Məhkəmə qərarları › İş №2(102)-634/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-634/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-634/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bədəlova (İsmayılova) Təhminə Vahid qızına, Cavabdeh4, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı notariat kontorunun notariusuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, əmlak üzərində payların müəyyən edilməsi və əmlak sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-32/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxx 2007-ci il tarixdə Cavabdeh1 ilə X6 xx xxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddia ərizəsinə görə iddiaçı Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsinin üzərində Cavabdeh1 ilə onun birgə nikahı dövründə dəyərini artıran vəsait qoyduğundan birgə mülkiyyət hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi və çıxarmanı tələb edir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bədəlova (İsmayılova) Təhminə Vahid qızına, Cavabdeh4, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı notariat kontorunun notariusuna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2007-ci il tarixli JN-905 seriyalı, kod 30800108 saylı Dövlət aktına əsasən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsinin üzərində Cavabdeh1 ilə onun birgə nikahı dövründə dəyərini artıran vəsait qoyduğundan birgə mülkiyyət hesab edilməsi, həmin əmlakın ¼ hissəsinə özünün mülkiyyət hüququnun tanınması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qızı arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış və Abş eron rayonunun notariusu G.İ.Məsimova tərəfindən 4Ə-Ö4-1153 reyestr nömrəsilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxx 2007-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, aralarındakı nikah Abşeron rayon VVADQ şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2010-cu il təvəllüdlü X13 doğulmuşdur. Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsi xx xxxxxxxx 2005-ci il tarixli JN-0677 seriyalı, kod 30800108 saylı Dövlət aktına əsasən Cavabdeh1 mərhum atası X7 və mərhum nənəsi X11 birgə mülkiyyətində olmuşdur. X11 və X7 birgə mülkiyyətində olan torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1 miras qalmışdır. Bu barədə onun adına JN-0905 seriyalı Kod 30800108 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Miras əmlakı onların Cavabdeh1 ilə birgə nikahı dövründə əldə edilməsə də, birgə nikah dövründə həmin əmlakın dəyərini xeyli artıran vəsait qoyulmuşdur. Həmin əmlakın daş hasara alınması, ərazinin abadlaşdırılması və saxlanmasına xeyli vəsait sərf etdiklərini hesab edən iddiaçı əmlakın qanunvericiliyə görə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə biləcəyini qeyd etmişdir. Hazırkı iddia qaldırılmamışdan təxminən 1-2 ay əvvəl iddiaçıya məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1 və X1 verdiyi et ibarnamə əsasında Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,60068 ha torpaq sahəsini 20000 (iyirmi min) manata öz qızı Cavabdeh3 qızına satmışdır. Alqı-satqı xx xxxx 2012-ci il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qızı arasında Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən 4Ə-04-1153 Reyestr nömrəsilə təsdiq edilmişdir. X1 adından verilmiş etibarnamə əsasında xx xxxx 2012-ci ildə Cavabdeh2 tərəfindən alqı-satqı əməliyyatları aparıldığına görə məzmunundan asılı olmayaraq həmin alqı-satqı müqaviləsi özlüyündə etibarsızdır. Belə ki, mərhum X8 xx xxx 2007-ci ildə vəfat etdiyi halda onun adından verilmiş etibarnamə əsasında xx xxxx 2012-ci ildə Cavabdeh2 heç bir əqd bağlamaq səlahiyyəti olmamışdır. Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.60068 ha torpaq sahəsi Cavabdeh2 tərəf indən öz qızı Cavabdeh3 qızına 20000 (iyirmi min) manata xx xxxx 2012-ci ildə satılsa da belə, torpağın satışından əldə edilmiş 20000 manat pulu nə həyat yoldaşı olan Cavabdeh1, nə də 2007-ci ildə vəfat etmiş mərhum X4 verməmişdir. Cavabdeh2 2007-ci ildə X2 vəfat etdiyini bilə-bilə onun adından verilmiş etibarnamə əsasında (əgər belə bir etibarnamə verilibsə) torpaq sahəsini öz qızı Cavabdeh3 qızına formal olaraq satmışdır. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, alıcı satıcıya müqavilənin 1-ci bəndində göstərilən məbləği depozit hesabı vasitəsilə ödəyib, satıcı isə həmin məbləği tam qəbul edib. Lakin hər hansı vəsait bank və s. üsulla ödənilməmiş və yalnız bu barədə qeyd formal olaraq müqavilədə göstərilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Cavabdeh1 mülkiyyətində olan 0.60068 h a torpaq sahəsini özbaşına olaraq zəbt etmişlər. Abşeron rayon məhkəməsinin ləğv olunan xx xxxxxxx 2013-cü il tarixli, 2(012)1957/2013 saylı qiyabi qətnaməsi üzrə mülki işin araşdırılması zamanı alınmış Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx xxxxxxxx 2013-cü il tarixli 494/A saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hazırkı Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən torpaq sahəsi naməlum vətəndaşlar tərəfindən zəbt olunaraq orada qanunsuz tikinti işləri aparılır. Abşeron rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli, iş № 2(012)-2705/2017) iddianın qismən təmin edilməsi, xx xxxxxx 2007-ci il tarixli JN-905 seriyalı, kod 30800108 saylı dövlət aktına əsasən Abşeron rayonu M əmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsinin İddiaçı qızının və Cavabdeh1 ümumi birgə mülkiyyəti hesab edilməsi və həmin torpaq sahəsinin ¼ hissəsinə İddiaçı qızının mülkiyyət hüququnun tanınması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 qızı arasında xx xxxx 2012-ci il tarixdə bağlanmış və Abşeron rayonunun notariusu G.İ.Məsimova tərəfindən 4Ə-04-1153 Reyestr nömrəsilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan “MBA CONSULTİNG GROUP” tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, MB 09/289 saylı Arayışdan görünür ki, Abşer on rayonu Məmmədli kəndində yerləşən 60 sot torpaq sahəsinin hasarlanması üçün çəkilən tikinti xərclərinin 2008-2010-cu illər üzrə hesablanmış bazar dəyəri 14608 manat təşkil edir. O, cümlədən, 1680 kv.m hasar üçün özülün qazılması və tökülməsi üçün 2 867.2 manat, mişar daşı üçün 7350 manat, sement 1882 manat, qum 336 manat, əmək haqqı 5040 manat, nəzərdə tutulmayan işlər üçün 2621.28 manat, cəmi 20096 manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş xx xxx 2016cı il tarixli, 2(012)- 3476/2016 saylı qətnaməsi ilə həmin iş üzrə iddiaçı, hazırkı iş üzrə Cavabdeh1 hazırkı iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qızma qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edildiyindən həmin cavabdehlərin hazırkı iddia tələbi üzrə mübahisəli to rpaq sahəsindən çıxarılması barədə qətnamə mövcud olduğundan və hazırkı iddia tələbi Cavabdeh4 və Cavabdeh5 münasibətdə rədd edilməlidir. Çünki hazırkı iddia tələbinin həmin cavabdehlərə münasibətdə təmin edilmədiyi təqdirdə və qalan hissədə təmin edildiyi təqdirdə hazırkı iddiaçı X9 xx xxx 2016-cı il tarixli, 2(012)-3476/2016 saylı qətnaməsüzrə verilmiş icra işi üzrə maraqlı şəxs kimi icranı tələb edə bilər. Yəni, hazırkı tələb üzrə iddianın Cavabdeh4 və Cavabdeh5 münasibətdə təmin edilməməsi Cavabdeh4 və Cavabdeh5 Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.60068 ha torpaq sahəsindən çıxarılmamalarını istisna etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan və qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli, 2(012)-3476/2016 saylı qətnamə ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən və Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin xx.xx.2006-cı il tarixli JN 0905 nömrəli, 30800108 kodlu dövlət aktında göstərilən 0.6007 ha torpaq sahəsinin hazırda Cavabdeh1 və X1 paylı mülkiyyətində olmasının müəyyən edilməsi və X2 xx xxx 2007-ci ildə vəfat etdiyi halda, xx xxxx 2012-ci ildə X10 tərəfindən Cavabdeh2 xx xxxx 2017-ci ilədək beş il müddətinə etibarnamə verilməsi və AR DİN-in Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli, 059-29176-1216 saylı məktubuna əsasən X5 xx.xx.2012-ci ildə müvəqqəti şəxsiyyət vəsiqəsi verilməsi barədə Binəqədi RPİ-nin QŞVŞ-də məlumatın olmaması Cavabdeh2 ilə Cavabdeh3 qızı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.60068 ha torpaq sahəsinə da ir alqı- satqı müqaviləsi etibarsız əqddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nəinki xx xxxx 2012-ci il tarixli Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.60068 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması üçün X3 adından Cavabdeh2 etibarnamə verilməmiş, hətta X3 Cavabdeh2 beş il müddətinə xx xxxx 2017-ci ilədək etibarnamə verilməmiş və hətta AR DİN-in Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli, 059-29176-1216 saylı məktubundan da göründüyü kimi X12ma xx.xx.2012-ci ildə müvəqqəti şəxsiyyət vəsiqəsi verilməsi barədə Binəqədi RPİ-nin QŞVŞ-də hər hansı məlumatın olması aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx xxxxx 2007-ci il tarixdə Abşeron rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamə əsas ında Cavabdeh1 ilə Yusifova (Bayramova) Şəbinə Müzəffər qızı nikaha olmaqla birgə təsərrüfat aparmış, onların nikahından iki azyaşlı övladları olmuş, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.60068 ha torpaq sahəsinin vərəsəlik qaydasında Cavabdeh1 paylı mülkiyyətinə keçsə də Yusifova (Bayramova) Şəbinə Müzəffər qızı ilə birgə nikah dövründə həmin əmlakın dəyərini xeyli artıran vəsait qoyulmuş və daş hasara alınmış, abadlıq işləri görülmüş və.s təsərrüfat işləri görülmüşdür. “MBA CONSULTİNG GROUP” tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, MB 09/289 saylı Arayışa əsasən də Abşeron rayonu Məmmədli kəndində yerləşən 60 sot torpaq sahəsinin hasarlanmasına ümumilikdə 20096 (iyirmi min doxsan altı) manat vəsait sərf olunmuşdur. Bu da əmlakın dəyərini xeyli artırmışdır. Məhkəmə öz mövqe yini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 6, 157.2, 362.1, 365.8, 337, 351.1, 352, 358.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35.1-ci maddələrinə istinadla əsaslandırmışdır maddəsinə, Torpaq Məcəlləsinin 84.1-ci Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov, iş № 2(105)-32/2020) cavabdeh Bədəlova (İsmayılova) Təhminə Vahid qızının apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bədəlova (İsmayılova) Təhminə Vahid qızına, Cavabdeh4, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı notariat kontorunun notariusuna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi, əmlak üzərində payların müəyyən edilməsi və əmlak sahəsinin boşaldılmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ümumi gələriləri hesabına əldə etdiyini arzuladığı mübahisəli əmlak torpaq sahəsidir və həmin torpaq sahəsinin onların ümumi birgə mülkiyyəti hesab edilməsi üçün iddiaçı ilk növbədə qanunvericiliyin tələbi baxımından mübahisəli əmlakın dəyərin xeyli artıtan vəsaitin qoyulmasını təsdiq edən sübutlar təqdim etməlidir. Lakin iddiaçı “MBA Consulting Group” tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli MB 09/289 saylı arayışa istinadən vəsait qoyulduğunu iddia etsə də, həmin torpaq sahəsində hasarlanma işlərinin aparılması və bunun hansı vaxtda həyata keçirilməsi, eləcə də həmin işlərin görülməsinə çəkilən vəsaitin məhz kimin tərəfindən qoyulması iş materialları ilə öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, həmin arayışda istinad edilən işlərin görülməsi belə ümumi birgə mülkiyyətin sayılması üçün yetərli hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.6007 ha torpaq sahəsinin İddiaçı qızının və Cavabdeh1 ümumi birgə mülkiyyəti hesab edilməsi barədə əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 225.1, 225.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35.1-ci maddəsinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı qızı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)32/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tə rəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericil iyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı qızı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 4-cü maddəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər- arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər- arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslə rin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur. İddiaçı qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Res publikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verm işdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-32/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar