Məhkəmə qərarları › İş №2(102)-6318/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6318/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6318/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, C2 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit və ipoteka müqaviləsinin və hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X1 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 22.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 borcalan İddiaçı1 40.000 manat borc pul vermiş, borc alan krediti 22.04.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. 22.01.2018-ci il tarixdə ipoteka qoyan İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsini 22.01.2018-ci il tarixli 3M-44 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Öhdəlik pozu lduğuna görə ipoteka predmetinə tutma yönəldilmişdir.

3. İddiaçılar onlara cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin verilmədiyini, əqdin qanunsuz olaraq təsdiqləndiyini, kredit müqaviləsinin aldatma yolu ilə bağlandığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC, C2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında 22.01.2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı DNK-da bağlanmış kredit və ipoteka müqavilələrinin, "xxxx" MMC tərəfindən verilmiş «hərracın yekunlarına dair» 17 avqust 2019-cu il tarixli 51/06 saylı Protokolun etibarsız hesab edilməsi, AR DK ƏM DƏDRX 2 s aylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 22 yanvar 2018-ci ildə cavabdehdən 12500 manat məbləğində borc pul istəmiş və cavabdeh həmin pulu ona yalnız notariat qaydada və həmin pul müqabilində əmlak girov qoymaqla verəcəyini bildirmişdi. Həmin vaxt iddiaçının kəskin pula ehtiyacı olduğu üçün o cavabdehlə razılaşaraq yeganə əmlakı kimi Sumqayıt şəhəri, Corat bağlar ərazisində yerləşən 2386E saylı, 2 otaqdan ibarət bağ evini girov qoymağa qərar verməklə cavabdehlə 22.01.2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı DNK-da ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilədə girov qoyulmuş əmlak 40000 manat məbləğində müəyyən edilmişdir. Həmin vaxt cavabdeh ona bildi rdi ki, evin dəyəri 40000 manat məbləğində qiymətləndirildiyi üçün kredit müqaviləsində də iddiaçının ondan alacağı pul məbləği də 40000 manat göstərilməlidir, əks təqdirdə həmin müqaviləni notarius rəsmiləşdirməyəcəkdir. Lakin o iddiaçıya 12500 manat pul verəcək, həmin pulu qaytardıqdan sonra isə birlikdə gəlib hər iki müqaviləni ləğv etdirəcəklər. Onun bu evdən başqa girov qoyulası hər hansı bir əmlakı olmadığı üçün cavabdehlə razılaşmaq məcburiyyətində qalmış, ona inanaraq hər iki müqaviləni imzalamışdır. Lakin cavabdeh həmin müqavilə bağlanan vaxt ona notariat kontorunda 1 manat da olsun pul vermədi və onlar birlikdə maşına əyləşmiş və cavabdeh ona maşında 8000 manat pul vermiş hissə-hissə olmaqla ümumilikdə 12500 manat məbləğində pul vermişdir. O cavabdehdən bu sənədləşmənin nə üçün l azım olduğunu soruşduqda o həmin pulları deputat Rəfail Cəbrayılov adlı şəxsdən götürərək ona verdiyini, həmin şəxs də verdiyi pula görə mütləq girov da almağı tələb edir. Cavabdehlə razılaşdı ki, onun iddiaçıya verəcəyi 12500 manat pulun üstündə ona 1000 manat əlavə pul ödəyəcək. O cavabdehə aldığı pulları hissə-hissə qaytarmış, ona cəmi 6500 manat məbləğində borcu qalmışdır. Lakin cavabdeh ondan xəbərsiz və iddiaçıdan pulları aldığı halda cavabdeh Sumqayıt şəhər 3 saylı DNK-dan icra qeydi almaqla Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə təqdim etmiş və bundan sonra ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan ipoteka predmeti-ailə üzvləri ilə yeganə yaşayış yeri olan evini cavabdeh Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən 54000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılaraq 07 avqust 2019-cu il tarixdə 34425 manata cavabdehə satılmışdır. Onun nə mənzilin qiymətləndirilməsindən, nə də bu hərracların heç birindən məlumatı olmamışdır. Yalnız qarşı tərəf məhkəmədə ona qarşı həmin evdən çıxarılma barədə iddia qaldırdıqdan sonra o belə bir hərracın keçirilməsindən məlumatlı olmuşdur. Cavabdeh iddiaçının ağır vəziyyətindən, həmin vaxt pula kəskin ehtiyacının və həyat yoldaşının həbsdə olmasından sui-istifadə edərək 12500 manat məbləğində ona borc pul verməklə onunla 40000 manat məbləğində borc pul almağına dair kredit müqaviləsi bağlamış. İddiaçının 12500 manat verdiyi puldan ona cəmi 6500 manat məbləğində borcu qaldığı halda o həmin formal olaraq aralarında bağlanmış kredit müqaviləsini əlində əsas tutaraq iddiaçının şəxsi mülkiyyətində o lan evini iştirakı və xəbəri olmadan hərraca çıxartdırmaqla adına rəsmiləşdirmişdir. Ona hüquqlarının pozulduğu hazırda məlum olduğu üçün iddiaçı həmin müqavilələrin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edir. O hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, hərrac keçirilərkən onun mülkiyyət hüquqları kobud surətdə pozulmuş, faktiki borc aldığı 12500 manat puldan iddiaçının cavabdehə 6500 manat borcu qaldığı halda evi özgəninkiləşdirilmişdir. Buna görə də həmin protokol etibarsız hesab edilməli və Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalıdır. Göründüyü kimi cavabdeh onunla kredit müqaviləsi bağlayan vaxt onu aldatmış, ona 40000 manat məbləğində pul vermədiyi halda onunla bu müqaviləni bağlamış, həmin məbləğin müqavilədə göstərilməsini girov qoyulan evin 40000 manat məbləğində qiymətləndirilməsi ilə əsaslandırmış, iddiaçı da ona inanaraq müqaviləni bağlamışdır. Bu müqaviləni bağlamaqla cavabdeh onu ağır bir duruma salmış və nəticədə bu gün iddiaçı və ailə üzvləri yeganə yaşayış yerindən məhrum olmuşlar. Onu da qeyd edir ki, ipoteka müqaviləsi bağlansa da həmin müqavilə formal olduğu üçün cavabdeh onda inamı qırmamaq məqsədi ilə ev üzərində mülkiyyət hüquqlarını təsdiqləyən sənədləri iddiaçıdan almamış və həmin sənədlər bu gün də iddiaçıdadır. Onun cavabdeh tərəfindən həmin müqavilələr bağlanılan vaxt aldadıldığını, cavabdehin ona faktiki olaraq 12500 manat məbləğində borc pul verdiyini, iddiaçının isə ona 6000 manat məbləğində borcunun qaldığını təsdiq edən şahidləri və sübutları vardır.

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılar həmin kredit və ipoteka müqaviləsi bağlanandan təxminən 2 il keçdikdən sonra sözügedən müqavilələrin etibarsızlığı ilə bağlı şəxsi təxəyüllərinin məhsulu olan, prosessual hüquqlarından sui-istifadə məqsədi daşıyan, əsassız dəlillər irəli sürərək iddia qaldırmışlar. Halbuki, iş üzrə materiallardan göründüyü kimi iddiaçılar həmin müqavilələri notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq şəxsən imzaladıqlarından həmin müqavilələrin bağlanması və doğurduğu hüquqi nəticələr barədə 22.01.2018-ci il tarixdən etibarən məlumatlı olmuşlar. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur, lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur, ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə veribverməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəy yən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa məlumat üçün bildirirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8738/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386E saylı bağ evindən çıxarılması qət edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8738/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi, hazırki mülki iş üzrə eyni tərəflər arasında həmin iş üzrə yaranmış mənzildən çıxartma tələbinə dair mübahisə üzrə iddia tələbinə məhkəmə tərəfindən baxılan zaman hazırki iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilmiş tərəflər arasında 22.01.2018-ci il tarixdə bağlanmış sö zügedən kredit müqaviləsi və ipoteka müqaviləsi, habelə "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan Cavabdeh1 tərəfindən əldə edilməsi ilə bağlı hərracın yekunlarına dair 51/06 saylı 07.08.2019cu il tarixli protokol və həmin protokol əsasında AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarış Sumqayıt şəhər məhkəməsi tərəfindən təftiş edilmiş və həmin sənədlər əsasında iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin iş üzrə məhkəmə sözügedən hüquqmüəyyənedici sənədlərə istinad edərkən onların etibarsızlığına dair hər hansı bir əsas müəyyən etməmişdir. Başqa sözlə, iddiaçılar daha öncə eyni tərəflər arasında Sumqayıt şəhər məhkəməsində baxılmış və barəsində qətnamə çıxarılmış 2(06ü)-8738/2019 saylı mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş hüquqmüəyyənedicisi sənədləri hazı rki mülki iş üzrə yenidən mübahisələndirmişlər. İş üzrə materiallardan göründüyü kimi hazırkı iş üzrə iddiaçılar Cavabdeh1 ilə aralarında bağlanmış 22.01.2018-ci il tarixli “Kredit müqaviləsi“ üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da ipoteka predmetinə tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilmiş, müvafiq icra sənədinin icrası ilə əlaqədar ipoteka predmeti icra məmurunun müvafiq sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən açıq hərracdan satışa çıxarılmış, keçirilən hərraclar baş tutmamış, ipoteka predmeti “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayana - Cavabdeh1 təklif olunmuş, sonuncu tərəfindən təklif qəbul edilərək əmlak hərracdan əldə edilmiş, daha sonra əmlak üzərində mülkiyyət hüquqları əldə edilmişdir.

7. Eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 kəsici müddətin tətbiq olunmasına dair ərizə təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 20 fevral 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xda 22.01.2018-ci il tarixli “borc verən” Cavabdeh1 ilə “borc alan” İddiaçı1 arasında kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, (notariat materiallarında olan kredit müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı müqavilə bağlanan anadək Cavabdeh1 40. 000 pul aldığını imzası ilə təsdiq etmişdir) pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması və xun da həmin əqdi qanunsuz olaraq təsdiqləməsi, bu səbəbdən də 22.01.2018-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsi aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Bundan əlavə, MM-nin 354.2- ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Görün düyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən kredit və ipoteka müqaviləsi 22.01.2018-ci ildə tərəflərin iştirakı ilə, xda bağlanmışdır. Odur ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə iddiaçı əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia ərizəsini rədd etməyi əsaslı və qanuni hesab edir. İpoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386E ünvanında yer ləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflə rin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 02 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli x saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul apellyatora aid edilmiş, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pulun İddiaçı1 tu tulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməli olduğu halda iddiaçının mülkiyyətində olan mənzilin nə vaxt və kim tərəfindən sat ıldığı barədə ona məlumat verilməyib. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, iddiaçının cavabdehdən aldığı pulları hissə-hissə qaytarmışdır, ona cəmi 6500 manat məbləğində borcu qalıb. Lakin cavabdeh ondan xəbərsiz Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontorundan icra qeydi almaqla Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə təqdim edib və bundan sonra ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mübahisəli mənzil Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən 54000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılaraq 07 avqust 20t9-cu ildə 34425 manata cavabdehə satılıb. İddiaçının mənzilinin qiymətləndirilməsindən və bu hərracların heç birindən məlumatı olmayıb. Yalnız cavabdeh məhkəmədə onlara qarşı mübahisəli mənzildən çıxarılma tələbinə dair iddia qal dırdıqdan sonra belə bir hərracın keçirilməsindən xəbər tutmuşdur. Məhkəmə kollegiyasının diqqətinə çatdırıram ki, hərracın keçirilməsi ilə bağlı məktublar barədə iddiaçının məlumatım olmayıb, qeyd olunan poçt xəbərnamələri onun tərəfindən imzalanmayıb. Bildirişlərin birini iddiaçının oğlu imza edib, digərini isə “Əliyeva” adlı şəxs imzalayıb. Oğlu isə yetkinlik yaşına çatmayıb. “Əliyeva” soyadlı şəxsin kimliyi isə ona məlum deyil. Ehtimal edir ki, “Əliyeva” soyadlı şəxs məhz elə cavabdehin özüdür. Ekspert rəyi ilə də müəyyən olundu ki, imzalar iddiaçıya məxsus deyil. Bu da o deməkdir o, hərracın keçirilməsindən xəbərsiz olmuşdur. Qətnamədə də qeyd olunub ki, məhkəmə xəttşünaslıq ekspertizasının rəyinə əsasən həmin bildirişlərdə “Əliyeva” sözü, habelə qarşısındakı imza və rəqəmlərin İddiaç ı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması hərracın etibarsız hesab olunmasına əsas verir. Lakin buna baxmayaraq məhkəmə iddiaçının şikayətini təmin etməmişdir. Sual olunur ki, bildirişlərdə “Əliyeva“sözü, habelə qarşısındakı İmza və rəqəmlərin İddiaçı1 tərəfindən imza olub-olunmaması müəyyən olunduqdan sonra da məhkəmə eyni nəticəyə gələcəkdirsə, bəs o zaman niyə ekspertizanın keçirilməsini təmin edirdi? Göründüyü kimi məhkəmə düz nəticəyə gəlməyib, bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. O, cavabdehin “oyun”unun qurbanı olmuşdur. Məhkəmə də əsassız qətnamə qəbul etməklə cavabdehin əməlinə haqq qazandırmışdır. Əgər qətnamə qüvvədə qalarsa cavabdeh əsassız olaraq varlanmış olacaq. Göründüyü kimi, hərrac keçirilərkən onun keçirilmə qaydaları pozulub, hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilməyib, göndərilən sifarişli bildirişlər ona çatdırılmayıb, xəbərnamələr iddiaçı tərəfindən imzalanmayıb. Bundan əlavə, kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə göstərib ki, xda 22.01.2018-ci il tarixli "borc verən” Cavabdeh1 ilə "borc alan” İddiaçı1 arasında kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında" qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmaması və xun da həmin əqdi qanunsuz olaraq təsdiqləməsi, bu səbəbdən də 22.01.2018-ci ildə bağlanmış kredit və ipoteka müqaviləsi aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir. Məhkəmə həmçinin göstərib ki, iddiaçının mübahisələndirdiyi tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin əhəmiyyətsiz olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 375.2-ci maddəsini düzgün tətbiq etməyib. Belə ki, iddiaçı kredit müqaviləsini 22.01.2018-ci ildə bağlasa da, həmin zaman onun hüquqlarının pozulduğunu bilmirdi. Çünki həmin zaman cavabdeh onu inandırdı ki, kredit müqaviləsi ona görə 40.000 manata sənədləşdirildi ki, həmin pulları deputat Rəfail Cəbrayılov adlı şəxsdən götürülüb və həmin şəxs də verdiyi pula görə mütləq girov almağ ı tələb edir. Beləliklə aydın olur ki, cavabdehlə kredit müqaviləsi bağlayan zaman cavabdeh kredit müqaviləsinin 40.000 manata mütləq şəkildə bağlanmalı olmasına, əks halda ipoteka müqaviləsinin bağlanmayacağına iddiaçının inandırıb. Bu isə həmin dövrdə onun aldadıldığını bildiyi vaxt demək deyil. İddiaçı hüquqlarının pozuntusunu cavabdehin ona qarşı mənzildən çıxarılmağına dair iddia qaldıran zaman bilmişdir və həmin vaxt bu iddianı qaldırmışdır. Buna görə də o, kredit müqaviləsinin etibarsızlığına dair iddia müddətini ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək onun rədd olun masını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

18. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərə fə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

19. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

20. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma hal ında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə 415.2. Qanunvericilikdə ayrı qay da nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

23. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 2019-cu ildə qüvvədə o lan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

24. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçiri lmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

27. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.

28. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

29. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

30. Maddə

43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərr acın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində“və özünün rəsmi internet saytında“məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

31. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.

32. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətb iq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 39. 22 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı1 3 ay müddətinə qaytarmaq şərtilə faizsiz 40000 manat borc pul vermiş, İddiaçı1 krediti 22 aprel 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 40. 22 yanvar 2018-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ipoteka qoyan İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 3 0.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsini 22 yanvar 2018-ci il tarixli 3M-44 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 41. 19.01.2018-ci il tarixli 7E-1010 №-li reyestrli ərizəyə əsasən, İddiaçı2 xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. 42. 13.09.2019-cu il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, xi, 2386E saylı bağ evi 0,012 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. 43. xun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinə əsasən Cavabdeh1 tələbi ilə xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsindən ibarət əmlakın satışından əldə olunan 40.000 manat vəsait borc tələbinə yönəldilmişdir. 44. 04.12.2018-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru xxr oğlu xun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. 04.12.2018-ci il tarixli 2K-239423 saylı məktuba əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru xxr oğ lu icraata başlamaq haqqında qərarın surətini İddiaçı1, Cavabdeh1 və xa məlumat üçün göndərmişdir. 45. 10.12.2018-ci il tarixli qərara əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru xxr oğlu xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin hərracda satılması üçün qiymətləndirici dəvət etmişdir. 46. 12.12.2018-ci il tarixli 30140/14 saylı məktuba əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru xxr oğlu qiymətləndirici dəvət edilməsi haqqında qərarın surətini İddiaçı1, Cavabdeh1 və xa məlumat üçün göndərmişdir. 47. "xxxx" MMC qiymətləndirmə şirkətinin 29.03.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, xi, 2386E saylı ba ğ evinin ümumi dəyəri 54000 manat təşkil edir. 48. 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubuna əsasən, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru xxr oğlu İddiaçı1, Cavabdeh1, xa məlumat verməklə "xxxx" MMC-yə xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin hərracda satılması üçün müraciət etmişdir. 49. "xxxx" MMC tərəfindən İddiaçı1, Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Cavabdeh1 ünvanlanmış 17.05.2019-cu il tarixli № 01 nömrəli, 31.05.2019-cu il tarixli № 01/2 nömrəli,“ 21.06.2019-cu il tarixli № 02 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə da ir xun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinin icrasına əsasən ipoteka qoyulan xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq 17.06.2019-cu il saat 11:00-da və 08.07.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. 50. 12.07.2019-cu il tarixli "xxxx" MMC-nin ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, İddiaçı1, Cavabdeh1, Sumqayıt şəhəri üzrə İcra idarəsinə məlumat verməklə xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi 34425 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. 51. “Birja yenilikləri” qəzetlərinin surətindən gö rünür ki, xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir.

52. Hərrac təşkilatının hərracın yekunları barədə 07 avqust 2019-cu il tarixli № 51/06 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi üzrə xun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinin, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərracda ilkin “qiyməti 54000 manat, təkrar hərracda ilkin qiyməti 45900 manat, 25 % aşağı olan 34425 manat “qi ymətlə Cavabdeh1 təklif edilmişdir.

53. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu T.M.Mustafazadənin 30.01.2020-ci il tarixli 125 saylı məktubundan görünür ki, 15.06.2018- ci ilədək notariat ofisində bağlanan kredit (borc) müqavilələrində pulun borc alana notariusun yanında verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 15.06.2018-ci il tarixdən sonra isə kredit (borc) müqaviləsi notariusun bankdakı depozit hesabı vasitəsilə həyata keçirilir. İddiaçı1 40000 manat məbləğində pulun Cavabdeh1 aldığını kredit (borc) müqaviləsinin notariat ofisində saxlanılan nüsxəsində öz xətti ilə yazaraq təsdiq etmişdir.

54. ƏMDK DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04.02.2020-ci il tarixli **********34 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xində yerləşən 2386E sa ylı fərdi yaşayış evi Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 14.07.2016-cı il tarixli 4Ə-315 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 adına qeydiyyata alınmış və 20.07.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 3M-45 reyestr nömrəli, 22.01.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında fərdi yaşayış evi Cavabdeh1 xeyrinə yüklü edilmiş və ********** qeydiyyat nömrəli, 10.04.2018-ci il tarixli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. Hərrac təşkilatının 07.08.2019-cu il tarixli 51/06 saylı hərracın yekunları barədə protokoluna əsasən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmış və 12. 09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

55. Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli xsaylı qətnaməsinə əsasən cavabdeh İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan xi, 2386E saylı bağ evindən çıxarılması qət edilmişdir.

56. Ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 əri İddiaçı2 04 fevral 2020-ci il tarixdə ölmüşdür.

57. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı1 həm qeydiyyatda olduğu ünvan 3 ünvanı üzrə, həm də yaşadığı xi, 2386E ünvanı üzrə bildirişlər göndərilmişdir. Bildirişlərin çatdırılması barədə kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, həmin bildirişlərdən birini iddiaçının oğlu Ələnur Qədirov, qalan bildirişləri isə “Əliyev a” soyadlı şəxs qəbul etmişdir. Talonların birində “ünvan tam deyil”, başqa birində isə “qapı bağlıdır” sözləri yazılmışdır.

58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2020-ci il tarixli 4/974 saylı ekspert rəyinə əsasən, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən İddiaçı1 göndərilmiş poçt bildirişlərində (kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarında) “Əliyeva” sözü, habelə qarşısındakı imza və rəqəmlər İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

59. Beləliklə, 22.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 borcalan İddiaçı1 40000 manat borc pul vermiş, borc alan krediti 22.04.2018 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, tərəflər kreditin faizsiz verilm əsini şərtləndirmişlər. İş materiallarının 87-ci vərəqində olan notariat işindəki kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 müqavilənin arxa tərəfində “Müqavilə bağlanan anadək Cavabdeh1 40000 (qırx min) manat pul aldığımı imzamla təsdiq edirəm.“ sözlərini və “22.01.2018” rəqəmlərini yazmış və imzalamışdır. 22.01.2018-ci il tarixdə ipoteka qoyan İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsini 22.01.2018-ci il tarixli 3M-44 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

60. Apellyasiya ins tansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir, aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şər tlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır.

61. Hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifad əsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. 62. xda Cavabdeh1 ilə İddiaçı1 arasında 22.01.2018-ci il tarixli kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübutun mövcud olmaması və xun həmin əqdi qanunsuz olaraq təsdiqləməsi, bu səbəbdən də 22.01.2018-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması müəyyən olunmur.

63. İddiaçı1 mübahisələndirdiyi kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal ol unan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş bir illik kəsici müddətdə məhkəmədə mübahisələndirməmişdir.

64. Mübahisələndirilən kredit və ipoteka müqavilələri 22.01.2018-ci ildə tərəflərin iştirakı ilə xda bağlanmışdır. Odur ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində müqavilələri mübahisələndirməmiş və belə olan təqdirdə iddiaçı əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.

65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, İddiaçı1 mülkiyyətində o lan xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin açıq hərracda satılması üçün xun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinin, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərracda ilkin“ qiyməti 54000 manat, təkrar hərracda ilkin qiyməti 45900 manat, 25 % aşağı olan 34425 manat“ qiymətlə Cavabdeh1 təklif edilmişdir. Bununla bağlı həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan xi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.

66. Bununla yanaşı məhkəmə kollegiyası İddi açı1 əsas gətirdiyi, bağ evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur.

67. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, "xxxx" MMC tərəfindən hərrac barədə bildirişlər İddiaçı1 həm qeydiyyatda oldu ğu ünvan 3 ünvanı üzrə, həm də yaşadığı xi, 2386E ünvanı üzrə göndərilmişdir. Bildirişlərin çatdırılması barədə kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, həmin bildirişlərdən birini iddiaçının oğlu Ələnur Qədirov, qalan bildirişləri isə “Əliyeva” soyadlı şəxs qəbul etmişdir. Talonların birində “ünvan tam deyil”, başqa birində isə “qapı bağlıdır” sözləri yazılmışdır.

68. Apellyasiya kollegiyası hesab etmişdir ki, hərrac təşkilatı ipoteka qoyan İddiaçı1 hər iki ünvanı üzrə hərrac barədə bildirişləri göndərməklə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı1 ünvanları üzrə bildirişləri qəbul etmiş “Əliyeva” soyadlı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən həmin bildirişlərdə “Əli yeva“ sözü, habelə qarşısındakı imza və rəqəmlərin İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması hərracın etibarsız hesab olunmasına əsas verir. Kollegiya həmçinin qeyd etmişdir ki, bildirişlərdən birini iddiaçının oğlu imza etməklə qəbul etmişdir. Bundan əlavə, İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyini özü də etiraf edir. Bundan əlavə, İddiaçı1 bəlli idi ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə ipoteka predmeti olan bağ evinə tutma yönəldilə bilər.

69. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, hərracın yekunları barədə 07 avqust 2019-cu il tarixli 51/06 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi həmin hissədə, habel ə ondan irəli gələn daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi hissəsində iddia tələbini təmin etməməkdə də haqlı olmuşdur.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş ü zrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar