Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-645/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ Açar sözlər: qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi, hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, i craata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4728/2022 nömrəli, 5 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı qərarın, dövlət aktının, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ər izəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X1 iaşə və digər tikinti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının, həmin qərar əsasında verilmiş xx.xx.2001-ci il tarixli, dövlət aktı qeydiyyat kitabında qeyd edilmiş 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının, sözügedən torpaq sahəsi ilə bağlı notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsinə d air qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 İddiaçı qarşı hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və onun əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(008)-9249/2021 saylı qərardadı ilə ilkin iddia tələbi üzrə icraata X1 iaşə və digər tiki nti məqsədilə 0.24 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarının və dövlət aktı qeydiyyat kitabında 5845 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilərək ləğv edilməsinə dair hissəsində xitam verilmişdir.
4. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsinə dair ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş 08/01 saylı, xx.xx.2018-ci il tarixli hərrac protokolunun və Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş RX seriyalı,126526 nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9249/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia tələbi qismən təmin edilərək, ilkin iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu Məhəmmədi Bələdiyyəsinin 6 sentyabr 2001-ci il tarixli 08 nömrəli qərarı əsasında X1 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0.24 hektar torpaq sahəsi ilə bağlı 39 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.201 2-ci il tarixli, 2V-85 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
6. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim Anar Tanriverdiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 9249/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.
8. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Belə olan halda məlum olur ki, hazırkı mübahisə, yəni ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəh əri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesabedilməsi” barədə qarşılıqlı iddia tələbi Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndinin təsiri altına düşdüyündən, inzibati məhkəmədə baxılmalıdır.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
12. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, qətnamə ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 29 4 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesabedilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissəsində ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə qətnamə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, iddiaçılara hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2022- ci il tarixli, 2(103)- 4728/2022 saylı qərardadını ləğv edilməsini və iddianın həmin hissəsinə mülki qaydada qiymət verilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddiasının mahiyyətindən görünür ki, iddianın əsasında mülki münasibətlər durur. İddiadan da görünür ki, iddiası üzrə əsas Cavabdeh1dir. Yəni birbaşa onunla Cavabdeh1 arasında olan mülki münasibətlər olmuş, mülki mübahisə olmuşdur. Məhz mülki mübahisənin nəticəsindən asılı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən çıxaırş verilmişdir. Hazırkı mübahisəyə o vaxt İnzibati məhkəmə baxa bilərdi ki, burada 3-cü şəxs olmasın, birbaşa mübahisə onunla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti arasında olsun. Mübahisənin əsasında mülk i xarakterli münasibətlər durur. Ona görə də Məhkəmənin bu qənaətə gələrək, hazırkı mübahisənin çıxarışın etibarsız hesab edilməsi hissəsində İnzibati Məhkəməyə aid olmasını qeyd etməsini və həmin hissədə icraata xitam verməsi tam əsassız olmuşdur. Beləliklə göründüyü kimi, hazırkı iddia mülki xarakterlidir, kökündə mülki münasibətlər durur. Mübahisənin kökündə mülki əqd durur. Mülki əqdlərin əsasında verilmiş çıxarışın etibarsızlığı üzrə mübahisəyə İnzibati Məhkəmədə baxılması mümkün ola bilməz. Məhkəmə Kollegiyası tərəfindən qəbul edilmiş qərardad Məhkəmənin özünün istinad etdiyi xx.xx.2015-ci il tarixli qərarına zidd olmuşdur. Belə ki, Plenumun Qərarında müəyyən edilmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülkihüquqi əqdlərin əsasında verilmişdirsə, çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirilməlidir. Hətta adı çəkilən qərarında Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsinin əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə münasibət bildirmiş, həmin mübahisə üzrə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olmaması barədə mövqe nümayiş etdirilmişdir.
15. Hazırkı işdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən sübutlara tam qiymət verilməmlişdir. İş üzrə həm qərardad, həm də qətnamə qəbul edilmişdir. Bütün sübutlar onlar tərəfindən təqdim edilmişdir. Həmin sübutlarla müəyyən edilir ki, iş mülki xarakterlidir. Tərəfindən mülki əqdlər məhkəməyə təqdim edilmişdir. Əmlakın hərrac yolu ilə alqı-satqı əqdi və sair. Lakin məhkəmə bu əqdlərə də əhəmiyyət verməyərək, çıxarışın etibarsızlığı hissəsində icraata xitam vermişdir. Məhkəmə onun tərəfimdə n verilmiş əqdləri nəzərə almamışdır. Bu əqdlərin olması işin mülki xarakterli olmasını, işə mülki mühakimə qaydasında baxılması olmasını təsdiq edir. Eyni zamanda xüsusi ilə qeyd etmişdir ki, hazırkı iş üzrə İnzibati Məhkəmənin qanuni qüvvəsini almış qərarları mövcuddur. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə də hazırkı işdə, işin kökündə mülki xarakterli münasibətlər durduğundan çıxarışın ləğvi ilə bağlı məsələyə mülki qaydada baxılmalı olması qeyd edilmişdi.
16. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının MPM-in 9, 14.2, 25,26, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatinə dair” xx.xx.2015-ci il tarixli 4 saylı qərarına da istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı q aydasında baxılmalı deyildirsə;
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır.
25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və bunun nəticəsində düzgün olmayan qərardad qəbul edilmişdir.
30. Belə ki, iş mate rialları ilə təsdiq edilir ki, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə müvafiq olaraq aparılmışdır. 31. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinin ikinci abzasına əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
32. Göstərilənlərlə müəyyən edilir ki, ilkin idd ianın xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi hissəsi mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. Eləcə də qarşılıqlı iddia üzrə “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə də mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.3-cü bəndinə əsasən dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır.
34. Yuxarıda şərh edilənlərlə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisə, yəni ilkin iddia tələbinin “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbi Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlər indən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndinin təsiri altına düşdüyündən, inzibati məhkəmədə baxılmalı olması barədə qənaəti yanlışdır.
35. Ona görə də kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103)-4728/2022 nömrəli qərardadı ləğv edilməli, iş ilkin iddianın “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” tələbinə və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə yenidən baxılması üçün üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli 2(103)-4728/2022 nömrəli qərardadı ləğv edilsin. İş ilkin iddianın “xx.xx.2012-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində 294 nömrəli reyestr kitabının 40 nömrəli vərəqəsində qeydiyyatdan keçən seriya RX, ******* nömrəli Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 252 kv.m torpaq sahəsi ilə bağlı hissədə etibarsız hesab edilməsi” tələbinə və “hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair hissədə yenidən baxılması üçün üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.