Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6373/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kassasiya şikayətinin geri qaytarılması barədə 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2(103)10157/2021 saylı qərardadından İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətini 11 noyabr 2021-ci il tarixdə İddiaçı rəsmi qaydada alıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-nə və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Sukanal İdarəsinin 25 fevral 2019-cu il tarixli aktının ləğv edilməsi və həmin aktda qeyd olunan hesabat verilən dövr 10 fevral 2019-cu il tarixdən (sudan qeyri-qanuni istifadə edilməsi) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnamə sinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov sədrlik edən, məruzəçi, Elşən Kazımov və Tofiq Səmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə Abşeron Rayon Sukanal İdarəsinin 25 fevral 2019-cu il tarixli aktının ləğv edilməsi və iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 saylı evə hesablanmış 4.104 manat borcun silinməsi qət edilib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva sədrlik edən, məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyu l 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilib və X 25 fevral 2019-cu il tarixli, 09358 saylı inventar Aktının ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər İsmayıl Xəlilov sədrlik edən, məruzəçi, Ələsgər Əliyev və Mehparə Əhmədova) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş y enidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov sədrlik edən, məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bundan sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaç ının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilib. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçının həmin məhkəmənin 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyi üçün geri qaytarılıb. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə qaytarılması baradə qərar qəbul edilməsini xahiş edib, əlavə olaraq “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət edib. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməyib və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iş üzrə qətnamənin surəti iddiaçının yaşadığı ünvana göndərilib. “Poçt göndərişinin veril məsi haqqında xəbərnaməli” məktubdan görünür ki, qətnamənin surəti 11 noyabr 2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə iddiaçı tərəfindən qəbul edilib. Daha sonra, 30 dekabr 2021-ci il tarixdə iddiaçı vəkil təyin olunması barədə ərizə ilə məhkəməyə müraciət edib və 10 yanvar 2022-ci il tarixli qərardadla ərizə təmin edilməyib. 11 aprel 2022-ci il tarixdə dövlət hesabına təyin edilmiş vəkil mülki iş materialları ilə tanış olub və 27 aprel 2022-ci il tarixdə kassasiya şikayəti verib, həmin kassasiya şikayəti elektron qaydada verilmədiyi üçün məhkəmənin 04 may 2022-ci il tarixli qərardadla geri qaytarılıb. Həmin qərardad vəkilin elektron kabinetinə 04 may 2022-ci il tarixdə yerləşdirilib, iddiaçının özü tərəfindən isə 13 may 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsm i qəbul edilib. Göründüyü kimi, iddiaçı qərardadın surətini aldığı vaxtdan xeyli müddət keçdikdən sonra (iki aydan çox) yenidən kassasiya şikayəti və müddətin bərpası barədə ərizə verib. Məhkəmə prosessual müddətin üzrlü səbəbdən buraxılmasını müəyyən etmədiyindən iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini rədd edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 405, 408.1.4-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Resp ublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İlqar Xələfov sədrlik edən, məruzəçi, Zaur Əliyev və Əhməd Nurməmmədov) iddiaçının iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməyib və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermir. Bundan başqa, kassasiya şikayəti verilən qərardadın surəti iddiaçının vəkili Vəkil elektron kabinetinə 30 avqust 2022 tarixdə yüklənib. İddiaçının qərardaddan verdiyi kassasiya şikayəti elektron məhkəmə si steminə 13 sentyabr 2022 tarixdə yüklənib və imzalanıb. Göründüyü kimi, iddiaçı qərardaddan kassasiya şikayətinin verilməsi üçün 10 günlük prosessual müddəti ötürüb və müddətin bərpası ilə bağlı ərizə verməyib. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının müddəti ötürməsinə diqqət yetirməyib və nəticədə kassasiya şikayəti həm də prosessual müddət ötürülməklə kassasiya instansiyasına göndərilib. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Vahid Sadıqov sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) iddiaçının həmin məhkəmənin 24 avqust 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılıb. Bundan sonra, iddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardaddan kassasiya şikayəti, həmçinin “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət edib. İddiaçı ərizəsini onunla əsaslandırıb ki, şikayətin verilməsi üçün son müddət 12 sentyabr 2022-ci il olsa da, şikayət 12 sentyabr 2022-ci il tarixdə imzalanıb, lakin sistemə 13 sentyabr 2022-ci il tarixdə yüklənərək göndərilib. Hər yazılmış şikayət, ərizə onunla razılaşdırılır və onun iradə ifadəsini təcəssüm etdirir. O, ahıl yaşda, onkoloji xəstə olmaqla, müasir tələblərə cavab verən informasiya texnologiyalarından istifadə edə bilmir. Ərizə və şikayətin verilməsi yalnız onunla görüşülərək razılaşdırıldıqdan sonra mümkün olur. Onun sağlamlıq vəziyyəti isə buna həmişə imkan vermir. Bu səbəbdən də kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayətinin verilməsi üçün “prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin iddiaçıya münasibətdə bərpa edilməsi, həmin qərardaddan onun tərəfindən verilmiş kassasiya şikayətinin qəbul edilərək, baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınıb. Kassasiya instansiyası məhkəməsindəki dördüncü icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri, işdə i ştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli qərardadından ləğv edilib, buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə düzgün hüquqi qiymət verməyib. Belə ki, onun tərəfindən bu müddətin buraxılmasına səbəb olmuş halları kifayət qədər araşdırmayıb və nəticədə iş üzrə ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməyib. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kas sasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər; 416.1-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 416.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Mülk i prosessual normalara görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqey i Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.1-ci maddəsinə görə, b u Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər; 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər; Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, sözü gedən qətnamənin surəti iddiaçının ünvanına göndərilib. “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” görünür ki, həmin qətnamənin surəti 11 noyabr 2021 ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə iddiaçı tərəfindən qəbul edilib. Daha sonra, 30 dekabr 2021-ci il tarixdə iddiaçı vəkillə təmin edilməsi barədə əərizə ilə məhkəməyə müraciət edib və məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilib. 11 aprel 2022-ci il tarixdə dövlət hesabına təyin edilmiş vəkil mülki iş materialları ilə tanış olub və 27 aprel 2022-ci il tarixdə kassasiya şikayəti verib, həmin kassasiya şikayəti elektron qaydada verilmədiyi üçün məhkəmənin 04 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılıb. Həmin qərardad vəkilin elektron kabinetinə 04 may 2022-ci il tarixdə yerləşdirilib, iddiaçının özü tərəfindən isə 13 may 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə rəsmi qəbul edilib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə alıb qeyd etmişdir ki, sonuncu qərardadın alındığı tarixdən də xeyli müddət ötürülməklə (iki aydan çox) yenidən iddiaçı kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verib. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyi üçün, onun “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilə bilməz və kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinin mənasına görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, onun qərardaddan verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2(103)-10157/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6373/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6373/2022
13.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver