Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6408/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX qızının Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6408/21 (Açar sözlər: pul mübahisəsi ) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin vəkili Bağırzadə Nofəl İsax oğlunun iştirakları ilə, İddiaçı XXX qızının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(103)-6148/2021 nömrəli, 21.06.2021ci il tarixli qətnamə sindən iddiaçı XXX qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair su və kanalizasiya xidmətləri üzrə sərfiyyata görə 2196 manat borc hesablanmışdır. Borcun hesablanmasına əsas qeyd olunan xidmətlərdən qanunsuz istifadə, yəni sayğacdankənar, müvafiq müqavilə bağlamadan istifadə etmək olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı XXX qızı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 17.01.2018-ci il tarixli 09082 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2196 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda ev alqı-satqısı ilə məşğul olan ofisi vardır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş və 17.01.2018-ci il tarixdə 09082 nömrəli akt tərtib edilmişdir. Akta əsasən tərəfindən qanunsuz olaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etdiyi qeyd edilmiş və buna görə 2196 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, akt qanunsuz yazılmışdır və ləğv edilərək hesablanmış vəsait silinməlidir. Belə ki, cavabdehin həmin anda obyektdə yoxlama keçirmək səlahiyyəti olmamışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(004)2446/2021 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh ASC tərəfindən tər tib edilmiş 17.01.2018-ci il tarixli 09082 saylı aktın ləğv edilməsi və həmin akta əsasən iddiaçı XXX qızına məxsus ünvan 1 ünvanına (076901 saylı abonent kodu) əsassız olaraq hesablanmış 2196 manat məbləğində borcun silinməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1; Su Məcəlləsinin 98; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 18-ci maddəsinin 1 bəndi; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin, 1-ci bəndlərinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsi MK-nın 21.06.2021-ci il tarixli q ətnaməsi ilə (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş No 2(103)6148/2021 saylı mülki iş) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2446/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı XXX qızının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddiası rədd edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnamədə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 72; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar”ının 3.1.1, 4.1.1, 8.7-ci maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı XXX qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı XXX qızı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkil i Vəkil kasasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
14. Cavabdehin vəkili Bağırzadə Nofəl İsax oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
15. Maddə.67.1. Bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.
16. Maddə.
72. Bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömr əli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar”ı:
17. Maddə. 3.1.1. Su təchizatı və kanalizasiya müəssisəsinin STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır.
18. Maddə. 4.1.1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir.
19. Maddə. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında su və kanalizasiya xidmətləri üzrə sərfiyyata görə 2196 manat borcun hesablanması və iddiaçıdan tələb olunması iş materialları ilə öz təsdiqini tapmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir k i tərəflər arasında su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün tələb olunan müqavilə bağlanmamış, yəni, istehlakçı üzərinə düşən vəzifəni icra etməmiş, nəticədə müqavilə olmadan qoşulmaqla su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmişdir. Belə olan halda, cavabdeh tərəfindən müqavilə olmadan istifadə edilməsi halı aşkar edildikdə əsaslı olaraq akt tərtib edilərək, su və kanalizasiya təchizatı dayandırılmış və dəymiş ziyan hesablanmışdır.
27. İddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə vurulmuş ziyan məbləği isə qanunvericiliyin tələbinə uyğun olaraq 12 ay müddətinə hesablanmışdır. Tərtib edilmiş aktdan görünür ki, ziyan məbləği Qaydaların 4 nömrəli əlavəsində göstərilən şəkildə hesablanmış və 2196 manat müəyyən edilmişdi r. Ona görə də, tərtib edilmiş akt əsaslı və qanuni olduğundan, onun ləğv edilməsi və borcun silinməsi barədə iddiaçının tələbi təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası kassatorun dəlillərini keçərli hesab etmir. Su xəttinə və kanalizasiya xəttinə qanunsuz qoşulma faktı sübuta yetirilir. Cavabdehin bununla bağlı heç bir dəlili yoxdur. Onun yeganə etirazı ondan ibarətdir ki, cavabdeh təşkilatın əməkdaşlarının həmin vaxt obyektdə yoxlama keçirmək səlahiyyəti olmamışdır. Apellyasiya Məhkəməsi haqlı olaraq həmin dəlili əsassız hesab etmişdir. Çünki iddiaçının istinad etdiyi halı sudan istifadə ilə bağlı yoxlamaların keçirilməsinə aid deyil. Cavabdeh təşkilatın əməkdaşlarının vəzifəsidir ki, sudan istifadənin qanuniliyini mütəmadi olaraq yoxlasınlar.
29. Qeyd olunanları nəzərə alaraq Kolleg iya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22(103)-6148/2021 nömrəli, 21.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.