Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-648/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı XXX qızı Cavabdeh: “xxxx” MMC Üçüncü şəxs: X10 İddia tələbi: müqavilə öhdəliklərinin yerinə yetrilməsi vəzifəsinin qoyulması, müqavilənin etibarsız hesab edilməsi Üçüncü şəxsin tələbi: müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi Açar sözlər: etibarsız müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı XXX qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsind ən “xxxx” MMC və X10 tərəfindən ayrı-ayrılıqda verilmiş verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” MMC (hazırki “xxxx” MMC) ilə X4 ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kooperativ binada mənzil tikintisi üçün” müqaviləyə əsasən, Cəmiyyət mübahisəli mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin dəyəri olan 26100 manat pulu Cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. X4 müqaviləyə uyğun olaraq xx.xx.2010-cu il tarixdə müqavilədə nəzərdə tutulan 26100 manat pulu Cəmiyyətə ödəmiş və bu barədə ona imzalı və möhürlü maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı XXX qızı “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə arasında bağlarnmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin onun üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cəmiyyətlə aralarında XXXinşa etdiyi 9 girişli, 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində 2 otaqlı 87 kv.m sahəsi olan 174 saylı mənzilin alqı-satqısına dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlanıb və Cəmiyyətə 2 otaqlı mənzil üçün 26100 manat ödəyib. Cəmiyyət mənzili tikib payçıya verməyə dair öhdəliyini yerinə yetirməyib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia etiraf olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin in 2(001)-3845/2013 nömrəli iş üzə xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakim R.Ş.Əliyev) iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli “Kooperativ binasında mənzil tikintisi üçün” müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Maraqlarına toxunulan şəxs qismində X10 həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə və eyni ta rixli, 00257 saylı kassa mədaxil orderinə əsasən, 22837 manat ödəməklə mübahisəli mənzili alıb. Apellyasiya şikayəti mümkün hesab edildikdən sonra İlkin Quliyev “xxxx” MMC-yə və X2 qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, mübahisəli mənzilin alqı-satqısına dair Rahilə Həsənova ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil xx.xx.2007-ci il tarixdə ona satılıb. Onun tərəfindən mənzilin dəyəri tam olaraq ödənilib, bu barədə maliyyə arayışı verilib. Daha sonra eyni mənzilə dair iddiaçı ilə xx.xx.2010-cu il tarixli yeni müqavilə bağlanıb. Həqiqətən iddia edilən müqavilə bağlanı bsa, qanunsuzdur. Digər tərəfdən, “xxxx” MMC-nin vəzifəli şəxsləri haqqında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə toplanmış istintaq materialları ilə Rahilə Həsənova ilə həmin hüquqi şəxs arasında mübahisəli mənzilin alqı-satqı müqaviləsi ilə bağlı pul ödənilməsi təsdiq olunmadığından sonuncu cinayət işində zərərçəkmiş qismində tanınmayıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə X10 iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmiş və iddia ərizəsi (apellyasiya baxışı zamanı təqdim edilmiş yeni tələb) icraata qəbul olunmuşdur. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, məhkəmə aktı ilə iddiası təmin edildikdən sonra, “xxxx” MMC «xxxx» MMC-yə satılıb. S onuncu, binanı təhvil götürdükdən sonra payçılardan pul tələb edib, sadəcə pul verənləri payçı kimi qəbul edib. İddiaçı bu tələblə razılaşmayıb. Buna görə məhkəmədə mübahisə qaldırılıb. Bundan sonra, özbaşınalıq edərək 2014-cü ildə ona məxsus olan mənzili İsa Qasımov adlı şəxsə satıblar, sonuncu onun qoyduğu giriş qapısını sındıraraq mənzilə girib və orada təmir işləri görüb. Mənzil yenidən ona təhvil verildikdən sonra İsa Qasımov təmir xərclərinin ödənilməsinə dair iddia qaldırıb. Həmin tələblə razılaşdığından aralarında borcun etirafı barədə müqavilə bağlayıblar. Bundan sonra, «xxxx» MMC ona qarşı müqavilənin etibarsızlığı barədə iddia qaldırıb və tələb təmin edilməyib. Cinayət işi üzrə araşdırma aparılarkən İlkin Quliyevin şikayət verməməsinin, zərərçəkən qismində tanınmamasının, məhkəm əyə müraciət etməməsinin səbəbləri müəyyən deyil, bu barədə suallara üçüncü şəxsin vəkili cavab verə bilməyib. İddiaçı, həmçinin qarşılıqlı (əlavə) tələb təqdim edərək, “xxxx” MMC ilə üçüncü şəxs arasında bağlanılmış müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırılmışdır ki, hazırda mübahisəli mənzildə yaşayır. Üçüncü şəxsə məxsus müqavilə saxta və etibarsızdır. Belə ki, xx.xx.2006-xx.xx.2008-ci il tarixlərdə olan dövr üçün «xxxx» MMC ilə bağlanmış müqavilələrin adlı siyahısını məhkəməyə təqdim edib. Mübahisəli mənzilin həmin vaxt ərzində kiməsə satılması həmin siyahıda öz əksini tapmır. Siyahı «xxxx» MMC-nin direktoru olmuş Qasım Məmmədovun barəsində olan cinayət işinin materiallarından götürülüb. Bundan başqa, İlkin Quliyevin 2007-ci ildə mənzili aldıqdan 12 ildən sonra iddia qaldırması qeyri-mümkündür. Digər tərəfdən, «xxxx» MMC 2007-ci ildə mövcud olmadığına baxmayaraq, İlkin Quliyevin iddiasını qəbul edir və mənzili 2007-ci ildə sonuncunun aldığını bildirir. Mənzili İlkin Quliyevin satın alıbsa, 2014-cü ildə mənzili İsa Qasımova satıla bilməzdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1080/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) X6 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, X6 “xxxx” MMC-nin hüquqi varisi “xxxx” MMC və İddiaçı XXX qızına qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, İddiaçı XXX qızının X7 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı tələbi qismən təmin edilmiş, mübahisəli Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 1 nömrəli ünvanda tikilən 14 mərtəbəli yaşayış binasıın 174 nömrəli mənzilinə aid hissədə xx.xx.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, qarşılıqlı tələb qalan hissədə rədd edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5357/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Ə.Allahverdiyev, İ.R.Xələfov və Ə.Ə.Şadiyev) X10 və “xxxx” MMC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mü lki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi isə işin düzgün araşdırılması üçün “xxxx” MMC-nin rəhbəri X5 barəsində olan cinayət işinin istintaqının nəticəsi ilə maraqlanmamış, hazırki mübahisənin predmetini təşkil edən mənzilə dair həmin cinayət işində iş üçün əhəmiyyətli olan halların müəyyən edilib-edilməməsini də yoxlamamış, üçüncü şəxsin müqaviləsinin daha əvvəl bağlanmasına hüquqi qiymət verilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12541/2019 nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Q.Hüseynov, A.N.İmanov, V.N.Sadıqov ) X6 apellyasya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X6 “xxxx” MMC və İddiaçı XXX qızına qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, İddiaçı XXX qızının X7 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı tələbi təmin edilmiş, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 1 nömrəli ünvanda tikilən 14 mərtəbəli yaşayış binasının 174 nömrəli mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında bağlanmış müqavilə və həmin müqavilə üzrə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İlkin Quliyev mübahisəli mənzil xx.x x.2007-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ona satıldığını göstərsə də, istinad etdiyi halı təsdiq edən sübut qismində məhkəməyə yalnız istinad etdiyi müqavilənin kserosurətini təqdim etmiş, əvvəlki apellyasiya və kassasiya baxışı zamanı həmin müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmiş, səbəbi barədə məlumat vermədən hazırkı apellyasiya baxışı iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbləri baxımdan isə, üçüncü şəxs tərəfindən təqdim olunmuş müqavilənin kserosurəti mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx xxxx 2013-cü il tarixdə qəbul edilib və iddiaçı uzun illərdir mübahisəli mənzildə yaşayır. “xxxx” MMC-nin cavabdehin hüquqi vari si qismində qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2015-ci il tarixdə qeyri-mümkün hesab edildikdən sonra həmin hüquqi şəxs ayrıca məhkəmə icraatı qaydasında iddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış müqavilənin və maliyyət arayışının etibarsızlığı tələbini irəli sürmüş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. “xxxx” MMC-nin verdiyi apellyasiya şikayətində və iddia ərizəsində mübahisəli mənzilə dair ondan əvvəl İlkin Quliyevlə müqavilə bağlandığı barədə hər hansı dəlil irəli sürülməmiş, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə iş materialları və tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilir ki, “xxxx” MMC mübahisəli mənzili 2014-cü ildə üçüncü şəxsə satmışdır. Bu isə bir daha təsdiq edir ki, həmin dövrədək cavabdehdə mübahisəli mənzilin İlkin Quliyevə satılması barədə məlumat və ya sübut olmamışdır. Yalnız “xxxx” MMC-nin şikayət və yeni iddia cəhdləri uğursuz yekunlaşdıqdan dərhal sonra İlkin Quliyev hazırkı apellyasiya şikayətini vermişdir. Digər tərəfdən “xxxx” MMC-nin vəzifəli şəxslərinin barəsində başlanmış cinayət işinin materiallarıdan götürülərək surəti hazırkı işə əlavə edilmiş həmin şirkətin adından xx.xx.2016-xx.xx.2008-ci il tarixlərində bağlanmış müqavilələrin siyahısından görünür ki, həmin siyahıda İlkin Quliyevin adı yoxdur. İşin qeyd olunan halları belə qənaətə gəlməyə əsas verir ki, İlkin Quliyevin istinad etdiyi və “xxxx” MMC tərəfindən mövcudluğu etiraf edilən müqavilə əslində hazırkı mübahisənin ortaya çıxmasından və iş üzrə qətnamənin qəbul edilməs indən sonra əvvəlki tarixə bağlanmışdır, bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarsızdır. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları “xxxx” MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və göstərmişdir ki, onun iddiaçı qarşısında hər hansı öhdəlik daşımamasına qiymət verilməmiş, qanuni və əsaslı hesab edilməyən nəticəyə gəlinmişdir. İlkin Quliyev kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı XXX qızının iddiasının rədd, onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini iddiasının məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandı rılmış kassatorlar məhkəmə kollegiyasının iclasına gəlməmişdir Məhkəmə kollegiyası iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podr atçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi M əhkəmə kollegiyası hesab edir ki, apellasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərində irəli sürümüş dəlillərə gəldikdə isə, eyni məzmunlu dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstəril ənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-648/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-648/2021
03.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver