Məhkəmə qərarları › İş №2(102)-638/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-638/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-638/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, təmsilçi vasitəsilə bağlanmış əqd, etibarlı əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1051/2024 nömrəli,1 oktyabr 2024-cü il tarixli qətnaməsin dən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 ilə İddiaçı arasında xx.xx.1990-cı il tarixdə 6 saylı dövlət notariat kontorunda bağlanmış müqavilə ilə, Gəncə şəhəri X11 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evi X3 tərəfindən İddiaçı satılmışdır.

2. Ağcabədi rayon notariat kontorunda təsdiqlənmiş 26 dekabr 2014-cü il tarixli 7E11953 reyestr nömrəli etibarnamə ilə, İddiaçı tərəfindən X6 - harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar edilmişdir (etibarnamə üzrə verilmiş səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur) 3. xx.xx.2022-ci il tarixli, 7E-10169 reyestr nömrəli etibarnamə ilə Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, 7E11953 reyestr nömrəli etibarnamə əsasında İddiaçı tərəfindən X6 verilmiş səlahiyyətlər X9 tərəfindən ötürülərək həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahi zəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər Cavabdeh2 etibar edilmişdir. 4. xx.xx.2022-ci il tarixli, **********261-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə, Gəncə şəhəri, X11 küçəsi, 86 ünvanında yerləşən ümumi sahəsi 79.2 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0404 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydiyyata alınmışdır.

5. Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-sat qı müqaviləsi ilə, satıcı İddiaçı adından Cavabdeh2 ilə X10 arasında Gəncə şəhəri X11 küçəsi 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv/m olan fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi X7 20.000 manata satılmışdır.

6. X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2 və ölmüş şəxslər X9 və X4 hüquqi varisi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, X11 küçəsi 86 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evinə dair mərhum qardaşı X9 ondan xahiş edərək bildirmişdir ki, uşaqları və digər şəxsləri evə qeydiyyata salıb çıxartmaq üçün ona etibarnamə lazımdır. Belə ki, X9 onun savadsızlığından istifadə edərək sonradan onun məlumatı olmadan öz mənafeyinə qulluq edərək başqa şəxsə, yəni Cavabdeh2 etibarnamə verərək öz doğma qızının adına alqı-satqı etmək məqsədi ilə Cavabdeh2 etibarnamə verərək öz maraqları və görüntü xarakterli müqavilə bağlamaq məqsədi ilə qarşılıqlı pis niyyətlə əlaqə quraraq onun mülkiyyətində olan evini mənimsəmişlər. Beləliklə, cavabdehlər özləri bir ailə olaraq onun mülkiyyət hüququnun pozulması ilə nəticələnən alqı-satqı müq aviləsi bağlamışlar. Belə ki, Cavabdeh2 cavabdehlərdən olan X7 alqı-satqı etmişdir. X10 qardaşı X5 ikinci nikahından anadan olmuş qızıdır. Cavabdeh2 isə X5 ikinci nikahı ilə evləndiyi Cavabdeh1 birinci nikahından anadan olmuş oğludur. Göründüyü kimi, X9 öz 20 yaşında olan qızına alqı-satqı etmək niyyəti olmamış, sadəcə olaraq onun əmlakını mənimsəmək olmuşdur. Bu baxımdan bağlanmış alqı-satqı müqaviləsi görüntü xarakterli olmaqla tərəflərin əsl iradə ifadəsini əks etdirmir, yalnız cavabdehlərin ona qarşı pis niyyətlə qarşılıqlı razılığa gəlmələrini göstərir. Cavabdehlər birgə olaraq onu mülkiyyət hüququndan məhrum etmək məqsədi bu müqaviləni bağlamışlar.

9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz verərək qeyd etmişlər ki, mübahisəli mülk olan fərdi yaşayış evini mərhum həyat yold aşı Famil Həsənov 1993-cü ildə almışdır. Lakin, Famil Həsənov polis əməkdaşı olduğu üçün öz adına əmlak ala bilmədiyindən həmin mülk formal olaraq bibisi İddiaçı adına qeyd etdirmişdir. İddiaçı isə öz növbəsində mülkü idarə edə bilmək üçün Famil Həsənova baş etibarnamə vermişdir. İddiaçı 1 gün də olsun həmin mülkdə yaşamamışdır. Famil Həsənov 1993-cü ildən etibarən 30 il müddətində həmin mülkdə yaşamış, 1 yanvar 2023-cü il tarixdə də elə həmin mülkdə vəfat etmişdir. O, isə 2001-ci ildən etibarən hal-hazırda dünyasını dəyişmiş Famil Həsənovla rəsmi nikah bağlamaqla ailə qurub həmin mülkə gəlin köçmüşdür. Bu nikah hər ikisinin ikinci nikahı olmuşdur. Hər ikisinin də ilk nikahlarından övladları vardır. Birgə nikahlarından isə X10 adlı övladları olmuşdur. Yəni, iddia ərizəsində qeyd edilən kim i X13 ögey deyil, öz doğma qızıdır. Kubra da doğulduğu andan 20 il müddətində həmin mülkdə yaşamışdır. İddia ərizəsində qeyd olunmuşdur ki, Kubranın o evi 20.000 manata alması qeyri-realdır və gülünc vəziyyətdir. Halbuki, o, X2 dosentdir, əmək haqqısı 2.000 manatdır. Digər övladları böyük olduqları üçün və özləri işlədikləri üçün o, qazancını ancaq Kubraya sərf etmişdir və 20.000 manat halhazırkı dövrdə o qədər də böyük məbləğ deyil. Əksinə İddiaçı heç zaman ailə qurmamış, heç bir yerdə işləməmiş və qardaş himayəsində yaşamışdır. Ancaq, təqaüd yaşı çatan zaman Famil Həsənov onun təqaüdünü düzəltmişdir. Göründüyü kimi, İddiaçı təqaüd yaşından dövlətdən pul aldığı üçün, o evi almaq iqtidarında olmamışdır. Onun 30 il ərzində Famil Həsənovdan o evi tələb etməməsi və yalnız sonuncunun ölümündən sonra ev iddiasını qaldırması da bunun bir sübutudur. Əslində, ev iddiasını qaldırmağa İddiaçı Famil Həsənovun birinci nikahdan olan oğlu Fuad Həsənov vadar etmişdir. Bildirmişdir ki, hələ Famil Həsənovun sağlığında onun ilk nikahdan olmuş oğlu X12 ilə aralarında münaqişələr olmuşdur. Belə ki, Fuad Həsənov pis vərdişlərin aludəçisi olduğu üçün hər dəfə nə yolla olursa olsun atasından pul tələb etmiş, yaşadıqları evdən və digər evlərdən dəfələrlə oğurluq etmişdir. Famil Həsənov xərçəng xəstəliyinə tutulduğundan, müalicəyə çox pul sərf etdiyindən evi satıb kiçik ev alaraq borcları bağlamaq və onları gələcəkdə Fuadın başlarına açacağı bəlalardan qurtarmaq qərarına gəlsə də, Kübra mülkdən ayrılmaq istəmədiyi üçün Kübranın adına yığdığı pulla, nisbətən də qardaşı Elturanın köməyi ilə evi Kübra ya almışlar və həmin pulla da Famil Həsənov borclarını ödəmişdir. Famil Həsənovun ölümündən sonra oğlu Fuad Həsənov bu dəfə Famillə birgə nikahdan olan qızları, yəni öz atabir bacısı Kubra Həsənovanı təhdid etməyə başlamışdır. Kubra Həsənova bu hadisələrə tab gətirməyərək xx.xx.2023-cü il tarixdə özünü asaraq intihar etmişdir. Fuad Həsənov indi də evi satıb pulunu ona verməyəcəkləri təqdirdə onu və nəvələrini ölümlə hədələmişdir. Bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Famil Həsənov ölümündən əvvəl Gəncə Şəhər 2 saylı notariat kontoruna gedərək evi qızı Kubra Həsənovaya alqı-satqı yolu ilə satmışdır. Proseslərin davam etdirilməsi üçün isə Cavabdeh2 etibarnamə vermişdir. Göründüyü kimi, mübahisəli mülkü Famil Həsənov almış, mülk ona məxsus olmuş, 30 il ərzində h əmin mülkdə yaşamışdır. Mülkün İddiaçı adına olması isə formal xarakter daşımış və İddiaçı 30 il ərzində ev iddiası qaldırmamış, yalnız Famil Həsənovun ölümündən və evin formal olaraq onun adına olmasından istifadə edərək evi mənimsəmək qərarına gəlmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(125)-395/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yaşayış evini alqı-satqı yolu ilə yaxın qohumuna (öz doğma qızına) satmışdır. Halbuki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

12. Bununla yanaşı cavabdehlər iddia tələbinə etirazlarının əsası kimi mübahisəli evin mərhum Famil Həsənov tərəfindən 1993-cü il tarixdə alınması və formal olaraq iddiaçının adına qeydə alınmasına dair göstərdikləri dəlillərə dair məhkəmə qeyd etmişdir ki, cavabdehlər evin 1993-cü il tarixdə Famil Həsənov tərəfindən alınmasını göstərsələr də, iş materiallarında olan xx.xx.1980-ci il tarixdə 6 saylı dövlət notariat kontorunda bağlanmış müqavilədən görünür ki, mübahisəli fərdi yaşayış evi X3 tərəfindən İddiaçı 10.000 manata (rubla) satılmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli evi məhz öz doğma qızlarına Famil Həsənovun müalicəsi məqsədi və borclarının ödənilməsi məqsədi ilə satılmasına dair göstərdikləri dəlillər işin hallarına uyğun deyildir və görüntü məqsədi ilə bağlanmış müqavilə olmuşdur.

14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər öz etirazlarının əsası kimi istinad etdikləri hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İddiaçının iddia tələbi əsaslıdır, ona görə də iddia təmin olunmalı, Gəncə şəhəri, X11 küçəsi, ev 86 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adından mərhum X10 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3 və 340.1-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə hesab etmişdir ki, təmsilçi öz barəsində qərar qəbul etmiş dir. Lakin, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi olan Famil Həsənov qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamış və həmin əmlakı 20.000 manat müqabilində satmışdır. Beləliklə, təmsilçinin öz xeyrinə qərar qəbul etməsi və yaxud da həmin əmlakı ələ keçirməsi halları öz əksini tapmamışdır. İddiaçı ilə mərhum Famil Həsənov yaxın qohumdur. Onlar arasında olan münasibətlər daim yaxşı olmuşdur. İddiaçının mərhum Famil Həsənovun ölümünə qədər mübahisəli mülklə bağlı hər hansı iddia etməməsi isə işin mabahisəsiz halıdır. Eyni zamanda iddiaçının baş etibarnamə verməsi də onun həmin mülkün Famil Həsənovla birbaşa bağlılığının sübutudur. Buna görə də bu hal iş üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu halların aydınlaşdırılmadan qərar qəbul edilməsi isə qanunun pozulmas ı hesab edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mərhum Famil Həsənova baş etibarnamə vermişdir. Bu etibarnamə əsasında X14 Hacıyev vasitəsilə alqı- satqı müqaviləsi bağlamış və fərdi yaşayış evini 20000 manat qiymətlə X1. Kubra Həsənovanın həmin əmlakı alqı-satqı müqaviləsi əsasında əldə etməsi ilə bağlı notariat hərəkətlərinin aparılmasında hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, Kubra Həsənova alqı-satqı müqaviləsi əsasında 20000 manat vəsaiti bank hesabı vasitəsilə ödəmişdir. Deməli, tərəflər arasında alqı-satqı müqaviləsinin əsasını təşkil edən alqı-satqı həqiqətən baş tutmuşdur. Məhkəmə bu sübutları görməzdən gəlmiş və yekunda ziddiyyətli sübutları əks etdirən qətnamə qəbul etmişdir. İş materiallarında olan Ağcabədi rayon notariat o fisi tərəfindən təsdiq edilmiş xx.xx.2014- cü il tarixli, 7E-11953 reyestr nömrəli etibarnamə ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq və digər səlahiyyətlər verilmişdir. Həmin etibarnamədən aydın görünür ki, iddiaçı mübahisəli əmlakla yanaşı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əm lakını idarə etməyi mərhum Famil Həsənova etibar etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Famil Həsənov tərəfindən yalnız mübahisəli əmlakla bağlı alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini Cavabdeh2 ötürmüşdür. Əgər hesab edilsə ki, mərhum Famil Həsənov İddiaçı əmlakını ələ keçirtmək niyyətində idi, onda ona verilmiş səlahiyyətlərdən istifadə edərək, başqa hərəkətlər belə edə bilərdi. Lakin, göründüyü kimi, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında yalnız mübahisəli mülkün satılması ilə bağlı hərəkətlər icra olunmuşdur. Bunun da əsas səbəbi isə yuxarıda qeyd olunduğu kimi, mərhum Famil Həsənovun həmin əmlakı illər boyu öz əmlakı kimi idarə etməsi, ondan istifadə etməsi və onun üzərində etibarnamə ilə olsa belə sərəncam verməsi olmuşdur.

18. Gəncə Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(104)-1051/2024 nömrəli 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İslam Həsənov-sədrlik edən və məruzəçi, Loğman Süleymanov və Şamil Rzaquliyev) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işin mübahisəsiz hallarına əsasən, İddiaçı 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnamə ilə 50 (əlli) il müddətinə X6 - harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə ver ilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və digər səlahiyyətlər etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyətlər Ağcabədi rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 7E-10169 reyestr nömrəli etibarnamə ilə X9 tərəfindən Cavabdeh2 ötürülmüşdür. Bundan sonra Gəncə şəhəri 6 saylı notariat ofisində satıcı İddiaçı adından Cavabdeh2 ilə alıcı X10 arasında xx.xx.2022-ci il tarixli 4Ə-905 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Gəncə şəhəri X11 küçəsi 86 ünvanında yerləşən 0,0404 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 79,2 kv /m olan fərdi yaşayış evi alıcı X7 20000 manata satılmışdır.

20. İddiaçı hazırkı iddia üzrə başlıca dəlili ondan ibarət olmuşdur ki, 26 dekabr 2014-cü il tarixli 7E-11953 reyestr nömrəli etibarnaməni mərhum Famil Həsənovun öz uşaqlarını da Gəncə şəhəri X11 küçəsi 86 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına saldırmaq üçün vermişdir, onun adından sərəncam əqdi bağlaması üçün deyil.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq və iddia tələbini əsassız hesab edərək bununla bağlı qeyd etmişdir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin s ənədlərinə nəzər saldıqda satış predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən mərhum Famil Həsənova, habelə sonuncu tərəfindən Cavabdeh2, yəni satıcını təmsil edənə verilmiş etibarnamələrin qüvvədə olduğu, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin bank əməliyyatları yolu ilə alıcı tərəfindən satıcının hesabına köçürüldüyü müəyyən olunmuşdur.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və bu öz təsdiqini tapdığından həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirmişdir.

23. Məhkəmə kollegiyasının qənaətinə görə, İddiaçı 26 dekabr 2014-cü il tarixli 7E11953 reyestr nömrəli etibarnaməni mərhum Famil Həsənovun öz uşaqlarını da mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına saldı rmaq üçün verdiyini iddia etsə də, lakin həmin etibarnamə üzrə səlahiyyətlər 50 (əlli) il müddətinə verilmişdir ki, bu müddətə verilmiş etibarnamənin məhz pasport qeydiyyatı ilə bağlı məsələlərin həlli ilə bağlı verilməsi inandırıcı və ağlabatan deyildir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı mərhum Famil Həsənova 2014-cü ildə etibarnamə verdiyi halda, mübahisələndirilən alqı-satqı müqaviləsi bundan 8 ilə yaxın müddət keçdikdən sonra bağlanmışdır. Ötən 8 il müddət ərzində isə iddiaçının qeyd olunan etibarnamənin ləğvi ilə bağlı hər hansı iddia irəli sürməmiş, eləcə də iş materialları ilə onlar arasında mübahisəli evə dair hər hansı mübahisənin olması müəyyən edilməmişdir. İddiaçı mərhum Famil Həsənovun uşaqlarının, yəni öz qardaşı nəvələrinin hansı səbəbdən ona məxsus evə pasport qeydiyyatına düşməsi və onun da buna razılıq verməsi ilə bağlı da əsaslı dəlillər irəli sürə bilməmişdir.

25. Həmçinin iddiaçı mərhum Famil Həsənova verdiyi etibarnamədə sonuncuya bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, eləcə də bu əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətləri vermişdir ki, işin bu halı həmin etibarnamənin məhz pasport qeydiyyatı ilə bağlı məsələlərin həlli məqsədilə verilmiş olmasını birmənalı təkzib edir. Həmçinin diqqət yetirilməli hallardan biri də odur ki, sözügedən etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə ötürülməsi qanunvericiliyin tələblərinə zidd olmamışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayə ndəsi mərhum Famil Həsənovun evin qaz, su və.s məsələləri ilə bağlı etibarnamələr verməli olduğuna iddiaçını inandırması, sonuncunun da savadı olmadığı üçün ona inanaraq Familə etibarnamə verməsini bildirmişdir. Lakin, iddiaçı tərəf bununla bağlı hər-hansı sübutu birinci instansiya məhkəməsinə və ya məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, sübut etmə yükünün bölüşdürülməsi baxımından əqdin etibarsızlığına əsas olan halların mövcudluğunun sübuta yetirilməsi vəzifəsi əqdi mübahisələndirən tərəfin üzərinə düşür.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən aldadılmaqla müqavilənin bağlanması üçün səlahiyyət verdiyi barədə nəticəyə gəlməyə əsas verən hal müəyyən olunmamışdır. İddiaçı könüllü olaraq sərancam vermək üçün notarial qaydada təsdiqlənmiş etibarn amə vermiş və onun nəticələrini görərək bunu arzu etmişdir. Bir sözlə alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirmişdir.

28. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək iddiaçının dəllilərinin əsassız və uydurma olması qənaətinə gəlmişdir.

29. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hər hansı hüquqi əsas yoxdur. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, h abelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını yanlış təfsir etməklə iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

31. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 144.1, 337.1, 337.3, 337.4, 359.1, 362.1, 362.2, 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya onunla əsaslandırılm ışdır ki, iddiаçı Həsənоvа Bаllı sаvаdsız оlmаqlа Fаmil Nоvruzоvun оnun аdındаn məzmunu bəlli оlmаyаn еtibаrnаməni аlmаqlа аldаtmаsı tаm оlаrаq işin fаktiki hаlınа uyğundur. Məhkəmə tərəflər аrаsındа təkcə аlqı-sаtqı müqаvilənin bаğlаnmаsını dеyil, tərəflərin irаdə ifаdəsinin təvsirinidə işin hаllаrı ilə müəyyən еtməlidir. Qеyd оlunаn və məhkəmənin istinаd еtdiyi еtibаrnаmə ləğv еdilmişdir.

34. İddiaçı həmçinin qeyd etmişdir ki, əgər həqiqətən də həmin evi Fаmil Həsənоv аlmış оlsаydı, 1990-cı ildən bəri 25 il ərzində həmin еvi öz аdınа rəsmiləşdirmiş оlаrdı. Qеyd оlunаn hаllаr оnu göstərir ki, Bаllı Həsənоvаnın öz qаrdаşınа еtdiyi еtibаrdаn sui istifаdə еdən cаvаbdеhlər hаzırkı, еvi mənimsəmişlər.

35. Kassator şikayətini Mülki Məcəllənin 337, 359, 362 və 567-ci maddələrinə istinad edərək ə saslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

37. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.3.Əhəmiyyətsiz əqd məh kəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

40. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

41. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

42. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təm silçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

43. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

44. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, etibarsız sayılması tələb edilən əqdlər mülki qanunvericiliyə uyğun qaydada bağlanmışdır, onların etibarsız sayılması üçün qanuni əsaslar iddiaçı tərəfindən sübuta ye tirilməmişdir. Tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər.

55. Belə ki, iddiaçının irəli sürdüyü dəlillərinə münasibətdə qeyd edilməlidir ki, etibar edilən əqd bağlayarkən səlahiyyətli olmuş, mülkiyyətçinin iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bu hal faktiki olaraq etibarnamə verən şəxsin bəyənməsi aşkardır. Təsadüfi deyil ki, baxılan iş üzrə iddia həm etibarnamə alan və yeni alıcının vəfat etməsindən sonra irəli sürülmüş, onların sağlığında belə iddianın irəli sürülməməsi cavabdeh tərəfin dəlillərinin əsaslı olmasını təsdiq edir.

56. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdirsə, əksi sübut edilənə qədər, həmin etibarnamənin, müqavilənin məzmununun və mahiyyətinin notarius tərəfindən izah edilmiş olması prezumpsiyası qüvvədə olmalıdır. Çünki, bu, notariusun birbaşa vəzifəsidir və notarial təsdiq etmənin əhəmiyyəti də şəxsin fəaliyyət qabiliyyətinin yoxlanılması, bağlanılan əqdin qanunazidd olmaması, şəxsə verdiyi etibarnamənin, bağladığı əqdin və sair hansı nəticələr doğura biləcəyinin hüquqi baxımdan izah edilməsi və onun bu məsələlər barədə məlumatlı olmasından ibarətdir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmə nin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pro sessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1051/2024 nömrəli,1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar