Məhkəmə qərarları › İş №2(102)-6363/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6363/2019

20.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6363/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiаçının və vəkili 1 iştirakı ilə, İddiаçının Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1465/2019 nömrəli iş üzrə 15 may 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rаyоn Məhkəməsinin (hakim İ.B.Fəttahov) 2(046)-219/2019 nömrəli, 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiacının mərhum anası tərəfindən cavabdeh2 verilmiş 14.07.2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi və ləğv edilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-1465/2019 nömrəli, 15 may 2019-cu il tarixli qətnaməsi ilə Göyçay Rаyоn Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2(046)-219/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılması, iddiаçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiаçı cavabdehlər1 və cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dаir iddia ərizəsi və iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası 13.01.1998-ci il tarixdə anası isə 13.02.2018-ci il tarixdə vəfat etmişdir. Anadan doğulduğu gündən evin ən kiçiyi kimi valideyinləri ilə birlikdə yaşamışdır. Ailədə 8 qardaş 5 bacı olmuşlar. Atası vəfat etdikdən sonra anasına özü baxmışdır. 2016-2017-ci illərdə anası ağır xəstə olmuşdur, həmin vaxtlar anasının qulluğunda o və bacısı X4 durmuşdur. Cavabdeh isə nənəsini ildə bir iki dəfə görürmüş, nənəsindən isə irgəndiyindən ona yaxın durmamışdır. 14.06.2017-ci il tarixdə cavabdeh2 kəndə gələrək mərhum anasını həkimə aparmaq adı ilə evdən çıxarmışdır. 13.02.2018-ci il tarixdə anası vəfat edərkən, cavabdehin dəfn mərasimində iştirak etmiş, həmin gün getmişdir. Bundan sonra cavabdeh 25.03.2018-ci il tarixdə mərhumun qırx mərasimdə iştirak etmişdir. Sonrad an cavabdeh2 bacısı X4na zəng edərək həmin evi notariat qaydada öz adına sənədləşdirdiyin bildirmişdir. Buna görə də anası tərəfindən verilmiş vəsiyyətnamə ləğv edilməlidir. Göstərilənlərə əsasən, mərhum anası tərəfindən cavabdeh2 verilmiş 14.06.2017-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiаçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1465/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya sı məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı iddiaçı və vəkili 1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında cavabdeh2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh1 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun işti rakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-1465/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası 24.02.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Göyçay rayon Bığır kənd Ərazi Nümayəndəliyi tərəfindən verilm iş 02.04.2018-ci il tarixli arayışdan görünür ki, anasının vərəsələri siyahısında iddiaçının adı qeyd edilmişdir. İş materiallarında olan 14.07.2017-ci il tarixli Göyçay Rayon Notariat Kontorunda təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, anasının mülkiyyətnidə olan Göyçay rayonu Bığır kəndində yerləşən fərdi yaşayış evinin 1 otağını və torpaq sahəsini nəvəsi cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin notarial qaydada təsdiq edilmiş surətində 17.04.2018-ci il tarixdə aparılmış qeyddən görünür ki, vəsiyyətnamə halhazırda qüvvədədir. Aşağı instansiya məhkəmələrinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı X1nın oğlu, cavabdeh2 isə nəvəsidir. X1 14.07.2017-ci il tarixdə mülkiyyətində olan Göyçay rayonu Bığır kəndində yerləşən fərdi yaşayış evinin 1 otağını və torpaq sahəsini nəvə si cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hal-hazırda qüvvədədir. İddiaçı həmin vəsiyyətnamənin etibarsız hesab ediməsini və ləğv edilməsini tələb edir. Birinci və apellyasiya instansiya məhkəməsinin baxışı zamanı İddiaçı 14.07.2017-ci il tarixdə mərhum anası tərəfindən cavabdeh2 verilmiş 14.07.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə və ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edi lməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1465/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiаçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1465/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar