Məhkəmə qərarları › İş №2(102)-6410/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6410/2021

29.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6410/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödəməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 4, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır, cavabdehlər isə onun oğlu və nəvəsi olmaqla həmin mənzildə yaşayırlar.

2. İddiaçı kompensasiya verilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilinə istifadə hüquqlarına 6500 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.

4. Daha sonra iddiaçı, tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzilindən istifadə hüquqlarına 8000 manat kompensasiya ödəməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 4 nömrəli binanın 34 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzillə bağlı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə təsdiq olunur. Cavabdeh1 o nun oğlu, Cavabdeh2 isə nəvəsidir. Oğlu ailəsi ilə birgə 1997-ci ildə Rusiyaya getmiş, təqribən 7 il əvvəl Azərbaycana qayıdaraq ona məxsus üç otaqlı mənzilin iki otağında yaşamağa başlamışdır. Həmin vaxtdan cavabdehlərlə və gəlini Lətifə ilə mübahisələri başlamışdır. Son illər mübahisələri daha da kəskinləşmişdir. Üç ildir ki, cavabdehlərdən ayrı yemək yeyir, birgə təsərrüfat aparmırlar. Daimi olaraq cavabdehlər və gəlini Lətifə tərəfindən təhqir və işgəncələrə məruz qalmışdır. Dəfələrlə polis orqanlarına şikayət vermişdir. Sonuncu dəfə 2020-ci ilin dekabr ayında gəlini tərəfindən döyülüb evdən qovulmuşdur, hətta gəlini onu döydüyünə görə inzibati qaydada cərimələnmişdir, hazırda özünə məxsus evdə yaşaya bilmir. Daimi olaraq hədələndiyinə və döyüldüyünə görə dekabr ayından evə qayıtmağa q orxur. Oğlu Cavabdeh1 bunlara göz yumur, arvadını müdafiə edir, rus dilində onu daimi olaraq təhqir edir və hamıya “anamın başı xarab olub” deyir. Onun 74 yaşı var, belə şəraitdə, yəni daimi təhqir, hədəqorxu, işgəncə görərək cavabdehlərlə birgə yaşaması mümkün deyildir. Cavabdehlər onun öz evində yaşamasına imkan vermirlər, özünə məxsus mənzildən faktiki olaraq məhrum edilmişdir. Bundan əlavə, cavabdehlərin Sabirabad rayonunda ayrıca evi vardır, oradan kənd təsərrüfatı malları gətirərək satırlar, həmçinin oğlu yüksək məbləğdə pensiya alır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində iki otaqlı mənzillərin kirayə haqqı təxminən 160-170 manat təşkil edir. Hesab edir ki, cavabdehlərə kompensasiya ödəməsə də, onlar öz yaşayışlarını rahatlıqla təmin edə bilərlər. Buna baxmayaraq, haz ırda 8000 manat kompensasiya ödəməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir.

6. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim F.Hüseynov) 16 mart 2021-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus xı evin 34 saylı mənzilindən istifadə hüquqlarına İddiaçı tərəfindən 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 həmin mənzildən çıxarılmaları qət edilmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır, cavabdehlər isə onun oğlu və nəvəsi olmaqla həmin mənzildə yaşayırlar. İzahatlar, şahid ifadələri və iş materiallarında olan yazılı sübutlar təsdiq edir ki, mülkiyyətçi olan, 74 yaşlı iddiaçının özünə məxsus mənzildə yaşamasına cavabdehlər və onların ailə üzvü tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdadır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun mənzillərin kirayə haqqı barədə arayışları, cavabdehlərin özlərini yaşayış yeri ilə təmin etmə imkanına malik olmaları barədə şahid ifadələrini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən etmişdir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləğ i cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) 03 iyun 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı i ştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı vaxtılə yaşadıqları mənzili mənzilə Cavabdeh1 və onun oğlunun razılığı olmadan saxta F-2 arayışı alaraq özəlləşdirmişdir. Bu səbəbdən mənzilin mülkiyyətçisinə çevirilmişdir. Bundan əlavə, mübahisəli mənzildə həyat yoldaşı x də yaşayır, onun da mənzildən istifadə hüququ var. Birinci instansiya məhkəməsində iştirak etməmişdir, apellyasiya instansiyası məhkəməsində qeyd etdiyi pozuntuya diqqət çəkməklə Qaradağ Rayon Məhkəməsinin qətnaməsini ləğv olunmasını xahiş etmişdir. Lakin şikayəti əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı m ülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələn dirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X, 34 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 24. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 4, 34 saylı mənzildə yaşayır. Həmin mənzildə özü, Cavabdeh1, Cavabdeh2 daxil olmaqla yeddi nəfər yaşayış yeri üzrə qeydiyyatdadır. 25. 30.12.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın 10-cu PB-nə təqdim edilməsi qərara alınmışdır.

26. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07.01.2021-ci il tarixli, 3(002)-184/2021 saylı qərarının surətindən görünür ki, X3 16 dekabr 2020-ci il tarixdə yaşadıqları mənzildə İddiaçı döydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Qərardan həmçinin görünür ki, işdə iştirak edən şəxslər izahatlarında birgə yaşadıqları mənzildə daim münaqişə olduğunu qeyd etmişlər.

27. Daşınmaz Əmlak Mərkəzi tərəfindən 10 saylı Vəkil Bürosuna ünvanlanmış 21.02.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Lökbatan qəsəbəsi Seymur Orucov küçəsi tərəfdə yerləşən 2 (iki) otaqlı mənzillərin kirayə haqqı təxminən 160 (yüz altmış) və ya 180 (yüz səksən) manat təşkil edir.

28. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ev alqı-satqı ofisində fərdi qaydada fəaliyyət göstərən X8 (VÖEN: **********) tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışdan görünür ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 8-ci döngə, 4 saylı bina istiqamətində və ona yaxın ərazilərdə yaşamaq üçün hər bir şəraiti olan bina evlərində yerləşən iki otaqlı mənzillərin kirayə haqqı 170-200 manat təşkil edir.

29. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi ev 4, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır, cavabdehlər isə onun oğlu və nəvəsi olmaqla həmin mənzildə yaşayırlar və mənzildən istifadə hüququna malikdirlər. İzahatlar, şahid ifadələri və iş materiallarında olan yazılı sübutlar təsdiq edir ki, mülkiyyətçi olan, 74 yaşlı iddiaçının özünə məxsus mənzildə yaşamasına cavabdehlər və onların ailə üzvü tərəfindən ciddi maneələr yaradılmaqla tərəflər arasında münaqişə mövcuddur, münaqişə nəticəsində iddiaçının mülkiyyətçi kimi hüquqları pozulmaqdad ır. Digər tərəfdən, həmin ərazidə eyni şəraitə uyğun mənzillərin kirayə haqqı barədə arayışları, cavabdehlərin özlərini yaşayış yeri ilə təmin etmə imkanına malik olmaları barədə şahid ifadələrini, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə alaraq məhkəmə müəyyən edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərə mülkiyyətçinin hesabına davamlı sürətdə və uzun müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. 30. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

31. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülk iyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəalarını nəzərə a laraq qeyd etmişdir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mül ki iş materiallarından və tərəflərin verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən mənzil İddiaçı mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir.

32. Apellyasiya kollegiyası mülkiyyətçinin öz əmlakından maneəsiz istifadə etmək və onun üzərində istədiyi kimi sərəncam vermək kimi konstitusion hüquqlarının təmin edilməli olmasını nəzərə alaraq hesab etmişdir ki, bu hüquqlarının həyata keçirilməsi üçün iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilməsini və cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməsi tələb etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq bu tələbi təmin etmişdir. Odur ki, cavabdehlərə verilməli olan kompensasiya məbləğinin 8000 manat müəyyən edilməsi əsaslı və işin hallarına uyğundur.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan və tərəflərin mübahisələndirmədiyi sənədlərlə mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə müqaviləsinin ən yüksək qiyməti nəzərə alınarsa, 200 manat təşkil etdiyi müəyyən edilmişdir. Deməli, cavabdehlərə təklif edilən kompensasiya məbləği onların oxşar şəraitdə uzun illər ərzində kirayədə yaşamasına imkan verir.

34. Cavabdeh1 həyat yoldaşının cavabdeh kimi qoyulmaması ilə bağlı kollegiya qeyd etmişdir ki, tələbin yönəldiləcəyi şəxslərin - cavabdehlərin dairəsini müəyyən etmək səlahiyyəti iddiaçıya aid olduğundan, X2 qarşı tələbin yönəldilməməsi, hazırkı cavabdehlərə qarşı iddianın rədd edilməsinə, apellyasiya şikayətinin isə təmin edilməsinə əsas ola bilməz. Bundan başqa, cavabdehlər, X1 iddiaçıya məxsus mənzildən istifadə hüququnun əmələ gəlməsi barədə sübutu da təqdim etməmişlər.

35. Apellyasiya məhkəməsi, cavabdeh tərəfin dəlilləri ilə bağlı bildirmişdir ki, iş üzrə sübutlarla həmin ərazidə mənzillərin kirayə haqqının 250-300 manat olması təsdiq olunmur. Bundan başqa, qanunvericilik aktı kompensasiya məbləğinin istifadəçiyə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etməli olduğunu nəzərdə tutsa da, istifadə hüququnun mövcud olduğu mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin edəcək mənzilin eyni ərazidə yerləşməli olmasını şərtləndirmir, əksinə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanını təmin etməli olan mənzilin başqa yerdə yerl əşməli olmasını nəzərdə tutur ki, bu hal da cavabdehlərin başqa yerdə iddiaçıya məxsus mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanını daha sərfəli qiymətlə təmin etmələrini istisna etmir. Kompensasiya institutu eyni zamanda istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini, yəni yeni mənzil əldə etmək və ya tikmək üçün yetərli vəsait tələb etmək hüququnu vermir.

36. Apellyasiya baxışında İddiaçı bildirmişdir ki, cavabdehlər iddianı qəbul edəcəkləri təqdirdə, o, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 8.000 manat kompensasiya məbləğini artıraraq, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün onlara 10.000 manat verməyə razıdır. İddiaçı bununla bağlı məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Cavabdeh1 isə heç bir kompensasiya məbləğinə r azı olmadığını, həmin mənzildən çıxmaq istəmədiyini bildirmişdir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı təklif etdiyi artırılmış kompensasiya məbləğini cavabdehin iddianı qəbul etməsi ilə şərtləndirdiyindən, cavabdeh isə buna razı olmadığından, həmin artırılmış məbləğ cavabdehlərə təklif edilən kompensasiya məbləğinin artırılması kimi qiymətləndirilməməlidir.

38. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Kollegiya mübahisənin həllinə dair apellyasiya məhkəməsinin gəldiyi qənaət və onun əsaslandırılması ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar