Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6475/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi ba rədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı “hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə; müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Əsədova, iş 2(005)-676/2019) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və X5 qarşı “hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından İddiaçı çıxarılması, qeyri-yaşayış binası boşaldılması və X5 təhvil verilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədovavə N.Cəfərov, iş № 2(103)-5807/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apel yasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki halların ın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərarı ilə Bakı şəhəri, ünvan 1 ünvanında küçəsində X3 istifadəçisi olduğu “Azərbaycan xörəkləri” kafesinin ön tərəfində yerləşən 100 kv.metr torpaq sahəsi sahibkarliq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi qərara alınmışdır. ünvan 1 ünvanındakı qeyri-yaşayış binası (“Azərbaycan Xörəkləri” kafesi) xüsusi mülkiyyət hüququ əsasında X6 məxsus olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(005)- 7988/2016 nömrə li qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2014-cü il tarixli, seriya RX, ******* nömrəli və 24 oktyabr 2014-cü il tarixli, seriya RX, ******* nömrəli “Çıxarış”ların və 15 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh X3 hüquqi varisi İddiaçı 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin X2 xeyrinə tutulması müəyyən edilmiş Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 15 may 2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxxx” kafesi 130.000 (bir yüz otuz min) manat məbləğində X1. Müvafiq çıxarışla qeyd edilən qeyri-yaşayış binası (“xxxxx” kaf esi) xüsusi mülkiyyəthüququ əsasında X5 məxsusdur. Qeyd edilən qeyri-yaşayış binasının hərracının keçirilməsi ilə bağlı iddiaçı şəxsin həmin əmlaka dair subyektiv hüququnun olmaması səbəbindən həmin şəxs bununla bağlı məlumatlandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1, 415.2, 152.1, 152.5, 157.2, 157.4-cü maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qə tnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “..hərracın məndən xəbərsiz keçirilməsi mənim hüquqlarımın pozulması ilə nəticələnmişdir. Bu səbəbdən mübahisəli əmlak yenidən hərraca çıxarılmalı və mənim iştirakımla təkrar hərrac keçirilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...məhkəmə aktı ilə iddiaçının mübahisəli qeyri-yaşa yış sahəsinə hər hansı hüququnun olmaması və aşkar olaraq müəyyən olunmuşdur. Həmin əmlak üzərində hüququ olmayan şəxs isə qeyri-yaşayış sahəsini qanuni əsaslarla əldə etmiş şəxsin hüquqmüəyyənedici sənədlərini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Göstərilən fakt qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan onun yenidən sübut edilməsinə zərurət yoxdur.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunm uş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6475/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6475/2019
24.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver