Məhkəmə qərarları › İş №2(102)-644/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-644/2020

27.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-644/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İsgəndərov Akif Əsgər oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, cavabdehlər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin vəkili Vəkil2 və CavabdehVəkil2iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayo n Məhkəməsinin (hakim O.Məmmədli) xx.xx.2019-cu il tarixli, 2(004)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Əliyev, F.Talışınski, R.Eyvazov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabde hlər Cavabdeh və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə Bakı şəhəri, Yasamal rayonu, *************** saylı evə dair bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında bağlanmış nikah xx.xx.2011-ci ildə pozulmuş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti ilə Bakı şəhəri, ******************* saylı evin iddiaç ının mülkiyyətində olan 1 otağının 3/5 hissəsinə Cavabdeh, 2/5 hissəsinə isə iddiaçının payı müəyyən olunmuşdur. Göstərilən evin qiymətləndirilməsi keçirilmiş və evin ümumi dəyəri 63015 manat müəyyən edilmişdir. İcra hakimiyyəti tərəfindən həmin evə düşən kompensasiya ödənilərkən yardımçı sahələr Cavabdeh istifadəsində olması nəzərə alınmaqla həmin sahələrə düşən kompensasiya Cavabdeh ödənilmişdir. Halbuki yardımçı sahələr də paylı mülkiyyətçilər arasında bölünməli və paylara mütənasib olaraq hər iki tərəfə yardımçı sahəyə görə hesablanmış kompensasiya məbləği ödənilməli idi. Lakin iddiaçıya münasibətdə qanunun tələbləri pozularaq, yəni onun mülkiyyətində olan, sahiblik, istifadə və sərəncam verməli olduğu ərazi əsassız olaraq alqı-satqının predmeti olmuş və nəticədə alqı-satqı müqaviləs i bağlanmışdır. Hazırda iddiaçının iradə ifadəsi, razılığı olmadan həmin sahələr satılaraq pulu mənimsənilmişdir. Buna görə də alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikas ı MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə ünvan1 ünvanında yerləşən 1 saylı evin İddiaçı mülkiyyətində olan bir otağının beşdə üç hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş *** seriyalı, ******* saylı çıxarışa əsasən, həmin evdə yerləşən **** saylı mənzilin 1 otağının 3/5 hissəsi Cavabdeh, 2/5 hissəsi İddiaçı xüsusi mülkiy yəti kimi qeydə alınmışdır. xx.xx.2018-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında qeyd edilən bir otağın Cavabdeh payına düşən 3/5 hissəsi 47.715 manata Yasamal rayon İcra Hakimiyyətinə satılmışdır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli alqı- satqı müqaviləsi ilə, iddiaçının da payı deyil, yalnız Cavabdeh məxsus 3/5 pay satılmışdır. Bu, işin müəyən edilmiş faktiki hallarından və müqavilənin şərtlərindən aydın şəkildə görünür. Əvvəla, müqavilədə tərəflərin payının ümumi həcmi olan 25.5 kv.m. qeyd olunsa da, satıcının 3/5 payı açıqca göstərilmişdir. Tərəflərin niy yəti bütövlükdə 25.5 kv.m. payın alqı-satqısmı rəsmiləşdirmək olsaydı, 3/5 pay nisbətini müqavilədə göstərməzdilər. İkincisi, əqdin tərəfləri, xüsusilə də alıcı Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, dövlət, həmin müqavilə ilə məhz Cavabdeh 3/5 payını almışdır və onun dəyərini ödəmişdir. İddiaçı payı açıq qalmış və ona görə ayrılan kompensasiya depozitə qoyulmuşdur. Üçüncüsü, Yasamal rayon İcra Hakimiyyəti təsdiqləyir ki, tərəflərin birlikdə ümumi mülkiyyətində olan 25.5 kv.m. üçün hesablanmış kompensasiya məbləği 63.015 manatdır. Cavabdeh 3/5 payının dəyəri 15.360 manat, ona ödənmiş yardımçı sahələrin dəyəri 31.355 manat və iki aylıq kirayə pulu isə 1.000 manat olmaqla, cəmi 47.715 manat təşkil edir. Müqavilədən görünür ki, alıcı Cavabdeh da məhz həmin məbləğ ödənilmişdir. Başqa sözlə, İddiaçı məxsus 2/5 hissə alınmamışdır. Apellyasiya kollegiyası qeyd edilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlmişdir ki, Cavabdeh, alqı-satqı müqaviləsi ilə İddiaçı payına sərəncam verməmiş, öz payını satmışdır. Öz payını satmaq isə ümumi paylı mülkiyyətçinin hüququdur. Belə ki, Mülki Məcəllənin 215.6-cı maddəsinə görə, paylı mülkiyyətin nülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə ləzərdə tutulmuş qaydalara əməl etməlidir. Apellyasiya kollegiyası həmçinin vurğulamışdır ki, sözügedən pay Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarı əsasında, torpaqların dövlət ehtiyacları üçü n alınması haqqında qanunvericiliyə uyğun qaydada alındığından, digər payçıların satın almaqda üstünlük hüququna dair qaydalar (MM, maddə 218.2) tətbiq oluna bilməz. Göstərilənlərə əsasən apellyasiya kollegiyası bu nəticəyə gəlmişdir ki, iddiaçı əqdin etibarsızlığının əsası kimi istinad etdiyi halı, yəni ona məxsus paya sərəncam verildiyini sübuta yetirə bilməmişdir. İddianın ikinci əsası - yardımçı sahələrə görə hesablanmış bütün məbləğin Cavabdeh verilməsi isə ümumiyyətlə əqdin etibarsızlıq şərti deyil. Belə ki, yardımçı sahələrə görə pulun ödənilməsi müqavilədə göstərilməmişdir. Müqavilədə qeyd olunan qiymət alınan daşınmaz əşyanın dəyəridir. Alqı-satqının predmeti isə yalnız mənzilin 25.5 kv.m-dən ibarət bir otağının Cavabdeh məxsus 3/5 pay hissəsidir. Apellyasiya kollegiyası bildirm işdir ki, alınan daşınmaz əşyanın (yaxud mənzilə payın) yardımçı sahələrinin müqavilədə ayrıca göstərilməsinə və onların müstəqil əşya kimi dəyərinin qeyd olunmasına zərurət də yoxdur. Çünki, yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yardımçı sahələri ayrıca əşya olmayıb, vahid əşya olan mənzilin tərkib hissələridir. Mənzil isə, onun tərkib hissələri olan otaqlar və yardımçı sahələri ilə birlikdə bir əşya kimi bütün ümumi mülkiyyətçilərə məxsusdur. Mənzilin müxtəlif sahələri (otaq, dəhliz və s.) ayrıca əşya sayılmır. Ona görə ki, əsl əşya ilə onun tərkib hissələri birlikdə tamı formalaşdırdıqları üçün onlardan ibarət əşya (o cümlədən mənzil) bir əşya hesab edilir və onun üzərində yalnız bir mülkiyyət haqqı olur. Ümumi mülkiyyət halında isə həmin mülkiyyət haqqı bi rdən çox şəxsə aid olur (paylarına uyğun nisbətdə). Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna maqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Bu baxımdan müqavilədəki mənzilin yardımçı sahələrinə görə hesablanmış kompensasiyanın tamamının payçı Cavabdeh ödənilməsi əqdin etibarsız sayılması üçün əsas deyil. Bu hal qanunvericiliyə zidd olmadığı üçün Mülki Məcəllədə belə bir etibarsızlıq şərti nəzərdə tutulmamışdır. Başqa sözlə, əşyanın dəyərinin əvəzi olaraq alıcıya ödənilmiş pul məbləğinin tərkibinə başqasının payına aid vəsaitin də daxil edilməsi, yəni ümumi mülkiyyətç ilərdən (paydaşlardan) biri yaşayış sahəsinin yardımçı sahəsinə görə hesablanmış bütün (digər payçıya da aid) məbləği alması, əqdin etibarsızlığına deyil, şərtləri sübuta yetiriləcəyi halda əsassız varlanma qaydasında, yaxud dövlət orqanına qarşı ayrıca pul tələbinə əsas ola bilər. İddiaçı iddiası “əqdin etibarsız sayılması” olduğu üçün apellyasiya kollegiyası, iddiaçının dəlillərinə müqavilənin etibarsızlığı iddiasının həlli çərçivəsində qiymət vermişdir. Baxılan işdə pul tələbi irəli sürmədiyi üçün yardımçı sahələrə görə ödənilmiş kompensasiyaya tərəflərin hüququ və bununla bağlı məsələlər hazırkı işin araşdırma predmetini təşkil etmir. Odur ki, iddiaçı, yardımçı sahələrə görə kompensasiya ilə bağlı cavabdehlərə qarşı ayrıca iddia qaldıra bilər. Kassasiya kollegiyası apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş və haqlı olaraq vurğulamışdır ki, müqavilədəki mənzilin yardımçı sahələrinə görə hesablanmış kompensasiyanın tamamının paydaşlardan Cavabdeh ödənilməsi əqdin etibarsız sayılması üçün əsas deyil. Bu hal qanunvericiliyə zidd olmadığı üçün Mülki Məcəllədə belə bir etibarsızlıq şərti nəzərdə tutulmamışdır. Baxılan işdə pul tələbi irəli sürmədiyi üçün yardımçı sahələrə görə ödənilmiş kompensasiyaya tərəflərin hüququ və bununla bağlı məsələlər hazırkı işin araşdırma predmetini təşkil etmir. İddiaçı yardımçı sahələrə görə kompensasiy a ilə bağlı cavabdehlərə qarşı ayrıca iddia qaldıra bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar