Məhkəmə qərarları › İş №2(102)-6338/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6338/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6338/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sığortalanmış əmanət, kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 215/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarix li qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (bundan sonra – Bank, hazırda ləğv prosesindədir) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsinə əsasən, Bank əmanətçidən (iddiaçıdan) 30.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. Müqavilənin 8.2-ci bəndinə əsasən, Əmanətlərin Sığ ortalanması Fondu tərəfindən hər bir iştirakçı Bankda sığortalanmış illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faizdən çox olmayan əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Bank ilə iddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı “Yığım” depozit müqaviləsinə əsasən, Bank əmanətçidən (iddiaçıdan) daxil olmuş 500 ABŞ dolları məbləğində olan pul məbləğini (əmanəti) qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün illik 15 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Bankda LD********** saylı “Qarant” depozit müqaviləsinə əsasən iddiaçıya məxsus depozit hesabı açılmış, 30.000 ABŞ dollar ı həmin hesaba mədaxil edilmiş, 18.03.2016-cı il tarixdə isə həmin hesabdan məxaric edilmişdir. İddiaçı tərəfindən Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra – cavabdeh və ya Fond) ünvanlanmış 18 yanvar 2019-cu il tarixli ərizədə iddiaçı 17 mart 2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsinə əsasən 30.000 ABŞ dolları və 17 mart 2015-ci il tarixli LD********** saylı “Yığım” depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində Banka qoyulan depozitin 30.000 manat hissəsinin kompensasiya olaraq ona ödənilməsini xahiş etmişdir. Fond tərəfindən iddiaçıya ünvanlanmış 25 yanvar 2019-cu il tarixli məktubda bildirilmişdir ki, iddiaçının 29.285,26 ABŞ dolları məbləğində tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Bankl ar haqqında” Qanun) 76.1-ci maddəsinə uyğun olaraq ləğvetmə prosesində olan Bank tərəfindən 24.10.2016-cı il tarixində 0423 nömrəsi ilə Kreditorların reyestrinə daxil edilmişdir və həmin Qanunun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada ödəniləcəkdir. İddiaçının Bank qarşısında 29.241 ABŞ dolları məbləğində olan kreditor tələbi 24.10.2016-cı il tarixli, 0423 saylı qəbzlə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Fonda qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla arasında bağlanmış 17 mart 2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsinə əsasən 30.000 ABŞ dolları və 17 mart 2015-ci il tarixli LD********** saylı “Yığım” depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində Banka qoyulan depoziti n 30.000 manat hissəsinin kompensasiya kimi cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30.000 ABŞ dolları pul vəsaitini illik 12 faizlə 1 il müddətinə depozitə qoymuşdur. Depozit müddəti bitdikdən sonra dəfələrlə Banka müraciət edərək, əmanətini faizlərlə birlikdə ona qaytarılmasını tələb etsə də, Bank hər dəfə bir bəhanə ilə depozitin qaytarılması vaxtını uzatmışdır. Eyni zamanda, Bankla arasında bağlanmış “Yığım” depozit müqaviləsinə əsasən, 500 ABŞ dollarını illik 15 faiz olmaqla, 60 ay müddətinə depozitə qoymuşdur. 01 oktyabr 2016-cı il tarixində isə Bank ləğv edilmişdir. Cavabdeh 25 yanvar 2019-cu il tarixli məktubunda 29.285,26 ABŞ dollarının ona ödəniləcəyini bildirilmişdir. Lakin bu günədək, cavab deh tərəfindən ona hər hansı ödəniş edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 17.03.2015-ci il tarixli əmanət müqaviləsinə əsasən iddiaçı illik 15% dərəcəsi ilə 60 ay müddətinə 500 ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir. Sözügedən əmanət cəlb olunduğu tarixdən etibarən qorunmayan əmanət statusunda olmuşdur. X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 2015-ci il 24 fevral tarixli qərarı ilə qorunan əmanətlər üçün 12 faiz dərəcəsi müəyyən etmişdir. İddiaçının əmanəti 15% dərəcəsi ilə yerləşdirildiyi üçü n qorunan statusda olmamışdır. “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Əmanətlərin tam sığortalanması” haqqında Qanun) 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətlərin həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Normanın mahiyyətindən də göründüyü kimi, əmanətçilərin müraciəti əsas şərt kimi göstərilir. Lakin iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Eyni zamanda, iddiaçının tələbi 24 oktyabr 2016-cı il tarixində 0423 reyestr nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Beləliklə, iddiaçının tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Eyni zamanda, 30.000 ABŞ dolları olan əmanət müqaviləsi üzrə vəsait çıxarılmış, 25.000 ABŞ dolları digər əmanət müqaviləsi üzrə olan hesaba qoyulmuşdur. Ona görə də həmin müqaviləyə xitam verilmişdir. Faktiki bir əmanət müqaviləsi olmuşdur. Həmin müqavilə üzrə də tələb qorunmayan əmanətdir. İddiaçı iki müqaviləni bir müqaviləyə çevirmişdir. Ona görə də digər müqavilə yoxdur. Nümayəndə qeyd olunanlara əsasən mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4316/2019 nömrəli iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Vəkila) iddia rədd edilmişdir. Məhkəmə iddia tələbinin 17 mart 2015-ci il tarixli LD********** saylı “Yığım” depozit müqaviləsinə əsasən 500 ABŞ dolları məbləğində Banka qoyulan depozitin kompensasiya kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə gəldiyi nəticə ilə bağlı qey d etmişdir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid deyil. Belə ki, cəlb edildiyi günə Fond tərəfindən müəyyən edilmiş həddən, yəni 12%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Müqavilədə isə faiz dərəcəsi 15% müəyyən edilmişdir. Bundan başqa, iddiaçının Bank qarşısında 29.241 ABŞ dolları məbləğində kreditor tələbi qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının tələb etdiyi məbləğ kompensasiya olunmayan əmanət məbləğidir, “Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq növbəlik əsasında ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 17 mart 2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsinə əsasən 30.000 ABŞ dolları əmanətin kompensasiya kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17 mart 2015-ci il tarixdə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti Banka əmanət olaraq yerləşdirilsə də, həmin vəsait 18.03.2016-cı il tarixdə yerləşdirilən hesabdan məxaric edilmişdir. İddiaçı məbləğin Bank tərəfindən onun məlumatı olmadan digər hesaba köçürüldüyünü iddia etsə də, tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəm ə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqında” Qanun) 2.1.1, 2.1.2, 25.1.4, 26.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 217.3, 217.4-cü maddələrinə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli və 01 mart 2016-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır, məhkəmə işi obyektiv araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, 17 mart 2015-ci il tarixli, “Qarant” depozit müqaviləsinə əsasən Banka qoyulmuş 30.000 ABŞ dollarının faizi 12% olmaqla qorunan əmanət olmuşdur. Yəni, həmin pul vəsaitinin 30.000 manat hissəsi kompensasiya formasında qaytarılmalı idi. Lakin, Bank iddiaçının hər hansı razılığı və sərəncamı olmadan həmin pul vəsaitini iddiaçının digər hesabına, yəni 17 mart 2015-ci il tarixli “Yığım” depozit müqaviləsi üzrə hesaba mədaxil etmişdir. Həmin müqavilə üzrə faiz dərəcəsi 15% olduğundan qorunmayan əmanət olmuş, bu səbəbdən də kompensasiya verilm əmişdir. Bankın hərəkəti qanunsuz olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Bununla yanaşı, müqavilənin müddəti bitdikdən sonra ona xitam verilməsi barədə müraciətlər olmadıqda müddət eyni tarixə uzadılmış hesab olunur. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə Bank arasında həqiqətən 17 mart 2015-ci il tarixli “Qarant” depozit müqaviləsi bağlanmış və müqaviləyə əsasən 30.000 ABŞ dolları pul vəsaiti bir il müddətinə illik 12% olmaqla əmanət qoyulmuşdur. Müddət başa çatan vaxt, yəni 18 mart 2016-cı il tarixdə iddiaçı Banka müraciət edərək, pul vəsaitinin 3500 ABŞ dolları hissəsini məxaric etmiş, qalan 26.500 ABŞ dolları hissəsinin isə digər hesaba, yəni 17 mart 2015-ci il tarixli “Yığım” depozit mü qaviləsi üzrə hesaba köçürülməsini xahiş etmişdir. Bu səbəbdən də 26.500 ABŞ dolları həmin hesaba köçürülmüş, hesab üzrə faiz dərəcəsi isə 15% olmuş, sığorta hadisəsi baş verən zaman iddiaçının adına yalnız bir əmanət hesabı olduğundan və həmin müqavilə üzrə faiz dərəcəsi yüksək olduğundan kompensasiya verilməmişdir. Lakin, iddiaçı tərəfindən pul vəsaitinin digər hesaba köçürülməsi barədə razılıq və ya sərəncamı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Hesab edir ki, iddiaçının razılığı olmadan da pul vəsaiti digər hesaba köçürülə bilərdi. Çünki, müqavilənin müddəti bitmişdir və Bank onu uzatmaq istəməmişdir. Belə olan halda isə müqaviləyə xitam verilmiş sayılır və Bank hesab üzrə pul qalığını iddiaçının digər hesabına köçürmək hüququna malik olur. Bununla yanaşı, 02 mar t 2016-cı il tarixdən etibarən banklar tərəfindən qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3%, milli valyuta üzrə isə 15% olmuşdur. İddiaçı isə müqavilə üzrə faizlərin aşağı salınması üçün müraciət etməmişdir. Belə olan halda iddiaçının əmanəti tam sığortalanmış hesab edilməmişdir. Cavabdehin nümayəndəsi, həmçinin 3500 ABŞ dolları pul vəsaitinin iddiaçı tərəfindən məxaric olunmasına dair 18 mart 2016-cı il tarixli bank sənədinin və hesabdan çıxarışların surətlərini təqdim etmişdir. İddiaçının nümayəndəsi qeyd edilən hallara etiraz edərək, iddiaçı tərəfindən 30.000 ABŞ dolları depozit üzrə 18 mart 2016-cı il tarixdə 3500 ABŞ dolları pul vəsaitinin məxaric olunmamasını, təqdim olunmuş sənəddə olan imzanın iddiaçıya məxsus olmamasını, ümumiyyətlə i ddiaçı tərəfindən 30.000 ABŞ dolları depozitin digər depozit hesabına (500 ABŞ dolları yerləşdirilən hesaba) köçürülməsi ilə bağlı sifarişin verilməməsini göstərmişdir. Apellyasiya icraatı zamanı qeyd edilən halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün məhkəmə mühasibatlıq və xəttşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 9/3392 nömrəli ekspertiza rəyində qeyd olunmuşdur ki, Bank ilə iddiaçı arasında bağlanmış 17.03.2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsi üzrə iddiaçının hesabına 17.03.2015-ci il tarixdə mədaxil edilmiş 30.000 ABŞ dolları məbləğində pul vəsaitinin 3500 ABŞ dolları iddiaçı tərəfindən məxaric edilmiş və həmin müqavilə üzrə qalıq 26.500 ABŞ dolları 13 mart 2016-cı il tarixdə iddi açının 17 mart 2015-ci il tarixli, LD********** saylı “Yığım” depozit müqaviləsinə köçürülmüşdür. Tələb olunmasına baxmayaraq iddiaçı tərəfindən imza nümunələri təqdim olunmadığından (iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının ölkə hüdudlarından kənarda olmasına görə imza nümunələrinin təqdim edilməsinin mümkün olmamasını göstərmişdir) xəttşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-215/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilə rək, cavabdehdən xarici valyutada olan əmanətin 30.000 manat həcmində hissəsinin ABŞ dolları ilə kompensasiya formasında (“Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə uyğun olaraq) tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə xərcinin cavabdehə aid edilməsi, cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 150 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MPM-in 97.5-ci maddəsinə əsasən iddiaçının 18 mart 2016-cı il tarixdə 3500 ABŞ dolları pul vəsaitinin onun tərəfindən məxaric olunmaması hissədə etirazı rədd edilməlidir və hesab olunmalıdır ki, 3500 ABŞ dolları pul vəsaiti məhz iddiaçı tərəfindən məxaric olunmuşdur. Bununla belə məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla 17.03.2015-ci il tarixli, LD********** saylı “Qarant” depozit müqaviləsi üzrə iddiaçı tərəfindən yalnız 3500 ABŞ dolları vəsaitin məxaric olunması, 26.500 ABŞ dollarının isə hesabda qalması müəyyən olunmuşdur. Lakin cavabdeh iddiaçının razılığı və müvafiq sərəncamı olmadığı halda, həmin pul vəsaitini iddiaçının Bankda olan digər hesabına (17 mart 2015-ci il tarixli, LD********** saylı “Yığım” depozit müqaviləsi) köçürmüş, bununla da istər qanunvericiliyin tələblərini, istərsə də müqavilə şərtlərini pozmuşdur. Tərəflər arasında bağlanmış 17.03.2015-ci il tarixli, “Qarant” depozit müqaviləsində pul vəsaitinin iddiaçının sərəncamı (razılığı) olmadan silinməsi və başqa hesaba köçürülməsi ilə bağlı hər hansı razılaşma şərti mövcud deyildir. Göründüyü kimi, istər qanunverici liyin tələbləri, istərsə də tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla iddiaçıya məxsus pul vəsaitinin sonuncunun sərəncamı və ya digər formada razılığı olmadan silinməsi istiqamətində cavabdehin hərəkəti qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh iddiaçının əmanət hesabında qalmış 26.500 ABŞ dolları pul vəsaitini iddiaçının digər hesabına köçürməklə, iddiaçının vəziyyətini ağırlaşdırmış, əmanəti qorunmayan əmanət statusuna çevirmişdir. Belə ki, əvvəlki əmanət illik 12 faizlə qoyulduğundan qismən qorunan (30.000 manat hissədə) əmanət olmuş, lakin digər əmanət illik 15 faizlə olduğundan qanunvericiliyin tələblərinə əsasən qorunmayan əmanət statusunda olmuşdur (X2 24 fevral 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli və xarici valyutada 12 faiz olmuşdur). Cavabdeh tərəf də məhz bu hala istinad edərək, iddiaçıya kompensasiya ödəməkdən imtina etmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, müqavilədə əmanətin qorunan əmanət olması, əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilməli olması xüsusilə qeyd edilmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsinə əsasən müqaviləyə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında və yazılı şəkildə həyata keçirilir. Müqavilənin 2.7-ci bəndindən isə görünür ki, müqavilənin müddəti bitdikdən sonra tərəflər başqa razılığa gəlməmişlərsə müqavilə uzadılmış hesab edilir. Əgər müqaviləyə Bank tərəfindən xitam verilmişdirsə, o zaman hansı əsas la hesabda olan pul vəsaitinin iddiaçıya deyil, Bankda olan digər hesaba köçürülməli olmasını cavabdeh tərəf əsaslandıra bilməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən əmanəti sığortalanmaqla, qanunvericiliyin tələblərinə əsasən qorunan (sığortalanmış kompensasiya edilən) əmanət olmuşdur və 30.000 manat hissəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq kompensasiya qismində ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia qalan hissədə (kompensasiya ilə əmanət arasındakı 19.443,55 manat fərqin Bankın əmlakı hesabına cavabdehdən tutularaq ona ödənilməsi) təmin oluna bilməz. Çünki, həmin hissədə pulun ödənilməsi kredit tələbi kimi qanunla müəyyən olunmuş qaydada həyata keçirilə bilər. Məhkəmə öz mövqeyini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 944.1, 944.2, 957.1, 957.4, 964.1, 964.2-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.9, 2.1.11, 4.1.8, 8.1.20, 26.1, 27.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Fond kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti iddiaya və apellyasiya şikayətinə etirazda qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələbl ərini, cavabdehin hüquq və qanuni mənafeyini kobud şəkildə pozmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, “Qarant” depozit müqaviləsinin 2.6-cı bəndinə əsasən, vəsaitin əmanət hesabından hissə-hissə götürülməsinə icazə verilmir. Müqavilənin 2.7-ci bəndində isə vəsaitin vaxtından əvvəl götürülməsi müqaviləyə xitam verilməsi üçün əsas ola biləcək hal kimi nəzərdə tutulmuşdur. Belə ki, əgər əmanətçi depozit müqaviləsinin müddəti bitənədək öz əmanətini tələb etməmişdirsə və ya həmin müqavilənin uzadılması, yaxud dəyişdirilməsi barədə tərəflər razılıq əldə etməmişlərsə, onda müqavilə həmin müqavilədə nəzərdə tutulmuş depozit növü üçün bankda müəyyən edilmiş və qüvvədə olan şərtlərlə uzadılmış hesab edilir, bir şərtlə ki, 2.7.2 bəndi tətbiq edilməsin. Müqavilənin 2.7.2-ci bəndində isə hə min müqavilənin müddətinin bitdiyi gün bankda bəhs edilən müqavilədə nəzərdə tutulmuş depozit növü üçün müəyyən edilmiş şərtlər altında müqavilənin müddətinin uzadılmasının mümkün olmaması halı qeyd edilmişdir. Bu bəndlər “Qarant” depozit müqaviləsinin müddətinin yenidən eyni şərtlərlə uzadılmasını istisna edir və xitam verilməsini şərtləndirir. Bundan başqa, apellyasiya məhkəməsi qətnamədə cavabdehin maraqlarına zidd olaraq bir sıra hallarda hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. Belə ki, məhkəmə öz qətnaməsində əvvəlcə əmanət məbləğinin köçürülməsinə Bank tərəfindən özbaşına, əmanətçinin bir hesabından digər hesabına köçürülməsi kimi qiymət vermiş, daha sonra isə eyni hala pul vəsaitinin Bank tərəfindən özbaşına “silinmə”si əməliyyatı kimi qiymət vermişdir. Köçürm ə və silinmə əməliyyatları isə ayrı-ayrı hüquqi nəticələr yaradan fərqli əməliyyatlar hesab olunur. Məhkəmə Mülki Məcəllənin 957.4, 964.1-ci, 964.2-ci maddələrinə istinad etmişdir və bu da belə nəticəyə gəlməyə əsas verir ki, guya cavabdeh iddiaçının pul vəsaitini özbaşına silmişdir. Qeyd olunanlar işə obyektiv baxılmadığına, iş üzrə müəyyən edilməli olan və mühüm əhəmiyyət kəsb edən halların tam və düzgün araşdırılmadığına və bunun nəticəsində də qanunsuz və əsassız qətnamə çıxarılmasına işarə edir. Kassasiya şikayətinin əsası kimi MPM-in 88, 217, 218-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlu matlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Maddə 957.1. Hesabdan və saitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. “Əmanətlərin sığortalanması haqqında” Qanun Maddə

2. Əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə); qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə); sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının mali yyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə); kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə). “Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (4.1.8-ci maddə). Maddə 26.1-ci maddə. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ö dənilir. Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər, qorunan əmanətlərə aid edilmir. Maddə 8.1.20. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. MPM Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(103)-215/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar