Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6380/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X3, Cavabdeh1, Cavabdeh2, vəkili X2, X6, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-5432/2018, hakim T.B.Axundov) İ ddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, 31 saylı DNK və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, mənzilin qanunsuz sahiblikdən tələb edilərək qaytarılması, vərəsəlik və mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin həvalə edilməsi, hüquqi yardımın göstərilməsinə dair ödənilmiş pulun, eləcə də dövlət rüsumunun ödənilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3125/2019, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev, E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 04 iyun 2018-ci il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2, 31 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 verilmiş 31 saylı DNK-nun 31.01.2018-ci il tarixli 2v-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin sənəd əsasında AR Əmlak Komitəsi yanında DƏDRX tərəfindən Cavabdeh1 verilmiş daşınmaz əmlaka dair çıxarış etibarsız hesab edilməsini, 02.06.2018-ci il tarixli 4Ə re yestrdə 152 sıra nömrə ilə qeyd edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 3, mənzil 28 Cavabdeh4 qanunsuz sahibliyindən tələb edilərək qaytarılması, İddiaçı miras əmlakda üçdə bir payına dair vərəsəlik və mülkiyyət hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin 31 saylı DNK-nun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddəti ötürdüyünə istinad etmişdir. Lakin mülki və notariat haqqında qanunvericilikdə müraciət müddəti 6 ay nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər və vəkilləri isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 08 yanvar 2018-ci il tarixdə Elmar Qurbanovun ölməsi ilə miras açılmış, Bakı şəhəri, M.F.Axundov küçəsi ev 3, 28 saylı mənzil miras qalmışdır. İddiaçı Ruhiyyə Qurbanova, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras qoyan Elmar Qurbanovun vərəsələridirlər. İddiaçı 30 may 2018-ci il tarixdə mirası qəbul etmək üçün ərizə ilə notariat kontoruna müraciət etmiş, bu zaman məlum olmuşdur ki, digər vərəsələr- bacısı Nail Əliyeva və qardaşı Cavabdeh2 mirasın açıldığı tarixdən cəmi 23 gün sonra mübahsiəli mənzillə bağlı 31 yanvar 2008-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətn aməsi almış və bu zaman notariat kontoruna iddiaçının da vərəsə olduğunu bildirməmişlər. Cavabdeh2 mirası qəbul edərkən öz payından Cavabdeh1 xeyrinə imtina etmiş, miras əmlak 20 fevral 2018-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Hazırkı iddia tələbinin əsasını Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi, iddiaçının vərəsəlik və mülkiyyət hüququnun tanınması təşkil edir. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı vərəsəlik hüququ haqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla miras əmlakı qəbul etməsini sübut etməlidir. İddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstəril ən müdətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna ərizə ilə müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hərəkətlər etməmişdir. Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən 3 aylıq müddəti ötürmüş iddiaçı mirasın qəbul edilməsi vaxtının uzadılması barədə iddia tələbi də irəli sürməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 218-ci maddəsinin tələblərinə görə, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 08 yanvar 2018-ci il tarixdə vəfat etmiş Elmar Qurbanovdan miras qalmış əmlakın iddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmədiyinə görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyldir. Aşağıdakılara əsasən apell yasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçı qanun üzrə birinci növbə vərəsə olduğunu, digər vərəsələrin miras qoyanın ölümü ilə miras açıldıqdan 23 gün sonra notariat kontoruna müraciət edərək başqa vərəsənin olmasını gizlətməklə vərəsəlik şəhadətnaməsi aldıqlarına istinad edərək həmin vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mirasın qəbul edilməsinin əsaslarını müəyyən edən 1243-cü maddəsinin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bun unla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin mirasın qəbul edilməsi müddətini müəyyən edən 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin maddənin məzmunundan göründüyü kimi, vərəsənin miras əmlakı qəbul etməsinin “yolverilən”liyi altı aylıq müddətlə məhdudlaşdırılmışdır ki, yalnız həmin müddət keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materiallarından mübahisəsiz qaydada göründüyü kimi, iddiaçı 08 yanvar 2018-ci il tarixdə vərəsəliyə çağırıldığını bilmiş, 30 may 2018-ci il tarixdə mirası qəbul etmək üçün ərizə ilə notariat kontoruna, 04 iyun 2 018-ci il tarixdə isə hazlrki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vərəsə kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddəti ötürməmişdir. Lakin apellyasiya məhkəməsi iddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş müddət ərzində mirasın qəbul edilməsi üçün notariat orqanına ərizə ilə müraciət etdiyi halda, sonuncunun müddəti ötürdüyünü və mirasın qəbul edilməsi vaxtının uzadılması bardə ərizə vermədiyindən onun hazırki tələblə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı madd əsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hes ab edir ki,kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6380/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6380/2019
10.10.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver