Məhkəmə qərarları › İş №2(102)-6348/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-6348/2020

01.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6348/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X2, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5541/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim İ.Abbasova) xx.xx.2020-ci il tarixli, 2(011)494/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh 2, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə və Bakı şəhəri 18 saylı Notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 42-15 reyestrlə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2019-cu il tarixli, 3M-887 reyestrlə rəşmiləşdirilmiş Saziş müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinin cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, M.Məmmədov, R.Həsənov) xx.xx.2020-ci il tarixli, 2(103)-5541/2020 nömrəli qətnaməsi ilə Cava bdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-494/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2 və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ünvan 1, mənzil 50 ünvanında yerləşən iki otaqlı mənzilə dair cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cava bdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsinin AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxmış olan məhkəmə mübahisə predmeti olan mənzilin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının və iddiaçının cavabdeh olan əri Cavabdeh1 birgə mülkiyyətinin predmeti olduğuna əhəmiyyət verməmiş və bunun nəticəsi olaraq da yanlış qərar qəbul etmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına mülkiyyə t hüququna dair çıxarış verilmişdir. Mübahisə predmeti olan mənzil Cavabdeh1 adına DƏDRX də qeydiyyata alındığı andan etibarən həmin mənzil cavabdehlə iddiaçının birgə mülkiyyətinə daxil olmuşdur. Bu səbəblə də, qanunun imperativ tələbinə əsasən həmin mənzil üzərində hər hansı rəftar (sərəncam vermək) edilməsi mütləq birgə mülkiyyətçi kimi iddiaçının razılığı alındıqdan sonra mümkün ola bilərdi. İddiaçının mənzilə dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış müqavilədən xəbəri olmamışdır. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi işə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən işə baxmışdır. Beləliklə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə riayət etmədən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5541/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin və Bakı şəhəri 18 saylı Notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəki li Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibd ir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İddianın rədd edilməsi qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən mənzil Cavabdeh2 verdiyi etibarnamə əsasında hərəkət edən İddiaçı tərəfindən Cavabdeh1 (keçmiş əri) alqı-satqı müqaviləsi əsasında satılmışdır. Başqa sözlə, Cavabdeh2 (təmsil olunan), İddiaçı həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, İddiaçı onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili keçmiş əri olan Cavabdeh1 satmış, mənzilin satışından Cavabdeh2 (təmsil olunana) pul verilməsi sübut olunm amışdır; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur. Belə ki, iddiaçının həmin mənzili öz ərinə satması onun öz maraqlarından hərəkət etməsi mənasına gəlir. mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin mənzil üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, bununla da həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilə bilməz. Ona görə də xx.xx.2018-ci il tarixli müqavilə ləğv edilərkən iddiaçının razılığının alınmasına ehtiyac olmamışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Re spublikası Ailə Məcəlləsinin, eləcə də Mülki Məcəllənin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı iş üzrə isə, iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi ünvan 1 ünvanında yerləşən 50 saylı mənzilin bu statusa sahib olmadığı apelyasiya baxışı zamanı məyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixli, 4Ə-15 reyestrli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə xx.xx.2018-ci il tarixli, 4Ə -15 reyestrli alqısatqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili üzərində Cavabdeh1 heç bir hüququ yaranmamış, buna görə də həmin mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak statusu daşıya bilməz. Bu səbəbdən apelyasiya kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, apelyasiya kollegiyası iddiaçıya Cavabdeh2 verdiyi etibarnamə əsasında onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti verildiyi halda, Cavabdeh2 maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili keçmiş əri olan Cavabdeh1 satması ilə bağlanmış əqdin əhəmiyyətsiz əqd olması qənaətinə gəlsə də, apelyasiya kollegiyası nəz ərə almamışdır ki, iş materiallarında olan (səh 45) AR-İ № 582414 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən 50 saylı mənzillə bağlı verdiyi etibarnaməni şəxsən imzalamış, həmin etibarnamədə mənzillə bağlı etibar edilənə həvalə edilən səlahiyyətlər tam olaraq öz əksini tapmışdır. İddiaçının həmin etibarnamə üzrə səlahiyyətlərdən istifadə edərək mənzillə bağlı keçmiş əri ilə alqı-satqı müqaviləsi bağlamaqla öz maraqlarından hərəkət etməsinin nədə ifadə olunması isə apelyasiya kollegiyası tərəfindən hər hansı sübutla müəyyən olunmamış, yalnız mülahizə olaraq irəli sürülmüş və həmin mülahizə əsasında qətnamə qəbul edilmişdir. Halbuki, adıçəkilən etibarnamədə iddiaçıya mənzilin bağışlanması səlahiyyəti də verilmiş, lakin iddiaçı həmin səlahiyyətdən istifadə etməklə mənzillə bağlı hər hansı hərəkət həyata keçirməmişdir. Həmçinin mülki iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixində nikah qeydə alınmışdır. Tərəflər birgə nikahda olan dövrdə Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 7, 50 saylı mənzil satıcı Cavabdeh2 tərəfindən alıcı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixində 40 000 manat notariatın depozitinə yerləşdirilməklə satılmışdır. Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 7, 50 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, 101, M7, 2 saylı mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-cu il tarixində Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Qeyd edilən əmlakın Cavabdeh1 adına rəsmiləşdirildiyi vaxt o, İddiaçı ilə rəsmi nikahda olmuşdur. xx.xx.2019-cu il tarixdə iddi açı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Samir Ömərov babası Cavabdeh2 ilə Saziş müqaviləsi adlanan müqavilə bağlayaraq xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi heç bir əsas göstərilmədən ləğv edilmiş, lakin ödənilmiş 40000 manat pul vəsaitinin qaytarılması müqavilədə əksini tapmamışdır. Mənzil xx.xx.2019-cu il tarixində Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Göstərilənlərlə bağlı da qeyd edilməlidir ki, apelyasiya kollegiyası məhkəmə araşdırmasını həyata keçirərkən nəzərə almamışdır ki, adıçəkilən alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə Saziş iddiaçı tərəfindən Cavabdeh1 qarşı məhkəməyə nikahın pozulması tələbi ilə müraciət edildikdən sonra bağlanmışdır. Apelyasiya kollegiyası bu hala da hər hansı münas ibət bildirməmiş, bu istiqamətdə də hər hansı araşdırma aparmamışdır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyas ı həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respu blikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kasasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olm uş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5541/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)5541/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar