Məhkəmə qərarları › İş №2(102)-6377/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6377/2019

10.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6377/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X11 və Qoldman Tatyana Aleksndrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5960/2018, hakim T.B.Axundov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 25.04.2017-ci il təvəllüdlü X 4 münasibətdə cavabdehin atalığının müəyyən edilməsi, 25.04.2017-ci il təvəllüdlü X1 adına yeni doğum haqqında şəhadətnamə verilməsi, 25.04.2017-ci il təvəllüdlü X1 yeni doğum haqqında şəhadətnaməsinin soyad, ad və ata adı qrafasında X5; ata qrafasında Cavabdeh, milliyəti azərbaycanlı; ana qrafasında İddiaçı, milliyyəti azərbaycanlı qeydlərinin aparılmasının Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, 11.10.2010-cu il tarixdə anadan olmuş X6 və 25.04.2017-ci il tarixdə anadan olmuş Abbasova (Bilalova) Dəniz Məmmədrəsul qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, alimentin tutulma müddətinin 15.01.2018-ci il tarixdən müəyyən edilməsi, qətnamənin ali mentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3872/2019, hakimlər M.A.Məmmədov, X.H.Sarıyev, E.Y.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 15 yanvar 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25.04.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası müəyyən olunması, Cavabdeh 2018-ci ilin yanvar ayından başlayaraq onun xeyrin ə 25.04.2017-ci il tarixdə anadan olmuş X1 və 11.10.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində cavabdehdən 25.04.2017-ci il tarixdə anadan olmuş X7 3 yaşı tamam olanadək 25.04.2017-ci il tarixdən başlayaraq onun xeyrinə hər ay 150 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, atalığın müüəyyən edilməsi məhkəmə tibbi-genetik ekspertizanın keçirilməsi ilə həll edilməlidir. Lakin məhkəmə tərəfindən təyin edilmiş tibbi-genetik ekspertizası nın keçirilməsi həvalə edilmiş laboratoriya tərəfindən bioloji materialların götürülməsi kustar üsulla həyata keçirilmiş, həmin götürülmüş materiallar lazımi qaydada qablaşdırılmamış, imza və möhürlə təsdiq edilməmişdir. Bu hallar həmin materialların dəyişdirilməsini, qarışıq düşməsini və sair təsirlərə məruz qalmalarını istisna etmir. Apellyasiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmiş, təkrar ekspertiza keçiirlməsi zərurətini müzakirə etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını atalığın müəyyən edilməsi və alimentin tutulması təşkil edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2010-cu ilin yanvar ayından 2017-ci ilin aprel ayına kimi qeydiyyat orqanlarında nikahlarını qeydiyyatdan keçirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla faktiki nikah münasibətlərində olmuş, 11.10.2010-cu il tarixdə Məhəmməd adlı, 25.04.2017-ci il tarixdə isə Dəniz adlı uşaqları doğulmuşdur. Məhəmmədin atalığı müəyyən olunaraq doğum haqqında şəhadətnamə verilsə də, cavabdehin Dənizə münasibətdə atalığı müəyyən edilməmiş və uşağa doğum haqqında şəhadətnamə verilməmişdir. Cavabdeh atalığının qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verib imza etməkdən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45-ci maddəsi ilə məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 06 avq ust 2018-ci il tarixdə “xxxx” MMC-nin laboratoriyasında cavabdehin və 25.04.2017-ci il təvəllüdlü X1 atalığın təyini tibbi (genetik) testi icra edilmiş və “Medical Genomics” laboratoriyasının verdiyi nəticəyə əsasən uyğunluq təsdiqlənmişdir. Birinci instansiya məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli iclasında cavabdehin vəkili (nümayəndəsi) cavabdehin əsaslı şübhələri olduğunu, bu səbəbdən iddianı ilkin vaxtlarda qəbul etmədiyini, lakin təyin edilmiş ekspertiza nəticəsində cavabdehdə hər hansı şübhə qalmadığını, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi cavabdeh ekspert rəyinə ümumiyyətlə etiraz etməməklə, həmin rəylə müəyyən edilmiş nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyini Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməklə 25.04.2017-ci il təvəllüdlü X4 münasibətdə cavabdehin atalığının müəyyən edilməsi, uşağın adına yeni doğum haqqında şəhadətnamə verilməsi və şəhadətnamədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 188-ci maddəsinə müvafiq olaraq qeydlərinin aparılmasının qeydiyyat şöbəsinə həvalə edilməsi və uşaqların yetkinlik yaşına çatanadık saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması barədə nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirməklə atalığın müəyyən edilməsi hissəsində qətnaməni mübahisələndirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə alınmış genetik ekspertiza rəyinin əsaslılığına şübh ə doğuran hər hansı bir xüsusat müəyyən edilmir, cavabdehin sonradan fərqli münasibət bildirməsi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar