Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6385/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-878/2021 nömrəli iş üzrə 03 avqust 2021-c i il tarixli qərardadından Cavabdeh1 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi: İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 30.000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh1 məxsus evdə cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24.08.2020-ci il tarixli iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehlərə ver iləcək kompensasiya məbləğini artıraraq, hər cavabdehə ayrı-ayrılıqda 12.000 manat olmaqla, ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində kompensasiya verilməsi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim Abbasova Günel) 25 avqust 2020-ci il tarixli, 2(001)-629/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda 12.000 (on iki min) manat olmaqla, ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 44A saylı evin 18 saylı mənzilindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kompensasiya verilməsi və onların mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1 məxsus cehiz əşyalarının mübahisəli mənzilindən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(103)-878/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli, 2(001)-629/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 15 apr el 2021-ci il tarixli, 2(103)-878/2021 saylı qətnaməsindən kassasiya şikayəti 29 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(103)-878/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə istinadən müəyyən edib ki, Bakı Apelyasiya Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsinin surəti rabitə orqanı vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 göndərilmiş və onlar poçt göndərişinin verilməsinə dair xəbərnaməyə imza etməklə 18 mart 2021-ci il tarixdə qətnamənin surətini rəsmi qaydada almışlar. Apellyasiya instansiyası həmçinin müəyyən etmişdir ki, cavabdeh və onun vəkili tərəfindən imzalanmış kassasiya şikayət i 29 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya instansiyası hesab etmişdir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(103)-878/2021 saylı qətnaməsini 18 may 2021-ci il tarixdə rəsmi aldığı halda hazırki kassasiya şikayətini 2 aydan çox vaxt keçdikdən sonra, yəni qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürməklə verdiyindən və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən kassasiya şikayəti geri qaytarımalıdır. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə düzgün araşdırma aparılmamış, prosessual hüquq normalarının tələbi pozulmuşdur. Beləki, apellyasiya məhkəməsinin qətnaməsini guya 18.05.2021-ci il tarixdə poçt vasitəsi ilə alması barədə yekun qənaət düzgün deyil, həmin poçt işçisi isə məktubu cavabdehə 28.05.2021-ci il tarixdə təhvil vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 Əlpaşa qızı məhkəmə iclasına gəlməmiş, lakin teleqram göndərərək oğlunun cərrahi əməliyyat olunması ilə əlaqədar gələ bilmədiyindən məhkəmə ioclasının təxirə salınmağını xahiş etmiş, la kin bu barədə heş bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya h adisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Maddə
402. Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 K assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(103)-878/2021 s aylı qətnaməsini 18 may 2021-ci il tarixdə rəsmi aldığı halda hazırki kassasiya şikayətini 2 aydan çox vaxt keçdikdən sonra, yəni qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürməklə verdiyindən və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən kassasiya şikayəti geri qaytarımalıdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, cavabdeh qətnaməni 18.05.2021-ci il tarixdə deyil, daha gec alması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-878/2020 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.