Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6382/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikililərin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3602/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 7lı fərdi-yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2011-ci il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüququna dair Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarış verilmişdir. Xətai rayon İcra Hakimiyyəti Başçısının 01.06.1998-ci il tarixli 185 nömrəli sərəncamı ilə Cavabdeh (bundan sonra cavabdeh) Zığ şossesi, 46 saylı evin yaxınlığında cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində i craat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda ona məzsus olan fərdi yaşayış evinin divarı, torpaq sahəsinin hasarı üzərində olan özbaşına tikintinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan evə dair texniki pasportda evin və torpaq sahəsinin sərhədləri müəyyən olunmuşdur. Texniki pasportun “tikintilərin və qurğuların xarakteristikaları” adlanan cədvəlində yaşayış evinin və daş hasarın sahəsi göstərilmişdir. 2011-ci ildə evi alanda qonşusu olan cavabdehin öz hasarı var idi. Sonradan o, hasarını hissə-hissə sökməyə başlamışdır. Hasarının üstündən elektrik, qaz və telefon xətləri keçir. 2018-ci ildə o, hasarına bitişik, özünə aid torpaq sahəsində iki o taqlı tikili tikmiş və damının şiferini hasarının üstünə çıxarmışdır. Bundan sonra elektrik, qaz və telefon xətlərində problemlər yaranmağa başlamışdır. Dəfələrlə ustaları çağırıb xətlərdəki nasazlıqları aradan qaldırmışdır. 2019-cu ilin oktyabr ayında cavabdeh onun mülkiyyətində olan yaşayış evinin divarına, hasarına armatur millər bərkidərək evinin divarının və hasarının üzərindən 50-70 sm hündürlükdə dəmir karkas hazırlatdırmışdır. Ona narazılığını bildirmiş, evinin divarından, hasarından razılığı olmadan istifadə etməsinin qanunsuz olduğunu demiş, heç bir rəsmi icazəsi olmadan qanunsuz olaraq tikdiyi bu tikilinin tikinti normaları baxımından çox təhlükəli olduğunu söyləmiş və tikintinin dərhal dayandırılmasını tələb etmişdir. Lakin cavabdeh tələblərinə heç bir məhəl qoymamış, bu günə k imi tikinti işlərini davam etdirdir. Cavabdehin planlaşdırdığı tikilinin yükünün bir hissəsi evinin divarı və hasarının üzərinə düşəcəkdir. Hasarının eni bir mişar daşı enində - 20 sm-dir, bünövrəsi isə yoxdur. Bu tikili tikilən zaman və yaxud tikildikdən sonra evinin divarını, hasarını dağıdıb uçura bilər. Bundan başqa küləkli havada həmin tikilinin təhlükəliliyi daha da arta bilər. Cavabdeh qanunsuz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozur, mülkiyyətində olan fərdi yaşayış evinin divarı və istifadəsində olan torpaq sahəsinin hasarı üzərindən özbaşına tikinti aparır. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia verərək aralarında olan sərhədin müəyyən edilməklə iddiaçının evinin divarının ona məxsus torpaq sahəsinə düşən hissəsinin iddiaçının hesabına sökülməsi, onun kommunika siya xətlərinin həyətindən çıxarılması, iddiaçınınevinin onun həyətinə tərəf olan pəncərəsinin bağlanması və eyvanın iddiaçının hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus ünvanda tikinti işlərini və hasarı ilk əvvəl o inşa etmişdir. Hasar ona məxsus olmuşdur. Lakin iddiaçı sonradan həmin ünvanda tikinti işləri apararaq, aralarında olan və onun sahəsində ev tkimişdir. Tikilən ev qanunvericiliyin tələblərinə uyğun tikilməmişdir. Belə ki, iddiaçı torpaq sahəsinin hasarında ara məsafəsini gözləməyərək birgə hasarın üzərində qanunsuz tikinti işləri aparmışdır. Evin bir hissəsi hasarın üzərinə düşməklə onun qonşuluq hüququnu pozmuşdur. İddiaçı tikinti və şəhərsalma normativ aktlarının tələbini pozmaqla tikint i işləri aparmış, onun öz sahəsində apardığı tikinti işlərinə mane olmuşdur. İddiaçının sahəsinə daxil olmamış, öz həyətində və özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. İddiaçının evinin pəncərələri və balkonu onun (cavabdehin) həyətinə tərəf açılmaqla həyətindən rahat isifadə edilməsinə imkan vermir. İddiaçının mühəndis və komunikasiya xətləri onun (cavabdehin) həyətindən keçir. Həmin xətlər sökülməlidir. Nəzərə almaq lazımdır ki, onun öz həyətindən həmin xətləri keçirməsi üçün əlverişli şərait olduğu halda ona icazə verməsi mümkün deyil. Ona icazə vermir. Ona görə də həmin xətlərin həyətindən çıxarılmasını tələb edir. Eyni zamanda qonşu olan iddiaçı ara divarı demək olar ki, zəbt edərək ona düşən sahədə ev tikmişdir. Bunun özü qanunsuzdur. Çünki o, mülkiyyətini zəbt etmiş dir. İddiaçı həmin hasarın üzərində tikinti apara bilməzdi. Tikintinin aparılması üçün ondan icazə almamışdır. Qanunvericiliyə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilə bilən başqa qurğu ilə məhz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaratmasın. Qonşu hasarın üzərində tikinti işi aparmaqla və ev ucaltmaqla ona maneçilik törətmişdir. Qanunvericiyiliyə əsasən əgər dəqiq sərhədləri müəyyən etmək mümkün olmadıqda mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa tərəflərin birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda iddiaçı evinin pəncərələrini və eyvanını onun həyətinə tərəf açmaqda və eyvanı onun həyətinə tərəf salmaqda tikinti normalarını və qonşuluq hüququnu pozmuşdur. Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə görə qonşular səs-küyün qarşısını almaq üçün tədbir görməlidirlər. Lakin iddiaçı tədbir görmür. Onun həyətində və balkonunda olan səs-küy evində rahat qoymur. Çünki onun balkonunda daimi səs-küy vard ır. Həmin səs-küyü aradan qaldırmaq üçün həmin pəncərələr bağlanmalıdır. Eyvan sökülməldidir. Məhkəmənin 07.02.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2020-ci il tarixli, 10/103 saylı ekspert rəyi ilə, aşağıdakılar müəyyən edilmişdir. Qərardadın birinci sualı üzrə: Cavabdehin istifadəsində olan həyətyanı torpaq sahəsinin daxilində inşa olunmuş anbar, tövlə və dəmir beton konstruksiyasından söhbətkah (besedka) inşa olunmasına dair müvafiq sənədlər alınmamışdır. Qərardadın ikinci sualı üzrə: Cavabdeh tərəfindən, ünvan 2 ünvanında aparılan tikinti işlərinin sərhəd hasarı və iddiaçıya məxsus yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor kons truksiyadan müxtəlif naxışlı (şəlalə tipli) divarın quraşdırıldığı müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: ünvan 3 ünvanında və ünvan 4nın kimə məxsus olmas barəsində mülki iş materialında məlumat olmamışdır. Lakin mübahisəli hasar iddiaçının və cavabdehin torpaq sahələrini ayıran sərhəd hasarı olduğu müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: İddiaçıya və cavabdehə məxsus torpaqlar arasında cavabdehin həyətyanı torpaq sahəsinə girişdən 24.5 m, iddiaçının evnə tərəf isə 26.0 m uzunluğunda, ümümlikdə isə 50,5 m uzunluğunda sərhəd hasarının olduğu müəyyən edilir. Qərardadın beşinci sualı üzrə: Cavabdeh tərəfindən aparılan tikinti tişlərinin ünvan 5 ünvanında yerləşən torpaq sərhədləri daxilində aparıldığı müəyyən edilir. Qərardadın altıncı sualı üzrə: İddiaçının apardığı tikinti işlərinin (iki mərtəbəli yaşayış evi) ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin (texniki pasprotun məlumatlarına əsasən) sərhədləri daxilində inşa olunduğu müəyyən edilmişdir. Lakin həyətyanı torpaq sahəsinə giriş hissəsində 6,0 m enində 10,0 m uzunluğunda texniki pasportun məlumatlarında öz əksini tapmayan torpaq sahəsinin olduğu müəyyən edilir. Qərardadın yeddinci sualı üzrə: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin hər hansı divarı cavabdehin istifadəsində olan torpaqlarının sərhədlərinə aşmadığı müəyyən edilir. Qərardadın səkkizinci sualı üzrə: Maneçiliyin törədib-törətməməsi subyektiv məsələ olmaqla tikinti-texniki ekspertin slalahiyyət dairəsindən kənardır. Bununla belə, iddiaçının ünvan 6 ünvanında yerləşən toraq sahəsinin üzərində (sərhəd hasarına bitişik) inşa olunmuş fə rdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(011)-757/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən ünvan 2 ünvanında sərhəd hasarı və iddiaçıya məxsus ünvan 7lı yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan inşa edilmiş müxtəlif naxışlı (şəlalə tipli) divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehdən ödənilmiş 10 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəy ərinin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən, sərhəd hasarının və iddiaçıya məxsus yaşayış evinin üzərində dəmir millər quraşdırılmaqla dəmir betor konstruksiyadan inşa edilmiş müxtəlif naxışlı (şəlalə tipli) divarın inşa olunduğu, bununla da, onun özbaşına tikilinin sökülməsi tələbi ilə çxış etmək hüququ olan şəxs olması və özbaşına tikililərin inşa edilməsi ilə onun hüquqlarının pozulması iş üzrə keçirilmiş ekrpertiza rəyi ilə təsdiq edildiyindən ilk iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilərək cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməlidir. Qarşılıqlı iddia tələb i ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh tələblərini əsalandırmaq üçün iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Həmçinin məhkəmə iclasında ünvan 7lı evin pəncərəsinin və eyvanının cavabdehin hüquqlarını pozmadığı müəyyən edilmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məzmunu qarşılıqlı iddia tələbinin məzmunu ilə eyni olan apelyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ekspert qarşısında məhkəmə ekpert qarşısında divarın özünə aid hissəsində iddiaçıya zərər vurmadan istədiyi işi görə bilər, yəni özünə mənsub əmlak barəsində öz mülahizəsilə istənilən hərəkətləri edə bilər. Əgər hərəkətinin iddiaçının hüquqlarını pozardısa, o zaman məhkəmə həmin tikilinin sökülməsi barədə qərar qəbul edə bilərdi. Tikdirdiyi şəlalə formasında divar isə ortaq divar deyil, öz həyətinin daxilində ortaq divara birləşmiş formada tikilən tikilidir. Ona görə də, məhkəmə tərəfindən tikdiyi tikilinin iddiaçıya məxsus yaşayış evinə hər hansı bir mənfi təsirinin olubolmamasını, yəni iddiaçının hüquqlarını pozub-pozmamasını müəyyən etmədən, həmin tikilinin sökülməsi qənaətinə gəlməkdə səhv etmişdir. Qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə əlaqədar bildirir ki, məhkəmə onun iddiasının əsaslarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməməyi əsası ilə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Qarşılıqlı iddia tələbi iddiaçının evinin divarının ona məxsus torpaq sahəsinə düşən hissəsinin iddiaçının hesabına sökülməsi hissəsində Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.09.2020-ci il tarixli, 10/103 saylı ekspert rəyinə, iddiaçının evinə dair texniki pasportun göstəricilərinə və yerində müayinə zamanı müəyyən edilmiş hallara əsasən təmin edilməli idi. Qarşılıqlı iddia tələbinin ikinci hissəsi cavabdehin kommunikasiya xətlərinin onun həyətindən çıxarılması barədə olduğundan və bu tələbi məhkəmə iclasında xüsusi ilə öz təsdiqini tapdığından iddia tələbi bu hissədə təmin edilməli idi. Bundan əlavə qarşılıqlı iddia tələbinin iddiaçının evinin onun həyətinə tərəf olan pəncərəsinin bağlanması və eyvanın iddiaçının hesabına sökülməsi hissəsində də məhknin gəldiyi nəticə əsassız olmuşdur. Çünki iddiaçıya məxsus pəncərənin onun həyətinə açılması, onun eyvanından onun həyətinin içərisinin görünməsi məhkəmə araşdır ması zamanı öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin tə sdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Baxılan işdə cavabdeh qarşılıqlı iddia tələblərini əsalandırmaq üçün iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Həmçinin iş materialları ilə ünvan 7lı evin pəncərəsinin və eyvanının cavabdehin hüquqlarını pozmadığı müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, şikayətdə qeyd olunanlar yuxarıda əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı istinad etdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu təqdim etməmiş dir. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslanıdırılmışdır ki, 24 bənddən ibarət olan kassasiya şikayətinin yalnız 4 bəndində maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmuş, lakin həmin bəndlərdə də bu pozuntuların nədən ibarət olması əsaslandırılmamışdır. Şikayətin digər dəlilləri işin halları ilə bağlı olmuşdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tə rəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qayd alarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şi kayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3602/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.