Məhkəmə qərarları › İş №2(102)-6395/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6395/2021

23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6395/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoruna, Cavabdeh2, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qohumluq faktının müəyyən edilməsi, mirasın faktiki qəbulu, vəsiyyətnamənin etibarsızlığı, mənzildən çıxarma, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4200/2021 nömrəli iş üzrə 25 iyun 2021-c i il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı “qohumluq faktının müəyyən edilməsi, miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X7 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi, E saylı mənzilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi və 28 saylı notariat ofisi tərəfindən E saylı mənzili ilə bağlı vərəsəlik şəhadətnaməsinin onun adına verilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədova X1 Marina Vladimirovnaya qarşı “mənzildən çıxarılma, həmin mənzildən istifadəyə maneələrin qadağan edilməsi, mənzilə köçürülmə və mənzilə dair sənədlərin və açarlarının surətinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanından çıxarılması, həmin mənzildən onun tərəfindən istifadəyə maneələrin cavabdehə qadağan edilməsi, onun ünvan 1 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin cavabdehdə qalan açarlarının surətinin ona qaytarması, 3000 manat kirayə haqqının və mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X5 ilə aşağıdakı qaydada ana xətti ilə qohumluq münasibətləri mövcuddur: 1.İddiaçı, 2.X11 vəfat edib 20.05.2014-cü il tarixdə Bakı şəhərində-anasıdır: 3.X3 vəfat edib Krasnodar vilayəti-ana xəttilə nənəsidi. 1.X8 vəfat edib 26.12.2019-cu il tarixdə Bakı şəhərində-xalası qızıdır; 2.X2 vəfat edib 14 oktyabr 1957-ci ildə Çuvaşya vilayəti-xalasıdır; 3.X6 vəfat edib Krasnodar vilayəti-ana xəttilə nənəsinin bacısıdır. Müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, mərhum L.Parpura ilə qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Mərhum xalası qızı L.Parpuranın B akı şəhərində yeganə qohumu o olmaqla, onun qayğısına qalmışdır. RF ərazisində yaşayan qohumlarla hər ikisinin əlaqəsi 90-cı illərdən sonra olmamışdır. Yaşlı insan olaraq o, L.Parpuraya qayğı göstərmiş, daimi olaraq bir-birlərinə gəliş-gedişləri olmuşdur. 2019-cu ilin dekabr ayında o, L.Parpuranı xəstəxanaya yerləşdirmiş, 26.12.2019-cu ildə L.Parpura vəfat etmiş, o onu ailələrinə məxsus qəbirstanlıqda yerləşən torpaq sahəsində dəfn etmişdir. L.Parpuradan qalan əmlak faktiki tərəfindən qəbul edilmiş, bütün rəsmi sənədlər ondadır, yəni çıxarışın əsli, vəsiyyətnamənin əsli, hazırda mənzil onun sahibliyində və istifadəsindədir. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nətic əsi olaraq 05 may 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. Cavabdeh2 öhdəçiliyini yerinə yetirməmiş, daha doğrusu, maddi imkansızlığı, vaxtının olmamasını əsas gətirərək vəsiyyətnamənin surətində öz dəsti xəttilə 16.08.2018-ci il tarixdə yazmış və bir daha vəsiyyətnamənin əsl mahiyyətin məlum etmişdir ki, həqiqətdə vəsiyyətnamə deyil, ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlanması tərəflər arasında razılaşdırılmışdır. Yenə Cavabdeh2 L.Parpuraya yanlış məlumat vermiş, yəni öz imzası ilə renta müqaviləsindən imtina etməyi ilə vəsiyyətnamənin ləğv edildiyini məlum etmiş, L.Parpura isə buna inanmışdır. Bu səbəbdən L.Parpura notariat ofisinə müraciət etməmişdir. Bu barədə L.Parpura sağlığında ona danışmış, lakin onun da bu sahədə təcrübəsi olmadığı üçün L.Parpuraya məsləhət ver ə bilməmişdir. L.Parpuranın ölümündən sonra miras əmlakın faktiki onun tərəfindən qəbul olunması məqsədi ilə 8 saylı notariat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, 28 saylı notariat ofisində bu daşınmaz əmlakla bağlı vəsiyyətnamə mövcuddur. Bu səbəbdən o, inzibati orqanlara müracəit etmiş, lakin sualın məhkəmə orqanlarında müzakirə olunması ona tövsiyyə edilmişdir. Cavabdeh2 ilə L.Parpura arasında renta müqaviləsinin şərtləri dairəsində razılaşma olduğu üçün məlum halda ömürlük saxlamaq şərti ilə renta müqaviləsinin prinsipləri tətbiq edilməlidir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 öz istəyinə əsasən 05.05.5018-ci il tarixdə ona vəsiyyətnamə vermişdir. 28.12.2020-ci il tarixdə X9 rəhmətə getmişdir. Bundan xəbər tutan cavadeh yar anmış şəraitdən istifadə edərək vasitəçilər vasitəsi ilə mənzili ələ keçirmək üçün hərəkətə keçmiş, mənzildə olan sənədləri və X4 məxsus əmlakları mənimsəmiş, təcili sənədlər toplayaraq mənzili ələ keçirmək istəmişdir. Xəbər tutanda ki, vərəsə var, ondan polisə əsassız olaraq şikayət edərək sübut toplamağa cəhd etmişdir. Sual olunur əgər həqiqətən də qohumsan və mirası qəbul etmisənsə, onun barədə notariusdan nə üçün məlumat almır, nə üçün polisin əli ilə məlumat toplanır, hətta polisdə olan izahatla da tanış olunur, halbuki ona cavabdehin kimliyi barədə belə məlumat verilmir, təsadüf deyil ki, məhkəmədə də tələm-tələsik polisdə olan materialların alınması üçün vəsatət təqdim edilir. Bu isə təsadüfi adamların mənzilə sahib çıxmaq niyyətini bir daha təsiq edir. İddiaçı və himayədarlarının əməlləri nəticəsində o, ona miras qalan əmlaka sahib çıxa bilmir. İlkin iddia ərizəsindən də görünür ki, əmlak İddiaçı hazırda sahibliyi və istifadəsindədir. Vərəsə olaraq iddiaçı əsassız iddialarla ona vərəsə olaraq verilən əmlakdan istifadə etməyə mane olmaqla bərabər miras qoyulan əmlaka özlərini qaçqın kimi təqdim edən şəxsləri yerləşdirmişlər. O, isə məcburən kirayədə qalmaqla onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır. İddiaçı edilən xəbərdarlıqldara baxmayaraq artıq üçüncü dəfədir ki məhkəmədə əsassız iddialar təqdim edir. Nəticədə o, 2020-ci ilin yanvar ayından kirayədə qalmaq məcburiyyətindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 fevral 2021-ci il tarixli 2(009)-168/2021 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilk v ə qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iikin iddia tələbi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Beləliklə, qanunverici tərəfindən vərəsəliyə çağırılanların siyahısı dəqiq müəyyən olunmuşdur və onun geniş şərhə ehtiyacı yoxdur. İlkin iddia üzrə İddiaçı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, L.S.Par pura ilə onun ana nənələri bacı olduqları üçün o, L.S.Parpuranın beşinci növbədə vərəsəsidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən ana xətti ilə nənənin bacısı qızı qanun üzrə vərəsələrin siyahısına daxil edilməmişdir. Müvafiq olaraq, mərhum L.S.Parpuranın mirasına vərəsəlik hüququ ilkin iddia üzrə iddiaçıya məxsus deyildir. İlkin iddia üzrə iddiaçının mərhum L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktı vərəsəlik hüququnu yaratmır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı mərhum L.S.Parpura ilə qohumluq münasibətlərində o lması faktı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, o, cavabdehə qarşı miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu hal isə qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı qohumluq faktının müəyyən edilməsi, miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsızlığı tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 miras əmlakı nə rəsmi, notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etməklə, nə də, faktiki, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul etmədiyi üçün məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 miras əmlakı öz əmlakı kimi qəbul etmir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159, 1243.1, 1243.2, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 307.1, 307.2.1, 308-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Hüquqi əhəmiyyətli faktların müəyyən e dilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinni təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 2(103)-4200/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 203 fevral 2021-ci il tarixli 2(009)-168/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxl anılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-168/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi əsaslı və qanuni olduğundan şikayət təmin edilməməlidir. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1159.4 və 1159.5-ci maddələrini təhrif etməsi ilə bağlı mülahizəsi əsassızdır. Belə ki, İddiaçı anasının L.S.Parpuranın xalası qızı olması onun 5-ci dərəcə vərəsələr siyahısına salınması üçün əsas deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edir ki, ilkin iddia üzrə İddiaçı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində iddia tələbini onunla əsas landırmışdır ki, L.S.Parpura ilə onun ana nənələri bacı olduqları üçün o, L.S.Parpuranın beşinci növbədə vərəsəsidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən ana xətti ilə nənənin bacısı qızı qanun üzrə vərəsələrin siyahısına daxil edilməmişdir. Müvafiq olaraq, mərhum L.S.Parpuranın mirasına vərəsəlik hüququ ilkin iddia üzrə iddiaçıya məxsus deyildir. İlkin iddia üzrə iddiaçının mərhum L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktı vərəsəlik hüququnu yaratmır. Həmçinin, İddiaçı apelyasiya şikayətində vəsiyətnamənin şərtsiz deyil renta müqaviləsi kimi qeydə alınmalı olduğunu, L.S.Parpuranın Cavabdeh2 notariat kontoruna aparmaqla vəsiyətnaməni ləğv etdirmək istəyinin L.Papuranın savadsızlığından irəli gəldiyini və bu məqamdan Cavabdeh2 istifadə etdiyini qeyd etsə də bu hallarl a bağlı sübutları məhkəməyə təqdim etməmiş və iş materiallarından qeyd edilən hallarla bağlı sübutlar müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə hazırkı işdə də, birinci instansiya məhkəməsinin əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalı olması, yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilməsi barədə mövqeyi qanuni və əsaslıdır. İddiaçı mərhum L.S.Parpura ilə qohumluq münasibətlərində olması faktı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, o, cavabdehə qarşı miras qalmış əmlakın faktiki qə bulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu hal isə qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməməsinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanm asına dair gəldiyi nəticə əsassızdır. Belə ki, şərh olunduğu kimi, İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X10 ilə aşağıdakı qaydada ana xətti ilə qohmluq münasibətləri mövcuddur.

1. İddiaçı,

2. X11 (vəfat edib 20.05.2014-cü il tarixdə Bakı şəhərində) anasıdır, 3 X3 (vəfat edib Krasnodar vilayəti - ana xətti ilə) nənəsidir. Apelyasiya instansiyası məhkəməsi vərəsələrin dairəsini müəyyən edə bilməmiş və nəticədə əsassız olaraq onun vərəsələr dairəsinə daxil olmamasına və buna görə də onun cavabdehə qarşı miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmamasına və bu halın isə qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsassız olmasına dair əsassız nəticəyə gəlmişdir. O, Azərbaycan Respublikası MM-nin 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsələr dairəsinə daxil olduğundan apelyasiya instansiyası məhkəməsinin onun vərəsələr dairəsinə daxil olmamasına və buna görə də onun cavabdehə qarşı miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmamasına dair qətnamədə şərh olunan dəlilləri əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin həmçinin ilkin iddia üzrə onun mərhum L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktının vərəsəlik hüququnu yaratmamasma, həmçinin onun vəsiyyətnamənin şərtsiz deyil, renta müqaviləsi kimi qeydə alınmalı olduğunu L.S.Parpu ranın Cavabdeh2 notariat kontoruna aparmaqla vəsiyyətnaməni ləğv etmək istəyinin L.Parpuranın savadsızlığından irəli gəldiyini və məqamdan istifadə etdiyini qeyd etsə də, bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməməsinə dair dəlilləri əsassızdır. Belə ki, qohumluq münasibətləri müvafiq icra hakimiyyəti (qeydiyyat şöbələri) tərəfindən verilən şəhadətnamələrlə, belə şəhadətnamələr olmadıqda və bunun başqa. qaydada əldə edilməsi imkanı olmadıqda məhkəmə qaydasında müəyyən olunur və bu zaman qohumluq münasibətlərini təsdiq edən yeganə və mümkün sübut şahid ifadələrindən ibarət olur. Birinci instansiya məhkəməsində çoxsaylı şahidlərin ifadələri ilə onun miras qoyan L.Parpura ilə qohumluq münasibətlərində olması və bu qohumluq münasibətlərinin dərəcəsi tam sübuta yetrilmmişdir. Onun mərh um L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktı isə vərəsəlik hüququnun yaranması üçün deyil, mirasın qəbul edilməsinə dair əhəmiyyəti vardır. Məhkəməyə təqdim edilmiş 05 may 2018-ci il tarixli vəsiyyətnamənin üzərində Cavabdeh2 16 avqust 2018-ci il tarixdə vaxtım yoxdur, imtina edirəm, işləyirəm sözlərini qeyd etməklə həmin vəsiyyətnaməni geri qaytarmış və belə qeyd aparılmış vəsiyyətnamə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, tərəflərin hər biri həqiqi iradə ifadələri ilə vəsiyyətdən 16 avqust 2018-ci il tarixdə imtina etmişlər. Miras qoyan L.Parpura isə 26 dekabr 2019-cu il tarixdə, yəni vəsiyyətdən imtina edilməsindən 1 il 4 aydan artıq bir müddət keçdikdən sonra ölmüşdür. Həmin müddət ərzində onların aralarında hər hansı əlaqədar olmamışdır. Göstərilən hala apelyasiya instansiyası məhkəməsi ümumiyyətlə hüquqi qiymət verməmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi onun apelyasiya şikayətinin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmiş, iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Bu da maddi hüquq normalarının pozulması olub, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh 28 saylı Notariat Kontorunun səlahiyyə tli nümayəndəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi ape llyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müd afiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında izah etmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdı r. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1159. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.4. Dördüncü növbədə xalalar və bibilər, dayılar və əmilər; 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə ilk iddiaya dair hissədə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi, ilk iddiaçı kasasiya şikayətində də özünün beşinci dərəcə vərəsə olmasına istinad etmişdir. Lakin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, ilk iddiaçı özü tələbində göstərmişdir ki, L.S.Parpura ilə onun ana nənələri bacı olmuşlar. Bu isə onun beşinci dəcərə vərəslər sırasına daxil olmadığının birbaşa göstəricisidir. Belə olan halda, ilk iddiaçı mərhumun vərəsələri sırasına daxil edilə bilmədiyi üçün onun digər tələbi-vəsiyyətnamənin eti barsızlığını tələb etməsi üçün subyektiv hüquqa olmadığı üzrə də apelyasiya kollegiyası düzgün hüquqi mövqe nümayəiş etdirmişdir. Kasasiya şikayətinin digər dəlili olan qarşılıqlı iddiaçının vəsiyyətnaməni qəbul etməməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, həmin dəlil ilk iddia ilə deyil, qarşılıqlı iddia tələbi ilə bağlı haldır ki, işdən də göründüyü kimi qarşılıqlı iddia tələbi təmin edilməmiş və həmin hissə yuxarı instansiya məhkəməsində mübahisələndirilməmişdir. Belə olan halda isə həmin dəlil üzrə hər hansı kasasiya yoxlamasının həyata keçirilməsinə zərurət növcud deyildir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhk əmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4200/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar