Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-646/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 53 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri 53 saylı Notariat Ofisinə və A zərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama, alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilələrin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh4 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-259/2021 saylı qətnaməsi ilə on ların arasındakı nikah pozulmuşdur. 3. ünvan 1, mənzil 35 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) xüsusi mülkiyyət hüququ üzrə tam payla Cavabdeh4 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas "xxxx" MTK-nın Cavabdeh4 tərəfindən mənzilin tikintisi üşün pay haqqının tam ödənilməsi barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışı və kooperativə üzv qəbul olunması barədə xx.xx.2020-ci il tarixli qərardan çıxarış olmuşdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzilin üzərində 1/2 hissədə iddiaçı X2 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan mülki iş üzrə apelyasiya və kassasiya ş ikayətləri həmin hissədə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 2662/2022 saylı qərarı ilə təmin edilməmişdir.
5. Cavabdeh4 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, mübahisəli mənzili ikinci arvadı - Cavabdeh5 bağışlamışdır.
6. Cavabdeh5 xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, həmin mənzili Cavabdeh3 141716,75 manata satmışdır. Mənzil üzərində Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 35-n bağışlanmasına dair xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə-1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama və xx.xx.2022-ci il tarixli 4Ə-2099 reyestr nömrəsi ilə qeydiyyata alınmış alğı-satqı müqaviləsinın etibarsız hesab edilməsi, həmin müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır k i, cavabdehlə nikah müddətində "xxxx" MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 52 saylı, xx.xx.2013-cü il tarixli 28 saylı, xx.xx.2013-cü il tarixli 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələr əsasında Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a-da, 26, 27, 28 və 29 saylı mənzillər əldə olunmuşdur. Lakin cavanbdeh həmin mənzilləri atasının adına keçirmişdir. Buna görə də onun iddiası əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021ci il tarixli qətnaməsi ilə, mənzillərin atasının adına keçirilməsi barədə Cavabdeh4 "xxxx" MMC-yə ünvanladığı notariat qaydasında təsdiq olunmuş ərizələr, Cavabdeh4 ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixl i, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, "xxxx" MMC və X3 arasında Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 52 saylı, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 28 nömrəli, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 29 saylı və 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli ümumi iclasının qərarları etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh X3 adına 26, 27, 28 və 29 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, 26 saylı, 27 saylı, 28 saylı və 29 saylı mənzilin, ünvan 1, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X2 və 1/2 hissədə Cavabdeh4 paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. İcra sənədinin icrası zamanı iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmış ünvan 1, 35 saylı mənzilin Cavabdeh4 tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-1847 saylı bağışlama müqaviləsi əsasında Cavabdeh5 bağışlandığı, daha sonra isə mənzilin Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə2099 saylı alğı-satqı müqaviləsi əsasında sonuncuya satıldığı aydın olmuşdur. İş üzrə sonuncu məhkəmə qərarının xx.xx.2022 -ci il tarixdə qəbul edilməsinə və cavabdehlərdən Cavabdeh4 əmlaklara ½ hissədə iddiaçının mülkiyyət hüquqlarının tanınması barədə məlumatı olmasına baxmayaraq o, əmlakı əldən çıxartmaq üçün mənzili həyat yoldaşı olan, cavabdehlərdən Cavabdeh5 bağışlamışdır.
9. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, özünə mənzil almaq üçün ev satışına aid saytlardan ev axtarmağa başlamış, “Bina.az” saytında mübahisəli mənzil barədə elan qarşısına çıxmışdır. Elandakı şərtlər onu qane etdiyi üçün orada qeyd edilmiş nömrə ilə əlaqə saxlamış, bir neçə gündən sonra mənzilə baxmış, mənzil xoşuna gəlmişdir. Qiymətdə də razılığa gələrək həmin mənzili 53 saylı Notariat kontorunda 29 iyul 2022-ci il tarixli alğısatqı müqaviləsi əsasında 141.716 manata sat ın almışdır. Mənzilin mülkiyyətçisi Cavabdeh5 adlı xanım olmuşdur, alğı-satqıdan sonra mənzil ona təhvil verilmiş, ona mülkiyyət hüququ ilə bağlı dövlət reyestrindən çıxarış da verilmişdir. Mənzili alanda nə notariatda olan zaman, nə də alğı-satqıdan sonra mənzilə dair çıxarış aldıqdan sonra mənzilin yüklü olması və ya özgəninkiləşdirilməsinə dair hər hansı qadağa olmamış, mənzili alanda kifayət qədər çox pul ödəmişdir. Əgər belə bir problem olsaydı, bunu bilsə idi, əlbəttə ki, mənzili almaqdan imtina edərdi, mənzili həmin zaman real qiymətinə uyğun satın almışdır. Vicdanlı alıcıdır, Cavabdeh5 ilə arasında bağlanmış müqavilə üzrə hər iki tərəf öhdəliyini yerinə yetirmişdir. Mənzil ona təhvil verilmiş, o da mənzilin pulunu ödəyərək təhvil almışdır, mənzil hazırda reyestrdən verilmiş çıxarış a əsasən də öz mülkiyyətindədir. 10. “X4” MMC tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli ACG 01-17/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışa görə ünvan 1 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022-ci il tarixinə bazar dəyəri 168000 manat, 2023-cü il tarixə bazar dəyəri 188000 manat təşkil edir. 11. "xxxx" MMC-nin 06 fevral 2023-cü il tarixli 02-22/23 №-li “daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə” arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 135,5 kv.metr ümumi sahədən ibarət, əla təmirli, 4 otaqlı, 35 saylı mənzilin 2022ci il tarixinə bazar dəyəri 165000 manat, 2023-cü il tarixə bazar dəyəri 190000 manatdır.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci insta nsiya məhkəməsi) e-2(0011)-716/2023 nömrəli, 08 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.
14. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli mənzil alğısatqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən Cavabdeh3 adına rəsmi dövlət reyestrində qeydə alınmış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhk əmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda müqavilələrin ləğv edilməsi vicdanlı alıcı Cavabdeh3 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin etibarsız lığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmalı və iddia tələbi təmin edilməməlidir.
15. Məhkəmə qeyd etmişdir ki, birgə mülkiyyət kimi tanınmış əmlakın özgəninkiləşdirilməsi iddiaçının hüququnun pozulması kimi qəbul edilsə belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçı, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148.2, 149.2, 225.6, 337-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, “S.İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2004-cü il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli, "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olumması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılaraq aydınlaşdırılsa da, qətnamə ilə səhv nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sübutlarla Cav abdeh4 xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən, mübahisəli mənzili arvadı - Cavabdeh5 bağışladığı, sonuncu xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mənzli Cavabdeh3 141.716,75 manat məbləğinə satması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli mənzilə dair müqavilələrin etibarsızlığına əsas verən, habelə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığını müəyyən etsə də, birincisi alğı-satqı müqaviləsindən əvvəl Cavabdeh4 Eyyub oğlunun birgə nikah müddətində əldə edilmiş və məhkəmə qərarları ilə bölünmüş mənzilin qanunsuz olaraq öz yeni həyat yoldaşının adına formal olaraq keçirməsi və bununla da həmin əmlaka İddiaçı yaranmış hüquqlarını pozmasını nəzərə almamışdır. Digər tərəfdən, b irinci instansiya məhkəməsi araşdırması zamanı Hənifəyevin öz etirafları ilə mənzilin ilkin qiymətinin taxminən 20.000 manat artıq olmasını, lakin Cavabdeh4 təcili pul lazım olduğu üçün mənzili dəyərindən daha aşağı satdığı müəyyən edilmişdir. İş üzrə həmçinin, digər sübütlarla da mənzilin dəyərinin daha yuxarı olması müəyyən edilmişdir. Lakin bütün bunlara baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi həmin hallara qiymət verməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4823/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən - “Bakı şə həri, 53 saylı Notariat Kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, Bakı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin onu ödəmiş tərəfin ö zünə aid edilməsi qət edlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci insansiya məhkəməsinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh4 birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyət olan və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 ½ hissədə payı müəyyən edilmiş ünvan 1, mənzil 35-i (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) qanuni əsas olmadan, formal olaraq yeni həyat yoldaşı Cavabdeh5 bağışlamışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvv əlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı iş üzrə Cavabdeh4 yeni həyat yoldaşına bağışladığı mənzilin keçmiş arvadı ilə birgə mülkiyyətində olduğunu və məhkəmə qətnaməsi ilə ½ payı müəyyən olunduğunu bildiyi halda uydurma əqd olaraq bağışlama müqaviləsini bağlamışdır.
22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab etmişdir ki, Cavabdeh4 qanuni əsas olmadan, birgə nikah dövründə əldə edilmiş, birgə mülkiyyətdə olan və Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 ½ hissədə payı müəyyən edilmiş ünvan 1, mənzil 35-i (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2), formal olaraq yeni həyat yoldaşı Cavabdeh5 bağışlamaqla, iddiaçı X2 hüquqlarını pozduğundan 30 iyun 2022-ci il tarixli daşınmaz əmlak ın bağışlanması müqaviləsi etibarsız hesab olunmalıdır.
23. Məhkəmə kollegiyası bununla yanaşı hesab etmişdir ki, Cavabdeh3 vicdanlı alıcı hesab etməklə, satıcı Cavabdeh5 və alıcı Cavabdeh3 arasında bağlanmış 29 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət rey estrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməklə göstərmişdir ki, hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2022-ci il tarixli çıxarışla Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh5 adına olan qeydə dair etiraz reyestrə daxil edilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir. Mənzil xüsusi mülkiyyət kimi hazırda Cavabdeh3 məxsusdur, həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır.
25. Məhkəmə kollegiyası iddiaçıya izah etmişdir ki, o, mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi il ə bağlı mənzilin bazar qiymətinə uyğun onun payına düşən hissəsini pul şəklində ona verilməsini ümumi qaydada tələb edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edərkən iş üzrə lazımi araşdırma aparmamışdır, qətnamə həmin hissədə qanuni və əsaslı hesab edil mir. Bağışlama müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Mülki Məcəllədə nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən edilmir. Buna görə də iddia əsassızdır. Əgər cavabdeh yeni həyat yoldaşına bağışladığı mənzilin keçmiş həyat yoldaşı ilə birgə mülkiyyətində olduğunu və məhkəmə qətnaməsi ilə ½ payı müəyyən olduğunu bilmiş olsa belə, mənzilin 1/2 hissəsinin cavabdehə məxsus olması mübahisəsizdir. İddiaçı yalnız özünə aid hesab etdiyi hissədə əqdi mübahisələndirə bilərdi. Mülki Məcəllənin 352-ci maddəsi əqdin bir hissəsinin etibarsızlığının nəticələrini müəyyən edərək qeyd edir ki, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Bundan əlavə, m ülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən ed ilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə kollegiyasının nəticəsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirən in adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istə diyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi ol ur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
33. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
34. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
35. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
36. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
37. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
38. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontrak tında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
39. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.2. Əqd barəsində mü bahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
44. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyə ti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 233.1. Bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
52. Maddə
393. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları bağışlama müqaviləsinin tam etibarsız sayılmasına aid hissədə düzgün tətbiq olunmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – “Bakı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməklə bağışlama müqaviləsi qismən - ünvan 1, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) İddiaçı paylı mülkyətində olan ½ hissədə etibarsız sayılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Belə ki, kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə tərəflərin arasında yaranmış münasibətlər paylı mü lkiyyətdə olan əşyaya dair sərəncam verilməsi ilə bağlı münasibətlərdir. Çünki mübahisəli mənzil birgə nikah müddətində əldə edilmiş olsa da, həmin əmlak üzərində tərəflərin payları müəyyən edilmişdir və onun hüquqi statusu artıq paylı mülkiyyətdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi üzrə münasibətlər Mülki Məcəllənin 215.5 və 215.6-cı maddələri ilə tənzimlənir. Həmin normalara görə, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
20. Göründüyü kimi Cavabdeh4 mənzilin paylı mülkiyyətçisi olaraq, öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Bu sərəncam yalnız onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsini tələb edirdi.
21. Apelyasiya instansiyası məhkəməsinin Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsini bütövlükdə ləğv etmək barədə gəldiyi nəticə Mülki Məcəllənin 215.6-cı maddəsində müəyyən olunan qaydalara ziddir. Çünki Cavabdeh4 paylı müıkiyyətdə olan mənzildən onun payına düşən hissəsini bağışlamaq hüququna malik idi və öz payını bağışlamaq hüququna malik olmuşdur. Başqa sözlə, 30 iyun 2022-ci il tarixli bağışlama müqaviləsi, ünvan 1, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) onun payına düşən ½ hissədə etibarlı idi.
22. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.
23. Maddi hüquq normasının pozulması MPM-nin 418.1-ci maddəsinə görə qətnamənin ləğv edilməsi üşün əsasdır.
60. Həmçinin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür.
61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən – “Bak ı şəhəri, 53 saylı Notariat kontorunda 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış, hədiyyə verən Cavabdeh4 və hədiyyə alan Cavabdeh5 arasında bağlanmış 30 iyun 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə bağlanmış və Cavabdeh1 4Ə1847 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlama müqaviləsi qismən ünvan 1, mənzil 35-in (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 159, M13, m2) İddiaçı paylı mülkiyyətində olan ½ hissədə etibarsız sayılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.