baş vermiş fors major hal müqavilənin dəyişdirilməsi, ona xitam verilməsi ilə bağlı xidmət göstərən məktəbə müraciət etmək üçün əsasdır. Məhkəmə cavabdehin iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulması, dərslərin onlayn keçirilməsi barədə ona rəsmi məlumat verilməməsi, uşağının onlayn təhsil almaması, bu səbəbdən məktəb qarşısında hər hansı öhdəliyin olmaması barədə dəlilləri üzrə qeyd edir ki, məhkəmə araşdırması zamanı bütün şagird valideynlərinə “Vatsap” vasitəsi ilə onlayn dərslərin keçirilməsi ilə bağlı məlumat verilməsi, cavabdehin yuxarıda qeyd edilən dəli lləri əsaslı hesab edilə bilməz. Beləliklə cavabdehin müqavilə üzrə ödənilməmiş qalmış məbləğin ödənilməsindən birtərəfli qaydada imtina etməsi öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin uşağının tədrisin onlayn qaydada keçirilməsi müddəti ərzində nəqliyyat vasitəsinin xidmətindən istifadə etməməsini, eyni zamanda həmin müddət ərzində qida məhsulları ilə təmin olunmamasını nəzərə alaraq hesab edir ki, məktəbin 04.06.2020-ci il tarixdə qəbul etdiyi 20 saylı əmrə müvafiq hər uşağa görə 450 manat məbləğində güzəşt tətbiq olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə 2000 manat məbləğində ödənilməmiş təhsil haqqının tutulması hissəsində təmin əsaslı hesab edilərək təmin edilməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsada iddiaçının tələb etdiyi 924 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 90 manat məbləğində müəyyən edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 430.1, 430.2, 442, 443.1, 443.5, 448.1, 467, 488.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-4740/2021 saylı, 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(006)-4631/2020 nömrəli qətnaməsinin əsas borca aid hissədə dəyişdirilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borca görə 1620 manatın tutulması, qətnamənin apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş materiall arından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan 13 sentyabr 2019-cu il tarixli təhsil xidməti müqaviləsinin 2.1.9-cu maddəsinə əsasən şagirdin gündə bir dəfə yeməklə təmin olunması nəzərdə tutulmuşdur. Hazırkı halda isə 2019-2020-ci tədris illərində məktəbdə distant təhsil həyata keçirildiyindən müqavilənin bu bəndinin realizə olunması zərurəti aradan qalxmışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin izahatı və işdə olan 04 iyun 2020-ci il tarixli əmrdən müəyyən olur ki, məktəb tərəfindən cavabdehə bir sıra xidmətlərə, o cümlədən yemək xidmətinə görə ümumilikdə 380 manat məbləğin də güzəşt tətbiq edilmişdir. Belə olan halda məlum olur ki, iddia əsas borcun məbləğinə daxil olan yemək xərcləri hissəsində əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 1620 (2000 – 380 = 1620) manat tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onun la əsaslandırılmışdır ki, İddiaçı MMC övladı X2 təhsil aldığı “İ R” sinfində tədrisini 03.03.2020-ci il tarixdən dayandırmışdır. Təhsilin dayandırılmasından bir həftə sonra məktəb tərəfindən lazımi addımlar atılmadığını gördükləri üçün valideynlər olaraq onlar təhsil müəssisəsinə qarşı narazılıq etdikdə onlar bildirmişdir ki, internet üzərindən onlayn dərslərin tədris edilməsi üçün valideynlər tərəfindən planşetlərə xüsusi “Google teames” proqramı yükləndikdən sonra təhsilin davam etdirilməsi mümkün olacaqdır. “İ R” sinfində təhsil alan 20 nəfər şagirdin valideynlərindən tələb olunan proqramın yüklənməsi əlavə olaraq bir həftə müddətində mümkün olmuşdur. Bu o deməkdir ki, məktəb tərəfindən işin düzgün təşkil edilməməsi səbəbindən iki həftə müddətində övladlarına dərslərin keçirilməsi müm kün olmamışdır. Bütün valideynlər tərəfindən tələb olunan proqramın yüklənməsinə baxmayaraq 20 nəfər şagirddən 6-7 nəfər elektron dərs bağlantısı yarada bildiyi üçün təqribən 2 həftədən sonra məktəb bu şəkildə dərslərin davam etdirilməsini mümkünsüz olduğu qənaətinə gəlmişdir. Belə olduqda tədris müəssisəsi tərəfindən tədrisin bu şəkildə yəni virtual canlı bağlantı ilə keçirilməsi dayandırılmışdır. Halbuki, elektron canlı bağlantı şəklində virtual dərslərin davam etdirilməsi şagirdlərin dərsə olan məsuliyyətini az da olsa təmin etmək üçün yeganə metod idi. Bildirmək istəyirlər ki, iddiaçı tərəfindən elektron qaydada tədrisin düzgün təşkil edilməməsi, zamanında lazımı proqramın valideynlərə məxsus texniki vasitələrə yüklənməməsi və bu məsələnin təşkilinə qeyri-ciddi yanaşılması nəticəsində tədrisin virtual canlı bağlantı şəklində aparılmaması müqavilə şərtlərinin ilk öncə tədris müəssisəsi tərəfindən pozulmağa başlanıldığını göstərməkdədir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.6-cı maddəsinə əsasən, məktəb tərəfindən dərslər tam həcmdə və ardıcıl keçirilməlidir. Lakin tədris müəssisəsi tərəfindən dərslərin tam şəkildə və ardıcıl keçirilməsi ümumiyyətlə təşkil edilməmişdir. Məktəb tərəfindən elektron qaydada tədrisin virtual canlı bağlantı şəklində həyata keçirilməsi mümkün olmadığı üçün onlar bu dəfə əsas fənlər üzrə dərslərin bir hissəsini vatsap sosial şəbəkəsi üzərindən ümumi qrup yaradaraq kitablardan şəkillər çəkməklə qrupa göndərib səslə izah edilməsi şəklində həyata keçirməklə davam etdilər. Bu şəklidə tədrisin təşkili uşaqların dərslərinin mənimsənilməsində çətinlik yaratdığı üçün bir çox valideynlər bu qaydanın keçirilməsinə etiraz etsələr də onlar buna məhəl qoymayaraq tədrisi öz bildikləri kimi qeyri - peşəkar səviyyədə davam etdirdilər. Belə olduqda tərəfindən dəfələrlə övladının sinif rəhbərinə dərslərin bu şəkildə keçirilməsinə öz etirazını bildirmiş, lakin tədris müəssisəsi onun və əksər valideynlərin bu etirazını heç bir halda qəbul etməyərək öz yanlış dərs metodlarına davam etmişlər. Övladının sinif rəhbərinə vatsap sosial şəbəkəsi üzərindən təşkil olunmuş tədrisin düzgün təşkil edilməməsi, bu səkildə təşkil edilmiş metodla övladının heç bir şey mənimsəmədiyini və nəticədə belə təhsildən imtina etdiyi üçün təhsil haqqını mart ayından sonra olan hissəsini ödəməyəcəyini şifahi səkildə bildirmişdir. Bundan əlavə, tərəflər arasında bağla nılmış müqavilənin 2.1.5-ci maddəsinə əsasən, məktəb tərəfindən əsas fənlərdən əlavə ingilis dilinin tədris edilməsi təşkil edilməli idi. Lakin məktəb tərəfindən nəinki əlavə fənn tədrisi, heç əsas fənlərin də tədrisi bütünlüklə keçirilmirdi. Qeyd etdiyi kimi ingilis dilinin tədrisi müqavilədə xüsusi bir bənd kimi nəzərdə tutulsa da, iddiaçı tərəfindən bu fənnin tədrisinin təşkili ümumiyyətlə həyata keçirilməmişdir. Bu əsas da iddiaçı tərəfindən müqavilə öhdəliklərinin birtərəfli qaydada icra edilməməsi və pozulmasıdır. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.9-cu maddəsinə əsasən, məktəb tərəfindən şagird yeməklə gündə bir dəfə təmin edilməlidir. Qeyd etməlidir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən o qədər səthi araşdırma aparmışdır ki, müqavilənin yaln ız iddiaçının hüquqları ilə əlaqəli olan bəndlərini əsas götürməklə onların cavabdeh qarşısında müqavilədə qeyd edilmiş vəzifələri ilə əlaqədar məsələlərin üzərindən sükutla keçmişdir. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı hakimə məlum olmuşdur ki, təhsil elektron qaydada həyata keçirildiyi halda məktəb tərəfindən müqavilənin yuxarıda qeyd etdiyi bəndinə əsasən şagirdin yeməklə gündə bir dəfə təmin olunması mümkün deyildir. Göründüyü kimi, hər iki məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, apelyasiya şikayətinə səthi yanaşılmış və nəticədə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı MMC məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, ca vabdeh tərəfindən verilmiş kasasiya şikayətində şikayət verilmiş məhkəmə aktını qəbul etmiş məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması nəinki qeyd edilməmiş, ümumiyyətlə qəbul edilmiş qətnamədə hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi belə göstərilməmişdir. Kasasiya şikayətində cavabdeh tərəfindən ancaq işin faktiki hallarından danışılmış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və nəticənin işin faktiki halanna uyğun olmamasına hər hansı maddi və prosessual hüquq norması baxımından əsaslandırma aparmadan istinad edilmişdir ki, bunun özü də AR MPM-nin 407.2-ci maddəsinin tələblərinin pozulması deməkdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şika yətində qeyd edilən işin bütün faktiki hallarına Bakı Apellyasiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2(103)-4740/2021 saylı qətnaməsində hüquqi qiymət verilmişdir. Cavabdeh tərəfindən tədrisin həyata keçirilməməsi ilə bağlı kasasiya şikayətində qeyd etdiyi məsələyə münasibətdə bildirmək istəyirlər ki, ölkə ərazisində karantin rejiminin elan edilməsinə və bütün müəssisələrdə tədris prosesinin dayandırılmasına baxmayaraq müqavilə üzrə müəyyən edilmiş öhdəliklər AR Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə və tam olaraq İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Tədrisin AR Nazirlər Kabinetinin və Təhsil Naziriliyinin göstərişinə əsasən distant rejimdə icra edildiyi müddət ərzində cavabdeh bu xidmətdən tam səkildə istifadə etmiş və cari ilin mart ayından iyun ayınadək t ədrisin keçirilməsi ilə əlaqədar hər hansı narazılığını nə yazılı səkildə, nə də şifahi qaydada (əyani surətdə görüşün keçirilməsindən isə ümumiyyətlə söhbət gedə bilməz. Çünki AR Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən vətəndaşların qəbulu bütün təhsil müəssisələrində dayandırılmış, bu prosesin yalnız yazılı və ya telefon danışıqları vasitəsilə həyata keçirilməsinə icazə verilmişdir) iddiaçıya bildirməmiş, distant səkildə tədrisin keçirilməsi və ya hər-hansı digər bir səbəbdən müqavilənin ləğvini tələb etməmiş və müqavilə üzrə qarşılıqlı öhdəliklərin icra edilməsindən imtina etməmişdir. Halbuki cavabdehin övladının oxuduğu məktəbdə olan bəzi şagirdlərin valideynləri müqaviləyə xitam verilməsi tələbi ilə sms vasitəsilə iddiaçıya hələ 2020-ci ilin mart ayında müraciət etmiş və iddia çı tərəfindən bu tələb icra edilməklə müqaviləyə elə həmin ayda da xitam verilmişdir. Bu barədə sübutlar 1-ci instansiya məhkəməsində məhkəmə baxışı zamanı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVİD-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində əyani (yerində) tədris, təlim-tərbiyə prosesi 03 mart 2020-ci il tarixindən etibarən dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır. Bu proses Nazirlər Kabinetinin 07 mart 2020-ci il, 20 mart 2020-ci il, 18 aprel 2020-ci il, 01 may 2020ci il və 30 may 2020-ci il tarixli Sərəncamları ilə 31 may 2020-ci il tarixinədək uzadılmışdır. Qeyd edilən dövr ərzində ölkə ərazisində fəaliyyət göstərən bütün tədris müəssisələrində tədris prosesinin onlayn (distant-məsafədən) təşkil edilməsi ilə bağlı AR Nazirlər Kabinetinin, AR Nazirlər Kabineti yanında Operativ Qərargahın və AR Təhsil Nazirliyinin tapşırıq və əmrləri əsasında digər təhsil müəssisələrində olduğu kimi iddiaçı Məktəbdə də tədris prosesi onlayn rejimdə təşkil edilmiş və həyata keçirilmişdir. Cavabdehin övladının onlayn təhsilə cəlb edilməsi və bu xidmətdən istifadə etməsinə dair sübutlar da məhkəməyə təqdim edilmişdir. Cavabdehin kasasiya şikayətində haqsız olaraq təkrar etdiyi məsələlərdən biri - iddiaçı t ərəfindən cavabdehə yemək xərclərinə görə güzəşt tətbiq edilməməsi və bu xərclərin tələb edilməsi ilə bağlıdır. Bununla əlaqədar bildirilməlidir ki, ümumiyyətlə tərəflər arasında bağlanmış Müqavilədə yemək xərci nəzərdə tutulmamış, yalnız təhsil haqqı və nəqliyyatdan istifadəyə görə haqq nəzərdə tutulmuşdur. Buna baxmayaraq iddiaçı Məktəb tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli əmrlə cavabdehə tədris prosesinin dayandırıldığı müddət üçün bir sıra xidmətlərə (o cümlədən də cavabdehin istədiyi yemək xidmətinə) görə 380 mant məbləğində güzəşt tətbiq eidlmiş və bu barədə cavabdehə rəsmi bildiriş də göndərilmiş, lakin cavabdeh bu güzəştdən yararlanmamış, ümumiyyətlə təhsil haqqını ödəməkdən imtina etmişdir. Bu halı təsdiq edən sübutlar da (Əmr və bildiriş) məhkəməyə təqdim edilmişdir. Mə hkəmə də bu halları təhsil haqqının tutulması zamanı nəzərə almışdır. Cavabdeh həm apelyasiya, həm də kasasiya şikayəti verərkən ölkə ərazisində yayılmış koronovirus pandemiyasının qarşısıalınmaz hadisə olduğunu, məhz bu səbəbdən də ümumrespublika ərazisində elan edilmiş karantin rejiminə görə bütün təhsil müəssisələrində tədris prosesinin distant rejimdə həyata keçirildiyini, bu halın iddiaçı Məktəbin təqsirli hərəkəti ilə bağlı olmadığını, tərəflər arasında imzalanmış müqavilənin 2.1.12-ci maddəsinə əssən qarşısıalınmaz hadisəyə görə Məktəbin məsuliyyət daşımadığını ümumiyyətlə nəzərə almamışdır. Belə ki, tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilənin 2.1.12-ci maddəsinə əsasən “Qarşısıalınmaz (fors major) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mən fi hüquqi nəticəli hallara görə Məktəb məsuliyyət daşımır". Tərəflər arasında bağlanmış müqavilənin 2.1.12ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Müqavilənin bu bəndinə şərh verən ondan artıq birinci instansiya məhkəməsi (Səbail, Nəsimi, Nizami, Sabunçu, Nərimanov, Yasamal, Sabirabad, Qaradağ, Abşeron və s. rayon məhkəmələri), o cümlədən də Bakı Apellyasiya və Sumqayıt Apellyasiya Məhkəmələri qeyd etmişdir ki, Respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Cavabdeh 2020-ci ilin mart ayından həmin ilin iyun ayınadək məktəbdə tədrisin həyata keçirilməməsi və ya keyfiyyətsiz həyata keçirilməsi və müqaviləyə dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı iddiaçı məktəbə hər hansı bir vasitə ilə (E-mail, Whatsapp, Sms, Poçt və s.) ümumiyyətlə müraciət etməmişdir. Borclu (öhdəliklər qarşılıqlı xarakter daşıdığından Məktəb də valideyn qarşısında borclu qismində çıxış edir) yalnız öz risk dairəsinə daxil olan təqsirli hərəkətlərinə görə öhdəliklərin icra edilmədiyi halda məsuliyyət daşıyır. Əgər tədrisin ənənəvi (əyani) şəkildə deyil, distant (məsafədən) formada həyata keçirilməsi borclunun (Məktəbin) hər hansı təqsirli hərəkəti nəticəsində baş vermiş bir hadisəyə (Məktəbdə yanğın, partlayış, su basması, dağılması və s kimi subyektiv səbəblərə) görə olsaydı, bu halda borclunun təqsirindən və müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsindən danışıla bilərdi. İndiki halda isə tədrisin distant rejimdə hə yata keçirilmiş olması borclu tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsi hesab edilə bilməz. Çünki tədrisin qeyd edilən formada keçirilməsi nəinki ölkədə, həmçinin bütün dünya dövlətlərində bu günki gündə də həyata keçirilməkdədir və bu qərar həmin ölkələrin, o cümlədən də ölkəmizin hakimiyyət orqanları (höküməti) tərəfindən verilmişdir. Hazırki iddia tələbinə analoji iddia tələblərinə Respublikanın 10-dan artıq birinci instansiya məhkəməsində baxılmış və bütün məhkəmələr tərəfindən müqavilə münasibətinə əsaslanan iddia tələbi təmin edilmişdir. İddiaçının xeyrinə qəbul edilmiş Rayon Məhkəmələrinin qətnamələrindən cavabdehlər tərəfindən verilmiş 8-dən artıq apelyasiya şikayətinə Bakı Apellyasiya və Sumqayıt Apellyasiya Məhkəmələrinin 6 müxtəlif məhkəmə tərkibində baxılmış və apelyas iya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəmələrinin qətnamələrinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamələr qəbul edilmişdir. O cümlədən də 4 iş üzrə cavabdehlər tərəfindən verilmiş kasasiya şikayətlərinə AR Ali Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının xeyrinə qəbul edilmiş qətnamələrin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarlar qəbul edilmişdir. Həmin qətnamələrin bir çoxu qüvvəyə mindiyindən və icra edildiyindən demək olar ki, bu sahədə artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsini n səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 və vəkili X5 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli i mtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq saziş i şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayəti n belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətini də cavabdeh iddiaçıya borcunun olmaması, onun öhdəliyini dayandırmaqda haqlı olması, iddiaçının təhsil vermək barədə öhdəliyini icra etməməsi, ölkədə pul vəsaiti tələb edilən dövrdə təhsilin dayandırılması, onun öhdəliyini dayandırmaqda haqlı olması kimi dəlillərlə əsaslandırmağa çalışsa da, iddiaçının dəlillərinin əsassızlığı iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin şərtləri və ölkədə mövcud olmuş pandemiya halının tələblərinə uyğun olaraq təhsilin təşkil edilməsi və həyata keçirilməsi ilə bağlı sübuta ehtiyacı olmayan və hər kəsə bəlli olmuş prosedurlarla öz təsdiqini tapır. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4740/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.