Məhkəmə qərarları › İş №2(102)-6391/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6391/2022

27.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6391/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi 27.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)2855/2022 saylı qətnaməsindən İddiaçı ASC-nin, 3-cü şəxs X və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 27 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə "xxxx" İKB ASC ilə X12 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 835.000 ABŞ dolları kredit verilib, eyni tarixdə "xxxx" İKB ASC ilə X21 oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə eyni şərtlərlə 835.000 ABŞ dolları kredit verilib. Hər iki kredit müqaviləsi üzrə borcun təminatı olaraq X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, ümumi sahəsi 728,1 kv.metr olan 5 “E” saylı fərdi yaşayış evi ipoteka predmeti qismində yüklü edilib və hər iki borcun təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanıb. Həmin müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən qalıq borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi tələblərinə dair Bank tərəfindən hər iki müqavilələrlə bağlı iddia ərizələri ilə ayrılıqda məhkəməyə müraciət edilib. Bir müqavilə üzrə Bankın iddiası Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, X12 və Cavabdeh1 müştərək qaydada 500 ABŞ dolları cərimənin borc ödənilən gün milli manata məzənnədə tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Bak ı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsindən "xxxx" İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018ci il tarixli qətnaməsindən "xxxx" İKB ASC-nin verdiyi kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılıb. Digər müqavilə üzrə bankın iddiası Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə X21 oğlundan milli manata məzənnədə 189.801,48 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə borcu olmaqla, ümum ilikdə 190.801,48 ABŞ dollarının tutularaq "xxxx" İKB ASC-nə ödənilməsi, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 1.800.000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 600.000 manat olmaqla açıq hərracdan s atılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-nə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qət naməsindən "xxxx" İKB ASC-nin, X21 oğlu və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə- iddianın təmin olunmayan, faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilib. Bundan sonra, Cavabdeh1 və X1 rayon məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş edib və ərizələrini onunla əsaslandırıblar ki, 1-ci qətnamə üzrə 500 ABŞ doları borcun ödənilməsi halında ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməli olub-olmamasına aydınlıq gətirilsin. Məhkəmə həmin müraciətləri icraatına qəbul edərək baxıb və hətta, təmin edib. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilib və həmin qətnamə ilə müəyyən edilən 500 ABŞ dolları borc ödənildiyi təqdirdə, "xxxx" İKB ilə X13, X21 oğlu və X12 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və X6 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən, ümumi sahəsi 1208.3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binası, həmçinin, "xxxx" İKB ilə Cavabdeh1, X21 oğlu və X12 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli digər ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətind ə olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadından "xxxx" İKB tərəfindən verilmiş şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılıb. Həmin məhkəmə qərardadlarından sonra ipoteka ilə yüklü edilmiş əmlaklar yüklülükdən azad olunaraq özgəninkiləşdirilib və sonradan yenə də yüklü edilib. Bankın xeyrinə qəbul edilmiş və qanuni qüvvəsini almış 2-ci qətnamə üzrə tələb icra edilməmiş qaldığından Bank hazırkı mübahisəni başladıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraa t İddiaçı ASC-ti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” barədə iddia ərizəsi ilə, daha sonra isə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsinin, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasına dair 9 saylı notariat ofisində qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixl i bağışlanma müqaviləsinin, eyni zamanda Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair 9 saylı notariat ofisində qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Daha sonra, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsinin, Bakı şəhəri, ün van 1 ünvanda yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinin, eyni zamanda Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasına dair 9 saylı notariat ofisində qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, "xxxx" İKB ASC ilə X12 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 20 faiz dərəcəsi ilə 60 ay müddətində 835.000 ABŞ dolları kredit verilib. Borcun təminatı olaraq X6 mülkiyyətində o lan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən ümumi sahəsi 1208,3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, ümumi sahəsi 728,1 kv.metr olan 5 “E” saylı fərdi yaşayış evi 18 noyabr 2011- ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilib. Borcun təminatı olaraq Cavabdeh1 ilə 18 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, cavabdehlər X12 və Cavabdeh1 müştərək qaydada 500 ABŞ dolları cərimə borcunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilib. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı ilə Bankın kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qərardadı ilə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsinə izah verilərək, borcun təminatı olaraq yüklü edilmiş X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşə n ümumi sahəsi 1208,3 kv.m etr olan 2 mərtəbəli qeyri-yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, ümumi sahəsi 728,1 kv.metr olan 5 “E” saylı fərdi yaşayış evi ipotekadan azad edilib. Qeyd olunan qərardad icra olunması üçün ƏMDK-nin yanında DƏDRX göndərilib və qərardad icra olunaraq yuxarıda qeyd olunan hər iki əmlak üzərindən yüklülük tam götürülüb. Lakin, ƏMDK-nin yanında DƏDRX nəzərə almamışdır ki, qeyd olunan əmlaklar Bankda başqa kredit müqaviləsinin təminatı olaraq da yüklüdürlər. Belə ki, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X21 oğlu arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətində 835.000 ABŞ dolları kredit verilib. Borcu n təminatı olaraq X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.metr olan 2 mərtəbəli qeyri- yaşayış binası (ofis və məişət xidməti binası) və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, ümumi sahəsi 728,1 kv.metr olan 5 “E” saylı fərdi yaşayış evi 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilib. Borcun təminatı olaraq Cavabdeh1 ilə 18 noyabr 2011ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək X21 oğlundan 189.801,48 ABŞ dolları faiz borcunun və 1.000 ABŞ dolları cərimə borcunun, ümumilikdə cəmi 190.8 01,48 ABŞ dolları borcun Bankın xeyrinə tutulması, tələbin ilkin satış qiymətinin 1.800.000 manat müəyyən edilməklə, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasına (ofis və məişət xidməti binası) və ilkin satış qiyməti 600.000 manat müəyyən edilməklə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, ümumi sahəsi 728,1 kv.metr olan 5 “E” saylı fərdi yaşayış evinə yöəldilməsi, tutma yönəldikdən və ipoteka predmetləri satıldıqdan sonra onların boşaldılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019cu il tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Göründüyü kimi, ƏMDK-nin yanında DƏDRX-nin səhvi nəticəsində əmlaklar yüklülükdən tam azad edilib və nəticədə həmin əmlaklar mülkiyyətçi tərəfindən oğlu Cavabdeh2 bağışlanıb. Halbuki, bunun üçün ipoteka saxlayanın razılığı tələb olunur. Qeyd olunan hal onlara məlum olan kimi bununla bağlı Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə verdikləri vəkil sorğusuna verilmiş 10 fevral 2020-ci il tarixli cavab məktubundan onlara aydın olub ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə, "xxxx" İKB ASC-nin 05 dekabr 2011-ci il tarixli razılıq məktubuna əsasən 30 dekabr 2011-ci il tarixdə X4 adına qeydə alınıb. Həmçinin, notarius tərəfindən təsdiq edilmiş 11 sentyabr 2013-cü il tarixli alqı-satqı və ipoteka müqavilələrinə əsasən fərdi yaşayış evi üzərində Cavabdeh1 mülkiyyət hüquqları 21 sentyabr 2013-cü il tarixdə tanınıb. Sözügedən əmlak 10 may 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən 13 may 2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınıb və hazırda mülkiyyətindədir. Dövlət reyestrində olan məlumatlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi ilə əlaqədar Cavabdeh2 ilə X10 arasında bağlanmış 06 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi ləğv edilib. X6 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən qeyri yaşayış binası notarial qaydada təsdiq edilmiş 03 dekabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə və "xxxx" İKB-nin 05 dekabr 2011-ci il tarixli razılıq məktubuna əsasən X2 adına 12 yanvar 2012-ci il tarixdə qeydiyyata alınıb. 11 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi və "xxxx" İKB-nin 17 sentyabr 2013-cü il tarixli razılıq məktubuna əsasən sözügedən qeyri-yaşayış binası Cavabdeh1 adına qeydiyyata alınıb. 16 sentyabr 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən əmlak Cavabdeh2 adına 16 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınıb və hazırda mülkiyyətindədir. Daha sonra, onlara məlum olub ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra onun tərəfindən 12 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-nə satılıb. Bundan sonra, bununla bağlı Bakı şəhəri, 9 saylı notariat ofisinə sorğu ilə müraciət edilib və bu hal öz təsdiqini tapıb. Qeyd olunan müqavilə Bankı nmaraqlarına toxunur. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar (“N.Hacıyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyini hazırkı işə tətbiq edən məhkəmə qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X Cavabdeh2 vermiş olduğu 400.000 manat borc pulun təminatı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin öz xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlayarkən, Cavabdeh3 MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 lizinqə vermək üçün alarkən və eyni zamanda, X7 həmin əmlakı istifadəsinə götürüb lizinq verənlə daxili lizinq müqavil əsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğuna güman etməyə, buna güvənməyə tam haqlı olub. Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Qanunvericiliyin mövqeyini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddianın predmetini təşkil edən əqdlərin etibarsız sayılması üçün qanunda əqdin etibarsız sayılm ası ilə bağlı nəzərdə tutulan imperativ şərtlərdən heç biri mövcud deyil. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 148, 182, 340, 337ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib və kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov məruzəçi, Ə.Ə.Əliyev və A.Ə.Abbasov) kassasiya şikayəti q ismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli əmlakların Bankla bağlanmış 2-ci kredit müqaviləsi (hansıki 190.801,48 ABŞ dolları pulun tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcudur) üzrə dövlət qeydiyyatına alınması ilə əlaqədar Bankın sübutlar təqdim edə bilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsaslı deyil. Belə ki, həmin əmlakların ipoteka ilə yüklü olması və tutmanın həmin əmlaklara yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var (iddiaçı tərəfindən təqdim edilib və mülki iş mater iallarındadır), hazırki mübahisənin başlanması əsası qeyd olunan qətnamənin mövcudluğu ilə bağlıdır və əmlakların yüklü olması həmin qətnamə ilə təsdiq olunur. Bu hal Mülkii Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən preyudsial əhəmiyətli fakt olmaqla yenidən sübut olunmasına zərurət yoxdur. Ona görə də əmlakların ipoteka ilə yüklü edilməsinə dair iddiaçının üzərinə əlavə sübutlar təqdim etmək öhdəliyinin qoyulması əsaslı deyil. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, əmlakları ipoteka ilə yüklü etmiş Cavabdeh1 həmin əmlaklara tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bilə-bilə əmlakların ipotekadan azad edilməsinə nail olmaqla onları bağışlama yolu ilə öz doğma oğlu Cavabdeh2 adına keçirib. B undan dərhal sonra yeni mülkiyyətçi əmlakın birini (qeyriyaşayış sahəsini) Lizinq Şirkətinə satıb, digərini isə (fərdi evi) başqa şəxslə tez-tələsik bağladığı borcun təminatı olaraq ipoteka ilə yüklü edib. İddiaçı həmin bağışlama müqavilələrinin etibarsızlığını tələb etdiyi üçün işə baxan məhkəmələrə lazım gəlirdi ki, ilk növbədə həmin müqavilələrin etibarlı müqavilə olub-olmamasına qiymət versinlər. Çünki, mübahisələndirilən müqavilələrin əmlakların ipotekadan yayındırmaq (tutmanın yönəldilməsindən qaçmaq) üçün həyata keçirildiyi işin faktiki halları ilə təsdiq olunur. Əmlakların yüklü olmasını bağışlayan və əmlakı qəbul edən də bilirdi. Onlar doğma ata və oğullardır və uzun illərdir ki, həmin mübahisə məhkəmələrin icraatında olmaqla əmlaklar 2011-ci ildən ipoteka ilə yüklü edilib. Apelly asiya instansiyası məhkəməsi əmlakların bağışlanması müqavilələrinin etibarsız hesab olunması tələbinin əqdlərin etibarsızlığına dair maddi hüquq normalının dispozisiya şərtlərinə uyğunluğu kontekstində yoxladıqdan sonra digər əqdlərin (Lizinq şirkəti ilə bağlanmış alğı-satqı və Xı ilə bağlanmış ipoteka müqavilələrinin) hüquqi nəticələri ilə bağlı dəyərləndirmə aparmalıydı. Bağışlama müqavilələrinin etibarsızlığı halında, məhkəmə bundan sonra bağlanmış əqdlərdə vicdanlılıq (alıcının, ipoteka saxlayanın vicdanlı olması) məsələsinə qiymət verə bilərdi. Hazırki işdə, bağışlama müqavilələrinin etibarlılığı şərti hüquqi əhəmiyyət kəsb edir. Çünki, həmin əqdlər etibarlı əqdlər hesab olunmadığı təqdirdə bankın qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsinin mümkün olmadığı üçün delik t törətmiş şəxslərə qarşı (əqdləri bağlayan ata və oğluna qarşı) vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yaranır. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 310, 320, 314, 337, 354-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcan ov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasına dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilib, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilib, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində vicdanlı ipoteka saxlayan X3 hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilib və qalan hissədə id dia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia tələbi əmlaklar üzərində ipoteka yüklülüyünün bərpa edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində X vicdanlı ipoteka saxlayan kimi hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilməlidir. İddia tələbi əmlaklar üzərində ipoteka yüklülüyünün bərpa edilməsi hissəsində qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində Xn vicdanlı ipoteka saxlayan kimi hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilməlidir. Cavabdehin və üçüncü şəxsin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqların saxlanıldığı Mülki Məcəllənin 149.2-ci maddəsində qeyd olunsa da daşınmaz əmlakın dövlət reyestrində aparılmış yanlış qeydiyyata görə dəymiş zərərin əvəzinin ödənilməsinin iddiaçı tərəfindən tələb edilməsi istisna edilmir. Odur ki, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olub. Apellyasiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 148, 149, 271, 340, 310, 320, 314-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslanlırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı ASC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırıb ki, əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir. Apellyasiya məhkəməsi qərar qəbul edərkən, qeyd edilənləri nəzərə almayaraq, Cavabdeh3MMC-ni vicdanlı alıcı hesab edərək, Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasının alqı-sat qı müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyün bərpa edilməsi tələbi təmin edilməyib. Məhkəmə hüquq bərabərliyi və ədalət prinsipi əsaslarını pozaraq Cavabdeh3MMC-nin mənafeyini nəzərə alıb, lakin tərəflər arasında qanunsuz aparılmış qeyd əsasında alqı-satqı müqaviləsi bağlanarkən ipoteka saxlayan olan Bankın hüquq və mənafələrini, həmçinin qanunla qorunan maraqlarını nəzərə almayıb. Hüquq bərabərliyi və ədalət prinsipinə əsasən Bankın iddia tələbi təmin edilərək, ipoteka yüklülüyü bərpa olunmalı və həmin əmlaklar məhkəmə qətnaməsinə əsasən hərracdan satılaraq Banka olan borc və dəymiş ziyan ödənilməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağ lanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasına dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsi görünüş üçün bağlanılıb, uydurma əqd olmaqla, əhəmiyyətsizdir. Yəni Cavabdeh1 ilə Cavabdeh2 qeyd olunan əmlaklarla bağlı bağışlama müqaviləsini bağlamaq niyyəti daşımayıb, sırf hüquqi görünüş yaratmaq üçün özlərini bağışlama müqaviləsini bağlamış kimi göstəriblər. Bağışlama müqavilələri etibarsız əqd olduğu üçün həmin bağışlama müqavilələrinin verdiyi hüquqlar əsassında bağlanmış digər müqavilələr də etibarsız hesab olunmalıdır. Belə ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqavilələri əhəmiyyətsiz əqd olduğundan və həmin əhəmiyy ətsiz əqdin verdiyi hüquqlar əsasında mülkiyyətçi olaraq mübahisələndirilən alqısatqı və ipoteka müqavilələri üzrə satıcı və ipoteka qoyan olan şəxs Cavabdeh2 qeyd edilən müqavilələri bağlamağa səlahiyyəti olmayıb. Ona görə də, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasının (ofis vəməişət xidməti binası) 18 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçıASC xeyrinə yüklülük bərpa edilməlidir. İpoteka haqqında qanununa əsasən, ipoteka müqaviləsinin xitamına və yüklüyün ləğvinə əsaslar olmadığı halda Reyestri Xidməti tərəfindən qanunsuz aparılmış qeyd ilə əmlakların yüklülükdən azad olunması nəticəsində Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin icrası mümkün olmayıb. Bunun nəticəsində İddiaçı ASC-yə maddi ziyan dəyib. Həmçinin ipoteka qeydinin ləğv edilməsi ipoteka müqaviləsinin xitam olunmasına əsas ola bilməz. Göründüyü kimi Bank ilə cavabdeh arasında bağlanmış ipoteka müqavilələri hal-hazırda da qüvvədədir. Reyestr Xidməti tərəfindən əsassız olaraq əmlakların yüklülükdən azad olunması barədə qeyd aparılıb və nəticədə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsinin icrası mümkün olmayıb. Bunun nəticəsində İddiaçıASC-nə maddi ziyan dəyib. Hazırda mübahisələndirilən əmlaklara tutumanın yönəldilməsi ilə bağlı Xətai rayon məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Lakin, həmin qətnamə halhazıradək cavabdehlərin qanunusuz hərkətləri səbəbindən icra olmayıb. Apellyasi ya məhkəməsi qərar qəbul edərkən cavabdehlər tərəfindən bağlanmış etibarsız əqdlərə əsasən məhkəmə qətnaməsinin icrasına yönəlmiş maneələri nəzərə almayaraq, Bankın iddia tələbinin təmin olunmadığı halda, gələcəkdə həmin qətnamənin icrasının qeyri mümkün olduğunu nəzərə almayıb. Üçüncü şəxs X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 10 may 2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən qeyri yaşayış binasına dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019cu il tarixli bağışlama m üqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 adına verilmiş Çıxarış ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqların bərpa edilməsi” hissəsində ləğv edilməsini xahiş edib. Üçüncü şəxs X kassasiya şikayətini onunla əsaslandırıb ki, yüklülüyün bərpa edilməsi üzrə iddia əsassızdır. Belə ki, hansısa hüququn bərpa edilməsini tələb etmək üçün ilk növbədə bu hüququn əvvəllər mövcud olduğunu, sonradan hansısa əsasla itirildiyini və yaxud ləğv edildiyini sübut etmək və bu əsasla yenidən bərpasını tələb etmək lazımdır. Hazırki iş üzrə tam sübut olunmuşdur k i, "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X21 oğlu arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi 5 “E” saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair bağlanılmış 18 noyabr 2011-ci il tarixli sonrakı ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmayıb və ümumiyyətlə belə bir qeydiyyat aparılması üçün Bank tərəfindən Reyestr Xidmətinə müraciət edilməyib. Hazırki iş üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi "xxxx" İKB ASC ilə X21 oğlu arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsi öhdəliklərin icrasının təminatı olaraq həmin tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipo teka yüklülüyünün dövlət qeydiyyatına alınması barədə mülki iş materiallarında heç bir sübut yoxdur. Bu barədə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı mərhələsində məhkəməyə sübut təqdim olunması Bankın nümayəndəsinə təklif olunsa da məhkəməyə heç bir sübut təqdim etməyib. Yəni iddiaçı tərəfindən öz iddiasının hüquqi əsası ilə bağlı məhkəməyə sübut təqdim edilməyib. Reyestr Xidmətindən məhkəməyə təqdim olunmuş cavab məktubunda qeyd edilən ipoteka müqaviləsinin dövlət qeydiyyatı üçün təqdim edilməsi təsdiq olunmayıb. Belə olan halda tam təsdiq olunur ki, mübahisə predmeti olan daşınmaz əmlak üzərində Bankın ipoteka hüququ əmələ gəlməyib və əmələ gəlməyən hüquqa istinad edərək hansısa bir iddia sürməsi tam əsassız və qanunsuzdur. Ümumiyyətlə hazırki iş üzrə İddi açı həmin müqavilə üzrə tərəf olmadığından həmin müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırması üçün müvaqif subyektiv hüquqa malik olmayıb və apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin bu kimi əhəmiyyət kəsb edən halları nəzərə alınmayıb. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair notarial qaydada qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən qeyri yaşayış binasına dair notariat orqanında qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 senyabr 2019-cu il tarixli bağışlama müqavi ləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka yüklülüyü ilə bağlı hüquqlarının bərpa edilməsi” hissələrində ləğv edilərək İddiaçı ASC-nin iddiasının həmin hissələrdə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, bağışlama müqavilələrinin Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə əsaslanaraq etibarsız hesab edilməsi qanun pozuntusudur. Belə ki, X21 oğlunun bağlamış olduğu kredit müqaviləsi 2011-ci il tarixində bağla nıb. Həmin tarixdə hər iki əmlak onun mülkiyyətində olmayıb. Əmlaklar onun mülkiyyətinə 2013-cü ildə alqı-satqı müqaviləsinə əsasən keçib. Alqı-satqı nəticəsində onun mülkiyyətinə keçən əmlakların X21 oğlunun krediti üzrə yüklü olduğunu bilməyib. İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ipoteka yüklülüyünü dövlət qeydiyyatına aldırmaq üçün Reyestr Xidmətinə müraciət etməyib və bu əmlaklar üzərində yüklülüyü sübut edəcək müvafiq sənədi indiyə kimi keçirilən bütün məhkəmə araşdırmasına təqdim etməyib. Hətta, bu sübutun iddiaçı tərəfindən təqdim edilməsi üçün dəfələrlə məhkəmə iclasları təxirə salınsa da, iddiaçı əmlakların yüklü edilməsi barədə sənədi məhkəməyə təqdim edə bilməyib. İddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları, yəni yü klülüyün mövcud olmasını və eyni zamanda, yüklülük barəsində Reyestr Xidmətinə müraciət etməsini sübut edə bilməyib. Kassasiya şikayətinə etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmas a da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 310-cu maddəsinə əsasən, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir; 320-ci maddəsinə əsasən, əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipotekasaxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir; 314-cü maddəsinə əsasən, ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə görə. əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 354.1-cü maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsız lığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı ASC, Cavabdeh1 və üçüncü şəxs X ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın tam təmin olunmayan və qismən təmin edilən hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissəd ə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Nikoyl” İKB ASC ilə X12 arasında 18 no yabr 2011 -ci il tarixli kredit müqaviləsi bağlanıb, sonuncuya Bank 835.000 ABŞ dolları kredit verib, kreditin təminat olaraq X6 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən eyri yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5 “E” saylı fərdi yaşayış evi 18 noyabr 2011 -ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilib. Sonradan borcalan tərəfindən kredit müqaviləsi üzrə əsas və faiz borcu tam ödənilsə də, Bank ödənilməmiş cərimə borcu ilə bağlı məhkəməyə müraciət edib. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə Bankın iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 500 ABŞ dollar ı cərimənin tutulması qət edilib. Qətnamə qanuni qüvvəyə minib və qətnamə ilə müəyyən edilmiş cərimə məbləği tam ödənilib. Bundan başqa, "xxxx" İKB ASC ilə X21 oğlu arasında bağlanmış 18 noyabr 2011 -ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 835.000 ABŞ dolları kredit verilib və borcun təminatı olaraq yuxarıda göstərilən əmlaklar bankın xeyrinə ipoteka ilə yüklü edilib. Bu müqavilə üzrə əsas borc ödənilib, bankın iddiası əsasında Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ödənilməmiş faiz və cərimə borcunun (cəmi 190.801,48 ABŞ dolları) borcalandan Bankın xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi qət edilib. Daha sonra, X13 və Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qə tnaməsinə həmin Məhkəmənin 15 fevral 2019-cu il tarixli qərardadı ilə izah verilib və qətnamə ilə müəyyən edilmiş 500 ABŞ dolları cərimə ödənildiyi təqdirdə "xxxx" İKB ASC ilə X13, X21 oğlu və X12 arasında bağlanmış 18 noyabr 2011 -ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş qeyri-yaşayış binası və "xxxx" İKB ASC ilə Cavabdeh1, X21 oğlu və X12 arasında bağlanmış 18 noyabr 2011 -ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş fərdi yaşayış evi ipotekadan azad edilib. Bank tərəfindən qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə təmin edilməyib və qərardad dəyişdirilmədən saxlanılıb. Həmin qərardad əsasında hər iki əmlak üzərində olan yüklülük Reyest Xidməti tərəfindən götürülüb. Bundan so nra, fərdi yaşayış evi 10 may 2019-cu il tarixli, qeyri- yaşayış binası isə 16 sentyabr 2019-cu il tarixli bağışlama müqavilələri əsasında Cavabdeh2 mülkiyyətinə keçib. Sonradan XX11 X əvvəlcə 300.000 manat, daha sonra 100.000 manat olmaqla, cəmi 400.000 manat borc pul alıb, aralarında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanıb və borc öhdəliyinin təminatı olaraq fərdi yaşayış evi X xeyrinə ipoteka ilə yüklü edilib. Qeyri-yaşayış binasına gəldikdə isə həmin qeyri-yaşayış binası bağışlama müqaviləsi ilə Cavabdeh2 mülkiyyətinə keçdikdən sonra 12 fevral 2020- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 MMC-nə 700.000 manata satılıb. Cavabdeh3 MMC həmin əmlakı X5 lizinqə verib və tərəflər arasında daxili lizinq müqaviləsi bağlanıb və lizinq obyekti lizinq alanın i stifadəsinə verilib. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, sözügedən əmlakları ipoteka ilə yüklü etmiş Cavabdeh1 həmin əmlaklara tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bilə-bilə həmin əmlakların ipotekadan azad edilməsinə nail olmaqla onları bağışlama yolu ilə öz doğma oğlu Cavabdeh2 adına keçirib. Göründüyü kimi, bağışlama müqavilələri əmlakların ipotekadan yayındırmaq (tutmanın yönəldilməsindən qaçmaq) məqsədi ilə bağlanıb və bu hal İddiaçı ASC-nin kassasiya şikayətinin dəlilləri ilə də istisna olunmur. Belə ki, əmlakların yüklü olmasını bağışlayan Cavabdeh1 və əmlakı qəbul edən Cavabdeh2 da bilirdi. Onlar doğma ata və oğullardır və uzun illərdir ki, həmin mübahisə məhkəmələrin icraatında olmaqla ə mlaklar 2011-ci ildən ipoteka ilə yüklü edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola billər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etib arsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları tədqiq edib qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evinə dair notariat orqanında qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 may 2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına dair notarial qaydada qe ydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli bağışlama müqaviləsi görünüş üçün bağlanıb və uydurma əqd olmaqla, əhəmiyyətsizdir. Yəni, Cavabdeh1 ilə Cavabdeh2 qeyd olunan əmlaklarla bağlı bağışlama müqaviləsini bağlamaq niyyəti daşımayıb, sırf hüquqi görünüş yaratmaq üçün özlərini bağışlama müqaviləsini bağlamış kimi göstərmişlər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin və üçüncü şəxsin irəli sürdüyü arqumentləri araşdırıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmulu olan apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən bağışlama müqavilələri ilə bağlı hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Lakin, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında alğı-satqı müqaviləsinin etibars ız hesab edilməsi ilə bağlı hissədə iddia əsassızdır. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar (“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi hazırkı işə tətbiq edildikdə qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X Cavabdeh2 vermiş olduğu 400.000 manab borc pulun təminatı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin öz xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlayarkən, Cavabdeh3 MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 lizinqə vermək üçün alqı- satqı müqaviləsi əsasında alarkən və eyni zamanda, X7 həmin əmlakı istifadəsinə götürüb lizinq verənlə daxili lizinq müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğuna güman etməyə, buna güvənməyə tam haqlı olmuşlar. X14 həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşın maz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdan lı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdəəqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri- dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydəəsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər iki daşınmaz əmlak üzərində olan yüklülüyün tam götürülməsi ilə daşınmaz əmlakın dövlət reyestrində yanlış qeyd aparılmış olsa da, bundan sonra bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Bu, 700.000 manat pul verib obyekti lizinqə vermək üçün alan, lizinq müqaviləsi bağlayaraq obyekti istifadəyə götürən, aylıq lizinq ödənişləri edən şəxslərin hüquqlarının qəbuledilməz dərəcədə pozulması deməkdir. Həmçinin dövlət reyestrinin həqiqiliyinə güvənərək bu əmlaklarla bağlı müqavilə bağlayan, 400.000 manat borc pul verib borcun təminatı kimi obyekti ipoteka saxlayan X hüquqlarının pozulması deməkdir. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, istər alqı-satqı, istərsə də, ipoteka müqavilələrin uydurma və ya yalan əqd olması inandırıcı deyil. Belə ki, göstərilən məbləğlər kifayət qədər yüksək məbləğlərdir və hər biri notariusun depozit hesabına köçürülərək ödənilib və bu barədə sənədlər mülki iş materiallarına əlavə edilib. Apellyasiya instansiyası məhkəməsi, bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını obyektin real bazar dəyərindən çox aşağı qiymətə satılması ilə əlaqələndirən iddiaçı tərəfin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır”.(“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin və üçüncü şəxsin iddiaçının alqısatqı müqaviləsinin görünüş üçün bağlanması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, mülki işin hallarından görünür ki, Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetiriblər. Yəni, satıcı qismində çıxış edən Cavabdeh2 satış predmeti olan obyekti alıcı Cavabdeh3 MMC-nin mülkiyyətinə verib, Cavabdeh3 MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəyib. Bu isə tərəflərin alqı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı h üquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Hər hansı müqavilənin sırf görünüş üçün bağlanması ilə bağlı nəticəyə gəlinməsi üçün isə zəruri olan hal tərəflərin müqaviləyə uyğun nəticələrin yaranması ilə bağlı hüquqi niyyətlərinin olmamasıdır (Mülki Məcəllənin 340.1-ci maddəsi). Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Əqdi n etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi vəəmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Mülki qanunvericilik əqdlərin etibarsızlığı haqqında vacib və prinsipial əhəmiyyətə malik olan ümumi hüquqi prinsip müəyyən edir: “Mülki Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin puç (əhəmiyyətsiz) olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, etibarsızdır. Konkret mülki-hüquqi mübahisəni həll edən məhkəmə göstərilən qaydadan kənara çıxa bilməz. Məhkəmələr əqdin etibarlı olması şərtlərinə cavab verən, lakin qanunun tələblərinə zidd olan əqdi etibarlı əqd saya bilməzlər”. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir. Mübahisə edilən (nisbi etibarsız) əqd odur ki, bu əqd avtomatik yox, yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi halda etibarsız sayılır. Hazırki işdən görünür ki, iddianın predmetini təşkil edən alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanunda əqdin etibarsız sayılması ilə bağlı nəzərdə tutulan imperativ şərtlərdən heç biri mövcud deyil və mülki iş materialları ilə müəyyən olunur ki, Faktor Lizinq” MMC vicdanlı alıcıdır. X15 Bayram qızı vicdanlı ipoteka saxlayandır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi iddia tələblərini qismən əsaslı sayıb müəyyən etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində vicdanlı ipoteka saxlayan X3 ipoteka hüquqları saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin əmlaklar üzərində ipoteka yüklülüyünün bərpası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edib. Belə ki, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hü quqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda kollegiya qeyd edir ki, ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmla kın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Mülki Məcəllənin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 320-ci maddəsinə əsasən əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, on ların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir. Həmin Məcəllənin 314-cü maddəsinə əsasən ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi əmlaklar üzərində ipoteka yüklülüyünün bərpa edilməsi hissəsində qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5 “E” saylı fərdi yaşayış evi üzərində X vicdanlı ipoteka saxlayan kimi hüquqları nəzərə alınmaqla, İddiaçı ASC-nin ipoteka yüklülüyü ilə bağlı hüquqları bərpa edilməlidir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının qanuni mənafeyinin müdafiəsi məqsədilə qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üç ün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, cavabdehin və üçüncü şəxsin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqların saxlanıldığı bu maddədə də qeyd olunsa da daşınmaz əmlakın dövlət reyestrində aparılmış yanlış qeydiyyata görə dəymiş zərərin əvəzinin ödənilməsinin iddiaçı tərəfindən tələb edilməsi istisna edilməmişdir. Odur ki, iddiaçı bu cür tələblə məhkəməyə müraciət edə bilər. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kassatorların kassasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələbl ərini pozduğunu, işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəldiyini göstərsələr də, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndi rilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı ASC-nin, 3- cü şəxs X və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(103)-2855/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar