Məhkəmə qərarları › İş №2(102)-646/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-646/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-646/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh3 MMC və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5706/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 MMC-nin verdiyi kassasiya şikayəti üzrə işə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi: İşin halları Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi **-MK-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”a əsasən 02 aprel 2019-cu il tarixində Cavabdeh2 **-MK-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə toqquşma baş vermiş, həmin hadisə nəticəsində **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə də zərər vurulmuşdur. Baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxs us avtomobilə 9295,04 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı və ya Sığorta Şirkəti) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 9295,04 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,95 manat və 0,40 manat bank xidməti xərci məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 MMC-nin istifadəsində olan, Cavabdeh1 məxsus, sürücü Cavabdeh2 tə rəfindən idarə olunan **-MK-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsi ilə Sığorta Şirkəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2019cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JH-*** dövlət qeydiyyat nişanlı “İveco Crealis ” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 12114,44 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 2180,60 manat müəyyən edilmişdir. Sığorta Şirkətinin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 14295,04 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000 manat məbləğin sığortaçı tərəfindən ödənilmiş və 9295,04 manat məbləğində vəsaitin 15 tə qvim günü ərzində Sığorta Şirkətinin bank hesabına ödənilməsini cavabdehlərdən xahiş edilsə də, cavabdehlər tələb olunan məbləği ödəməkdən yayınmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-2211/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh2 9295,04 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,95 manat, bank xidmət haqqının əvəzi olaraq 0,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 tərəfindən **-MK-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticə sində vurulmuş zərərə görə 9295,04 manat iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş tələb etmə hüququ iddiaçıya keçmişdir. Məhkəmə qeyd etmişdir ki, **-MK-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan bu avtomobili Cavabdeh2 idarə etdiyinə görə ziyan bilavasitə Cavabdeh2 tərəfindən vurulmuşdur. Odur ki, vurulmuş ziyan Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh3 MMC-yə qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, məhkəməyə Cavabdeh3 MMC-nin baş vermiş sığorta hadisəsi ilə əlaqəsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh3 MMC-nin Cavabdeh2 verdiyi yol vərəqəsinə istinad edərək Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında əmək münasibətlərinin olması faktını iddia etsə də, bu hal hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1099, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci insiansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş, Cavabdeh3 MMC-nin direktoru X1 ilə Cavabdeh2 arasında 01 yanvar 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2018-ci il tarixindən müddətsiz olaraq Cavabdeh3 MMC-də sürücü vəzifəsinə işə götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-5706/2022 nömrəli mülki iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev sədrlik edən, məruzəçi, H.Həmidov və İ.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, yeni qətnamə qəbul edilməkl ə, iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 9295,04 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 münasibətdə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hadisənin törədilməsində təqsirli olan Cavabdeh2 Cavabdeh3 MMC-nin işçisi olmuş və onların arasında əmək münasibətləri yaranmışdır. Bu hal işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi ilə təsdiq olunmuşdur. Belə olan halda, vurulmuş zərərə görə işəgötürən cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşımışdır. Məhkəmə kollegiyası qe yd etmişdir ki, iddia tələbinin yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə iddiaçı tərəfindən ödənilmiş 9295,04 manat cavabdehlərdən Cavabdeh3 MMC-yə münasibətdə əsaslı olduğundan təmin edilməli, digər Cavabdeh2 münasibətdə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehə nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərə görə həmin şəxsə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququnun olması da izah edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli Qərarına istinad edərək əs aslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 MMC (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh3 MMC-dən 9295.04 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsini tətbiq edərək hesab etmişdir ki, yol nəqliyyat hadisəsini törədən Cavabdeh2 Cavabdeh3 MMC-nin işçisi olduğundan, avtomobilə dəymiş zərə rə görə iddiaçı tərəfindən ödənilmiş 9295,04 manat məbləğində pul vəsaiti Cavabdeh3 MMC-dən tutulmalıdır. Məhkəmə kollegiyasının gəldiyi nəticə ilə bağlı kassator qeyd etmişdir ki, hazırkı iş üzrə vurulmuş zərər digər Cavabdeh2 idarə etdiyi avtonəqliyyat vasitəsi ilə, yəni yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində vurulmuşdur. Belə olan halda hazırkı iddia tələbi üzrə mübahisə Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə uyğun şəkildə həll edilməli və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalıdır. Həmçinin kassator qeyd etmişdir ki, digər Cavabdeh2 idarə etdiyi avtonəqli yyat vasitəsi (yüksək təhlükə mənbəyi) mülkiyyət hüququ ilə Cavabdeh3 MMC-yə məxsus olmamışdır. Belə olan halda yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə mənbəyə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxslər məsuliyyət daşıyırlar. Buna baxmayaraq işə baxmış apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış, Mülki Məcəllənin 1099.cu maddəsini düzgün təfsir etməmiş, bununla da həmin maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-c maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2, 386, 387-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli Qərarı Həmin Qərara əsasən Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) və zifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hü quq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norm alarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bi lər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 MMC tərəfindən qismən, yəni Cavabdeh3 MMC-dən 9295.04 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsin in aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh "xxxx" MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığın ı və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hadisənin törədilməsində təqsirli olan Cavabdeh2 Cavabdeh3 MMC-nin işçisi olmuş və onların arasında əmək münasibətləri yaranmışdır. Bu hal işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi ilə təsdiq olunmuşdur. Belə olan halda, vurulmuş zərərə görə işəgötürən cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli Qərarına əsasən Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvaf iq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edild iyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, sonuncu öz işçisi Cavabdeh2 törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu 9.295,04 manat zərərin əvəzini iddiaçıya ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq cavabdeh "xxxx" MMC-nə sözügedən nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 vurduğu zərərə görə ona qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququnun olmasını da izah etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları hazırki mülki mübahisəyə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaq la formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Cavabdeh3 MMC-nin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən də aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə gör ə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. Beləliklə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqi ndə səhvə yol verilməmiş, həmçinin MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5706/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar