Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-637/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: açıq qalmış miras paya vərəsəlik hüququnun tanınması 10.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-850/2024 nömrəli iş üzrə 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0.0704 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş sahəsi 263.5 kv.m olan fərdi yaşayış evinin 2/3 hissəsi daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən X12 mülkiyyətində olmuşdur və o, xx.xx.1932-ci il tarixdə ölmüşdür. 2. 11 mart 2003-cü il tarixli, 184687 saylı müqavilə ilə X4 şəhəri, Şərbablar küçəsi, 2-ci döngə, 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinin özünə məxsus olan 1/3 hissəsini İddiaçı satmışdır. 3. 21 sentyabr 2021-ci il tarixli, 2V-651 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ilə fərdi yaşayış evinin 2/3 hissəsinin ½ hissəsi (Şəhadətnamədə 1/3 yazılıb), torpaq sahəsinin 2/3 hissəsi miras olaraq İddiaçı verilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.0704 hektar torpaq sahəsinin 2/3 hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş sahəsi 263.5 kv.m olan fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin Çıxarışla torpaq sahəsinin 1/3 hissəsi və fərdi yaşayış evinin 1/3 hissəsi X12 mülkiyyətində qalmışdır.
5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə X6 İddiaçı babası, X12 isə İddiaçı ulu babası olması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh X (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ulu babası X10 açıq miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın ona keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı, iddia ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 2/3 hissədə onun, 2/3 hissədə mərhum ulu babası X12 paylı mülkiyyətindədir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X21 və babası X6 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətləri nin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də o, ərizə ilə məhkəməyə müraciət edərək, X1 onun babası, X12 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra o, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, ulu babası X12 adına açıq saxlanılmış miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 yanvar 2024-cü il tarixli, 142 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, 12 iyul 1932-ci il tarixdə ölmüş X10 qalmış miras əmlaka dair 21 sentyabr 2021-ci il tarixdə 2V-651 reyestr nömrəsi ilə Mülki M əcəllənin 1252-ci maddəsinə əsasən ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlakın 1/3 hissəsi X2 adına açıq saxlanılmışdır. X2 adına açıq saxlanılan digər vərəsəyə çatacaq miras paya dair ona təkrar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Halbuki, bu günədək digər vərəsələr onlara çatası miras payı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişlər. Ümumiyyətlə, ulu babası X21 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X17 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası Orucov Aydın Əliyar oğ lu qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. Bu günədək mirasa bütövlükdə o, sahiblik edir. Hesab edir ki, digər vərəsələr mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişlər. Mərhum ulu babası X12 vəfatından sonra o, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə faktiki sahiblik etsə də, ona həmin fərdi yaşayış evinə tam qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi, onun mülkiyyət hüququ üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır.
8. Şəki Rayon Məhkəməsinin e-2(075)-741/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətd ə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Hazırkı işdə, miras qoyan şəxs X21 1932-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vər əsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəllənin müddəaları əsasında həll olunmalıdır.
11. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın faktiki olaraq onun tərəfindən tam olaraq qəbul edildiyini, həmin əmlakın onun faktiki mülkiyyətində olduğunu, ondan başqa mərhumun digər vərəsələri olmadığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, həmin əmlakdan pay almaq istəyən hər hansı digər vərəsə müəyyən edilməmişdir. Lakin, iddiaçı tələbində həmin əmlakdan hansı vərəsələrin pay almaq hüququnun itirilməsini göstərməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1193, 1203, 1243 və 1301-ci maddələ rinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, imtinaya səbəb olmuş vərəsələr barədə məlumat almalı idi. Lakin, göründüyü kimi cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə isə cavabdehdən istər vərəsəlik işinin istərsə də vərəsələr barədə məlumatı əldə etməmişdir. Əgər iş üzrə heç bir vərəsə yoxdursa, nəyə görə cavabdeh digər vərəsələrə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmə sindən imtina edir, əgər varsa nəyə görə məhkəmə iddianı təmin etmir. Halbuki, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdehin imtinasında digər vərəsələrə görə mirasa dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməməsidir. Tərəfindən məhkəməyə 3 ədəd qətnamə 1 ədəd qərar təqdim edilmişdir ki, həmin məhkəmə aktlarında işin faktiki hallarına aid bir sıra xüsusatlar öz əksini tapmış və həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş hallar məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Artıq qanuni qüvvəsini almış Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(107)-1008/2023 saylı qətnaməsi ilə X12 onun ulu babası olması hüquqi faktı müəyyən edilmiş və həmin iddia tələbi üzrə mülki işin məhkəmə proseslərində məhrum ulu babasından miras qalmış əmlakla bağlı faktiki olaraq mirası onun tərəfindən qəbul etməyi, onun həmin miras əmlak olan fərdi yaşayış evində anadan olmaqla hal-hazıradək orada pasport qeydiyyatında olmaqla orada yaşamağı, miras əmlaka faktiki yiyələnməklə ona sahiblik etməyi tam təsdiq edilmişdir. Həmçinin, miras əmlak olan evin 2/3 hissəsi də onun mülkiyyətindədir və o həmin əmlakı vərəsəlik qaydasında qəbul etmişdir. Buradan da göründüyü kimi o miras əmlakın bir hissəsinə vərəsəliyi qəbul etmiş və bu da mirası faktiki olaraq tam qəbul etməyini təsdiq edir. Bu faktın özü belə mirasın onun tərəfindən faktiki qəbulunu təsdiq edən ən mötəbər sübutdur.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-850/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi il ə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), Z.C.Tahirov və E.M.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirası qoyan X21 xx.xx.1932ci ildə ölməklə miras açılmışdır. Odur ki, mübahisə həll edilərkən, həmin vaxt qüvvədə olan 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına istinad olunmalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırki halda mirasqoyanın əmlakının başqa heç bir vərəsə tərəfindən qəbul edilməməsinin müəyyən edilməsi üçün əvvəl göstərilən qanun normasında sadalanan şəxslərin hər biri aşkar edilməli, daha sonra isə həmin şəxslərin hər birinin xx.xx.1932-c i ildə mirası qoyan ölərkən harada olduqları və mirası qəbul edib-etmədikləri müəyyən edilməlidir. Həmin məlumatlar isə iddiaçının təqdim etdiyi məhkəmə qərarlarında müəyyən edilməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçı və üçüncü şəxslərin izahatlarından müəyyən edilmişdir ki, mirasqoyan X5 (Məşədi Oruc) üç övladı olmuşdur: X20, X18, X17. X3 göndərildiyindən onun ailəsi barədə məlumat mövcud deyildir. X7 iki qız övladı olmuşdur ki, onlardan biri də X8r. X6 iki övladı olmuşdur: X19 və X14. X9 beş övladı vardır.
19. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, yuxarıda göstərilənlər iddiaçı və onun bacıları olan üçüncü şəxslərin izahatlarında deyilsə də, həmin şəxslərin mövcudluğu, doğum tarixləri, ölənlərin ölüm tarixləri barədə heç bir sübut məhkəm əyə təqdim edilməmişdir.
20. Bundan başqa, X15 öldüyü vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 488-ci maddəsində göstərilən şəxslərin harada olduğu, mirası qəbul edib etmədikləri, əgər etmişlərsə, X11, X7 və X6 öldükləri vaxt (ölmüşlərsə) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş vərəsələrinin harada olduqları və mirası qəbul edib- etmədikləri kimi məsələlərin araşdırılması əhəmiyyət kəsb edirdi ki, həmin hallarla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
21. İddiaçının məhkəmənin digər vərəsələrlə bağlı məlumatları özü ala biləcəyi halda, almadığı barədə apellyasiya şikayəti dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin işdə mövcud olan sübutlara əsasən araşdırma aparma səlahiyyəti olsa da, iddianı təsdiq edəc ək heç bir sübutun təqdim edilmədiyi halda, iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir.
22. Apellyasiya şikayətinin iddiaçının miras əmlakı qəbul etməsi ilə bağlı dəlilinə gəldikdə isə, iddiaçının mirası qəbul etməsi təsdiq edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırkı mübahisə digər vərəsələr tərəfindən qəbul edilmə halının olub-olmaması barədədir ki, iddiaçının təqdim etdiyi dəlillər həmin halı təsdiq etmir.
23. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 487, 488, 489, 499, 500-cü maddələrinə, habelə hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1133.2, 1137, 1159.1.1, 1193, 1203.1, 1203.2, 1243.1, 1243.2, 1301.1, 1301.2 və 1 301.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin sübutların toplanılması barədə mövqeyi əsassız olmuşdur. Belə ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən iba rətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Göründüyü kimi hazırkı mübahisə açıq qalmış mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin payın digər vərəsəyə keçməsi ilə bağlıdır və bu cür mübahisələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, iddiaçı digər vərəsələr barədə lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşə baxan apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ bəndinin tələblərini kobud surətdə pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, 16 iyun 1923-cü ildə qüvvəyə minm iş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 487-ci maddəsinə əsasən qanun üzrə və vəsiyyət üzrə vərəsəliyə aşağıdakı maddələrə uyğun olaraq, ölmüş şəxsin bütün borclarını çıxdıqdan sonra, miras əmlakın ümumi məbləğinin hüdudlanda 10.000 qızıl manatdan artıq olmayan məbləğdə yol verilir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin maddəyə istinad etdiyini qeyd etsə də, 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 487-ci maddəsi yuxarıda qeyd edilən məzmundadır. Apellyasiya instasiyası məhkəməsi isə öz qanunsuz və əsassız qətnaməsində qeyd etmişdir ki, “487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir.” Halbuki, eyni məzmunlu maddə 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 487-ci mad dəsi deyil, 4871-ci maddəsidir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi “487”-ci maddə ilə “4871”-ci maddəni fərqləndirə bilməmişdir. Həmçinin 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi qəbul ediləndə sadəcə olaraq 487-ci maddəsi olmuş, daha sonra isə yeni əlavələr zamanı “4871”-ci maddə əlavə edilmişdir. Həmçinin məhkəmə sözügedən məcəllənin 488-ci və 489-cu maddələrinə istinad etdiyini qeyd etsə də, əslində 4882-ci və 4891-ci maddələrinə istinad etmişdir. Həmçinin həmin maddə məcəlləyə yeni redaksiyada əlavə edilmişdir. Məhkəmə isə mirasın açıldığı zaman həmin maddələrin Məcəlləyə daxil edilib-edilmədiyini araşdırmamışdır. Bundan əlavə, mirasqoyan X21 xx.xx.1932-ci ildə ölməklə miras açılmış və məhz buna görə də xx.xx.1932-ci il tarixdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. Lakin göründüyü kimi apellyasiya instansiya məhkəməsi 16 iyun 1923-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinə nəzər saldıqda görürük ki, “4991”-ci maddəsinin ən son dəyişlik edilmiş mətninə istinad etmişdir ki, həmin maddəyə mirası qoyan X12 ölümündən sonra dəfələrlə yəni 1947 və 1949-cu illərdə dəyişiklik edilmişdir. Həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən vərəsə vərəsəlik açılan yerdə olmadıqda və həmin yerə vaxtında gəlmədikdə mirası qəbul edə bilməz. İşin faktiki hallarından da göründüyü kimi mirası qoyan X12 vəfat etdiyi dörvdə miras əmlak olan fərdi yaşayış evində yalnız kassatorun babası X17 yaşayaraq qəbul etmiş, digər vərəsələr vərəsəlik açıldığı dövrdə həmin yerdə olmamış, babasının vəfatından sonra mirası sadəcə Orucov Aydın Əliyar oğlu qəbul etmiş, o da vəfat etdikdən sonra həmin miras əmlaka kassator yiyələnmişdir. Daha sonra, digər vərəsələr mirası qoyanın ölümündən sonra qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə mirası qəbul etməmişlər. Sadəcə kassator miras əmlakı faktiki qəbul etmişdir və mirasa sahiblik edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə
487. Vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir.
27. Maddə
488. Qanun üzrə vərəsələr uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etm əzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etməlikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurar.
28. Maddə
489. Vərəsəlik vəsiyyətlə dəyişdirilmədiyi bütün hallarla, qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır.
29. Maddə
499. Vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Hazırda olan vərəsələr, sair vərəsələrin gəlməsini gözləməyərək, vərəsəlik əmlakını idarə etməyə başlaya bilərlər. Vaxtında gələn digər vərəsələr vərəsəlik əmlakından öz paylarını tələb edə bilərlər.
30. Maddə
500. Vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlaka mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
32. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o, zaman qüvvədə olur ki, miras qoyan vəsiyy ətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
33. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununlada özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə ) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığ a götürənlər).
35. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
36. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
37. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1243.1-ci maddəsində göstərilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməy ə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
40. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
41. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirası n qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 45.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 46.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. İddi açı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlillərlə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mirası qoyan X21 12 iyul 1932-ci il tarixdə ölməklə mirasa vərəsəlik açılmışdır. Odur ki, hazırkı mülki mübahisəyə 16 iyun 1923-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır.
52. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddi açı və üçüncü şəxslərin izahatları ilə müəyyən olunur ki, mirası qoyan X5 (Məşədi Oruc) üç övladı olmuşdur: X20, X18, X17. X3 göndərildiyindən onun ailəsi barədə məlumat mövcud deyildir. X7 iki qız övladı olmuşdur ki, onlardan biri də X8r. X6 iki övladı olmuşdur: X19 və X14. X9 beş övladı vardır. Lakin, həmin şəxslərin mövcudluğu, doğum tarixləri və ya ölüm tarixləri barədə işdə, heç bir sübut yoxdur.
53. Daha sonra, X5 (X12) öldüyü vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 488-ci maddəsində göstərilən şəxslərin harada olduğu, mirası qəbul edib etmədikləri, əgər etmişlərsə, X20, X18 və X6 öldükləri vaxt (ölmüşlərsə) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş vərəsələrinin harada olduqları və mirası qəbul edibetmədikləri kimi məsələlərin araşdırılması əhəmiyyət kəsb ed ir ki, həmin hallarla bağlı da iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
54. İddiaçının məhkəmənin digər vərəsələrlə bağlı məlumatları özü ala biləcəyi halda, almadığı barədə apellyasiya şikayəti dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin işdə mövcud olan sübutlara əsasən araşdırma aparma səlahiyyəti olsa da, iddianı təsdiq edəcək heç bir sübutun təqdim edilmədiyi halda, iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir.
55. Apellyasiya şikayətinin iddiaçının miras əmlakı qəbul etməsi ilə bağlı dəlilinə gəldikdə isə, iddiaçının mirası qəbul etməsi təsdiq edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırkı mübahisə digər vərəsələr tərəfindən qəbul edilmə halının olub-olmaması barədədir ki, iddiaçının təqdim etdiyi dəlillər həmin halı təsdiq etmir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(107)-850/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.