Məhkəmə qərarları › İş №2(102)-6337/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6337/2021

03.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6337/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali M əhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 18 mart 2001-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş, birgə nikahdan 18 may 2002-ci il tarixdə Cavabdeh2 və 2004-cü ildə X1 adlarında iki uşaqları olmuşdur. Tərəflərin birgə nikah dövründə əldə etdikləri və 25 dekabr 2008-ci il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən iki mərtəbəli 4 otaqlı fərdi yaşayış evi Cavabdeh1 tərəfindən tərəflərin birgə nikahlarından olan oğlanları Cavabdeh2 bağışlanmış, müqavilə 20 dekabr 2019-cu il tarixdə notariatda təsdiq olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin may ayında İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bağışlama müqaviləsinin bağlanmasına razılıq verməsinə Cavabdeh1 tərəfindən məcbur edilməsini əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən həmin müqavilənin etibarsız hesab edilməsi, mənzil 56-ya paylarının müəyyən edilməsi, N ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına, N saylı bağ evinə, N kəndində yerləşən 0,20 ha torpaq sahəsi və digər əmlaklar üzərində payların müəyyən edilməsinə, “Toyota Lexus” markalı avtomobilin satılmasından əldə olunmuş 56.950 manatın bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: F.İ.Əyyubov) iddi a qismən təmin edilərək “Lexus RX 350” markalı avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar 28.475 manatın Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək bağışlama müqaviləsinin görünüş üçün bağlanmasını, birgə nikah dövründə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsinə onun tərəfindən verilmiş razılığın məcburiyyət qaydasında ondan alınmasını və s. əsas göstərməklə qətnamənin qismən ləğv edilərək Yasamal rayonu, 458-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin və Xırdalan şəhərində yerləşən evə dair bağışlama müqaviləsinin etibarsız hesab edilərək payların müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cava bdeh1 apellyasiya şikayəti verərək avtomobilin onların birgə gəlirləri hesabına əldə edilməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə(hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2810/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi avtomobilə görə cavabdehdən tutulan pulun məbləğinə dair hissədə dəyişdirilərək Cavabdeh1 avtomobilin özgəninkiləşdirilməsi ilə əlaqədar 17.000 manatın alınaraq İddiaçı verilməsi, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, q ətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək birgə nikah dövründə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsinə verdiyi razılıq ərizələrinin məcburiyyət qarşısında yazılmaqla onun iradəsinə uyğun olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, qeyri-yaşayış sahəsi və fərdi yaşayış evinin bağışlanmasına dair müqavilənin etibarsız hesab edilməklə həmin əmlaklardan paylarının müəyyən edilməsi, avtomobilin satışından əldə edilmiş pul vəsaitin bölünməsinə dair qərar qəbul edilməsini xahiş etm işdir. Qətnamədən eyni zamanda Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Həmçinin Cavabdeh1 və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, on ların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlərinin dəlilləri qətnamənin lə ğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan N-də yerləşən qeyri yaşayış sahəsi və Xırdalan şəhərində yerləşən 4 otaqlı mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilsə də, həmin əmlaklar tərəflərin nikahda olduqları dövrdə iddiaçının razılığı ilə bağışlanmışdır. İddiaçı həmin əmlakların bağışlanmasına razılığı cavabdehin məcbur etməsi nəticəsi ndə verdiyini iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Həmin müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666, 668-ci maddələrinin tələblərinə uyğun bağlanmış, müqavilələrin etibarsız sayılması üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. N məhəllədə yerləşən qeyri-yaşayış sahəsi və Mərdəkan qəsəbəsində yerləşən bağ evi, işdən göründüyü kimi iddiaçının razılığı ilə özgəninkiləşdirilmiş, lakin iddiaçı həmin əqdlərin qanuniliyini mübahisə etməmişdir. Mübahisə predmeti olan avtomobil Cavabdeh1 adına qeydiyyata alınsa da, müəyyən olunmuşdur ki, avtomobil 2017-ci ildə tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş və onun tərəfindən 20 fevral 2020-ci il tarixdə Cavabdeh2 oğluna satılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi nin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Əmtəəşünaslıq ekspertizasının rəyinə görə avtomobilin bazar dəyəri 34.000 manat, likvid dəyəri isə 28.000 manat təşkil edir. Avtomobilin satışından əldə edilmiş pul vəsaiti tərəflər arasında bölünməli olduğundan, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, onun bazar dəyərinin yarısını təşkil edən 17.000 manat iddiaçının payına uyğun olaraq ona verilməlidir. Göstərilənlərlə əlaqədar, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla həll olunduğundan, kass asiya şikayətləri təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar