Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6438/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-6438/21 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı məsələ) Bakı şəhəri, 14 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh oğlunun, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22(103)-6526/2021 nömrəli, 11.06.2021-ci il tarixli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 504010403 mobil nömrəsi 08.06.2017-ci il tarixli Abunə müqaviləsinə və ona əlavəyə əsasən abunəçi Cavabdeh oğlunun istifadəsinə verilmişdir. Eyni zamanda 08.06.2017-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində Cavabdeh oğlunun istifadəsinə verilmiş ********* nömrə həmin tarixdən etibarən “İphone 7” kampaniyasına qoşularaq, 08.06.2017-ci il tarixli mobil telefon cihazının güzəştli şərtlərlə satışına dair və 5 GB ƏDV daxil tarif paketlərinə dair Abunə müqaviləsinə Əlavəyə əsasən 5 gb ƏDV tarif paketinə qoşulmaqla “İphone 7, 32 GB blak” mobil telefon cihazı əldə etmişdir. 08.06.2017-ci il tarixli əlavənin şərt lərinə əsasən, Abunə müqaviləsi qüvvəyə mindiyi andan etibarən əldə edilən telefon cihazı müqabilində müvafiq əlavədə müəyyən edildiyi kimi 24 ay ərzində hər ay 89 manat haqq ödəməlidir. Lakin cavabdeh bu öhdəliyini yerinə yetirməmiş və nəticədə borc yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Kreditor İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh oğlundan müəssisənin xeyrinə 1736,25 manat abunə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1756,25 manat məbləğində pulun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.10.2018-ci il tarixli, e-2(010)-6765/2018 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir.
3. Sonradan məhkəmə əmri ləğv olunaraq işə id dia icraatı qaydasında baxılmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh oğlundan İddiaçı xeyrinə 1736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsinin Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il tarixli, 2(103)-6526/2021 nömrəli qərardadı ilə (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 361, 363-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh oğlu apellyasiya instansiyası məhkəməsinin qərardadından kasasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və şikayətə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin şikayəti qeyrimümkün hesab etdiyi bütün dəlillər əsassızdır. Beləki, cavabdeh şikayəti vaxtında vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh oğlu, nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Digər tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 3
60. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
14. Maddə
418. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün hesab etmişdir ona görə ki, birinci instansiya məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsinin Cavabdeh oğlu tərəfindən alınmasına dair rəsmi sənəd yoxdur. Belə ki, iş materiallarında olan zərfdən (i.v. 73) görünür ki, məhkəmə qətnaməsi “hərbidədir” qeydi ilə geri qayıtmışdır. Daha sonra cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə (i.v. 78 ) ünvanlanaraq qətnamənin surətinin cavabdehə verilməsi xahiş edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 fevral 2021-ci il tarixli məktubundan (i.v. 79) görünür ki, cavabdehin ərizsinə əsasən 2(010)4593/2020 saylı, 12.11.2020-ci il tarixli qətnamənin surəti yenidən cavabdehə göndərilmişdir. Buna baxmayaraq, cavabdehin həmin qətnamənin surətini hansı tarixdə almasını göstərən hər hansı bir sənəd iş materiallarında aşkar edilmir. Bu səbəbdən də, cavabdehin 16.05.2021-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürüb-ötürmədiyini müəyyən etmək mümkün deyildir.
17. Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməmiş, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə məhkəmənin qənaəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
18. Belə ki, iş materiallarında cavabdehin 12.11.2020-ci il tarixli qətnaməni nə vaxt alması müəyyən edilmir. Bu halın mövcudluğu cavabdehin şikayəti vaxtında verməməsinə dəlalət etmir. Çünki məhkəmə qətnaməsini tərəfə vaxtında verilməsi məhkəmə sənədləri ilə təsdiqini tapmalıdır. Qətnamənin rəsmi qaydada tərəfə verilməsinə dair məhkəmə sənədi yoxdursa cavabdehin müddəti buraxmaması halını sübut etmə vəzifəsi də yoxdur. Belə sənədin olmaması o deməkdir ki, tərəf apellyasiya şikayəti vermək üçün müddəti buraxmamışdır.
19. Qeyd olunanl arı nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22(103)-6526/2021 nömrəli, 11.06.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.