Məhkəmə qərarları › İş №2(102)-6468/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6468/2019

24.09.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6468/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağabab oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı2 və vəkili X2 iştirakları ilə, İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Ş.İ.Rüstəmli; 2(009)-341/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 məxsus olan «torpaq sahələri üzərində vərəsəlik hüquqlarının tanınması və həmin torpaq sahələrinin vərəsələr arasında bərabər bölünməsi» barədə iddiaları təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər: Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışınski; 2(103)-7940/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı nın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,88,363.1.1,363.1.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, şikayətin geri qaytarılması üçün heç bir əsas mövcud olmadan, şikayətin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib qətnamə çıxarılması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəməkollegiyasınıniclasındaİddiaçı2 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. və vəkili X4 Cavabdeh Cavabdeh1 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddə sinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y alnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmi ş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, işdə olan (elektron poçt vasitəsilə göndərilmiş) apellyasiya şikayətində onu verən şəxslərin ata adları və ünvanları qeyd olunmamış, bir ünvan (Badamdar qəsəbədi T.Məmmədov küçəsi ev 21/7, mənzil 6) göstərilsə də, onun hansı apellyatora aid olması konkretləşdirilməmiş, şikayət verən şəxslərin tələbləri və işin materiallarına istinad edilməklə ərizəçilərin qətnaməni düzgün hesab etmədiyi əsaslar qeyd edilməmiş, nəhayət apellaysiya şikayəti İddiaçı1 tərəfindən imzalanmamışdır. Qeyd olunan hallar təsdiq edir ki, apellyasiya şikayətinin məzmunu Mülki Prosessual Qanunvericiliyin tələbinə uyğun tərtib edilməmiş və elə cə də birgə şikayət hər iki şəxs tərəfindən imzalanmamışdır. Ona görə də, apellyasiya instansiysı məhkəməsi haqlı olataq hesab etmişdir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 361.1 -ci maddəsinə əsasən, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, şikayətə əlavə edi lən sənədlərin siyahısı göstərilməlidir. -361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. -363.1.1 -ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. -366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün ısaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Prosessual qanunvericiliyin qeyd olunan normalarına əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-341/2019 saylı, 08 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İd diaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət İşlə birlikdə rayon məhkəməsinə qaytarılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 14 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar