Məhkəmə qərarları › İş №2(102)-636/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-636/2019

04.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-636/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 04 fevral 2019-cu il İş № 2(102)-636/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh3, Digər Cavabdeh1 vəkili X3 iştirakıilə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8847/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Mü əyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Anar Rzayev) 2(008)-517/2018 saylı 12 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək,Bakı şəhəri, ünvan, bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 K» saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X9 adına verilmiş Seriya RX 1066171 saylı, 12.05.2017-ci il tarixli çıxarışın, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 31.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquq ların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş Seriya RX 1072350 saylı, 06.06.2017-ci il tarixli çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış mübahisəli bağ sahəsinin alqı-satqısına dair 10.08.2017-ci il tarixli, AN-İ ******* saylı müqavilənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş Seriya RX 1124275 saylı, 15.08.2017ci il tarixli çıxarışın, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış mübahisəli bağ sahəsinin alqı-satqısına dair 27.08.2017-ci il tarixli, AN-İ ******* saylı müqavilənin, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş Seriya RX ******* saylı, 15.09.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, X18 və Cavabdeh3 iddia olunan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan bağ sahəsindən çıxarılaraq İddiaçı həmin bağ sahəsinə köçürülməsi, sözügedən bağ sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Sabunçu ra yon məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivində 65 saylı ВТК nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 1242 s saylı bağ sahəsinə dair X9 və Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivində 65 saylı ВТК nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 1242 s saylı bağ sahəsindən çıxarılaraq bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Son radan İddiaçı nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 əlavə cavabdeh, Bakı şəhəri 50 saylı notariat kontoru, Bakı şəhəri 1 saylı notariat kontoru, Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin notariat kontorunun əlavə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edərək bildirmişdir ki, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh mübahisəli bağ sahəsini Cavabdeh2 oğuna satmışdır. Bununla əlaqədar iddiaçı iddia tələbinin həcmini artıraraq Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını və onunla Cavabdeh1 arasında, 1242 К saylı bağ sahəsinə dair bağlanmış alqısatqı müqaviləsinin və 15.08.2017-ci il tarixli çıxarışın da etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hal-hazırda iş materiallarında olan sənədlərdən aydın olur ki, Cavabdeh2 da sözügedən bağ sahəsini 27.08.2017-ci il tarixdə 5 saylı Asan Xidmət Mərkəzində alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Bu barədə Cavabdeh3 adına 15.09.2017-ci il tarixdə çıxarış verilmişdir. Bununla əlaqədar məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən 12.05.2017-ci il tarixdə X9 adına verilmiş Bakı şəhəri, ünvan, bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 K» saylı bağ sahəsinə dair çıxarışın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən 06.06.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışların, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 31.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 1242 К saylı bağ sahəsinə dair Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 10.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 1242 К saylı bağa dair verilmiş 15.08.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 oğu ilə Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı Asan Xidməti mərkəzində notariat kontorunda bağlanmış 27.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən 1242 К saylı bağ sahəsinə dair Cavabde h3 adına verilmiş 15.09.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1, X13 və Cavabdeh3 iddia olunan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 S» saylı bağ sahəsindən çıxarılaraq, iddiaçının həmin bağ sahəsinə köçürülməsi, sözügedən bağ sahəsinin İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDSİK-nin 14.04.1989-cu il tarixli, 3/100 saylı sərəncamı ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivində 65 saylı ВТК nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 1242 s saylı bağ sahəsi ayrılmışdır. Bundan başqa ona 65 saylı ВТК tərəfindən həmin bağ sahəsinə 28.08.1989-cu il tarixli, 12 saylı orde r də verilmişdir. Həmin vaxtdan bağ sahəsi onun qanuni istifadəsindədir. Bağ sahəsini o, daş hasara almış və dəmir darvaza qoymuşdur. Oradan uzun illərdir ki, fasiləsiz, etirazsız istifadə edir. Hal-hazırda o həmin bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəyir. Bununla bağlı o, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə müraciət etmiş, lakin həmin qurumdan ona bildirmişlər ki, onun bağ sahəsinə dair başqa bir şəxsə çıxarış verilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, mərhum X9 adına onun torpaq sahəsinə dövlət reyestrindən çıxarış alınmış, həmin çıxarışda bağ sahəsinin nömrəsi «1242 K» kimi göstərilmişdir. Halbuki xəritədə belə nömrə ilə bağ sahəsi yoxdur. X1 Lalə Rafiq qızı vərəsəlik qaydasında həmin bağ sahəsini öz adına keçirmişdir. O dəfələrlə cavabdehə onun bağ sahəsindən çıxmasını tələb etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Cavabdehlər onun bağ sahəsinə mülkiyyət hüququnu pozmaqda davam edirlər. Belə olan halda o məhkəməyə - müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apel lyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh3 1242K nömrəli bağı notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Sahgül oğlundan almışdır ki, sonuncunun mübahisəli bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmuşdur. Başqa sözlə cavabdeh vicdanlı alıcıdır, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bundan əlavə, apellyasiva instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, 1242K saylı və İddiaçı onun istifadəsinə verildiyini iddia etdiyi 1242S saylı bağ sahəsi ilə üst-üstə düşmür. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi 2 şahid ifadəsini əsas götürməklə, mübahisəli bağ sahəsinin iddiaçıy a məxsus olması qənaətinə gəlmişdir. Halbuki, həmin şahidlər mübahisəli bağ sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibi deyillər. Şahid ifadələri is materiallarında olan mötəbər sübutlarla təkzib olunduğu halda, məhkəmə iş üzrə nəticəyə gələrkən iddiaçının gətirdiyi iki şahidin ifadəsini üstün tutmuş, nəticədə cavabdehi mülkiyyət hüququndan məhrum etmişdir. Halbuki, məhkəmə özü mübahisələndirilən sahələrin eyni olmasını müəyyən etmişdir. Məhkəmə yalnız Bakı səhəri X15 İcraiyyə Komitəsinin 3/100 saylı, 14 aprel 1989-cu il tarixli qərarı ilə İddiaçı ndə yerləşən 65 saylı bağ tikinti kooperativinə üzv qəbul edilməsinə, ona bağ sahəsinin ayrılmasına, 28 avqust 1989-cu il tarixli 12 saylı orderin surətinə (əsli yoxdur) və 2 şahidin ifadəsinə istinad etmiş, cavabdehin xeyrinə olan sü butları qiymətləndirməmiş, əsassız olaraq onu mülkiyyət hüququndan məhrum etmişdir. Apellyasiya instansiya məhkəməsi həqiqətən də iddiaçının mübahisələndirilən sahəyə mülkiyyət hüququ olduğunu araşdırmadan, iddiaçının mülkiyyət hüquqlarının pozulduğuna dair sübut olmadan cavabdehi ona qanuni əsaslarla məxsus olan torpaq sahəsindən məhrum etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblər ini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçının iddia tələbləri tam əsassıdır.Belə ki, iddiaçının ona, əvvəlcə isə atası X11 məxsus olmuş bağ sahəsinə heç bir aidiyyatı yoxdur.Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 1989-cu il 14 aprel tarixli 3/100 nömrəli qərarında iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi və onun sərhəd nöqtələrinin geodeziya koordinatları göstərilməmişdir.Bundan əlavə, orderin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır.MPM-nin 89.3-cü maddəsinə uyğun olaraq lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.Hər halda, orderin təsdiq olunmamış surətindən də iddiaçıya ayrılmış bağ sahəsinin sərhəd nöqtələrinin geodeziya koordinatları görünmür.İddiaçı qəzətdə orderin etibarsız sayılması barədə ela n vermişdir. Bununla əlaqədar olaraq xüsusilə bildirmək lazımdır ki, belə elan olduğu halda bu cür sənədə və ya onun lazımi qaydada təsdiq olunmamış surətinə istinad hüquqi baxımdan əsassızdır.65 saylı Bağ Kooperativinin tərkibində olmuş bağ sahələrinin siyahısı, həmin sahələrin müvafiq texniki sənədləri (plan-sxemlər və s.) mövcud deyil.Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metrdən ibarət olan 1242 S saylı bağ sahəsinə dair müqavilə barədə məlumat həmin idarənin arxivində tapılmamışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı subyektiv hüquq a malik olmamışdır. İşə baxan məhkəmə bu hallara qiymət verməmişdir. Cavabdeh1 vəkili X6 tərəfindən məhkəmə kollegiasına kassasiya şikayətinə əlavə ərizəsi göndərilmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh3məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi və Bakı şəhəri 1 saylı Notariat Ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmaya raq iş üzrə digər şəxslər gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri X15 İcraiyyə Komitəsinin 3/100 saylı, 14 aprel 1989-cu il tarixli qərarına əsasən Mirzəyev X14 qəsəbəsində yerləşən 65 saylı bağ tikinti kooperativinə üzv qəbul edilmiş və ona bağ sahəsini ayrılması müəyyənləşdirilmişdir. Bu barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 04.07.2017-ci il tarixli arxivdən çıxarış işə əlavə edilmişdir. 28 avqust 1989-cu il tarixli, 12 saylı orderin ksero surətindən görünür ki, Bakı şəhəri Nardaran bağ massivində yerləşən 1200 kvadrat metrdən ibarət olan «1242 S» saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin orderin itirildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən X5 ünvanlanmış məktubdan görünür ki, İddiaçı məxsus olan Bakı şəhər Ərazi idarəsinin elektron baza məlumatların aəsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1242 saylı bağ sahəsinə verilmiş 12 nömrəli orderin tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. 18 iyul 2017-ci il tarixli “Şərq” qəzetindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivndə yerləşən 1200 kvadrat metr ibarət olan «1242 S» saylı bağın orderi ( 12 saylı) itdiyi üçün etibarsız sayılması barədə elan verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi İddiaçı 19.07.2017-ci il tarixli ərizəsinə cavab olaraq sonuncuya bildirilmişdir ki, Bakı şəhər Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 S» saylı bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İşin müəyyən edilmiş digər hallarına əsasə Bağın icarəyə verilməsi barədə 278/8 saylı, 06 iyul 1990-cı il tarixli müqavilədən görünür ki, Bağlar təsərrüfatı inkişafı və istimarı birliyi ilə X12 arasında bağlanmış həmin müqaviləyə əsasən s onuncuya ndə 0,12 ha bağ sahəsi icarəyə verilmişdir. Həmin müqaviləyə əlavə edilmiş sxemdən X8 təqdim edilmiş torpaq sahəsinin uzunluğu 60 metr, eni 20 metrdir, onun bağ qonşuları şərqdən 1242 Z, qərbdə 1242 D saylı bağlar olub, cənubdan yol, şimaldan isə su anbarı ilə əhatələnmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 19.12.2017-ci il tarixli məktubundan görünür ki, keçmiş X10 və İstismarı Birliyi ilə bağlanılmış 06.07.1990-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metrdən ibarət olan 1242 saylı bağ sahəsi 12.05.2017-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsin ə yeni ünvan olaraq “1242 K” nömrəsi verilmişdir. 31.05.2017-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, “1242 K” nömrəli bağ sahəsi 06.06.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 15.08.2017-ci il tarixdə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 S» saylı bağ sahəsinə dair müqavilə barədə məlumat Bakı şəhər Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. 1242 S nömrəli bağ sonradan verilən bağ olduğu üçün sxematik xəritədə yoxdur. 1242 nömrəsi təkrarlandığı üçün bağ sahəsinə 1242 K ünvanı verilib, sxematik xəritədə 1242 K nömrəsi yoxdur. 1242 K nömrəl i bağın qonşuları şərqdən 1068 C, şimal, qərb və cənubdan yol ilə əhatə olunmuşdur. 1242K nömrəli bağın ölçüləri 42.31 x 34.64 x 31.51 x 31.92 metrdir. İşdə olan 10.08.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, ünvan, «1242 K» saylı bağ sahəsində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 10.08.2017-ci il tarixdə Cavabdeh2 60000 manata satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrndə qeydə alınaraq Seriya RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh2 həmin bağ sahəsini 27.08.2017-ci il tarixdə Cavabdeh3 38000 manata satmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrndə qeydə alınaraq Seriya RX ******* saylı çıxarış verilmişdir. İddiaçı hazırki iddia tələbləri ilə m əhkəməyə müraciət edərək X9 adına verilmiş Bakı şəhəri, ünvan, bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 K» saylı bağ sahəsinə dair çıxarışın, 06.06.2017-ci il tarixdə Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın, Bakı şəhəri 1 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş 31.05.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1 ilə Cavabdeh2 arasında 1242 К saylı bağ sahəsinə dair Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 10.08.2017-ci il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 adına verilmiş 15.08.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın, Cavabdeh2 oğu ilə Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı Asan Xidməti mərkəzində notariat kontorunda bağlanmış 27.08.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına verilmiş 15.09.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini, cavabdehlərin iddia olunan ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metr ibarət olan «1242 S» saylı bağ sahəsindən çıxarılaraq, iddiaçının həmin bağ sahəsinə köçürülməsi, sözügedən bağ sahəsinin ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirimədən saxlamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Torpaq icarəsi haqqında” Qanun, “İcarə haqqında” Qanunun normalarına istinad edərək birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin istifadəsində olan və daşınmaz əmlakın dövlət reyestrində onların adına dövlət qeydiyyatına alınmış 1242 K nömrəli bağ sahəsinin ölçüləri ilə (42,31 x 34,64 x 31.51 x 31,92 metr) miras qoyan Rafiq Atakişiyevin istifadəsinə 06.07.1990-cu ildə verilmiş 1242 nömrəli bağ sahəsinin ölçüləri (60x20 metr), qonşular yerləşdiyi məkan tamamilə fərqlidir. X17 istifadəsinə 1990-cu ildə verilmiş bağ sahəsi ilə onun adına 12.05.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış bağ sahəsinin ölçüləri üstüstə düşmür. Cavabdehlərin adına rəsmiləşdirilmiş bağ sahəsi İddiaçı məxsus bağ sahəsidir. Həmin bağ sahəsinin sonuncuya məxsus olması iddiaçının özünün izahatından başqa şahid kimi dindirilən qonşuların ifadələri ilə öz təsdiqini tapır. Göstərilən hallar cavabdehlərin adına, həmçinin X17 adına bağ sahəsində dair verilmiş reyestrən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edir. Mübahisəli bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X9 adına verilmiş Seriya RX ******* saylı, 12.05.2017-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Həmin çıxarış etibarsız hesab edildiyindən və nəticə etibarı ilə mübahisəli bağ sahəsi X7 miras qalmış miras əmlakın kütləsinə daxil olmadığından iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və bundan sonra bağlanmış alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi hissələrində də təmin edilməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili X3 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir k, işə baxan məhkəmələr tərəfindən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olub-olmamasına qiymət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə i ddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında mübahisələndirilən bağ sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasını təsdiq edəcək kifayət qədər mötəbər sübutlar yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 19.12.2017-ci il tarixli məktubundan görünür ki, keçmiş X10 və İstismarı Birliyi ilə bağlanılmış 06.07.1990-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1200 kvadrat metrdən ibarət olan 1242 saylı bağ sahəsi 12.05.2017-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsinə yeni ünvan olaraq “1242 K” nömrəsi verilmişdir. 31.05.2017-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, “1242 K” nömrəli bağ sahəsi 06.06.2017-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 15.08.2017-ci il tarixdə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. Sabunçu ray onu, Nardaran bağ massivində yerləşən sahəsi 1200 kvadrat metr olan «1242 S» saylı bağ sahəsinə dair müqavilə barədə məlumat Bakı şəhər Ərazi İdarəsinin arxivində aşkar olunmamışdır. “1242 S” nömrəli bağ sonradan verilən bağ olduğu üçün sxematik xəritədə yoxdur. 1242 nömrəsi təkrarlandığı üçün bağ sahəsinə “1242 K” ünvanı verilib, sxematik xəritədə “1242 K” nömrəsi yoxdur. “1242 K” nömrəli bağın qonşuları şərqdən 1068 C, şimal, qərb və cənubdan yol ilə əhatə olunmuşdur. “1242 K” nömrəli bağın ölçüləri 42,31 x 34,64 x 31.51 x 31,92 metrdir. Mübahisəli «1242 S» saylı bağ sahəsinin iddiaçıya məxsus olması, iddia edilən bağ sahəsinə dair torpağın texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin sxemi və s. barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. İşə əla və edilmiş ksero sürət olan order «1242 S» saylı bağ sahəsinin iddiaçıya məxsus olması üçün mötəbər sübut hesab edilə bilməz. Bu orderin əsli olduğu halda belə bağ sahəsinin yerləşdiyi məkanı, texniki göstəricilərini müəyyən etmir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Digər tərəfdən məhkəmə şahid ifadələrinə istinad edərək mübahisəli torpaq sahəsinin iddiaçının sahibliyində və istifadəsində olduğunu qeyd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən prosessual normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda məhkəmə ilk növbədə İddiaçı iddia tələbində göstərdiyi 1242 S saylı bağ sahəsinin ona məxsus olub-olmamasını, həmin bağ sahəsinə dair torpağın texniki pasportu, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin sxemi və digər texniki sənədlərin olub-olmamasını müəyyən etməli, bu təsdiq olunduğu təqdirdə cavadehin istidəsində olan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşib-yerləşməməsini və araşdırmalı, bu hallar araşdırıldıqdan sonra hazırki iddia tələbinə hüquqi qiymət verilməlidir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin bir sıra normalarına istinad etmiş, lakin gəldiyi nəticəni əsaslandırmamışdır. Mübahisəli torpaq sahəsinin cavabdehlər arasında alqı-satqı müqavilələrini də etibars ız hesab edən məhkəmə əqdlərin etibarsılığının nəticələrini tədbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıq münasibətlərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası qe yd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı Cavabdeh1 vəkili X6 tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətinə əlavə ərizəsinə əlavə edilmiş sənədlərə də hüquqi qiymət verməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, t am və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, ilk növəbədə İddiaçı verilmiş 1242 S nömrəli bağ sahəsinin yerləşdiyi məkanı torpaq sahəsinin texniki sənədlərinə əsasən müəyyən etməli, bu barədə sənədlərin təqdim olunması iddiaçı tərəfə təklif edilməlidir. Hazırki mübahisənin predmeti olan 0,12 ha bağ sahəsinin hüquqi və texniki sənədlərə görə İddiaçı ayrılmış bağ sahəsi olması öz təsdiqini tapdığı təqdirdə cavabdehlərin adına olan sənədlərin qanuniliyi araşdırılmalı və araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən hüquqi qiymət verilməlidir. Həmin maddəyə görə, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8847/2018 nömrəli iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar