Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-64/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X7, Cavabdeh və vəkili X5 iştirakı ilə, İddiaçı X6 Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 24 saylı xüsusi Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2 019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı X6 Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 24 saylı xüsusi Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m. olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzrə Cavabdeh adına xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 24 saylı DNK tərəfindən verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Ap ellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və N.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnamə sinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X10 Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 24 saylı xüsusi Notariat Kontoruna qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzrə Cavabdeh adına verilmiş xx xxxxxxxx 2016- cı il tarixli verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında verilmiş xx xxxxxxx 2016- cı il tarixli çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi «iddia tələbinin dəqiqləşdirilməsi barədə» əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 35 kv.m.olan fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi üzrə cavabdeh X3 adına xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Bakı şəhər sakini X1 xüsusi mülkiyyətində Xızı rayon Safbulaq kəndində ümumi sahəsi 35 kv.m. evi və 0,12 ha həyətyanı torpaq sahəsi vardır və onun mülkiyyət hüququ xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır. Həmçinin o da mübahisə olunmur ki, X10 və Cavabdeh X1 qardaşlarıdır. X1 anası X9 xx.xx.1996-cı il tarixdə, atası Nəcəfov A ğaqulu Bəxtiyar oğlu isə xx.xx.1992-ci ildə vəfat etmişdir. Eyni zamanda işin mübahisə olunmayan hallarından görünür ki, X8 xx.xx.2016-cı ildə vəfat etmişdir. Həmçinin o da mübahisə olunmur ki X8 ailə qurmamışdır. İşin mübahisə edilməyən hallarına görə xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə ölmüş X1 vərəsəsi olması və onun sonuncunun mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 23,4 kv.m. olan fərdi yaşayış evinə və 0,12 ha torpaq sahəsinə tam paya malik olması təstiq olunmuşdur. Həmin şəhadətnamə əsasında fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Eyni zamanda o da mübahisə olunmur ki, Altıağac qəsəbə inzibati ərazi vahidinin Çıstı Klyuç ( Safbulaq) kəndi üzrə 1996-2000-cı illərə aid 10 nömrəli təsərrüfatbaşına kitabında Çıstı Klyuç (Safbulaq) kəndində yerləşən 323 nömrəli təsərrüfat üzrə X8 ailə başçısı, İddiaçı isə ailə üzvü kimi qeyd edilmişdir. İddiaçı bildirir ki, ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 35 kv.m olan fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi mərhum bacısı X4 mənsub olmuşdur. Bacısının vəfatından sonra hazırkı iş üzrə cavabdeh olan qardaşı Cavabdeh oglu qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 24 saylı notariat kontoruna ərizə ilə müraciət etmiş və notariat kontoruna yalan məlumat verərək özündən başqa vərəsələrin olmadığını göstərmişdir. Halbuki Xızı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arxiv çıxarışına əsasən Altıağac qəsəbə inzibati ərazi vahidinin Safbulaq kəndi üzrə 1996-2000-ci illərə aid təsərrüfat kitabında 323 nömrəli təssərrüfata Z.Nəcəfova ailə başçısı o isə ailə üzvü kimi göstərilmişdir. Arxiv arayışından göründüyü kimi arayışda cavabdehin deyil, ailə üzvü kimi onun adı göstərilmişdir. Orada çoxsaylı meyvə ağacları əkmişdir. Hər il məzunuiyyət vaxtı ailəsi ilə birlikdə orada yaşamışdır. Hər həftə sonu ailəsi ilə birlikdə Safbulaq kəndinə gedərək evə baş çəkir, ağacları və əkdiyi kənd təsərrüfat təyinatlı müxtəlif bitkiləri və tərəvəzləri sulayır, demək olar ki, 30 ildir ki, oradan bağ sahəsi kimi istifadə edir, bacısı X2 vəfatından sonra o miras əmlaka faktiki sahiblik etmiş və miras əmlakı faktiki idarə etməyə başlamışdır. Cavabdeh bildirir ki, məhkəmə işə baxarkən iddiaçının yanlış məlumatlarına və qanunlara deyil qonşu ların tərtib etdiyi akta əsaslanaraq, iddia ərizəsində mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair tələb irəli sürülməsə də, iddia ərizəsindən kənara çıxaraq qətnamənin əsaslandırıcı hissəsində həmin faktın müəyyən edilməsini əsas göstərərək qanun üzrə vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışı tamamilə ləğv etmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddətdə miras əmlakın qəbul edilməsi barədə Notariat Kontoruna ərizə verməmişdir. Bundan əlavə o, miras əmlakın qəbul etməsi faktının müəyyən olunması barədə məhkəməyə müraciət etmədən, bacısı Zenfira Nəcəfovaya məxsus torpaq sahəsində çoxsaylı meyvə ağacları əkməsini və hər il məzuniyyətə gedəndə ailəsi ilə birlikdə orada yaşamasını, eyni zamanda guya bacısının ailə üzvü olmasını əsas tutaraq hesab etmişdir ki, m irası qəbul etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı bacısı Zenfira Nəcəfova ilə birlikdə mübahisəli torpaq sahəsini əkib becərmiş, bacısının ölümündən sonra da həmin torpaq sahəsini əkib becərməyə davam etmiş və həmin torpaq sahəsinə və evə sahiblik etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki,Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüq uqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. İşin mübahisə edilməyən hallarından göründüyü kimi Zenfira Nəcəfovanın birinci növbə üzrə vərəsələri olmadığından və vəsiyyətnamə qoymadığından ikinci növbə üzrə vərəsələrin miras əmlakdan pay hüquqları yaranmışdır. Hazırkı iş üzrə həm iddiaçı həm də cavabdeh Z.Nəcəfovanın qardaşları olduğundan hər ikisi ikinici növbə üzrə vərəsədirlər. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin mübahisə edilməyən hallarından görünbdüyü kimi Cavabdeh miras əmlaka olan payını rəsmiləşdirmək üçün Bakı şəhəri 24 saylı xüsusi notariusa ərizə vermiş və digər vərəsələrdən ərizə daxil olmadığı üçün notarius Cavabdeh miras əmlak üzərində tam pay hüququnu müəyyən etmişdir. Həmçinin işin halları ilə müəyyən edilir ki, iddiaçı mirası qəbul etmək üçün notariat orqanına ərizə verməsə də, o mirası faktiki idarə etməklə qəbul etmişdir. Digər tərəfdən Mülki Məcəllənin 1243-cü maddəsi ndən göründüyü kimi miras əmlakın qəbulu yalnız notariat kontoruna ərizə verməklə deyil eyni zamanda miras əmlaka faktiki sahiblik etməklə də mümkündür. Bu baxımdan işin mübahisə edilməyən hallarından göründüyü kimi iddiaçı miras əmlaka faktiki sahiblik etməklə onu qəbul etmişdir. Qeyd edilənlərdən göründüyü kimi həm iddiaçı həm də cavabdeh qanun üzrə vərəsə olmaqla miras əmlakı qəbul etmişlər. Mehkəmə kollegiysı qeyd edir ki apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iddiaçının miras əmlaka hüquqlarının olmasını nəzərə alsa da cavabdehin də iddiaçı ilə bərabər pay hüququna malik olması faktını nəzərə almamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və onun əsasında verilmiş çıxarışı tam ləğv etmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi mövcud vərəsələ rin dairəsini müəyyən etməmiş və Z.Nəcəfovanın digər ikinci növbə üzrə vərəsələrinin olub olmamasını araşdırmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin də iddiaçı ilə bərabər pay hüququna malik olması faktını nəzərə almamaqla və iş üzrə vərəsələrin tam dairəsini müəyyən etməməklə mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin iş hallarından göründüyü kimi iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək çıxarışın və qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvini tələb etmiş, apellyasiya instansiyası məhkəməsi isə çıxarışı və qanun üzrə vərəsəlik şəhadətnaməsini qanansuz hesab edərək tam ləğv edən biricni isntansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki əqdin etibarsızlığı və ləğvi anlayışlarının bir-birindən fərqləndirilməsinin hüquqi əhəmiyyəti vardır. Əqdin etibarsızlığı tələbi əqdin özlüyündə əvvəldən etibarsız olduğunu nəzərdə tutaraq tərəflərın həmin əqd bağlanmamışdan əvvəl olan vəziyyətə qaytarılmasını nəzərdə tutduğu halda, əqdin ləğv edilməsi tələbi isə özlüyündə əqdin qanuniliyini təstiq edərək sonradan şəraitin dəyişməsi nəticəsində ona xitam verilməsini nəzərdə tutur. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətna mə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-64/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-64/2020
17.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver