Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6347/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "X1” MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi hüquq normalarının pozulması, müqavilənin standart şərtlərinin etibarsızlığı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelly asiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5185/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 doğuşla əlaqədar tibb müəssisəsi olan İddiaçı MMC-yə (bundan sonra – iddiaçı və ya MMC) müraciət etmiş, onların arasında 16 oktyabr 2019-cu il tarixli “Həmiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”si bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 adından əri Cavabdeh2 MMC-nin hesabına cəmi 2700 manat ödəmişdir. 17 oktyabr 2019-cu il tarixdə doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilmişdir. Əməliyyatdan bir neçə saat sonra anada qanaxma başlamış, səbəbləri aydınlaşdırılmış, bir neçə saatdan sonra təkrar əməliyyata aparılmış, bu da bir nəticə verməmiş, təkrar olaraq ananı üzərində 3 dəfə əməliyyat aparılmışdır. Cavabdeh ana bir neçə gün kritik vəziyyətdə qalmış, sonradan vəziyyəti stabilləşmiş və 11 noyabr 2019-cu il tarixdə xəstə evə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191 manat məbləğində pulun, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 23221,14 manatın cavabdehlərdən turularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, imzalanmış müqaviləyə əsasən Cavabdeh1 göstərilmiş tibbi xi dmətə görə hesablanmış məbləği MMC-nin xəzinədarlığına ödənilməli idi. Müqavilənin 7.2-ci bəndinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 7.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Sözügedən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həm də tibbi praktikada çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq müqavilədə göstərilənlərdən əlavə tibbi xidmət lərə görə cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş edilməmişdir. 16.10.2019-11.11.2019-cu il tarixlər aralığında xəstə Cavabdeh1 MMC-də tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 24191,14 manat təşkil etmişdir ki, buna görə cavabdehlər 1000 manat məbləğində ödəniş etmişlər. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qalan 23191,14 manat borc məbləği bu günə qədər cavabdehlər tərəfindən ödənilməmişdir. MMC ilə cavabdehlər arasında müqavilə bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Nəzərə alınsa ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, MMC tibb müəssisəsi kimi sözügedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdehlər göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərlərinə götürdükləri öhdəliyi icra etməmişdirlər. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 23191,14 manat məbləğində əsas borcun, 1623,37 məbləğində dəbbə pulunun, o cüml ədən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24814,51 manat pulun cavabdehlərdən turularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, halhazırda sözügedən iddia üzrə iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdehlər ödəməli olduqları 23191,14 manat məbləğində pul vəsaitini bu günə kimi ödəməmişdir. Cavabdehlərin ödəməli olduğu 23191,14 manat məbləğində əsas borc üzrə 7 faiz dərəcəsi ilə dəbbə pulunun hesablanaraq 1623,37 manat cavabdehlərdən tutulub MMC-yə ödənilməsi zərurəti yaranmışdır. Cavabdehlər iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərə görə 100000 manatın və ödənilmiş dövlət rüsumu 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, bağlanmış müqaviləyə əsasən MMC qeysəriyyə yolu ilə əməliyyat edərək uşaqların doğulması üzrə tibbi xidmət göstərməli, onlar isə 2100 manat xidmət haqqı ödəməli idilər. Həmin məbləğ dərhal tərəflərindən cavabdehə ödənmişdir. Hospitalda qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilmiş və Cavabdeh1 əməliyyatdan tam rahat çıxmışdır. Lakin sonradan onda fəsadlar baş vermiş, qanaxma olmuş, qanaxma nəticəsində komaya düşmüş, 4 gün komada qalandan sonra onu yenidən həyata qaytarmışlar və müalicəsi davam etdirilərək evə yazılmışdır. Komadan ayılandan sonra ona məlum olmuşdur ki, həkimlərin səhvi ucbatından qadınlıq orqanı zədələnmiş, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad ba ş verərək onda qanaxma olmuş, onun və ərinin razılığı olmadan onun qadınlıq orqanı qanunsuz olaraq əməliyyat yolu ilə götürülmüşdür. Bütün bunlar nəticəsində Cavabdeh1 çox mənəvi iztirablar keçirmiş, həkim səhvi ucbatından qadın üçün ən vacib orqanından və bundan sonra dünyaya uşaq gətirmək imkanından məhrum olmuşdur. Bütün bu ağır günlər və baş vermiş ağır hadisələr nəticəsində kəskin və dərin iztirablar keçirmişlər və bu iztirablar bu gün də davam edir. Bunlar azmış kimi, cavabdeh MMC-nin rəhbərliyi hələ öz səhvləri ucbatından ona belə bir ağır xəsarət və ağır iztirablar yaşatmasına baxmayaraq, üstəlik onlardan öz səhvləri ucbatından baş vermiş ağırlaşma nəticəsində çəkdikləri xərcləri də istəyərək onları məhkəməyə vermişdir. Bütün bunlara görə MMC-dən çəkdikləri mənəvi iztirablara görə dəymiş mənəvi zərərin əvəzi olaraq 100000 manat tələb edirlər. Çünki həm həmin müddət ərzində xəstəxanada koma vəziyyətdə yatarkən çəkdiyi əziyyətlər, həm əməliyyatlardan sonra çəkdiyi iztirablar, həm qadınlıq orqanının əməliyyat yolu ilə çıxarılması və ən əsası isə bundan sonra dünyaya uşaq gətirmək kimi müqəddəs ana hissindən məhrum edilməyi psixikasında, həyata marağında, sinir və əsəb sistemində sağalmaz izlər qoymuş və bu iztirablar bu gün də onları müşayiət edir və bütün bunlar nəticəsində mənəvi əzabları dözülməz olmuşdur. Bütün bunlara görə cavabdeh həm mənəvi, həm maddi, həm də cinayət məsuliyyəti qaydasında cavab verməlidirlər. Məhkəmə iclasında Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, müqaviləyə və ona əlavə edilən razılı ğa və başqa sənədlərə imza etməyi iddiaçının əməkdaşları ona bildirmiş və o elə vəziyyətdə olmuşdur ki, nəyi imzalamasının fərqində olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tibbi xidmətlə bağlı müqavilə üzrə yalnız 2100 manat ödənilməsi barədə ona şifahi məlumat vermişlər və o, ilk olaraq Cavabdeh1 adından 300 manat, 17.10.2019-cu ildə 1900 manat, yəni müqavilədə nəzərdə tutulan məbləğdən əlavə 100 manat ödəniş etmiş, lakin buna əhəmiyyət verməmişdir. 23.10.2019-cu ildə isə iki dəfəyə 500 manat ödəmiş və bunu da xəstəxananın əməkdaşlarının dedikləri qaydada ödəmək iqtidarında olduğu üçün ödəmişdir. Əlavə olaraq ondan həmin vaxt pul ödənilməsi tələb olunmamışdır. Bu barədə onlara qarşı iddia qaldırılan v axt məlum olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə və ona əlavə edilən razılığa o deyil, onun həyat yoldaşı olaraq Cavabdeh1 imza etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi”nin 22.06.2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qərardadda qoyulan sualların ardıcıllığı ilə göstərilmişdir ki:
1. Ginekoloji təcrübəyə əsasən, “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatın texniki cəhətdən düzgün icrasından sonra uşaqlıq qanaxmasının baş verməsi mümkündür. Bu patologiya əksər hallarda uşaqlıq əzələlərinin tonusu, yəni yığılma qabiliyyətinin pozulması, həmçinin uşaqlığın fıbroması, mioması, miometriumda çapıq çox döllük hamiləliklərdə, dölyanı mayenin çox olması, iri döl və s. səbəblərdən yarana bilər.
2. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatından sonra, onda erkən zahılıq dövründə baş vermiş uşaqlıq qanaxmasının qarşısının alınması üçün konservativ tibbi tədbirlər görülmüş, lakin bu tədbirlərin effektsizliyi səbəbindən tibbi göstəriş əsasında “Total abdominal histerektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.
3. Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuşdur.
4. Qanaxma mənbəyi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur. Lakin inkişaf edən damar daxili laxtalanma sindromu yenidən cərrahi hemostazın aparılmasına səbəb olmuş və təkrar cərrahiyyə əməliyyatı, yəni “Diaqnostik laporatomiya” və “Qalça arteriyasının bağlanması və qarınboşluğunun tamponizasiyası” icra edilmişdir.
5. Hər hansı bir tibbi müdaxilə zamanı orqanın çıxarılması zəruri olduğu hesab edilirsə xəstə və xəstənin qohumlarına məlumat verilməklə bu haqda razılıq alınır. Lakin həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra oluna bilər.
6. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatı və əməliyyatından sonrakı müdaxilələr zamanı onda damarların zədələnməsi hesabına qanaxmanın baş verməsi müəyyən edilməmişdir.
7. Cavabdeh1 üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının gedişi zamanı cift götürülmüş və toxumalar bərpa edilmişdir.
8. Cavab deh1 adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuşdur.
9. Dərman preparatlarının xəstəyə istifadə olunub-olunmamasını məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir.
10. Cavabdeh1 adına ekspertiza tədqiqatına təqdim edilmiş stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilmədi. 11.12.13 Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur.
14. Cavabdeh1 müayinə və müalicəsi ilə əlaqədar onun digər xəstəxanalara köçürülməsi həkimlərin konsiliumunun qərarı əsasında həyata keçirilə bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (h akim Rəna Qafarova) 2(009)-437/2020 saylı işi üzrə 03.11.2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Məhkəmə ilk iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 16 oktyabr 2019-cu il tarixli "Tibbi Xidmət Müqaviləsi”ni xəstə Cavabdeh1 imzalamış və həmin müqavilə üzrə də öhdəliklərini yerinə yetirərək müqavilənin 5.1-ci bəndinə uyğun 2100 manat məbləğində ödəniş etmişdir. Bundan əlavə, iddiaçı tərəf 16.10.2019-11.11.2019-cu il tarixlərdə xəstə Cavabdeh1 MMC-də tibbi xidmət göstərilməsini və göstərilmiş tibbi xidmətin ümumi məbləğinin 24191,14 manat təşkil etməsini iddia edir. İşin araşdırılmış halları, eləcə də ekspert rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuş və bu hərəkətlər "Tibbi Xidmət Müqaviləsi”nin şərtləri daxilində həyata keçirilmişdir. Cavabdeh1 ilə bağladığı tibbi xidmət müqaviləsi doğuşla bağlı olmuşdur və cavabdeh müqavilədə əks edilmiş qiymətlə razılaşarkən göstərilən tibbi xidmətlərin bu məbləğ civarında ödəməsinə ümid edərək onu ödəmişdir. Lakin eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 doğuşdan sonra onda yarana biləcək fəsadların olacağını bilmirdi və bilə də bilməzdi. Ekspert rəyindən də görünür ki, Cavabdeh1 doğuşdan sonra baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmış, bunun qarşısının alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələ rinin aparılması zəruri olmuşdur. Lakin Cavabdeh1 doğuşla bağlı tibbi xidmətlərin ödənişindən sonra əlavə olaraq ona göstəriləcək xidmətlərin də əvəzli olmaqla bunun qarşılığını ödəməsinə dair öhdəlik götürməsi işin halları ilə öz təsdiqini tapmamışdır. İşin materiallarından görünür ki, 16.10.2019-cu il tarixli «doğulacaq uşağın yaxının razılığı» adlanan sənəddə doğulacaq uşağın valideyni kimi Cavabdeh2 göstərilsə də, həmin sənəddəki imzanı Cavabdeh1 imzalamışdır. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə öhdəliklə bağlı heç bir sənədə imza etməmişdir (imzanın Cavabdeh1 aid olması ilkin iddiaçının və cavabdehlərin izahatı ilə təsdiq edilir). Cavabdeh1 izahatlarına əsasən ona bu sənədlərə imza etməyi ilk iddiaçının əməkdaşları təklif etmiş və o elə vəziyyətdə olmuşdur ki, hansı sənədi imzalamas ının fərqində olmamışdır. Cavabdeh2 da izahatından görünür ki, tibbi xidmətlə bağlı müqavilə üzrə yalnız 2100 manat ödənilməsi barədə ona şifahi məlumat vermişlər və o, ilk olaraq Cavabdeh1 adından 300 manat, 17.10.2019-cu ildə 1900 manat, yəni müqavilədə nəzərdə tutulan məbləğdən əlavə 100 manat ödəniş etmiş, lakin buna əhəmiyyət verməmişdir. 23.10.2019-cu ildə isə iki dəfəyə 500 manat ödəmiş və bunu da xəstəxananın əməkdaşlarının dedikləri qaydada ödəmişdir. Əlavə olaraq ondan həmin vaxt məbləğ ödənilməsi tələb olunmayıb. İşin materiallarından görünür ki, Cavabdeh1 iddiaçı MMC-nin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 600 manat da ödəmişdir. Lakin cavabdeh tərəfin izahatlarına əsasən onlara əlavə olaraq qeyd edilən məbləğin ödənilməsi bildirilmiş, bu məbləği ödəmək iqtidar ında olduqları üçün həmin məbləği ödəmişlər və onlara ilk iddiada göstərilən məbləğin ödəməli olmalarına dair həmin vaxt heç kim məlumat verməyib. Bu barədə onlar qarşı iddia qaldırılanda sonra məlumatlı olmuşdur. İlk iddiaçı tərəfin cavabdeh tərəfi tibbi xidmət müqaviləsində göstərilən xidmətlərdən (doğuşla bağlı) əlavə göstərilən xidmətlərə görə 24191,14 manat ödəməli olmasına dair məlumatlandırmasını, ümumilikdə isə iddiasının əsası kimi istinad etdiyi cavabdehlərin onun qarşısında öhdəlik daşıyıcısı olmasını sübut edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər qarşılıqlı tələblərinin əsası kimi həkimlərin səhvi ucbatından Cavabdeh1 qadınlıq orqanının zədələnməsinə, doğuş zamanı cift tam götürülmədiyi üçün fəsad baş verərək onda qanaxma olduğu üçün onun və ərinin razılığı olmadan onun qadınlıq orqanını qanunsuz olaraq əməliyyat yolu ilə götürülməsi ilə onlara mənəvi zərər vurulmasını iddia etmişlər. Lakin cavabdehlərin həkim səhvi ucbatından onlara mənəvi zərər vurulmasına dair dəlilləri iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə təkzib edilir. Həmçinin ekspert rəyi ilə o da müəyyən edilmişdir ki, Cavabdeh1 baş vermiş qanaxma uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmışdır. Bunun qarşısınn alınması üçün tibbi göstəriş əsasında operativ müdaxilələrin aparılması zəruri olmuşdur. Bu zaman həyati göstəriş olduğu halda təxirəsalınmaz müdaxilə icra olunma faktı baş vermişdir ki, bu halda da Cavabdeh2 razılığının alınmamasında ciddi qanun pozuntusuna yol verilməmiş, qanaxma mənbə yi olan uşaqlığın çıxarılmasına tibbi göstəriş olmuşdur. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddia tələbinin rədd edilməsinə münasibətdə qismən ləğv edib, apellyasiya şikayətini təmin edərək ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin ediməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Talışinski: sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Şərafət Məmmədova) 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apell yasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzər ə almalıdır”. Mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir və hazırki tələblərin əsas qayəsi müqavilə münasibətlərdən irəli gələn mübahisədir. Qanunvericilik hüquqdan sui-istifadəni qadağan edir və bu əsas üzərində həyata keçirilən razılaşma və hərəkətlərin isə etibarsızlığını müəyyən edir. Xüsusən qeyd edilməlidir ki, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz tələb etmək hüququ verən, qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini nəzərdə tutan müddəalar etibarsız sayılır. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidi rsə etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Mülki qanunvericilik müqavilə şərtlərini təfsir edərkən məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin ya şayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13 və 16-cı maddələrində ehtiva edilənlərə əsasən, tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı g östərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək: xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək kimi özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələridir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiya cı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının müqavilənin etibarsız şərtlərinə istinad etməsi və öz vəzifəsinə uyğun həyati təhlükə qarşısında qalmış şəxsə təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün qarşı tərəfin təsəvvürü olmayan tənasübsüz yüksək məbləğ tələb etməsi və sui-istifadəyə şərait yaradan bu növ müqavilə şərtləri müstəvisində nəzərdən keçirilən tələblər əsassızdır. Cavabdehlərin iddiaçıdan asılı (döğum gözləntisi və əməliyyat həyəcanı) vəziyyətdə iddiaçının fəaliyyətinin əs asını təşkil edən reqlamentə (qanunvericiliyə, gözlənilən və ümid edilən rəftara) zidd və mücərrəd şərtlərin müqaviləyə daxil edilməsi özlüyündə bu şərtlərin əhəmiyyətsizliyini müəyyən edir. Cavabdehlərin apellyasiya şikatlərinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, bu dəlillər vəzifəli şəxsin təqsirlliliyinin müəyyən edilməsinə yönəlik cinayət təqibinin predmeti kimi müvafiq növ icraat həddində mümkün olsa da mülki icraat üzrə prosessual səlahiyyətlərdən kənardır. Ona görə müvafiq araşdırmanın hüquqi nəticəsi kimi iddiaçının (vəzifəli şəxsinin) təqsirliliyi müəyyən edildiyi təqdirdə ondan irəli gələn mənəvi zərər tələbi üzrə cavabdehliyin müzakirə edilməsi mümkündür. Hazırki vəziyyətdə isə tərəflərin öz risk dairələrinə aid hərəkətlər (hərkətsizlik) həddində mülki məsuliyy ətləri özlərinə aiddir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməliyyat zamanı xəstənin vəziyyətində gözlənilməz ağırlaşma baş vermişdir. Xəstənin həyati təhlükəsini aradan qaldırmaq məqsədi ilə zəruri tibbi yardım göstərilmişdir. Göstərilən tibbi yardım həm kifayət qədər xərc tələb edən, həmdə tibbi praktikda çətin və mürəkkəb bir proses olmuşdur. Lakin bütün bunlara baxmayaraq cavabdehlər tərəfindən xəstəxanaya heç bir ödəniş edilməmişdir. “Tibbi Xidmət Müqavi ləsi” bağlanarkən qarşı tərəfə əməliyyat zamanı hər hansı problemin yaranma ehtimalı izah olunub və göstəriləcək əlavə tibbi xidmətin müəyyən edilmiş 2100 manatda əlavə olaraq ödəniləcəyi bildirilmişdir. Belə ki, “Tibbi Xidmət Müqaviləsinin” 5.3-cü bəndinə əsasən Proqrama daxil olmayan xidmətlərə görə ödəmə, X2 əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Müqavil ənin 5.5-ci bəndində qeyd edilir ki, hazırki müqavilənin 1.3-cü maddəsindəki “Planlaşdırılan xidmət” ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə, “Xəstə” faktiki həyata keçirilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət cədvəli”nə əsasən müqavilənin 5.1-ci bəndiində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. “Tibbi Xidmət Müqaviləsi”nin 5.7-ci bəndində vurğulanır ki, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə tərəfindən 5.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxannın hesabına ödənilir. Bütün bu hallar müqavilə bağlanarkən qarşı tərəf izah edilmiş və Cavabdeh1 da öz imzası ilə təsdiq etmişdir. İddiaçı MMC ilə cavabdehlər arasında müqavilə bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, müqavilə bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini MMC-yə ödəməyi öhdələrinə götürmüşdür. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, MMC üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, MMC tibb müəssisəsi kimi sözü gedən müqavilədə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişd ir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC qarşısında öhdəlik daşıyaraq, 23191,14 manat məbləğində pulu ödəməyə borcludurlar. Məhkəmə tərəfindən təyin edilmiş, o cümlədən qətnamədə göstərildiyi kimi, araşdırma zamanı müvafiq ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə tərəfindən müvafiq iş üzrə mötəbər sübut növü kimi qəbul edilmiş rəyin 3-cü, 8-ci, 10-cu, 11-ci, 12-ci, 13-cü bəndlərindən bir daha məlum olur ki, uşaqlığın atoniyası (yığılmaması) səbəbindən meydana çıxmış qanaxmanın qarşısınn alınması üçü n tibbi göstəriş əsasında operativ müdaxilələrinin aparılması zəruri olmuş, xəstənin adına təyinat vərəqələrində qeyd edilmiş dərman preparatları onun vəziyyətinə və müalicəsinə uyğun olmuş, stasionar xəstənin tibbi kartasında metodoloji xarakterli uyğunsuzluqlar müəyyən edilməmiş, Cavabdeh1 vəziyyətinin ağırlaşması ilə əlaqədar ona aparılmış müayinələr və icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra göstərilmiş tibbi xidmət, həmçinin aparılmış transfuziyalar ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Belə ki, müqavilədə nəzərdə tutulmuş ilkin “Planlaşdırılmış Xidmət”dən əlavə tibbi müdaxilələrin edilməsinin xəstənin həyat və sağlamlığının qorunması üçün zəruri olması öz təsdiqini tapmışdır. Belə ki, sübut kimi təqdim edilmiş, tərəflər arasında bağlanan müqavilənin yuxarıda şərtləri sad alanan 1.3-cü, 3.2.7-ci, 5.1-ci, 5.3-cü, 5.4-cü, 5.5-ci, 5.7ci bəndlərindən məlum olur ki, cavabdeh X5 azad iradə ifadəsi əsasında öz imzası ilə razılıq verərək, müvafiq müqavilə üzrə xəstəyə planlaşdırılmış xidmətdən əlavə edilən tibbi müdaxilələrə görə müqavilədə nəzərdə tutulmuş ilkin məbləğdən (2100 manatdan) əlavə yaranacaq borcun hesab faktura üzrə ödəniləcəyini öz öhdəsinə götürmüşdür. Yəni ki, ilkin iddia tələbi aşağıdakı zəruri şərtlərə əsasən əsaslıdır: 1.Tərəflərin iradə ifadəsi azadlığına əsaslanan müqavilədən onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşür, bu tələb birbaşa müqavilədən irəli gəlir 2.ilkin iddia üzrə iddiaçının təqdim etdiyi işin halları barədə məruzə müqavilə mətninə uyğun Cavabdeh1 ağırlaşması ilə bağlı ona göstərilən tibbi xidmət tam olaraq zəruri olduğ undan həyata keçirilmişdir. Bu da ki, öz növbəsində “Tibbi xidmət müqaviləsinin” 1.3-cü bəndində göstərilən “Planlaşdırılmış xidmət” olan “Doğuş” xidmətindən əlavə xidmət kimi göstərilmişdir. Bu səbəbdən də həmin zəruri olan əlavə tibbi xidmət müqavilənin 5-ci maddəsində göstərilən “Müqavilənin dəyəri və ödəniş qaydalarına” müvafiq qaydada ödənilməlidir. Tərəflər arasında bağlanmış “Tibbi xidmət müqaviləsi”nə əsasən, xəstəxana öz üzərinə götürdüyü bütün öhdəlikləri tam və vaxtında icra edərək xəstənin həyat və sağlamlığını qorumağa nail olsa belə, MM-nin 442-ci maddəsində qeyd edildiyi kimi, xəstə X4 tərəfindən müqavilə ilə üzərinə götürülmüş öhdəlik lazımınca yerinə yetirmədiyi üçün ümumi müqavilə öhdəliyi cavabdeh tərəfindən icra edilməmişdir. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti verən iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bötüvlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddiaçı yalnız qətnaməni ilk iddia tələbinin rədd edilməsi hissəsini mübahisələndirir. Cavabdehlər qətnamədən kassasiya şikayəti vermədiklərindən və q arşılıqlı iddia tələbinin rədd olunan hissədə qətnaməni mübahisələndirmədiklərindən məhkəmə aktı yalnız iddiaçının kassasiya şikayətində mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd olunması hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 420.1. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsız sayılır: Maddə 420.1.5. təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çək ilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Maddə 420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: Maddə 420.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; Azərbaycan Respublikasının Mülki Prosessual Məcə lləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd edilməsi hissədə ləğv edilməli, iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı ilə cavabdeh İlhamə Abıyeva arasında 16 oktyabr 2019-cu il tarixdə “Həmiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinin imzalanması, 17.10.2019-cu il tarixdə doğuşun qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilməsi və əməlliyat nəticəsində əkiz uşaqların normal doğulması, əməliyyatdan bir neçə saat sonra xəstədə vəziyyətinin ağırla şması, bunun qanaxmadan baş verməsi, xəstənin təkrar əməliyyata aparılması, təkrar əməliyyat nəticə vermədiyindən daha sonra 3 dəfə tibbi əməliyyata məruz qalması, xəstənin bir neçə gün kritik vəziyyətdə olması, sonradan vəziyyətinin stabilləşməsi, 11.11.2019-cu il tarixdə evə buraxılması və cavabdehlər tərəfindən iddiaçının hesabına müqavilə şərtlərinə əsasən 2700 manat ödəniş edilməsi, evə bupaxıldıqdan sonra xəstədə hər hansı fəsadların qalmaması işin mübahisələndirilməyən hallarıdır. Hazırda mübahisələndirilən hissə isə iddiaçı ilk iddia tələbində doğuşdan sonra aparılmış əməliyyatlar və tibbi yardım xərcləri qismində 24814,51 manat pulun cavabdehlərdən tutulmasını tələb etməsidir. İddiaçı tələbinin əsası kimi MMC ilə cavabdeh İ.Abıyeva arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixl i “Həmiləliyə və doğuşa görə tibbi xidmət müqavilə”sinə istinad edir. Cavabdehlər isə tibb müəssisəsi tərəfindən çəkilmiş həmin xərclərin həkimlərin səhvi nəticəsində olmasını irəli sürürlər. Apellyasiya instansiyası məhkəməsinin bu hissədə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin standart şərtləri etibarsızdır, tibb müəssisəsinin müqavilənin etibarsız şərtlərinə istinad etməsi və öz vəzifəsinə uyğun həyatı təhlükə qarşısında qalmış şəxsə təxirəsalınmaz tibbi yardım göstərildiyi üçün qarşı tərəfin təsəvvürü olmayan tənasübsüz yüksək məbləğ tələb etməsi əsassızdır, cavabdehlərin iddiaçıdan asılı (döğum gözləntisi və əməliyyat həyəcanı) vəziyyətdə iddiaçının fəaliyyətinin əsasını təşkil edən reqlamentə (qanunvericiliyə, gözlənilən və ümid edilən rəftara) zidd və mücərrəd şərtlərin müqaviləyə daxil edilməsi özlüyündə bu şərtlərin əhəmiyyətsizliyini müəyyən edir, ona görə də, həmin xərclər cavabdehlərdən tutula bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq normalarının tələblərini pozmuş, hüquq normaların tətbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Konstitusiya Məhkəməsi Plenumun 02.04.2021-ci il tarixli qərarın a istinad edərək iddiaçı tərəfindən təqdim edilmiş, tərəflər arasında bağlanmış müqavilənin etibarsızılılığını yoxlaması Plenumun qeyd edilən qərarına uyğun olsa da, məhkəmə müqavilənin şərtlərinin etibarsızlığı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin: 3.1.1-ci bəndinə əsasən Bakı şəhəri, Səbail r-nu, Badamdar qəs, 1-ci yaşayış massivi 31. ünvanında yerləşən MMC-də, peşəkar həkim və tibb heyəti vasitəsi ilə “X3” çərçivəsində və proqramın seçilən növü üzrə doğuşa qədər, doğuş və doğuş sonrası bütün mərhələlərdə lazımi tibb xidməti göstərməyi öhdəsinə götürür. 3.2.6-cı bəndinə əsasən “X3” çərçivəsində tətbiq olunacaq proqram növünün paket qiymətini (paketə daxil olan xidmətlər Əlavə İ də təqdim olunur), Müqaviləyə əlavə sayılan “Ödəmə Planı”na (Əlavə İİ İ) əsasən vaxtında və əksiksiz olaraq “Xəstəxana” ya ödəməyi öhdəsinə götürür və ödəmiş olduğu məbləği) göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri ödənilməyəcəyini qəbul edir. 3.2.7-ci bəndinə əsasən “Xəstə” və ya "Xəstə yaxını” hazırkı müqavilə ilə nəzərdə tutulmayan yanaşı xidmət göstərilməsi, fəsad çıxması proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət Cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən planlaşdırılan xidmətin qiyməti ana üçün 2100 manat təşkil edir. 5.3-cü bəndinə əsasən Proqrama daxil olmayan xidmətlərə görə ödəmə, X2 əsasən proqram qiymət indən ayrıca olaraq həyata keçirilir. 5.4-ci bəndinə əsasən xəstə və ya xəstə yaxını hazırki müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göstərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci maddəsində göstərilən məbləğdən əlavə olaraq ödəməyi öhdəsinə götürür. 5.5-ci bəndinə əsasən hazırki müqavilənin 1.3-cü maddəsindəki “Planlaşdırılan xidmət” ana və ya yeni doğulmuş uşaqların diaqnozlarına müvafiq olaraq dəyişdirilərsə, “Xəstə” faktiki həyata keçirilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği “Qiymət cədvəli”nə əsasən müqavilənin 5.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhd əsinə götürür. 5.7-ci bəndinə əsasən əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə tərəfindən 5.1də göstərilən qiymətlərə əlavə olaraq xəstəxannın hesabına ödənilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xəstəyə göstərilən tibbi xidmətə görə qiymət cədvəli müəyyən edilmiş, həmçinin müqavilənin 5.3, 5.4, 5.5 və 5.7-ci bəndlərinə görə xəstəyə planlaşdırılan xidmətə daxil olmayan xidmətin göstərilməsi, proqrama daxil olmayan xidmətlərə görə ödəmənin qiymət cədvəlinə əsasən proqram qiymətindən ayrıca olaraq həyata keçirilməsi, müqavilə ilə nəzərdə tutulmamış yanaşı xidmətlərin göst ərilməsi, fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zərurətli cərrahi müdaxilə hallarında göstərilən xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 5.1-ci bəndində (2100 manat) göstərilən məbləğdən əlavə olaraq ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi isə heç bir əsaslandırma aparmadan müqavilənin standart şərtlərinin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin normalarına istinad etmiş, həmin normaların dispozisiyasında göstərilmiş şərtlərin hazırki mübahisəyə uyğunluğunu müəyyən etməmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən müqavilənin şərtlərini etibarsız hesab etmiş, lakin məhkəmənin gəldiyi nəticə aydın olmamaqla, tərəflər arasında bağlanmış müqavilənin hansı bəndlərinin m üqavilənin standart şərtləri olması, həmin şərtlərdən hansının etibarsız sayılması və bu etibarsızlığın əsaslarının nədən ibarət olması göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin, “Özəl tibbi fəaliyyət haqqında” və “Tibbi sığorta haqqında” qanunların bir sıra normalarını sadalasa da, həmin normaların hazırkı mübahisənin həllinə aidiyyatını göstərməmişdir. Məhkəmə qətnaməsində iddiaçının tələb etdiyi xərclərin tənasubsüz surətdə yüksək xərclər olmasını, iddiaçının tələb etdiyi qiymətlərin qısa müddətdə yüksəldilməsini qeyd etmiş, lakin cavabdehə göstərilmiş əlavə tibbi xidmətlərin cərrahi əməliyyarların əslində nə qədər qiymətdə ola bilməsi, qiymətlərin yüksəldilməsini nəyə əsasən müəyyən olunması aydın deyildir. Göründüyü kimi, məh kəmə maddi hüquq normalarını tətbiqində səhvə yol vermiş, nəticədə müahisələndiririlən hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə ilk iddia tələbinin rədd edilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5185/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.