Məhkəmə qərarları › İş №2(102)-642/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-642/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-642/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı6 və qeyrilərinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istismara qəbul aktının verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdehnə qarşı istismara qəbul aktının verilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5250/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehi n kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Satıcı qismində Cavabdeh MTK ilə Alıcı qismində iddiaçıların hər biri ilə 2017, 2018, 2020, 2021 və 2022-ci illərdə ayrılıqda bağlanmış Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair müqavilələrə əsasən, Satıcı Bakı şəhəri Səbail rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında mənzilləri tikib alıcıların mülkiyyətinə verməyi, alıcılar isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər (bənd 1.1, 2.1, 2.3, 3.1).

2. Tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uy ğun olaraq həmin binanın təməlqoyma işlərinin başlandığı gündən 30 ay müddətində tamamlamaq, inşa edilən çoxmənzilli yaşayış binasına dair müəyyən edilmiş qaydada müvafiq Dövlət Qəbulu Komissiyasından İstismara qəbul aktının alınmasını təmin etmə Satıcının vəzifələrinə daxil edilmiş (bənd 4.1.3 və 4.1.5), alıcılar mənzillərə görə kooperativin xəzinəsinə tam ödəniş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən Cavabdeh çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində 3 otaqlı ümumi sahəsi 166,20 kv.m. olan mənzil, həmin binanın 1-ci girişinin 8-ci mərtəbəsində 4 otaqlı ümumi sahəsi 1 94,67 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 8-ci mərtəbəsində 4 otaql, ümumi sahəsi 232,34 kv.m. olan mənzil, həmin binanın 4-cü girişinin 11-ci mərtəbəsində 2 otaqlı ümumi sahəsi 145 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 176,73 kv.m. olan mənzil, həmin binanın 5-ci girişinin 9-cu mərtəbəsində ümumi sahəsi 176 kv.m. olan mənzil, həmin binanın 2-ci girişinin 7-ci mərtəbəsində 4 otaqlı ümumi sahəsi 221,35 kv.m. olan mənzil və həmin mənzillərin xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvl ərinin ümumi yığıncağının qərarının cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-988/2023 nömrəli iş üzrə 8 iyun 2023-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5250/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev, X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinin dəlillərinə görə, cavabdehin öhdəliyinin icrasının gecikməsinə karantin məhdudiyyətləri və hərbi vəziyyət səbəb olmuşdur. Öhdəliyin icrasının (binanın tikilib istismara təhvil verilməsi) qeyd edilən məhudiyyətlərlə çətinləşməsi hamıya bəlli olan haldır. Məhkəmə bunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazında şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respubli kasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 11. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

12. Azərbaycan Respublikası nın Mülki Məcəlləsi: Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır; Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperati vin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz; Maddə 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.

13. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi nin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; Maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir; Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və q iymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun; Maddə 418.1. Maddi və prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 noyabr 2008-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

21. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, həmin instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən edilmişdir ki, tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir (§12).

23. Lakin işdən məlum olur ki, birinci və apellyasiya ins tansiya məhkəmələri qanunvericiliklə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmiş məsələnin həllini, yəni tikinti obyektinin istismarına icazə sənədinin verilməsi öhdəliyini belə statusa malik olmayan subyektin, cavabdehin üzərinə qoymuşlar.

24. İddianın istismara qəbul aktının verilməsi tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirəyə lüzum görülmədən rədd edilməlidir.

25. Bu mənada məhkəmə kollegiyası kassasiya şikayəti ilə qətnamənin ləğvi hissədə qismən razılaşır.

26. Mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olun malı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5250/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı6, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdehnə qarşı mənzillərin xüsusi mülkiyyət kimi ilkin dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı və mənzil-tikinti kooperativi binasında mənzillərin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarın ın cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar