Məhkəmə qərarları › İş №2(102)-6384/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6384/2019

29.10.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6384/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızı, İddiaçı, vəkili X1, cavabdeh X3, Cavabdeh2 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)3576/2019 saylı qətnaməsindən cavabdehlər X3 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(001)1703/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.N.Məmmədov) İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “aparılan tikinti işlərinin dayandırılması və qanunsuz tikintinin sökülməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)-3576/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi təmin edilərək, cavabdehlər tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda qanunsuz aparılan tikintinin dayandırılması və qeyri qanuni tikililərin onlar tərəfindən sökülməsi qət edilib. Cavabdehlər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncular tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda qanunsuz aparılan tikinti işlərinin dərhal dayandırılması və qeyri-qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini onunla əsaslandırıb ki, sözügedən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında onv məxsusdur. Həmin mənzilin digər paylı mülkiyyətçiləri olan cavabdehlər onun öz payı üzrə mülkiyyət hüququnu qanunsuz olaraq məhdudlaşdırmışlar. Belə ki, cavabdeh M8 tərəfindən evin ona məxsus hissəsinin çöl tərəfinə baxan pəncərəsinə bitişik olaraq heç bir ara məsafəsi gözləmədən tikintiyə dair normativ standartl arın tələblərinə zidd olaraq onun müvəqqəti olaraq evdə olmamasından sui-istifadə edərək qanunsuz tikili inşa etmiş və nəticədə onun yaşadığı ev təbii işıqdan tamamilə məhrum olmuşdur. Həmçinin, digər Cavabdeh2 tərəfindən həmin evin ona məxsus olan hissəsinin giriş-çıxış qapısının önündə heç bir ara məsafəsi gözlənilmədən qanunsuz tikili inşa edilmiş, nəticədə onun öz evinə giriş-çıxışı qeyri-mümkün olmuşdur. O, qeyd olunan səbəblərə görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdehlər M8 və Cavabdeh2 eyni məzmunlu olan kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələ blərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Hər iki kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2, vəkili kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı, vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh M8 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh M8 vəkili məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlmədiyi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən, cavabdehlərin lazımi icazələr almadan paylı mülkiyyətdə olan evdə özbaşına tikinti işləri aparmalarına, həmin tikililərin saxlanmasının iddiaçının hüququnu və qanunla qorunan mənafeyini pozmasına, bu halın ekspertin rəyi ilə təsdiq edilməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiy a məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhə ri, ********************************** istifadədə olan 0,02115 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, yaşayış sahəsi 91,2 kv.metr, köməkçi sahəsi 163,1 kv.metr olan 5 saylı fərdi yaşayış evi hər birinin payı ¼ hissədə olmaqla paylı mülkiyyət hüququ üzrə E6, Y6, M8 və İddiaçı adlarına qeydə alınmışdır. Hazırda tərəflər arasında mübahisə, iddiaçıya paylı (1/4 hissədə) mülkiyyət hüququ üzrə məxsus olan evin küçəyə açılan pəncərəsinin bağlanması, həmin evin qarşısında əlavə tikilinin inşa edilməsi, həmçinin dəhlizə açılan qapının bağlanaraq arxasında sanitar qovşağın inşa edilməsi, eləcə də evin işıqdan, giriş-çıxışdan məhrum olması nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın 10 sentyabr 2018ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmış iddiaçının istifadəsində olan 6 saylı otağın pəncərəsi cavabdeh tərəfindən bağlanmış, qarşısında tikili inşa edilmişdir. Bundan başqa texniki pasportda öz əksini tapmış 2 saylı bağlı eyvanın 1 saylı dəhlizə olan giriş-çıxış qapısı bağlanmış, qarşı tərəfində sanitar qovşağı inşa edilmişdir. Qeyd olunan tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarının tələblərində qeyd olunanlara əsasən inşaat norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehlər mübahisəli tikililərin iddiaçının Bakı şəhəri, ünvan 1 evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasından və 2007-ci ildə oraya köçməsindən əvvə l inşa etdiklərini bildirsələr də, iş materiallarında olan həmin fərdi yaşayış evinin 09 mart 2013-cü il tarixli texniki pasportundan və 10 sentyabr 2018-ci il tarixli ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, iddiaçıya məxsus olan və texniki pasportda öz əksini tapmış 6 saylı tikilinin iki ədəd pəncərəsi olmaqla, bir pəncərə bağlı eyvan istiqamətinə doğru, digər pəncərə isə həyətyanı sahəyə doğru olduğu qeyd olunmuş, həmçinin texniki pasportda 2 saylı bağlı eyvan tikilisindən 1 saylı dəhliz tikilisinə qapının olduğu qeyd edilmişdir. Sözügedən tikilinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi icazələr almaqla və şəhərsalma normalarına uyğun şəkildə inşa edilməsinə dair məhkəməyə cavabdehlər tərəfindən heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götür mədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları tədqiq edib, işin faktiki hallarını nəzərə alıb, cavabdehlərin kassasiya şikayətləri ilə eyni məzmunlu olan etirazlarını araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 1 evin 1/4 hissəsinin iddiaçının mülkiyyətində olması onun həmin evdən istifadə, sahiblik və sərəncam hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların mülkiyyətçiyə tanındığı imkandan istifadə edərək evdən istifadəsinə törədilən maneələrin a radan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Bu konteksdə həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanları nın və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mənzilinin pəncərəsinin, dəhlizə açılan qapısının bağlanması, eləcə də qarşılarında qanunsuz tikinti işlərinin aparılması nəticəsində mənzilin giriş-çıxışın bağlanması, onun normal havalanmadan və təbii işıqlanmadan məhrum olunması, həmçinin mübahisəli tikiliyə aid müvafıq sənədlərin təqdim olunmaması və tikilinin tikinti norma və qaydalarının tələblərinə zidd və yolverilməz olduğu işin materiallarında olan sənədlər, ekspert rəyi ilə tam şəkildə sübuta yetirilmişdir və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Yuxarıda ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq apellyasiya inst ansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının, qanunsuz olaraq aparılan tikinti işlərinin dərhal dayandırılması və qeyri-qanuni tikililərin sökülməsi tələbi əsaslı hesab olunmalı, cavabdehlər tərəfindən Bakı şəhəri, ünvan 1 evdə qanunsuz aparılan tikinti dayandırılmalı və qeyri-qanuni tikililər onlar tərəfindən sökülməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, cavabdehlər tərəfindən özbaşına aparılmış tikililərin saxlanmasının iddiaçının hüququnu və qanuni mənafeyini pozması mülki iş materialları və ekspertin rəyi ilə istisna edilmədiyindən, birinci ins tansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər X3 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 may 2019-cu il tarixli, 2(103)-3576/2019 saylı qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar