Məhkəmə qərarları › İş №2(102)-648/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-648/2023

01.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-648/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “SOCAR” İddiaçısalat Birliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-648/23 (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Bakı şəhəri 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı “SOCAR” İddiaçısalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-436/2022 nömrəli, 28 sentyabr 2022-ci il t arixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi haqqında 17 may 2003-cü il tarixli 01/034 №-li müqavilədən görünür ki, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 34875.5 kv.metr torpaq sahəsi 99 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 21(82)-2394/2014 №-li qərarına əsasən iddiaçı Cavabdeh iddiasının təmin edilərək, onun istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair Sa bunçu rayon Balaxanı Bələdiyyəsinin 17 may 2003-cü il tarixli 01/034 saylı torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsi haqqında müqaviləyə dəyişiklik edərək, göstərilən torpaq sahəsinin daimi istifadəsinə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin üzərinə qoyulması, iddiaçı Cavabdeh istifadəsində olan Balaxanı qəsəbəsi sənaye ərazisində şossesində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 21(82)-2394/2014 №-li qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komit əsi tərəfindən X4 kitabında 04 fevral 2015-ci il tarixdə 41441 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2015-ci il tarixli 2-1(82)2394/2014 №-li qərardadına əsasən, məhkəmənin 17 dekabr 2014-cü il tarixli 2-1(82)2394/2014 №-li qərarı üzrə başlanmış icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birliyin qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşı na tikilinin sökülməsi, ərazinin cavabdehin hesabına boşaldılaraq Birliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X1 İcraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nin (Keçmiş “Leninneft” NPU) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metrdən ibarət olan bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırıl ması və ərazinin boşaldılması tələb olunsa da, o qanunsuz bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla Birliyin qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarına əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsinin cavabdehin daimi istifadəsinə verilməsi qərara alınmış və həmin qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt etməsi barədə iddiaçının hazırkı iddiası əsassızdır. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yoxdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 406525;4480409 koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 sentyabr 2020-ci il tarixli, 2(008)-402 /2020 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hacıyev) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə dair iddiaya baxılmış, hazırda qüvvədə olan məhkəmə qərarı və həmin qərar əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsi Cavabdeh daimi istifadəsindədir. Belə olan halda, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 88, 119.1, 124.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Birliyin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilindədir. Qətnamə, qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1717/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

16. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə ilə bağlanan müqaviləyə əsasən cavabdehin 99 il müddətinə istifadəsinə verilmiş, daha sonra məhkəmənin qərarı əsasında onun daimi istifadəsinə verilmiş və həmin qərar icra edilmişdir. Məhkəmə də müəyyən edilmiş halları nəzərə alaraq, hazırki iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır.

18. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlar araşdırılmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəli tikilinin inşasının qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmaması, “Azneft” İB-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün verilən sənaye təyinatlı torpaq sahəsində tikilməsi, özbaşına tikili olması müəyyən edilmişdir.

21. Azərbaycan Respublikası A li Məhkəməsi Mülki kollegiyasının 2(102)3582/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), İ.R.Xələfov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırda cavabdehin istifadəsində olmaqla, onun tərəfindən tikili inşa edilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin ərazisində yerləşdiyi və həmin torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğu işin mübahisəsiz halıdır.

23. Apellyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb e dən həmin hala ümumiyyətlə hüquqi qiymət verməməklə, iş üzrə gəldiyi nəticəni cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinə dair cavabdehlə bələdiyyə arasında bağlanmış müqaviləyə dəyişiklik edilməklə bələdiyyənin üzərinə torpaq sahəsinin daimi istifadəyə verilməsi vəzifəsinin qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu ilə əsaslandırmışdır.

24. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. On un tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökü lə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikdə özbaşına tikili hesab edilir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına ümumiyyətlə hüquqi qiymət vermədən maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Apellyasiya icraatı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə mühəndis tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/972 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxa nı qəsəbəsi, BalaxanıBİnəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikililər (talvar və gözətçi otağı) tikililəri iddiaçıya məxsus A N9537024 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Mülki iş materiallarında “Azneft" İstehsalat Birliyinin “Balaxanıneft” NQÇİ-nə ayrılmış əraziyə aid hər hansısa bir xəritə materialı olmadığından, mübahisəli tikililərin İddiaçısalat Birliyinin “Balaxanıneft” NQÇİ-nə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3714 saylı rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş tikililər və torpaq sahəsi Cavabdeh məxsus A N9537024 Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

28. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-436/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nə ticəni cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinə dair cavabdehlə bələdiyyə arasında bağlanmış müqaviləyə dəyişiklik edilməklə bələdiyyənin üzərinə torpaq sahəsinin daimi istifadəyə verilməsi vəzifəsinin qoyulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu ilə əsaslandırmışdır.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, onun məzmununda müəyyən edilmiş bəzi diqqətəlayiq məqamların nəzərə alınması zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olsa da, sözügedən torpaq sahəsinin eyni zamanda Balaxanı bələdiyyəsinin mülkiyyəti kimi müqaviləyə əsasən cavabdehin 99 il müddətinə ist ifadəsinə verilmiş, daha sonra həmin sahə qanuni qüvvəsini almış məhkəmənin qərarı əsasında onun daimi istifadəsinə verilmiş və həmin qərar icra edilmişdir. Qüvvədə olan məhkəmə qərarı və həmin qərar əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində yerləşən 34875.5 kv.m ölçüdə olan torpaq sahəsi Cavabdeh daimi istifadəsində olması faktı öz təsdiqini tapmışdır. Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan sənaye təyinatlı torpaq sahəsi üzərində cavabdehin tərəfindən inşa edilmiş tikililər və toraq sahəsinin ona məxsus A № 537024 saylı toraq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi iş üzrə təyin edilmiş ekspertizaların x x.xx.2022-ci il tarixli 10/972, xx.xx.2022- ci il tarixli 10/3714 saylı rəyləri ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixli 10/972 saylı rəydə mülki iş materiallarında İddiaçısalat Birliyinin «Balaxanıneft» NQÇİ-nə ayrılmış əraziyə hər hansısa bir xəritə materialının olmadığından mübahisəli tikililərin İddiaçısalat Birliyinin «Balaxanıneft» NQÇİ-nə ayrılmış ərazinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün deyildir.

31. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, iddiaçının nümayəndəsinin razılığı ilə tərəflərin iştirakı ilə baxış keçirilmiş mübahisəli ərazi ilə bağlı video çəkilişdə də mübahisəli torpaq sahəsinin faktiki cavabdehin istifadəsində olması əks edilmişdir.

32. İddiaçı tərəf tələbində Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparıldığınə, dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, bu tələblərə əməl etməməsino göstərsə də, bu barəd sübutları məhkəməyə təqdim etməmişdir.

33. Həmçinin iddiaçı tərəf 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarının mövcudluğu barədə məlumatları olmasını bildirsə də, ondan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verməmələrini də etiraf etmişdir.

34. İddiaçı tərəf daha sonra Cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.m-dən ibarət olan bir hissəsinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin olmaqla orada yataqla r olmasını göstərsə də, buna dair heç bir sübut növü təqdim etməmişdir.

35. İddiaçı tərəfin etirafından daha sonra görünür ki, həmin sahədə qaz, neft kəmərləri keçmir, onların yerinə təkindən çıxarılması üçün hər hansı qurğular mövcud deyildir. Cavabdehin tərəfin göstərdikləri təqdim edilmiş video çəkilişdən də görünmür. Videoda əks edilən işıq dirəkləridir ki, onlar da iddiaçıya aid deyildir.

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeyd olunan ərazidə inşa edilən özbaşına tikilinin sökülməsini tələb etmək hüququna malik tərəf olmasına baxmayaraq cavabdehin də iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hal, yəni, torpaq sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi halı da müəyyən edilməmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi hesab etmi şdir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı Binəqədi şossesinin kənarında yerləşən 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsinin İddiaçısalat Birliyinə aid olması onun hazırki iddiasının əsaslı olmasını da təsdiq etmir. Belə ki, həm Balaxanı Bələdiyyəsi tərəfindən 7 may 2003cü il tarixli 01/034 №-li müqaviləsi, həm də preyudisial əhəmiyyət kəsb etməsə də 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarı qüvvədədir. İddiaçı tərəf müəyyən müddətə icarəyə verilmiş sahənin cavabdeh tərəfindən istifadə edilməsinin hazırkı vəziyyətdə onun hansı hüquq və mənafeyinə xələl gətirməsinə, neft-qaz əməliyyatlarının aparılması ilə bağlı müəyyən işlər görülməsinə dair işlərin hazırlanmasına və görülməsinin zəruriliyinə dair mötəbər və tutarl ı sübutlar təqdim etməmişdir.

38. Məhkəmə apellyasiya şikayətinin dəlilərinə qiymət verərək hesab etmişdir ki, cavabdehin mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsi faktı öz təsdiqini tapmadığı üçün və hazırki vəziyyətdə, işin faktiki halları baxımından neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpağın hüquqi rejiminə görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmasına və orada Balaxanı Bələdiyyəsi tərəfindən 7 may 2003-cü il tarixli 01/034 №-li müqaviləsi, həm də preyudisial əhəmiyyət kəsb etməsə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli 2-1(82)-2394/2014 №-li qərarına əsasən istifadə edən Cavabdeh tərəfindən tikilinin sökülməsi, ərazinin boşaldılmasına dair iddiasının təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Kass asiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən göründüyü kimi məhkəmə tərəfindən mübahisə edilən ərazinin “Azneft” İBnin “Balaxanıneft” NQÇİ-nin daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinə düşüb-düşməməsi aydınlaşdırılmamışdır. İş üzrə keçirilmiş mühəndis tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəylərində də həmin ərazinin iddiaçıya ayrılmış torpaq sahələrinin hüdudlarına düşüb düşməməsi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsində keçirilmiş məhkəm ə iclasları və iş üzrə keçirilmiş ekspertizalar barəsində iddiaçıya heç bir məlumat verilməmişdir. Məhkəmə qətnamənin 8-ci səhifəsinin 5-ci abzasında qeyd etmişdir ki, iddiaçı tərəfdən Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 34875.5 kv.metrdən ibarət olan bir hissəsinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin olmaqla orada yataqlar olmasını dair heç bir sübut növü təqdim edilməmişdir. Lakin, qətnamənin elə həmin səhifəsinin 6-cı və 7-ci abzaslarında məhkəmə qeyd edir ki, 34875.5 kv.metr sənaye təyinatlı torpaq sahəsinin “Azneft” İB-nə aid olması onun hazırki iddiasının əsaslı olmasını da təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmadan, yuxarıda qeyd etdiyimiz pr osessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qərəzli, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etira z göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə

42. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

43. Maddə

9. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür.

44. Maddə

22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x x.xx.2003cü il tarixli Qərarı

45. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda məhkəmələr hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusunu müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. M addə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaş ır.

60. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinə cavabdehin daimi istifadə hüuququna dair məhkəmə qərarı və hüquqmüəyyənedici qüvvəsində olduğu və iddiaçı tərəfindən mübahisələndirmədiyi halda, iddiaçının tikili inşa edilən torpaq sahəsinin sənaye təyinatlı torpaq sahəsi olması və cavabdehin həmin torpaq sahəsini zəbt edərək orada qanunsuz tikili inşa etməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəy yən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “SOCAR” İddiaçısalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-436/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar