Məhkəmə qərarları › İş №2(102)-649/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-649/2023

09.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı ( və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-649/2023 Açar sözlər: tikilinin sökülməsi, əmlakdan istifadəyə maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cəlb edilməklə “dəmir qarajın sökülməsi” barədə ilk və Cavabdeh "xxxx" MTK-ya qarşı “qarajdan istifadə edilməsi üçün maneənin aradan qaldırılması və s.” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami rayonu Bələdiyyəsi ərazisi olan B.Nuriyev 32 saylı binasının arxasında yerləşən dəmir qarajı Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişinə cəlb edilməsi, qarajın qeydiyyata alınması ilə əlaqədar müəyyən edilmiş ödənişlər Nizami Bələdiyyəsinin büdcəsinə ödənilməsi, qarajın yerləşdiyi to rpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir.

3. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ünvan 1 ünvanın 71 nömrəli mənzilində yaşayan X2 adına 820 saylı dəmir qaraj olmasına baxmayaraq, səhvən 821 saylı dəmir qaraj qeyd olunmuşdur. Həmin dəmir qaraj Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə 821 saylı dəmir qaraj ünvan 1 ünvanın 71 nömrəli mənzilində yaşayan Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Bələdiyyəsi cəlb edilməklə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olmuş ünvan 2 ünvanda yerləşən 821 saylı dəmir qarajın cavabdehə 7000 manat kompensasiya ödənilməklə sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İlkin iddia tələbi onunla əsasla ndırılmışdır ki, "xxxx" MTK (bundan sonra mətndə MTK) Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, xx.xx.1994-cü il tarixdə, 1338 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin hüquqi varisi olaraq qüvvədə olan digər qanunvericiliyə və öz Nizamnaməsinə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərir. MTK ********** eyniləşdirmə nömrəsi ilə qeydə alınmaqla Nizamnaməsinə uyğun olaraq payçıların (üzvlərinin), o cümlədən digər vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli yaşayış binalarının inşasını həyata keçirir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 nömrəli, xx.xx.2018-ci il tarixli "xxxx" MMC-yə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1581 saylı sərəncamı ilə ayrılmış tor paq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi haqqında Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində 32 nömrəli evin səmtində 0.45 ha torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 187 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Cənub" MMC-yə dair xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında qismən dəyişiklik edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədi ilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 26 nömrəli və xx.xx.2019-cu il tarixli 187 nömrəli sərəncamları ilə yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə bitişik yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədlə ayrılan torpaq sahəsinin ölçülərinə dair cizgi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tə ləblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2021 -ci il tarixdən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına uyğun olaraq tikinti sahəsi, həmçinin abadlaşdırma sahəsində yerləşən dayanacaqlar və digər obyektlər sökülməklə tikintinin aparılması və sahənin abadlaşdırılması təmin edilmişdir. MTK-ya sərəncamla ayrılmış torpaq sahəsində dəmir materialdan inşa edilmiş qaraj sahəsi mövcuddur. Qarajın sahədən çıxarılması ilə bağlı aparılan danışıqlar heç bir nəticə verməmiş, hazırda qarajın abadlaşdırılmış sahədə qalması, ümumi panoramanı korlamaqla yanaşı, sahənin abadlaşdırılmasına dair Sərəncamın icra edilməməsi anlamına gəlir. Nizami Bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixi 11 saylı qərarı ilə 821 saylı dəmir qaraj, ünvan 3 ünvanda yaşayan Cavabdeh adına qeydiyyatdadır. İddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, qarajın yerləşdiyi torpaq sahəsi Bakı ŞİHB-nın sərəncamına əsasən MTK-nın istifadəsinə verilmiş, MTK tərəfindən sahə abadlaşdırılmış, yalnız mübahisələndirilən qaraj sahədə qalmaqla ümumi mənzərəni pozur və mütəxəssis rəyindən də görünür ki, qarajdan istifadə mümkün deyil (istismar müddəti bitib, yerdən hündürdə yerləşir, avtomobil daxil ola bilməz və.s ), belə olan halda qarajın sökülməsinə dair tələb MTK-nın qanuni maraqlarından irəli gəlməklə yanaşı Sərəncamın icrasının təmin edilməsinə yönəlmiş olur.

6. Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 4 ünvanda yerləşən binan ın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin yaxınlığında avtomobil qarajı vardır. Həmin qarajı binanın digər sakinləri kimi sifariş edib hazırlatmışdır. Qaraj 1993-cü ildən həmin yerində dayanır. Cavabdeh “Cənub" MTK-nın hüquqi sələfi olan “Cənub" MMC isə 1994-cü ildən, yəni o, qarajı quraşdırdıqdan bir il sonra onun yaxınlığında yerləşən 0,45 ha sahəni avtomobil dayanacağı kimi istifadə edirdi. Avtomobil dayanacağı has ara alınmışdır və qarajı ilə onun arasında müəyyən məsafə var idi. Həmin ərazi “Cənub" MMC-yə, təqdim etdiyi sənədlərdən də görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 10 noyabr 1994- cü il tarixli, 1581 saylı Sərəncamı ilə müvəqqəti avtomobil dayanacağının təşkili üçün ayrılmışdır. Ona məxsus qaraj orada yerləşən digər qarajlar kimi, 1999-cu il tarixdə yaranmış Bakı şəhəri, Nizami rayon Bələdiyyəsi tərəfindən 821 saylı qaraj kimi qeydiyyata alınmış, bu barədə Bakı şəhəri Nizami rayon Bələdiyyəsi 14 sentyabr 2006-cı il tarixdə 11 saylı qərar qəbul etmişdir. Nizami Bələdiyyəsi həmin Qərarın qəbul edilməsinə səbəb kimi Bakı şəhər İcra hakimiyyətinin başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında" 26 sentyabr 2000ci il ta rixli 911 saylı Sərəncamını göstərmişdir. Onun tərəfindən Bələdiyyəyə əmlak vergisi ödənilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin ərazisi və torpaqları haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" 24 dekabr 1999-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhər İcra başçısının xx.xx.2000-ci il tarixli 911 saylı Sərancamına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin yanındakı sahə də daxil olmaqla (35-ci sahə 46.8 ha) 330 ha sahə Nizami rayon Bələdiyyəsinə təhvil verilmişdir. Verilən sahələrin siyahısı Sərəncama əlavə edilmişdir. Qarajının yerləşdiyi sahə də Bələdiyyəyə ayrılmış torpaq sahəsinə düşür. Bununla bağlı da onunla Bələdiyyə arasında yuxarıda göstərdiyi Qərar verilmişdir. Hazırda cavabdehin qanunsuz hərə kətləri nəticəsində qarajından istifadə edə bilmir. Çünki cavabdeh Bakı şəhəri İcra hakimiyyəti Başçısının 24 may 2019-cu il tarixli sərəncamını əsas gətirərək bildirir ki, 0.65 ha torpaq sahəsi MTK-ya ayrıldığı üçün həmin yerin üzərində hər hansı bir sərəncam vermək hüququ ona məxsusdur. Göstərilən sahənin yiyəsi kimi sahəni hasarlamışdır, oraya yalnız binada yaşayan sakinləri buraxır. Bundan əlavə abadlıq işlərinin aparılması adı ilə qarajın ətrafını qazıb təxminən 40 sm aşağı salmış və nəticədə orada avtomobil saxlanmasını qəsdən qeyri-mümkün etmişdir. Qarajının ətrafında bina sakinləri avtomobillərini saxlayırlar. Bakı şəhəri İcra Hakimiyyəti başçısının "xxxx" MMCyə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1581 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində çox mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında" xx.xx.2018-ci il tarixli, 26 saylı Sərəncamında deyilir ki, müvəqqəti avtomobil dayanacağının təşkili üçün ayrılmış 0,45 ha torpaq sahəsində icarə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilsin. Bununla əlaqədar olaraq tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 07 mart 2018-ci il tarixli 1445 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədə söküntüsü nəzərdə tutulan tikililərin mövcud olduğu göstərilmişdir.Bundan sonra həmin çoxmərtəbəli yaşayış binasının ətrafının abadlaşdırılması və yaşıllaşdırılması məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 187 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı "xxxx" MMC-yə əlavə olaraq 0,65 ha torpaq sah əsi ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 187 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə ayrılan və onun qarajının yerləşdiyi torpaq sahəsi "xxxx" MTK-ya hər hansı bir tikilini aparılması üçün yox, sadəcə olaraq yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında həmin MMC-nin istifadəsinə verilmişdir. Sərəncamdan görünür ki, iddiaçı həmin sahəni yalnız yaşıllaşdıra və abadlaşdıra bilər. Həmin sahənin abadlaşdırılması və yaşıllaşdırması üçün qarajın sökülməsinə ehtiyac yoxdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə əsasən abadlaşdırma tədbirləri müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrıayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Lakin MMC yuxarıda göstərilən Sərəncamdan sui-istifadə edərək onun əmlakından təyinatına uyğun istifadə etmək hüququndan məhrum etmişdir. Belə ki, abadlıq işlərinin aparılması məqsədi ilə cavabdehə ayrılmış sahəni heç bir əsas olmadan hasarlamış və qarajın ətrafını 40 sm qazaraq aşağı salmışdır. Nəticədə cavabdeh həmin əmlakdan istifadəni mümkünsüz etmişdir. Cavabdeh öz hərəkətlərinə onunla haqq qazandırır ki, mübahisəli qaraj üzərində onun mülkiyyət hüququ olmadığı üçün hətta onu söküb sahədən çıxara bilər. Ümumiləşdirmə apararaq qeyd etmək olar ki, əgər bir dövlətin ər azisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün rüşvət alıb susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır.

8. Birinci instansiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirmiş və bildirdi ki, həmin torpağı Bakı şəhər İcra Hakimiyyəti onlara ayırmışdır. Onlar orada bina tikmiş, həyətini abadlaşdırmış, lakin köhnə dəmir qaraj burada qalmışdır. 65 sot torpaq yalnız abadlaşdırmaq üçün verilmişdir, amma həmin qaraj 45 sotun içindədir. Orada ayrıc aktıda vardır. Yaşayan vətəndaşlar həmin qarajı, orada qalmağını soruşur. Ora baxış keçirilərsə hər kəs görər ki, qaraj ora yaraşmır, oranın gözəlliyini pozur. Ora 18 kvadrat metrdir, onlar qarajın sahəsi qədər qaraj və ya sahəsi qədər mənzil verməyi təklif etmişlər. Həmin vaxt 1000 manatdan evi satırdılar. Eyni zamanda təklif etmişlər ki, əgər bu ərazidə yaşayırsa binanın altında dayanacaq versinlər. Bu təkliflərin heç birinə razlaşmamış, onla rın heç nəyə ehtiyacları olmadıqlarını bildirmişlər. Bu əmlak daşınan əmlak olduğundan qarajını oradan götürsün və bu məsələ də bitsin, Ekspertiza bu qarajı 5000 manat qiymətləndirmişdir, onlar da 1000-2000 manat artırırırlar ki, təki bu məsələ həll olunsun. Bu sahə Cənub MTK aid olmuş, neçə illər həmin qaraj istifadə olunmamış, heç ora maşın girib-çıxmamış və həmin qaraj çürümüşdür. Bədəl müəllim o vaxt həmin qarajdan istifadə hüququnu bərpa edə bilər ki, onlardan mənzil alsın, çünki yalnız orada yaşayan vətəndaşlara şlaqbaumun açarı verilmişdir və o həyətdən orada yaşayan insanlar istifadə edə bilər. Əgər tərəf o qarajdan istifadə etmək istəyirsə bələdiyyənin icarə veriləcək yerlərini başqa bir yerə də qoymaq olar və tərəf də o qarajdan istifadə edə bilər. Bu bina yeni qeydiyyatdan keç miş, orada mənzil alan payçılar, 275 dən 51 faizi çıxarış alırsa, onlar həmin vaxt mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradır və onların içindən bir nəfər direktor qoyurlar, onlar da qeyri-kommersiya təşkilatı olur. O, həmçinin, 7000 manat kompensasiya təklif etdiyini, əgər onlar razılaşmasa həmin qarajı daşınar olduğu üçün oradan traktorla götürüb atacağını bildirmişdir.

9. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəkili və nümayəndəsi Vəkil bidirmişdir ki, ekspert rəyi ilə razılaşmırlar. Qarajın orada olması heç kimin hüququnu pozmur. İddiaçı orada cavabdehin qarajdan istifadə hüquqlarını məhdudlaşdırmışdır və bugünkigün cavabdeh oradan istifadə edə bilmir. Onlar qarajın başqa yerə qoyulması barədə təklifi qəbul etmirlər.

10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçü ncü şəxs Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin nümayəndəsi X3 bildirdi ki, həmin hissə hasara alınmışdır. Hal-hazırda bələdiyyənin mülkiyyətində torpaq yoxdur. Sözügedən həmin sahə də Bələdiyyənin mülkiyyətində deyil, ümumiyyətlə həmin sahənin Bələdiyyə üçün ayrılmasını təsdiq edən sənəd verilməmişdir. Amma vaxtı ilə Bələdiyyənin ayrılması ilə bağlı qərar olmuşdur. Lakin, həmin torpağın ora aid olub-olmamasını hazırda bilmir. Nizami rayonunda iki Bələdiyyə var, Keşlə Bələdiyyəsi və Nizami Bələdiyyəsi. Onların Xətai, Nərimanov, Suraxanı rayonları ilə sərhədləri var, həmin sərhədlər bələdiyyə ərazisi sayılır, yəni o ərazidən onlar torpaq vergisi yığmalıdırlar. Bələdiyyələr də onun mülkiyyəti olmasa da, bəzi ərazilərdə fəaliyyət göstərir, həm torpağa əmlak vergisi yığır, həm də o ərazi bələ diyyə baxır. Yəni, Bələdiyyə ərazisi başqa, Bələdiyyə mülkiiyyəti başqadır. O qarajların tikilməsinə onlar icazə verməmişlər, ümumiyyətlə bələdiyyənin elə bir səlahiyyəti yoxdur. Sadəcə bələdiyyə tikilmiş və ya qoyulmuş obyektləri qeydiyyata alır və onu vergiyə cəlb edir. O torpaq Bələdiyyə ərazisi olduğu üçün oradan Bələdiyyə icarə haqqı alır, amma həmin torpaq bələdiyyənin mülkiyyətində deyil. 11. “X7 və Ekspertiza Mərkəzi” MMC-nin 23 nömrəli, xx.xx.2022- ci il tarixli mütəxəssis rəyindən ilə ünvan 1 ünvanda yerləşən 821 saylı qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerlə şən 821 saylı dəmir qaraj Cavabdeh 7000 manat kompensasiya ödənilməklə sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh "xxxx" MTK-ya qarşı “ona məxsus ünvan 4 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayonu ərazisində apardığı yaşıllaşdırma və abadlaşdırma işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 26 nömrəli, xx.xx.2018-ci il tarixli və 187 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində 32 nömrəli evin səmtində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.45 ha torpaq sahəsinə bitişik 0.65 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə əlavə olaraq icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verildiyindən, həmin ərazidə yerləşən qaraj Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin mülkiyyətində olmadığından, sadəcə Bələdiyyə ərazisi olduğu üçün oradan Bələdiyyə icarə haqqı aldığından, Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə dəmir qaraj Cavabdeh adına qeydiyyata alınaraq bələdiyyə ödənişin ə cəlb edilməsi, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alındığından, həmin qarajın orada yaşayan vətəndaşları narahat etdiyindən, Cavabdeh tərəfindən həmin qarajdan uzun müddət təyinatı üzrə istifadə edilmədiyindən, "xxxx" MTK tərəfindən dəfələrlə kompensasiya kimi qarajın sahəsi qədər qaraj və ya mənzil, eyni zamanda əgər həmin ərazidə yaşayırsa binanın altında dayanacaq vermək təklif edildiyindən, "xxxx" MTK tərəfindən mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair qərarın müddəalarına uyğun olaraq həyata keçirdiklərindən ünvan 1 ünvanda yerləşən 821 sa ylı qaraj sökülməlidir. 14. "xxxx" MTK tərəfindən Cavabdeh mütəxəssis rəyi verildikdən sonra halhazıradək olan müddətdə cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, 821 saylı dəmir qaraj Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Cavabdeh adına qeydiyyata alındığından, uzun müddət onun istifadəsində olduğundan, onun tərəfindən Bələdiyyəyə icarə haqqı ödəndiyindən, ünvan 1 ünvanda yerləşən 821 saylı qarajın hazırki bazar dəyəri 5000 manat, likvid dəyəri 4500 manat müəyyən edilsə də "xxxx" MTK Cavabdeh 821 saylı qaraj üçün 7000 manat kompensasiya verməyi öhdəliyinə götürdü yündən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “Cavabdeh istifadəsində olmuş ünvan 2 ünvanda yerləşən 821 saylı dəmir qarajın cavabdehə 7000 manat kompensasiya ödənilməklə sökülməsi” tələbi təmin edilməlidir.

15. Məhkəmə bu zaman xüsusilə qeyd etmişdir ki, Sərəncamı icra edən ilkin iddiaçı "xxxx" MTK tərəfindən cavabdehin istifadə hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə həmin əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, Cavabdeh istifadəsində olan dəmir qarajdan qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz.

16. Məhkəmə qarşılıqlı iddia üz rə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK-ya qarşı “ona məxsus ünvan 4 ünvanda yerləşən binanın yaxınlığında quraşdırılmış 821 saylı qarajdan istifadə edilməsinə hər hansı maneələrin cavabdeh "xxxx" MTK-ya qadağan edilməsi və qarajdan istifadə edilməsi üçün torpaq səviyyəsinin qaldırılması öhdəliyinin onun üzərinə qoyulması” tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MTK tərəfindən dəmir qarajın sökülərək torpaq sahəsindən çıxarılması üçün yaşayış sahəsi və ya pul kompensasiya təklif olunduğundan, məhkəmə həmin qarajın sökülməsi üçün təklif edilən 7000 manat kompensasiyanı ağlabatan hesab edərək qarşılıqlı iddia ilə əlaqəli olan ilkin iddianı təmin etdiyi ndən, hər iki tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK həmin ərazidə yalnız abadlıq işləri apara bilər, buna görə də qarajın sökülməsi barədə iddia tələbi üçün subyektiv hüququ yo xdur, buna görə də ilkin iddia təmin edilməməlidir. Rayon məhkəməsi maddi və prosessual normaların tələblərini pozmuşdur. Həmçinin məhkəmə qətnamədə qeyd edir ki, MTK qarajın əvəzində ona qarajın sahəsi qədər yaşayış evi və ya onun qiyməti məbləğində pul təklif edib, lakin o, bundan imtina edib. Bu barədə hər hansı bir sübut yoxdur.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-254/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehə ödənilməli kompensasiya məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh ödənilməli kompensasiyanın məbləği 12.000 ( on iki min) manat müəyyən edilmiş, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı ilk olaraq qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində və məhkəmə kollegiyasındakı izahatında ona məxsus dəmir qarajın “mülkiyyət” anlayışı ilə əhatə olunduğunu, bu əsasla da onun mülkiyyətinə müdaxilə edildiyini və mübahisənin də məhz bu konteksdən həll edilməli olduğunu bildirir. Lakin mülki iş üzrə rayon məhkəməsində aparılmış icraat, eləcə də apellyasiya məhkəməsində aparılan icraat zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə cavabdehə məxsus dəmir qarajın sökülüb-sökülməməsi ilə deyil, həmin qarajın iddiaçı tərəfindən sökülməsi müqabilində qaraja görə cavabdehə ö dənilməli kompensasiya məbləği ilə bağlıdır.

22. Apellyasiya icratı zamanı hazırkı mübahisənin barışıq sazişi ilə tamamlamaq məqsədi ilə məhkəm iclasında fasilə elan olunmuş, MTK-nın mübahisəyə son qoymaq məqsədi ilə barışıq üçün 15.000 manat təklifinin müqabilində, barışıq üçün cavabdeh tərəf 30.000 manat tələb etmişdir.

23. Demək ki, məhkəmənin hazırkı halda həll etməli olduğu məsələ söküləcək qaraja görə ödəniləcək kompensasiyanın ədalətli və ağlabatan məbləğinin müəyyən etməkdən ibarətdir.

24. Hazırkı iş üzrə rayon məhkəməsində kompensasiya məbləği 7.000 manat müəyyən edilmişdir.

25. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf yazılı ərizə təqdim edərək kompensasiyanın 12.000 (on iki min) manat müəyyən edilməsini xahiş etmişdir.

26. Kollegiya həmin təklif barədə ərizəni nəzərdə n keçirərək hesab etmişdir ki, həmin məbləğ ağlabatandır və hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həm də ədalətlidir, bu səbəbdən də cavabdehə ödənilməli olan kompensasiya məbləği iddiaçının təklifinə əsasən 12.000 (on iki min) manat müəyyən edilməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəllənin 152, 560-ci maddələrinə, Avropa Məhkəməsinin bəzi qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, "x xxx" MTKnın hansı hüquqlarının pozulması müəyyən edilməmiş, binanın guya gözəlliyini pozmasını hüququnun pozulması kimi qiymətləndirmək qanunvericiliyə uyğun deyildir. Qarajın sökülməsi MTK-nın hansı hüquqularından irəli gəlməsini məhkəmə müəyyənləşdirməmişdir. Məhkəmə qarajın sökülməsini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh uzun müddətdir qarajdan istifadə etmir. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 152.7-ci maddəsinin tələblərini pozmuşdur. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

30. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29cu Mülki Məcəllənin 152.7.-c i, maddəsinə, Mülki Prosessual Məcəllənin 4.1., 2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1saylı protokolunun 1-ci maddəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İlk iddiaçı "xxxx" MTK kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Etirazda qeyd edilmişdir ki, birinci və ikinci instansiya məhkəmələrinin kompensasiya ödənilməklə qarajın sökülməsinə dair iddianın təmin edilməsi üzrə gəlmiş olduqları nəticə qanuni və əsaslı olduğundan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Təklif olunan kompensasiya kifayət qədər ədalətli olmaqla yüksək məbləğdir və daha çox artırılması üçün heç bir əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

34. Maddə 29.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsin ə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnı z başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

45. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

47. Kassasiya şikyətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavadehə məxsus qarajın yerləşdiyi torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış binasının inşa edilməsi və ətrafının abadlaşdırılması məqsədilə iddiaçıya ayrılmışdır. Qaraj tikilisi müvəqqəti quraşdırılmış qurğu olmaqla, onun uzun müddət cavabdeh tərəfindən təyinatı üzrə istifadə edilməməsi məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdehin qaraja dair əlində olan yeganə sənəd olan qarajın bələdiyyə ödənişinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli qərarında da qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi göstərilmişdir. Belə olan halda, dəmir qarajın sökülməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği ağlabatan olmaqla, cavabdehin qarajdan müvəqqəti istifadə hüququnun ədalətli kompensasiyası hesab edilməlidir.

48. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5975/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar