Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-638/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə) iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 işə cəlb etməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həbsin götürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1389/2023 nömrəli, 15 sentyabr 2023-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 1 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı “Volkswagen Amarok” markalı, **-GG-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 15000 manata satmışdır. 2. "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnaməyə əsasən, İddiaçı xx.xx.2021-ci ildən-xx.xx.2024-cü ilədək “Volkswagen Amarok” minik markalı, **-AB-*** dövlət nömrə nişanlı a vtomobili idarə etmək hüququ verilmişdir. 3. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X3 “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə 21000 manata satmışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş ĞHA № 006606 seriyalı malların alınması üçün vəkalətnaməyə əsasən, İddiaçı xx.xx.2022-ci ildən-xx.xx.2025-ci ilədək “Hyundai Accent” minik markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(105)-145/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən avtomobillərin üzərinə həbs qoyulmuş və qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
6. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin "xxxx" MMC-nin direktoru K amil Əhədova ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunagörə "xxxx" MMC-nin balasında olan “Volkswagen Amarok” markalı, **-AB-*** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, **-AA-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə Sumqayıt şəhəri üzrə İcra idarəsinin 16459/7 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən həbs qoyulduğu üçün qeydiyyatla bağlı heç bir əməliyyat aparmaq mümkün deyildir. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, satıcı İddiaçı ilə alıcı "xxxx" MMC arasında “Volkswagen Amarok” markalı avtomobilə görə bağlanmış xx.xx.2019-cu il tarixli və “Hyundai Accent” markalı avtomobilə görə bağlanmış xx.xx.2022ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinə görə "xxxx" MMC tərəfindən satıcı İddiaçı pul ödənməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC ilə “Volkswagen Amarok” markalı avtomobilə dair bağlanmış xx.xx.2019-cu il tarixli, “Hyundai Accent” markalı avtomobilə dair bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillər üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia çı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda "xxxx" MMC-nin balansında olan “Volkswagen Amarok” markalı, **-AB-*** dövlət nömrə nişanlı və “Hyundai Accent” markalı, 5- AA-900 dövlət nömrə nişanlı avtomobillər əvvəl mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh təşkilatın direktoru iddiaçının doğma qardaşıdır. İddiaçı mülkiyyətində olan avtomobillərə AA və ya AB seriyalı dövlət nömrə nişanları almaq istəmişdir. Çünki bu seriyalı avtomobillər dövlət orqanlarına və ya hüquqi şəxslərə verilir və bu seriyalı avtomobillərlə hərəkətdə olmaq müəyyən rahatlıq gətirirdi. İddiaçı bu məqsədini qardaşı olan cavabdeh MMC-nin direktoruna bildirdikdə, o da onun xətrinə bununla razı- laşmışdı. Bu məqsədlə onlar İmtahan və Qeydiyyat ş öbəsinə gedib, formal olaraq xx.xx.2019-cu il tarixli (“Volkswagen Amarok” markalı avtomobilə görə) və xx.xx.2022-ci il tarixli (“Hyundai Accent” markalı avtomobilə görə) alqı-satqı müqavilələri bağlamışlar, amma cavabdeh təşkilatın rəsmi hesabından iddiaçıya bir manat da pul ödənməmişdir. Əvvəlcədən də razılıq olduğuna görə cavabdeh bu pulu ödəməyəcəkdi. Avtomobillər MMC-nin mülkiyyətinə keçəndən sonra iddiaçı həmin avtomobillərə AA və AB seriyalı nömrələr almış və əvvəlki kimi maşınlar onun faktiki mülkiyyətində, sahibliyində və istifadəsində qalmış, həmin avtomobilləri idarə etmək üçün cavabdeh MMC-dən etibarnamə almışdır. Hazırda MMC-nin məhkəmə mübahisələri var, məhkəmə qətnaməsinə əsasən borcunu ödəməyə görə bank hesablarına və balansında olan həmin iki maşına da həbs qoyulub və borc ödənmədiyi təqdirdə həmin avtomobillər satıla bilər. Məhkəmə qərardadına əsasən həmin avtomobillərin üzərinə həbs qoyulub və istənilən an həmin avtomobillər iddiaçının əlindən alınaraq hərrac vasitəsilə satıla bilər. Ona görə də iddiaçı qardaşına, cavabdeh MMC-nin direktoruna demişdir ki, öz maşınlarına dair alqı-satqı müqaviləsini ləğv etdirmək istəyir. Bu məqsədlə İmtahan və Qeydiyyat şöbəsinə müraciət etmişlər, maşınlar üzərində həbs qoyulduğu üçün aralarında bağlanmış alqı-satqı müqavilələrini hər iki tərəfin razılığı ilə ləğv edə bilməmişlər və bu əməliyyatın aparılmasının mümkünsüzlüyü barədə məktub verilmişdir. Bu əqdlər formal olaraq görünüş üçün bağlanmış və əvvəlcədən də razılaşdırıldığı kimi həqiqi müqavilə bağlanmamış, sadəcə olaraq avtomobillərə arzu edilən seriyalı nömrələr almaq üçün tərəflər arasında görünüş üçün müqavilə bağlanmışdır. Elə müqavilələrdə göstərilən rəqəmlər də təsdiq edir ki, bu müqavilə sadəcə görünüş üçün bağlanıb ki, iddiaçı arzuladığı seriyaları ala bilsin. Çünki həmin avtomobillərin qiyməti 80000 – 90000 manat olduğu halda, müqavilədə simvolik olaraq 15000 və 21000 manat göstərilmişdir. Göstərilənlərə əsasən “Volkswagen Amarok” markalı avtomobilə görə bağlanmış xx.xx.2019-cu il tarixli, “Hyundai Accent” markalı avtomobilə görə bağlanmış xx.xx.2022- ci il tarixli nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək göstərmişdir ki, həmin müqavilələr görünüş üçün bağlanıl mışdır.
12. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili iddia tələbini qəbul etdiyini, bağlanmış müqavilələrin etibarsız sayılmasına etirazı olmadığını bildirmişdir. Qeyd etmişdir tərəflər müəyyən məqsədlə formal müqavilə bağlamışlar və bu müqavilə nəticəsində cavabdeh tərəf iddiaçı tərəfə heç bir ödəniş etməmişdir. Sözügedən avtomobillər isə daim iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Tərəflər aralarında razılığa gələrək BDYP-nin İmtahan və Qeydiyyat idarəsinə müraciət etsələr də, avtomobillərin üzərində həbs olması səbəbindən müqavilənin ləğv edilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
13. X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşdur.
14. Sumqayıt Şəhər Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-1227/2023 nömrəli iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi rədd edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrinin bağlanmasında qanunvericiliyin tələbləri mozulmamış, müvafiq icra hakimiyyəti orqanı müqavilələri təsdiq etmiş, subyektlər səlahiyyətli olmuş, tərəflər azad və sərbəst surətdə iradələrini ifadə etmişlər. Müqavilələrin əhəmiyyətsizliyini, yəni uydurma əqd olduğunu (görünüş üçün bağlandığını) hər iki tərəfin təsdiq etməsi və cavabdehin iddianı etiraf etməsi qanunvericiliyin tələblərinə zidd olduğundan qəbul olunmamalıdır. Çünki bu üçüncü şəxsin, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-c i il tarixli qərardadı ilə sözügedən avtomobillərin üzərinə xeyrinə həbs qoyulmuş üçüncü şəxsin mənafeyinin pozulmasına gətirib çıxarır.
16. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobil vəkalətnamə əsasında onun idarəçiliyində olsa da, həmin avtomobil ilə bağlı alqı-satqı müqaviləsi onunla deyil, X3 ilə "xxxx" MMC arasında bağlanılmışdır. Göründüyü kimi iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı (“Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə) subyektiv hüquqa malik olmadığı halda hazırkı iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.
17. Məhkəmə iddia tələbinin “həbsin götürülməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin h issədə də əsassız olduğundan rədd olunmalıdır, bu tələbin təmini alqı-satqı müqavilələrinin etibarsızlığı barədə birinci tələbin təmiin olunmasından asılıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 337, 340.1, 351.4 və 351.5-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1, 50.2 və 50.4.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217.4, 267.1 və 267.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən hər iki tərəf eyni məzmunda apellyasiya şikayəti vermişlər.
20. İddiaçı və cavabdeh "xxxx" MMC apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişlər.
21. Tərəflər apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, hər iki tərəf əqdi etibarsız hesab etdiyi və bu əqdləri ləğv eləməyə hazır olduğu, cavabdehin isə iddianı qəbul etdiyi halda, məhkəmə bu iddianı təmin etməməkdə haqlı olmamışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu halda isə görünür ki, MMC ona əqdlər üzrə əldə etdiyi avtomobillərə görə 1 manat da olsun ödəməmişdir. Belə olduğu halda Mülki Məcəllədə əqdlərə dair tələblərə əməl edilməmişdir. Bu isə əqdin etibarsız hesab edilməsi üçün əsaslardan biridir. Məhkəmə isə bu hala qiymət verməmişdir. Əqdlər Məcəlləni n müəyyən etdiyi şərtlərin pozulması ilə bağlanmış,görünüş məqsədilə bağlanması tam açıq görünür, MMC tərəfindən bir manat da olsun ödənmədən avtomobilləri öz mülkiyyətinə keçirilmiş,dərhal da onun adına etibarnamə verilərək bütün bu müddət ərzində avtomobillər həqiqi mülkiyyətçi olaraq onun istifadəsində və sahibliyində olmuşdur. Bu faktlar məhkəmə tərəfindən də müəyyən edilməsinə və təsdiq edilməsinə baxmayaraq, məhkəmə bu faktlara düzgün hüquqi qiymət verməmiş, tam uyudurma əqdi etibarsız hesab etməkdən imtina etmişdir. Məhkəmə iddianı təmin etməyərkən ona əsaslanmışdır ki, bu əqdlərin etibarsız hesab edilməsi 3-cü şəxsin hüquqlarını pozur. Əvvəla, bir əqdin etibarlılıq məsələsi 3-cü şəxslərin hüquqları ilə deyil, əqdin özünün etibarlılıq şərtləri ilə bağlıdır. Deməli, məhkəmənin bu dəl ili əsassızdır. Bundan əlavə, məhkəmənin 3-cü şəxs kimi istinad etdiyi şəxs bu işə baxılarkən işə 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatət verməsinə baxmayaraq, məhkəmə onun bu vəsatətini qəbul etmmiş və bildirmişdir ki,hazırkı iddia həmin şəxsin heç bir hüquqlarına toxunmur. Necə olur ki, məhkəmə baxışı zamanı bu fikirdə olan məhkəmə qətnamə qəbul edərkən həmin şəxsin hüquqlarını nəzərə almışdır? Məhkəmənin bu dəlili əsassızdır.Çünki avtomobillərin onun mülkiyyətinə qaytarılması 3-cü şəxsin MMC-dən olan 170000 manat tələbinə dair icra sənədinin icrasına heç bir maneçilik törətmir, onun tələbi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə qüvvədədər və MMC-nin digər əmlaklarından və ya bank hesabından tutulacaqdır. Belə olan təqdirdə MMC-nin kiməsə borcu olması səbəbi ilə onun iddiasını n rədd edilməsi qanunsuz və əsassız olmuşdur.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1389/2023 nömrəli, 15 sentyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən “Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobil vəkalətnamə əsasında onun idarəçiliyində olsa da, həmin avtomobil ilə bağlı alqı-satqı müqaviləsi onunla deyil, X3 ilə "xxxx" MMC arasında bağlanılmışdır.
24. Məhkəmənin qənaətinə görə iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı (“Hyundai Accent” minik markalı, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə münasibətdə) subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələbini irəli sürməsi tələbinin əsassız olduğuna dəlalət edir.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları).
26. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin möv cudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
27. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
28. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şər tlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir.
29. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
30. Apellyasiya məhkəməsi işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən etmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafi q olmuşdur. Tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.2, 324.4. 337.1 və 337.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkili- X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud mübahisə üzrə alqı-satqı ilə bağlı bank əməliyyatlarının həyata keçirilib-keçirilməməsinə dair zəruri sübutlar təqdim olunmuş, iddiaçıya verilmiş vəkalətnamələr sübut qismində işə əlavə edilmiş, lakin məhkəmə qeyd olunan sübutlara hər hansı bir huquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir.
34. İddiaçının mövqeyinə görə məhkəmə MM-nin 337.1, 340.2 və 421.1-ci maddələrinin tələblərini pozmuşdur.
35. Cavabdeh (Vəkili-X2 ) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Hesab etmişdir ki, məhkəmə tərəfindən qanunvericilik normaları düzgün tətbiq edilməmiş, müqavilələrin bağlanmasında niyyətin avtomaşınların alqı-satqısı deyil, MMCnin adından avtomaşınlara daha yaxşı dövlət tanınma nişanları almaq olması, alqı-satqı zamanı satıcıya pul ödənilməməsi, avtomaşınlar faktiki olaraq satıcıda qalması kimi diqəqətəlayiq halları məhkəmə nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtər əfli iradə ifadəsidir.
39. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
40. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
43. Maddə 337.5. Əqd e tibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edil mir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. İddiaçının və cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydın laşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya in stansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İd diaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1389/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.