Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-641/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ № 2(102)-641/2022 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Sadıqov Elçin Əli oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, tikililərdən öncə mövcüd olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1164/2021 nömrəli, 15.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə tərəflər qonşudurlar. Cavabdeh tərəfindən torpaq sahəsində tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alındığından, İddiaçı həmin tikililərin onun mülkiyyət hüquqlarını pozduğunu hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məh kəməsində icraat
2. İddiaçı əvvəlcə iddia ərizəsi, sonra isə iddia ərizəsini dəqiqləşdirmə barədə ərizə ilə müraciət edərək Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 2B saylı evin 26 saylı mənzilinin arxa tərəfdən eyvanının önündə qanunsuz olaraq tikdiyi tikililərin Cavabdeh hesabına sökülməsi, Cavabdeh onun eyvanının önünə düşən yerdə tikilmiş qanunsuz tikililər söküldükdən sonra tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-4906/2019 nömrəli, 20 dekabr 2019cu il tarixli protokoluna əsasən, işin məhkəmə baxışında yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli obyekt binanın giriş hissəsində deyil, arxa hissəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilidir. İddiaçı və cavabdeh ön giriş hissəsindən əlavə olaraq hər ikisi binanın arxa hissəsindən qapı açıblar. Cavabdeh öz mənzilinin qapısına açılan və bir hissəsi də iddiaçının mənzilinin qapısına açılan binanın giriş hissəsində deyil, arxa tərəfdə bir mərtəbəli özbaşına tikili inşa etmişdir. İddiaçının mənzilindən həmin tikililərə qədər olan məsafənin uzunluğu 3,60m, eni isə 3,20 m-dir.
4. Abşeron Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(012)-386/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2020-ci il tarixli 10/49 saylı rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilinin mətbəx tikilinin qarşı sındakı sahədə iş üzrə Cavabdeh tərəfindən inşa edilmiş tikililərə dair müvafiq icazə sənədləri olmadığından, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları”na riayət olunmadığı müəyyən edilir. Lakin, 26 saylı mənzilin mətbəx tikilisi ilə Cavabdeh tərəfindən inşa edilmiş tikililər arasında ən yaxın məsafə 3,6 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililərin 26 saylı mənzilin mətbəxinin izolyasiyasını pozmas ı və 26 saylı mənzildən texniki cəhətdən sərbəst istifadə edilməsini (girişi-çıxışı) məhdudlaşması müəyyən edilməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-386/2020 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, tikililərdən öncə mövcud olan vəziyyətin geri qaytarılması və abadlaşdırma aparması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 2b, 26 saylı mənzilin mətbəx tikilisindən açılan pəncərənin qarşısında 3,6 m məsafədə Cavabdeh tərəfindən tikilmiş tikintinin 3.20 metr enində və buna perpendikulyar olmaqla boya-boy Cavabdeh öz hesabına sökülməsi və həmin torpaq sahəsinin onun tərəfindən ə vvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.
7. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçıya məxsus ünvan 1 saylı mənzilin mətbəx tikilisi ilə Cavabdeh tərəfindən inşa edilmiş tikililər arasında ən yaxın məsafə 3,6 metr, eni isə 3.20 m. təşkil etməklə həmin tikililər bilavasitə iddiaçının mənzilinin mətbəx tikilisindən açılan pəncərənin qarşısında 3,6.m məsafədə yerləşməklə, cavabdeh tərəfindən oradan müxtəlif məqsədlər üçün istifadə edilir ki, bu da çoxmənzilli yaşayış binasından istifadə qaydalarının pozulması kimi qiymətləndirilməlidir.
8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Aba sov və S.Qafari) 15 aprel 2021-ci il tarixli, 2(105)1164/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(012)-386/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır..
10. Cavabdeh apellyasiya şikayətində İddiaçı bu iddianı qaldırılmasında subyektiv hüququ olmadığını göstərmişdir. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin özbaşına inşa etdiyi tikili iddiaçıya məxsus mənzilin mətbəxindən 3,6 metr məsafədə, bilavasitə iddiaçının mənzilindən açılan pəncərənin qarşısında yerləşməklə, cavabdeh tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilir ki, bu da çoxmənzilli yaşayış binasından istifadə qaydalarının pozulmasıdır və belə olan halda, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müra ciət etmək hüququna malik olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillər iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təkzib edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır:
1. Torpaq sahəsi dövlətin mülkiyy ətindədir.
2. İddiaçının giriş-çıxışı binanın önündədir, tikilən anbar isə binanın arxasındadır.
3. Tikilən anbar iddiaçının pəncərəsinə heç bir maneçilik törətmir. Bu səbəbdən də onun fiziki şəxs olaraq hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
4. İddiaçı özü qanunsuz olaraq binanın arxa hissəsindən giriş-çıxış qapısı açdırmışdır.
5. İddiaçı oğurluq cinayətinə görə 5 ildən artıq müddətə məhkumluq həyatı yaşamışdır.
6. İddiaçı 4 ildir ki, cavabdeh və onun əlil uşaqlarına mənəvi sarsıntı verir. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və vəkili Sadıqov Elçin Əli oğlu kassasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsi barədə qərar qəbul edil məsini xahiş etmişlər.
16. Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə.
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) ö z istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
21. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ay rılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 3
4. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
36. İşin məhkəmələr tərəfindən yerli baxış və müvafiq ekspertiza keçirilməklə müəyyən edilmiş halları bundan ibarətdir ki, mübahisəli tikili binanın giriş hiss əsində deyil, arxa hissəsində cavabdeh tərəfindən tikilmiş özbaşına tikilidir. İddiaçı və cavabdeh ön giriş hissəsindən əlavə olaraq hər ikisi binanın arxa hissəsindən qapı açıblar. Cavabdeh öz mənzilinin qapısına açılan və bir hissəsi də iddiaçının mənzilinin qapısına açılan binanın giriş hissəsində deyil, arxa tərəfdə bir mərtəbəli özbaşına tikili inşa etmişdir. İddiaçının mənzilindən həmin tikililərə qədər olan məsafənin uzunluğu 3,60m, eni isə 3,20 m-dir. Cavabdehin tikdiyi özbaşına tikili Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq tikilməklə, iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə mane olur.
37. Bunlardan başqa, cavabdehin həmin evin ətrafında başqa özbaşına tikililəri də var. O cümlədən, bir yaşayış evi və anbar inşa edilmişdir. İşə baxan məhkəmələr iddianı ancaq cavabdehin inşa etdiyi talvara aid hissədə təmin etmişlər ona görə ki, həmin tikili iddiaçının pəncərəsinin qarşısında inşa edilmişdir. Məhkəmə kollegiyası həmin tikilinin iddiaçının mənafelərinə uyğun olmaması ilə bağlı məhkəmələrin gəldiyi mövqe ilə razılaşır.
38. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması cavabdehə orada tikinti normalarına zidd, özbaşına anbar inşa etmək hüququ vermir. İddiaçının evinə giriş-çıxışın haradan olması tikilinin qeyri-qanuniliyi faktını dəyişmir.
39. Bununla yanaşı, iddiaçının cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunması onun konstitusion hüquqları olan bərabərlik (AR Konstitusiyası 25.maddə) və hüquq və azadlıqların inzibati və mə hkəmə təminatı (AR Konstitusiyası 60.maddə) hüquqlarının pozulmasına rəvac vermir.
40. İddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmaması barədə dəlil isə, apellyasiya şikayətinin dəlili ilə eynilik təşkil edir ki, həmin dəlilə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Eyni zamanda qeyd olunur ki, bir ümumi yaşayış evinin ətrafında bir neçə özbaşına tikinti işləri aparılması nəinki iddiaçının, həmin evdə yaşayan bütün sakinlərin mənafeyini pozur. Özbaşına tikilinin qonşu ilə ara divarına xələl gətirməməsi (nəmişlik verməməsi) o demək deyil ki, özbaşına tikili qonşuların mənafeyinə uyğundur. Ümumi birgə yaşayış qaydaları tələb edir ki, hər bir şəxs evdən və həmin evin həyətində yerləşən torpaq sahəsindən ümumi sakinlərin mənafeyinə uyğun istif adə etsinlər. Belə torpaq sahəsi dövlət mülkiyyətində olduğu təqdirdə isə, orada müvafiq razılıq olmadan tikinti işləri aparmaq ümumiyyətlə qanuna ziddi olmaqla sakinlərin və dövlətin mənafeyinə uyğun deyil.
41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1164/2021 nömrəli, 15.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova