Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6489/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə münasibətlər, fərdi-müəyyən əşyanın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı hüquqi varisi X3 vəkili Həsənova İlhamə Zakir qızının və Maraqlı şəxs vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-1062/2020 saylı qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 13 mart 2008-ci il tarixli müqavilədə Cavabdeh1 MMC ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzili payçı hesab edilən İddiaçı təhvil verməyi öz öhdəsinə götürür. Mənzilin hər kv.metrinin dəyəri 550 manat, ümumi dəyəri isə 71500 manat təşkil edir. Cavabdeh1 MMC tərəfindən verilmiş 13 mart 2008-ci il tarixli, 288 saylı maliyyə arayışında İddiaçı 13 mart 2008-ci il tarixdə Cavabdeh1 MMC-dən ümumi sahəsi 130 kv.metr olan 3 otaqlı mənzili aldığı və 71500 manat pul ö dədiyi göstərilmişdir. 2. 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsinə əsasən "xxxx" MMC "xxxx" MMCnin inşa etdiyi binaları PVC qapı-pəncərə sistemləri ilə təchiz etməyi öhdəsinə götürmüşdür. İşlərin ümumi dəyəri ******* manat təşkil etmiş, bunun 50% hissəsi avans ödənişi kimi əvvəlcədən, qalan 50 % hissəsi isə görüləcək işlərə müvafiq olaraq 7 bank günü ərzində təhvil-təslim aktına əsasən ödəniləcəkdir. "xxxx" MMC-nin inşa etdiyi binadakı ümumi sahəsi 1536 kv.metr olan 15 ədəd mənzil "xxxx" firmasının direktoruna verilir. "xxxx" firmasının direktoru PVC qapı-pəncərə məmulatlarının qrafik əsasında icrasına başlayır. Əgər gecikmə halları baş verərsə, verilən mənzillərin sənədləşdirilməsi birtərəfli qaydada "xxxx"MMC tərəfindən ləğv edilir. 3. "xxxx" MMC-nin "xxxx" MMC-yə göndərdiyi 13 mart 2008-ci il tarixli, 23 saylı məktubunda göstərilir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında olan müqavilə və razılaşma protokoluna əsasən görüləcək işə görə müqavilədə göstərilən dəyərin bir hissəsinin əvəzinə ödənişin bazar satış qiymətinə uyğun olaraq yaşayış binasının mənzillərindən təxminən 200000 manat dəyərində 3 ədəd 3 otaqlı mənzilləirin ayrılaraq X10, X6 və X4 adlarına dəyəri ödənilmədən ödənişi əvəzləmə məqsədilə sənədləşdirilməsinə sərəncam verilməsi xahiş edilir, ayrılmış mənzillərin müqabilində öhdəliklərin yerinə yetirilməsinə zəmanət verilir. 4. "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə göndərdiyi 06 avqust 2008-ci il tarixli məktubunda göstərilir ki, 12 aprel 2007-ci il tarixli satınalma müqaviləsi və razılaşma protokoluna əsasən "xxxx" MMC tərəfindən nəzərdə tutulmuş işlərin gör ülməsi artıq mümkün deyildir və buna görə də dəyəri ******* manat olan bazar-satış qiymətinə uyğun dəyəri ödənilmədən bəzi şəxslərin (o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş 3 otaqlı, 130 kv.metrlik mənzilin tikintisi və verilməsi) adına rəsmiləşdirilmiş mənzillərin tikintisi və verilməsi barədə müqavilələrə xitam verilməlidir. Bu mənzillər Cavabdeh1 MMC-nin sərəncamına qaytarılır. Həmin mənzillərlə bağlı müqavilələrin ləğvi və Cavabdeh1 MMCnin sərəncamına qaytarılması ilə bağlı məsuliyyəti "xxxx" MMC daşıyır və Cavabdeh1 MMC-nin heç bir məsuliyyəti yoxdur.
5. Maraqlı şəxs ilə Cavabdeh1 MMC arasında bağlanmış 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144 k vadrat metr olan 5 saylı mənzili payçı hesab edilən Maraqlı şəxs təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin hər kv.metrinin dəyəri 320 manat olmaqla, ümumi dəyəri 46080 manat müəyyən edilmişdir. 6. 18.12.2006-cı il tarixli 00144 saylı, 21.12.2006-cı il tarixli 00152 saylı, 10.02.2007ci il tarixli 00311 saylı, 06.05.2007-ci il tarixli 00555 saylı kassa mədaxil orderlərindən görünür ki, Maraqlı şəxs 2006-cı ildə müqaviləyə əsasən Cavabdeh1 MMC-yə 15000 ABŞ dolları və 8660 manat pul ödəmişdir.
7. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin 11 oktyabr 2013-cü il tarixli qərarı ilə Maraqlı şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Cavabdeh1 MMC-nin direktoru işləmiş X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(101)-68/2015 saylı məktubunda göstərilir ki, İddiaçı və Maraqlı şəxs X7 məhkum edilməsinə dair hökmdə zərərçəkmiş şəxs qismində tanınmamışlar.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 noyabr 2016-cı il tarixli, 1(105)-63/2016 qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmü ləğv edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh1 MMC-yə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki 1 saylı evdə təmir-tikinti işlərinin başa çatdırılması, həmin evin 5 saylı mənzilinin payçı kimi ağlabatan müddətdə ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 10.000 manat məbləğində maddi, 35 00 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 MMC arasında kooperativ binada mənzil tikintisinə dair 13 mart 2008-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə görə Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindəki inşa etdiyi 1 saylı evin 130 kv.metrlik 5 saylı mənzilini 71500 manat qarşılığında 2009-cu ildə onun istifadəsinə verilməli idi. Mənzilin dəyəri onun tərəfindən MMC-yə tam ödənilsə də hazırkı vaxtadək mənzil ona təhvil verilməmişdir. Pulun ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. Dəfələrlə mənzilin ona təhvil verilməsi barədə cavabdehə müraciət etsə də nəticəsi olmamışdır. Bunun sayəsində ona ona həm maddi, həm də mənəv i ziyan dəymişdir.
13. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)- 1643/2011 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin üzərinə 13 mart 2008-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək, ünvan 3 ünvanında inşa edilən 14 mərtəbəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 130 kvadrat metr olan 5 saylı mənzilin ağlabatan müddət ərzində tikilib İddiaçı istifadəsinə verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Həmin qətnamədən işə cəlb edilməyən, lakin qəbul olunan qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs 19.10.2018-ci ildə apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla 18.12.2006-cı ildə kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmış və qiymət 46.080 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə 19.675 manat ödənilmiş və 26405 manat qalıq qalmışdır. İddiaçı ilə bağlanmış müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 12.04.2007-ci il tarixli satınalma müqaviləsini pərdələmək üçün bağlanmış müqavilədir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elman Rəhimov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 11.06.2019-cu il tarixli, 2(105)-620/2019 nömrəli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2011-ci il tarixli, 2(012)- 1643/2011 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının və məhkəmənin maliyyə arayışına istinad etməsi əsassızdır, çünki bu sənəd mənzilə görə pulun ödənilməsini əks etdirən mötəbər sənəd hesab edilə bilməz. İş materiallarında mənzilin dəyərinin İddiaçı tərəfindən ödənilməməsini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 sentyabr 2017-ci il tarixli məktubu da təsdiq edir. Mübahisəli mənzil dəyəri ödənilməklə Cavabdeh1 MMC tərəfindən məhz Maraqlı şəxs satılmışdır. Mübahisəli daşınmaz əmlakın dəyəri İddiaçı tərəfindən ödənilmədiyindən həmin mənzil onun istifadəsinə verilə bilməz və o, hazırkı iddia nı qaldırarkən subyektiv hüquqa malik olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7648/2019 saylı, 11.12.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli 2(105)620/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraqlarına toxunduğu Maraqlı şəxs işdə prossesual statusunu müəyyən etməmiş, onu iş üzrə maraqlarına toxunan şəxs kimi göstərmişdir.
21. İş materiallarında olan bütün sübutlar kserosurət olmaqla, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların əsli və ya lazımi qaydada təsdiqlənmiş surətinin təqdim edilməsi tərəflərə təklif edilməmişdir.
22. Apellyasiya instansiya məhkəməsi isə işin düzgün araşdırılması üçün Cavabdeh1 MMC rəhbəri X7 barəsində olan cinayət işinin istintaqının nəticəsi ilə maraqlanmamış, hazırki mübahisənin predmetini təşkil edən mənzilə dair həmin cinayət işində iş üçün əhəmiyyətli olan halların müəyyən edilib-edilməməsini, tərəflərdən kimin hazırki iş üzrə zərərçəkmiş, mülki iddiaçı kimi tanını b-tanınmamasını, X11 barəsində qaldırılmış ********* saylı cinayət işi üzrə yekun qərar qəbul edilərkən Maraqlı şəxs mülki iddiaçı qismində tanındığı halda bu iddiasına hansı hüquqi qiymət verilməsiniyoxlamamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair bağlanmış hər iki müqavilə mahiyyət etibarı ilə podrat müqavilələridir.
24. Podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun. Hazırki iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, Maraqlı şəxs tərəfindən müqavilə dəyərinin ödənilməsi barədə sübutların qeyri-mötəbərliyinə (kserosurət olduğuna görə) əsas verən hallar və məhkəmə araşdırması ilə ara dan qaldırılmayan şübhələr var.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, Maraqlı şəxs mənzilin tikiləndən onun sahiblik və istifadəsində olduğunu bildirdiyi halda, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci və 752.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, mənzilin faktiki olaraq kimin istifadəsində olduğunu, Abşeron Rayon Məhkəməsinin № 2(012)-1643/2011 saylı 29.11.2011-cı il tarixli qətnaməsinin hazırki vaxta kimi icra edilib-edilməməsini araşdırmamışdır.
26. Apellyasiya instansiya məhkəməsi mübahisəli mənzilin iki MMC ("xxxx" MMC və Cavabdeh1 MMC) arasındakı müqavilə üzrə ödəniş kimi İddiaçı verilməsi, lakin müqavilələrə xitam verildiyi üçün mənzillə bağlı aparılan əməliyyatların öz əhəmiyyətini itirməsi kimi nəticələrini kifayət qədər əsaslandırmamışdır.
27. Cinayət işi üzrə hökmün olub-olmaması, tərəflərdən hansının mənzillə bağlı istintaqa müraciətinin olması, istintaqda mülki iddianın taleyi araşdırılmamışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki,mübahisəli mənzil dəyəri ödənilməklə Cavabdeh1 MMC tərəfindən məhz Maraqlı şəxs satılması iddia olunsa da, iddiaçı kassasiya şikayətində "xxxx" MMC adından 01.01.2006-31.03.2008-ci il tarixlərdə bağlanan müqavilələr üzrə ödəniş etmiş şəxslərin siyahısında Maraqlı şəxs adının olmamasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Audit Departamenti Dövlət Vergi X1 imzaladığı rəsmi dövlət sənədin mövcud olduğunu göstərmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki,apellyasiya instansiyası məhkəməsi hüquqi şəxsin nizamnaməkapitalındakı hüquq vəvəzifə lərinin alğı-satqı müqaviləsinə istinadən 28 dekabr 2009- cu ildə X7 25 dekabr 2009-cu il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh1 MMC-dəki hüquqlarını, vəzifələrini, nizamnamə kapitalını X2, bu müqaviləyə kimi qeydə alınan bütün yazılı öhdəliklərin satıcıya (X8), müqavilə rəsmiləşdirildikdən sonra isə alıcıya (X9) aid olmasını göstərsə də, Qasım Məmmədov 05.03.2013-cü il tarixə kimi "xxxx" MMC sonradan adlanan "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi və imza etmək hüququna malik olmasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyinin 23.02.2018-ci il tarixli **********645600 saylı sənədinə diqqət yetirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İş apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi cə lb edilmiş Maraqlı şəxs cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı iddia qaldıraraq İddiaçı adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1- ci girişi, 1-ci mərtəbəsindəki 5 nömrəli, 144 kv.m.mənzilin "xxxx" MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı fərqli olaraq mübahisəli mənzilin alınması üçün pul ödəmiş, "xxxx" MMC-dən mübahisəli mənzili almışdır. Bu barədə onların arasında 18 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Ona görə də İddiaçı ilə bağlanmış müqavilə ettibarsız hesab edilməli, mənzil ona təhvil verilməlidir
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-1062/2020 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), Ə.M.Rzayev və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı, 29 noyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Cavabdeh1 MMC)-yə qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs cavabdehlər "xxxx" MMC-yə və İddiaçı qarşı İddiaçı adına yazılmış müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi barədə iddiasının təmin edilməsi, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün 13 mart 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MMC-nin Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa etdiyi 9 girişli, 14 mərtəbəli, yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsindəki 5 saylı, 144 kv.m.mənzilin "xxxx" MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı, 50 (əlli) manatının cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqinin 11 oktyabr 2013-cü il tarixli qərarı ilə Maraqlı şəx s zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmünə əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2-ci maddələri tilə təqsirli bilinərək CM-nin 66.3 maddəsinə əsasə qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallırına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 1(101)68/2015 saylı məktubundan görünür ki, İddiaçı və Maraqlı şəxs X7 məhkum edilməsinə dair hökmdə zərərçəkmiş şəxs qismində tanınmamışlar. Sumqayıt Apelyasiya Məhkəməsinin ci nayət kollegiyasının 08 noyabr 2016-cı il tarixli, 1(105)63/2016 qərarı ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-cı il tarixli hökmü ləğv edilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə olan cinayət təqibinə təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair bağlanmış hər iki müqavilə mahiyyət etibarı ilə podrat müqavilələridir. Müqavilələrdə cavabdeh mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür.
35. İş materiallarından isə görünür ki, Maraqlı şəxs tərəfindən müqavilə dəyəri daha əvvəl ödənilmişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiy ası hesab edir ki, Maraqlı şəxs ilə mübahisəli mənzilə dair müqavilə daha əvvəl bağlandığı üçün onun iddiası əsaslıdır və təmin olunmalıdır. Müəyyən olunmuşdur ki, İddiaçı ilə mübahisəli mənzilə dair müqavilə bağlanılarkən F.V.İsgəndərovla bağlanmış müqavilə qüvvədə olmuşdur, yəni bir mənzilə dair iki müqavilə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsassız olduğu üçün təmin olunmamalıdır.
38. İddiaçı tərəf ona 10.000 manat məbləğində maddi zərərin və 3.500 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, müvafiq sübutlarla təsdiqini tapmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Prosessual Mülki Məcəlləsinin 420, 77.1,88, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5,337-354-cü maddələrini tətbiq etməli olduğu halda etməmiş, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarmışdır. Belə ki, iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.12.2019-cu il tarixli qərarında məhkəmə işə yenidən baxacaq məhkəmə üçün Maraqlı şəxs apellyasiy a şikayətinin dəlilləri üzrə tam, hərtərəfli araşdırma aparılması, Maraqlı şəxs tərəfindən müqavilə dəyərinin ödənilməsi barədə sübutların qeyri-mötəbərliyinə əsas verən halların aydınlaşdırılması, həmçinin Maraqlı şəxsla bağlanmış müqavilənin mötəbər olmasına dair nəticələrin maddi və prosessual hüquq normalarının tələblərinə və işin faktiki hallarına uyğun əsaslandırması göstərişlərini müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu məcburi göstərişlərinə əməl etməmiş, Maraqlı şəxs tərəfindən təqdim edilən müqavilənin mötəbərliyi ilə bağlı heç bir araşdırma aparmadan, yalnız cavabdehlə Maraqlı şəxs arasında bağlanmış müqavilədən daha öncə bağlanmasına əsaslanaraq hazırki nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
42. İddiaçı hüquqi varisi X3 vəkili Həsənova İlhamə Zakir qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
43. Maraqlı şəxs vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.
44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. M ülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərə findən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər g östərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
452. Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qa lxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
46. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri
47. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
48. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
49. Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən mülki-prosessual hüquq normasının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
52. Belə ki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
53. İş üzrə Ali Məhkəmənin 11.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, Maraqlı şəxs mənzilin tikiləndən onun sahiblik və istifadəsində olduğunu bildirdiyi halda, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci və 752.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, mənzilin faktik i olaraq kimin istifadəsində olduğunu, Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı 29.11.2011-cı il tarixli qətnaməsinin hazırki vaxta kimi icra edilib-edilməməsini araşdırmamışdır.
54. Ali Məhkəmənin bu göstərişində göstərildiyi kimi mənzilin faktiki olaraq kimin istifadəsində olması faktı, iş üzrə həlledici əhəmiyyət kəsb edirdi. Çünki Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kr editorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
55. Apellyasiya instansiyası məhkəməsinin özü də qətnamədə məhz Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etmişdir. Lakin həmin normanın tətbiq olunmasını şərtləndirən hal - mənzilin faktiki olaraq kimin istifadəsində olduğu, Abşeron Rayon Məhkəməsinin 2(012)-1643/2011 saylı 29.11.2011-cı il tarixli qətnaməsi üzrə hər hansı icra hərəkətinin edilib-edilməməsi araşdırılmamışdır.
56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının izahatı onun birinci instansiya məhkəməsində verdiyi izahata hərfən uyğun yazılmış, izahatda mənzilin ona təhvil verilmədiyi qeyd olunmuşdur. Halbuki, iddiaçı əvvəlki apellyasiya şikayətində mübahisəli mənzilə görə İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə heç bir öd əniş edilməməsini, tərəflər arasındakı 13 mart 2008-ci il tarixli müqaviləni isə Cavabdeh1 MMCnin təsisçisi və direktoru X7 imzalamadığını, onun barəsində aparılan istintaq zamanı İddiaçı mənzilə görə Cavabdeh1 MMC-nə pul ödəməsinin təsdiq edilməməsini bildirməklə yanaşı, mübahisəli mənzil tikiləndən hal-hazıra kimi onun sahiblik və istifadəsində olduğunu göstərmişdir.
57. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsindən uzun müddət keçdikdən sonra - 2018-ci ilin oktyabr ayında Maraqlı şəxs apellyasiya şikayəti vermişdir və bu müddətdə birinci instansiya məhkəməsinin qətnaməsi artıq icraya yönəldilmişdir və icra məmuru tərəfindən 17.10.2016-cı il tarixdə akt tərtib olunmaqla mübahisəli mənzil iddiaçıya təhvil verilmiş, icra məmurunun təqdimatı əsasında Abşeron Rayon Məhkəməsinin 29.11.2011-ci il tarixli icra sənədi üzrə icraata məhkəmənin 14.11.2016-cı il tarixli qərardadı ilə xitam verilmişdir (1-ci cild səh. 240).
58. Apellyasiya instansiyası məhkəməsi işin halları ilə iddiaçının izahatı arasındakı bu ziddiyyəti araşdırmamış, mənzilin hazırda kimin istifadəsində olduğunu müəyyən etməmişdir.
59. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, Maraqlı şəxs tərəfindən müqavilə dəyəri daha əvvəl ödənilmişdir.
60. Lakin işdən görünür ki, Maraqlı şəxs tətəfindən mənzilin dəyəri tam ödənilməmişdir. Onunla "xxxx" MMC arasında 18.12.2006-cı il tarixdə bağlanmış müqavilədə mənzilin ümumi dəyəri 46080 manat müəyyən olunmuşdur. Maraqlı şəxs təqdim etdiyi kassa mədaxil orderlərindən və maliyyə arayışından görünür ki, onun tərəfind ən 18.12.2006-cı il tarixdə 9000 ABŞ dolları, 21.12.2006-cı il tarixdə 1000 9000 ABŞ dolları, 10.02.2007-ci il tarixdə 5000 9000 ABŞ dolları, 06.05.2007-ci il tarixdə 8660 manat, 24.08.2012-ci ildə isə 2000 manat pul ödənilmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi Maraqlı şəxs tərəfindən xarici valyutada ödənilən məbləğin ödəniş edildiyi tarixə olan məzənnəsinə uyğun neçə manat təşkil etdiyini, milli pul vahidi ilə ödənilmiş 10660 manat pulla cəminin müqavilədə müəyyən olunan məbləğə bərabər olduğunu müəyyən etmədiyi halda, müqavilə dəyərinin ödənildiyi barədə nəticəyə gəlmişdir.
62. Halbuki, Mülki Məcəlləinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsi üzrə sifarişçi podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
63. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
64. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alğısatqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
65. G öründüyü kimi podrat müqaviləsi üzrə sifarişçinin müqavilədən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ (hazırkı işdə inşa olunmuş mənzilin təhvil verilməsi) o vaxt yaranır ki, sifarişçi müqavilədə razılaşdırılmış muzdu ödəmiş olsun.
66. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
67. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli o lmamasına gətirib çıxara bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
69. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
70. Apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində əksini tapmış həqiqətə nail olmaq üçün işin tam, hərtərəfli tədqiqi prinsipinə cavab vermir.
71. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları (mübahisəli mənziln kimin və nə vaxtdan istifadəsində olması, cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilib-ödənilməməsi) aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli (zərurət yaranarsa "xxxx" MMC-ni işə cəlb etməklə) və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(105)-1062/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.