Məhkəmə qərarları › İş №2(102)-635/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-635/2023

23.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-635/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ərzuman oğlunun cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Ərzuman oğlunun cavabdehlər Cavabdeh1 ASC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “hərracın nəticələri haqqında protokolların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1728/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti (yeni adı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – iddiaçı və ya Bank) ilə İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, İddiaçı, X7 və X4 müştərək qaydada Bankın xeyrinə kredit müqaviləsinə əsasən 63.050,98 ABŞ dolları məbləğində əsas, 23.085,15 ABŞ dolları məbləğində faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86.436,13 ABŞ dolları məbləğində kredit borcu tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinə və X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir. İddiaçı məxsus Sumqayıt şəhəri, 9 mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilinin ilkin satış qiyməti 68.000 manat, X2 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti isə 48.000 manat müəyyən edilmişdir.

2. İddiaçı Ərzuman oğluna məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayo n, 23 saylı evin, 31 nömrəli mənzili 43350 manata Bank tərəfindən əldə edilmişdir.

3. X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzili 30600 manata Bank tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ərzuman oğlu (bundan sonra – iddiaçı) Banka "xxxx" MMC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 253/3 və 253/3/1 saylı xx.xx.2019-cu il tarixli hərracların nəticələri haqqında protokolların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)536/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün Sumqayıt Şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin N-85018/35 saylı, xx.xx.2021-ci il tarixli bildirişindən məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə hər iki əmlak üzrə hərrac keçirilmiş və müvafiq olaraq hərracın nəticələri haqqında N-253/3 və 253/3/1 saylı xx.xx.2019-cu il tarixli protokollar tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərracın nəticələri ləğv edilməlidir. Əvvəla iddiaçı hərracın keçirildiyi tarix və yer haqqında heç bir bildiriş almamışdır. Hərracı keçirən "xxxx" MMC-nin dəqiq ünvanı məlum deyildir. Belə ki, həmin təşkilat ünvanını tez-tez dəyişir. Bu günə kimi hərrac protokolları iddiaçıya təqdim edilməyib, baxmayara q ki, rəsmi qaydada dəfələrlə "xxxx" MMC-yə müraciət etmişdir. "İcra haqqında" Qanunun 17.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məcburi olduğu halda icraat davam etdirilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, N-253/3 və 253/3/1 saylı protokollar üzrə hərrac keçirildiyi vaxt iddiaçının Banka qarşı "kredit müqaviləsi üzrə ödənilmiş məbləğin əsas borcdan silinməsinə dair" yəni, cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19SMEGZ2-2-0-1894- 14 saylı Kredit müqaviləsi üzrə cərimələrin, faiz dərəcələri üzrə əlavə hesablanmış məbləğin silinməsi və ödədiyi 30000 ABŞ dollarının Bank krediti üzrə əsas borcdan silinməsi barədə iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olub və iş üzrə 2(006)-206/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbu l edilib. Halhazırda da iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayət icraata qəbul edilmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 avqust 2021-ci il tarixli, 2(060)-5461/2022 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, protokolların ləğv edilməsinə əsas olan hallar müəyyən edilməmiş, əmlakların hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi əsasında həyata keçirilmişdir. Bundan başqa, İddiaçı Ərzuman oğlu iddia tələbində özünə məxsus 9-cu mikrorayon, 23 saylı evin, 31 nömrəli mənzili ilə yanaşı, X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 k v.m sahədən ibarət 4 saylı evin, 2 saylı mənzilinin də hərracdan satılmasının nəticələri haqqında Y-253/3/1 saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı iddia tələbini hərracın nəticələri haqqında protokolların ləğv edilməsi ilə bağlı əsaslandırmamış, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 15.2, 77.1, 77.3 və 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməs indəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırlmışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-280/2022 nömrəli, 05 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. İş materiallarından da görünür ki, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları pozulmamışdır. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarından da aydın görünür ki, mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. İddiaçı hərrac təşkilatının hərracın keçirilməsində bir neçə qanun pozuntusuna yol verməsini, hərracın keçirilməsi barədə ona məlumat verilməməsini bildirsə də, öz tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsasları na dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir..

14. Məhkəmə iş üzrə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 42, 43, 44, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 416.1-ci, “İcra haqqında” Qanunun 17.1.7, 19.1, 19.6 və MPM-in 77.1 və 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və şikayətdə apellyasiya məhkəməsi tərəfindən sübutlara MPM-in 88-ci maddəsinə uyğun qiymət verilməməsinə istinad edilmişdir.

17. Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2796/2021 nömrəli, 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və E.R.Vəliyeva) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

18. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.

19. Belə ki, iddiaçı tələbinin əsası kimi hərrac təşkilatı tərəfindən təşkil edilmiş hərrac barədə ona məlumat verilməməsinə, bu barədə bildiriş təqdim edilməməsinə istinad etmişdir. İddianı rədd edən məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, hazır kı halda sübut etmə yükü üzərinə düşən iddiaçı öz dəlillərinin əsasını təşkil edən halları sübut etməyə borclu olduğu halda bunu edə bilməmişdir. Əvvəla, iddiaçı hərrac təşkilatının təşkil etdiyi hərrac barədə ona məlumat verilməməsini bildirirsə, belə olan halda, sübutetmə yükünün iddiaçının, hazırkı halda inkar edənin daşımalı olması barədə gəlinən nəticə düz deyil. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Əslində, iddiaçının dəlilləri kontekstində, yəni hərrac barədə məlumatın verilməsi baxımından hərracın qanunvericiliyə uyğun olaraq keçirilməsini sübut etmək vəzifəsi hərrac təşkilatının üzərinə düşür. Məhkəmələr isə cavabdeh olan hərrac təşkilatının qeyd edilən hərracın qanuniliyi ilə bağlı hər hansı mövqeyini öyrənmədə n, bu barədə lazımi sübutları araşdırmadan hərracın qanuniliyi nəticəsinə gəlmişlər.

20. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hərracın keçirilməsinə dair bildiriş və elanlardan, habelə işin faktiki hallarına əsasən mübahisəli mənzilə dair hərrac mövcud qanunlar çərçivəsində o cümlədən “İpoteka haqqında” qanunun 43-cü maddəsinin tələblərinə riayət edilməklə keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hərracın keçirilməsinə dair bildiriş və elanlara istinad etsə də, iş materiallarında belə bir sübutlar yoxdur (yuxarıda da qeyd edildiyi kimi məhkəmələr cavabdeh olan hərrac təşkilatının buna dair hər hansı mövqeyini və sübutlarını araşdırmayıblar) və belə olan halda apellyasiya məhkəməsinin hərracın mövcud qanunlar çərç ivəsində keçirilməsini hansı sübutları qiymətləndirməsi yolu müəyyən etməsi məlum deyil. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir ( MPM, 218.1. 220.4-cü maddələr).

21. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddiaçı özünün mülkiyyətində olan ipoteka predmetinin hərracda satılması ilə yanaşı, digər şəxsin mülkiyyətində olan ipoteka predmetinin hərracda satılmasını da mübahisələndirir. Birinci instansiyası məhkəməsi bunu qətnaməsində göstərsə də, iddiaçının başqa şəxsə məxsus əmlakın hərracda satılmasını mübahisələndirmək üçün subyektiv hüququnun olub-olmamasına qiymət vermədən həmin iddianı da eyni əsasla, hərracın qanunvericiliyə uyğun keçirilməsi əsası ilə rədd etmiş, apellyasiya məhkəməsi isə ümumiyyətlə, bunun üstündən keçərək, eyni səhvi təkrarlamışdır.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı əvvəlcə iddia ərizəsində hərrac protokollarının həm ləğv, həm etibarsız hesab edilməsini xahiş etmi ş, sonradan ərizə verərək, tələbini dəqiqləşdirmiş, həmin protokolların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 23. “İpoteka haqqında” Qanunun “hərracın etibarsız sayılması” barədə 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

24. Göründüyü kimi, qeyd edilən qanunvericilik normaları müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərracın etibarsızılığı barədə iddianın verilməsini müəyyən edir. Məhkəmələr isə iddia tələbinə qiymət verərkən, işin bu xüsusatına da diqqət yetirməmi ş, iddianı qeyd edildiyi kimi yalnız bir əsasla – hərracın qanuniliyi əsası ilə təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1728/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında mübahisəli əmlaklara dair hərracın keçirilməsi ilə bağlı iddiaçıya məlumat verilib-verilməməsini araşdıraraq qeyd etmişdir ki,, Sumqayıt şəhəri üzrə İcra İdarəsi iddiaçıya xx.xx.2019-cu il tarixdə məktub ünvanlayaraq qətnamə ilə ondan tutulmalı ol an borc və borcun ipoteka predmetlərinə yönəldilməsi barədə məlumat vermişdir. "xxxx" 25 oktyabr 2019-cu il tarixdə mübahisəli əmlakların açıq hərraca çıxarılması, hərracın keçirilmə vaxtı və yeri, əmlak haqqında məlumatın “Birja yenilikləri” və “Market” qəzetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində Lot 527/19 nömrəsi ilə dərc olunması barədə iş üzrə tərəflərə bildiriş ünvanlamışdır. Hərrac Mərkəzi xx.xx.2019-cu il tarixdə əmlakın təkrar hərraca çıxarılması, hərracın keçirilmə vaxtı və yeri, əmlak haqqında məlumatın “Birja yenilikləri” və “Market” qəzetlərinin xx.xx.2019-cu il tarixli nəşrlərində Lot 557/19 nömrəsi ilə dərc olunması barədə bildiriş ünvanlamışdır. İddiaçıya göndərilmiş məktublar “qapı bağlıdır, evdə yoxdur, ərazidə tanımırlar” qeydi ilə geri qaytarılmışdır.

27. Məhkəmə müəyyən etmişdir ki, hərracda satılacaq digər əmlakın mülkiyyətçisi, eyni zamanda iddiaçının arvadı olan X1 göndərilmiş xx.xx.2019-cu il tarixli məktub Çiçəknaz Tağıyeva tərəfindən xx.xx.2019-cu il tarixdə qəbzə imza edilərək alınmışdır. Bu halı iddiaçı özü də izahatında bildirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Hərrac Mərkəzinə müraciət edərək bankla razılıq əldə edilməsi səbəbdən iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bundan sonra Hərrac Mərkəzi xx.xx.2019-cu il tarixdə Banka təklif göndərərək, əmlakları almağı təklif etmiş, xx.xx.2019-cu il tarixli protokollarla mübahisəli əmlaklar Banka satılmışdır. Bununla da görünür ki, girov qoyulmuş əmlakların açıq hərracda satılması barədə iddiaçının məlumatı olmuşdur. Belə ki, Hərrac Mərkəzi tərəfindən iddiaçıya ünvanlan mış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərdən sonra iddiaçı xx.xx.2019-cu il tarixdə mərkəzə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdir ki, bu da hərracın keçirilməsindən məlumatlı olması deməkdir.

28. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində özünə məxsus əmlakın satılmasına dair hərrac protokolunun ləğv edilməsi ilə yanaşı, X2 məxsus Sumqayıt şəhəri 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət 4 saylı evin, 2 nömrəli mənzilinin satılmasına dair hərrac protokolunun da ləğv edilməsini xahiş etmişdir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X2 məxsus mənzilin satılmasına dair hərrac protokolunun da ləğv edilməsini xahiş etsə də, onun adından iddia qaldırmaq hüququnun olmasına dair hər hansı sübutu, onun adından müəyyən hərə kətlər etmək səlahiyyəti verən etibarnaməni iş materiallarına əlavə etməmişdir. Bu baxımdan da iddia tələbinin qeyd edilən hissəsi bu əsasla da təmin edilə bilməz.

30. Məhkəmə belə qənaətə gəlmişdir ki, hərracın keçirilməsi barədə iddiaçı məlumatlandırılmışdır. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə kütləvi informasiya vasitələrində elan verilmiş, iddiaçı və digər iş üzrə maraqlı tərəflər hərracın keçirilməsi vaxtı və yeri barədə rəsmi bildirişlərlə məlumatlandırılmışlar. İddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər iş materiallarına əlavə edilmiş, özü tərəfindən Hərrac mərkəzinə ünvanladığı ərizə ilə təkzib edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və id dianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə

34. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

35. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci el an və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.

36. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qi ymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.

37. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

38. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.

39. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiy ası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

52. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ərzuman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1728/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar