Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-65/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ ilə bağlı məsələlər) 02.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı inşa olunmuş tikilinin qanunsuz hesab edilməkə sökülməsi və mənəvi zərər tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)394/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər bağ qonşusudurlar. Hər birinin 12 sot bağ sahəsi var. Cavabdeh ara divarının üstündə uzunluğu 17 metr olan tikili tikmiş və dam örtüyü iddiaçının tərəfinə 3040 sm. Çıxarılmışdır. Həmin tikililər sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Yağış suları iddiaçının tərəfinə axır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, X saylı bağ sahəsi ilə qonşuluqda olan xx saylı bağ sahəsinin sərhədində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən inşa olunmuş təxminən 17,5 metr uz unluğunda olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20000 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(008)-618/2018 nömrəli qətnаməsi ilə (hakim A.Rzayev) İddiaçı Cavabdeh qarşı inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, ekspertiza xərci olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza tədqiqatının dəyəri 205.15 manat İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ödənilmiş 10 manat d övlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2018-ci il tarixli rəyinə əsasən İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, X saylı bağ sahəsi ilə qonşuluqda olan xx saylı bağ sahəsini ayıran daş hasar həmin bağ sahələrinin sərhəddində olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmin tikililər sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatların nəzərə alaraq v ə eləcə də həm iddiaçının, həm də cavabdehin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, mövcud olan tikililər iddiaçının Bakı şəhəri, X saylı bağ sahəsindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə; «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə; "Broniovski Polşaya qarşı" Avropa Məhkəməsinin Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işinə; Azərbaycan Respublikası Mülki Məcəlləs inin 152.1, 170, 180-ci maddələrinə; Azərbaycan Respublikasının Şəhərsalma Tikinti və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sərlik edən və məruzəçi), X.Mərdanova və X.Sarıyev) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)9912/2018 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kasasiya instansiyası məhkəməsində İ icraat Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Mirzəliye v, T.Qoldman və G.Quliyev, iş No 2(102)-3933/19 saylı mülki iş) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi MKnın xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106, 418, 420-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh ortaq divar üzərində dam tikintisi ilə əlaqədar inşaat işlərinin iddiaçıdan əvvəlki mülkiyyətçinin vaxtında icra etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eləcə də cavabdeh ortaq divar üzərində tikinti işlərinin aparılmasına əvvəlki mülkiyyətçinin notarial qaydada razılığının olmasına dair sübut təqdim etməmişdir. Tərəflər arasında ortaq divar üzərində tikinti işlərinin aparılmasına dair iddiaçının bağ sahəsinin mülkiyyətçisi olduqdan sonra başlanmasına dair məsələni müzakirə edən məhkəmə kollegiyası bu məsələni araşdırmaq üçün xx xxxx 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ətraflı tədqiq etməmiş, toplanmış materialların tədqiqinə təşəbbüs göstərməmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- F.Talışinski (sərlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-394/2020 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli məlumat ilə məhkəmə ekseprtizasının aparılmasından imtina edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq üç ildən çox müddətdir ki, mülkiyyətiində olan torpaq sahəsində istədiyi dizaynla təstiq olunmuş layihə əsasında fərdi yaşayış evinin İnşasına başlaya bilmir. Bundan başqa, XX qanunsuz inşa etdiyi köməkçi sahələrin dam örtüyünün çıxıntısı təxminən 30-40 sm. həyətinə uzadılmaqla, yağış suları həyətini bərbad hala salmaqda davam edir. Cavabdehin qanunsuz hərəkətləri və böhtan xarakterli şikayətləri əsasında əsassız olaraq hüquq-mühafizə orqanlarına və məhkəmə çəkişməsinə cəlb olunmaq məcburiyyətində qalmışdır ki, bu da dərin mənəvi iztirablar keçirməyinə və əsəb-stresə düçar olmağına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məluma tlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və x arakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı div arda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Maddə 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Maddə 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən biri nin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin həmin iş üzrə əvvəlki icraat zamanı vermiş olduğu göstərişləri yerinə yetirməmiş və dəyərləndirməni ona uyğun aparmamışdır. 2-ci apellyasiya icraatı zamanı məhkəmənin təyin etdiyi ekspertizaya heç bir lüzum olmamışdır. Ekspertiza qarşısında qoyulmuş suallar mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmirdi. Ona görə ekspert haqlı olaraq rəy verməkdən imtina etmişdir. Çünki hazırkı işdə işin faktiki halları artıq aydındır, mövcud faktlar əsasında mübahisəyə tələbin uyğun gələn qanuni əsasını tapmaqla qiymət verilməli idi. İşin halları ondan ibarətdir ki, tərəflər qonşudurlar. Hər birinin 12 sot bağ sahəsi var. Onların bağ sahələrini orta divar ayırır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində inşa edilmişdir. Cavabdeh orta divarın üstündə uzunluğu 17 metr olan tikili tikmiş və dam örtüyü iddiaçının tərəfinə 30-40 sm. çıxarılmışdır. Həmin tikililər sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Yağış suları iddiaçının tərəfinə axır. Qeyd olunan faktiki hallara uyğun olaraq mübahisə ilə bağlı dəyərləndirmə aparılmalıdır. Sonuncu apellyasiya icraatının qiymətləndirməsi belə olmuşdur: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; MMnin 139158,170-176; Torpaq Məcəlləsinin 4, 65, 82, 103; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.33, 3.0.34, 3.0.36. 69-73 79; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388, 389, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni nəticəyə gəlmiş və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin istinad etdiyi qonşunun notariat qaydasında təsdiq olunmuş razılığının alınması qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikiliyə aiddir ki, bu da yanaşı (bitişik torpaq sahələrinin sərhədində ayrı-ayrılıqda inşa edilmiş) divarlar məfhumuna aiddir. Bizim mübahisəli hal isə ortaq (iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş) divarla əlaqəlidir. Qonşu təsirinə dözmək vəzifəsi adlanan mülki qanunvericiliyin müddəsı müəyyən edir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliy yəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi qanunvericiliyə müvafiq və faktiki hallara dair ziddiyyətli dəlillər rəsmi ekspert və mütəxəssis rəyləri ilə öz təsdiqini tapmır. Deməli, apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırkı işdə tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1. maddəsi deyil (çünki mübahisəli diva r qonşu divar deyil, orta divardır), qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir. Həmin normaların tətbiqi isə, iddiaçının üzərinə qonşu təsirinə dözmək vəzifəsi qoyduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hüququn tətbiqi ilə bağlı fikir müxtəlifliyini nəzərə alaraq şərh edilən maddi hüquq normalarının dispozisiya şərtlərinə aydınlıq gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 72.1. maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. İşə baxan məhkəmə həmin normada istifadə olunan yanaşı sözünə görə hesab etmişdir ki, həmin normada söhbət qonşular arasındakı ortaq divardan deyil, onlara aid olmayan yanaşı divardan söhbət gedir. Əslində belə yanaşma normanın məzmunu ilə ziddiyyət təşkil edir. Beləki, normada qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divar sözlərindən istifadə edilir. Divar sərhəddə (iki qonşunun) inşa edilirsə və eyni zamanda onun üzərində tikinti işləri aparılırsa, deməli həmin divar qonşular arasındakı ortaq divar olmaqla həm də yanaşı divardır. Yanaşı divar o halda ola bilərdi ki, cavabdeh qonşunun sərhəddindəki divardan qanunla müəyyən edilmiş məsafəni saxlamaqla başqa divar inşa etmiş olardı. Hətta, yanaşı divar olsaydı belə həmin yanaşı divarlar arasında tikinti işləri aparılsadı 72.1. maddəsinin di spozisiya şərtlərinə uyğun olaraq divarın həmin hissəsi ortaq divar sayılır. Nəzərə almaq lazımdır ki, ortaq divarın hüquqi rejimi yanaşı divarın hüquqi rejimindən daha ciddi hüquqi nəticəyə səbəb olur. Çünki bu divar yanaşı divar kimi qonşu divarından kənarda yerləşmir, qonşu torpaqları ayırdığı üçün qonşuluq hüqunun tətbiqinə əsas verir. Tərəflər arasında yanaşı divar olmadığından və mübahisəsi gedən divar ortaq divar sayıldığından mübahisəyə qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə cavabdehin qonşuluq hüququna müdaxiləsi yolveriləndir. Nəzərə almaq lazımdır ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (Maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir (Maddə 170.2.). Qonşuluq hüququnu nizama salan normalar elə müdaxilələri məqbul, qəbul edilən (dözülən) hesab edir ki, onlar mülkiyyətçinin əmlakından istifadəni məhdudlaşdırmasın. Normada deyilir ki, “Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır”. Eyni zamanda, digər normada qeyd edilir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsi ndən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (Maddə 171.1). Göründüyü kimi qonşuluq hüququ ortaq divarda tikintinin aparılmasını heç bir halda qəbul etmir. Qonşuluq hüququ daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsində ona maneçilik yaratmayan, hüququnu əhəmiyyətsiz dərəcədə pozan, hədsiz olmayan təsirlərdən dözülməsini özündə ehtiva edir. Bu halda da əmlakdan istifadəyə maneə olmamalıdır. Normanın məzmunundan göründüyü kimi belə maneçiliklər qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərə dözüml ülük göstərilməsini nəzərdə tutur. Ortaq divar üzərində tikinti aparılması həmin normanın dözümlülük anlayışı ilə ehtiva oluna bilməz. Çünki ortaq divarın zəbt edilməsi divarın digər mülkiyyətçisini (ortaq divar birgə mülkiyyətdir) ondan istifadə etməsinə maneçilik törədir, dözümlülük anlayışından kənara çıxaraq mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə maneçiliyin əhəmiyyətli olması aşkardır. Qonşu tikilinin yağış sularının digər mülkiyətçinin torpaq sahəsinə axıdılması, qonşunun həmin divar boyu istifadəsini məhdudlaşdırır, həmin divarın daim nəm olmasına şərait yaradır, divarın xarici görünüşünü pozur, tikilinin ümumi fonunu pozur və.s. 1-ci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilərkən eksper rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatların nəzərə alaraq və eləcə də həm iddiaçının, həm də cavabdehin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, mövcud olan tikililər iddiaçının bağ sahəsindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir (səh.53). Qeyd olunan ekspert rəyinin iddianın rədd edilməsi üçün məhkəmə qərarlarında əsas kimi göstərilməsi qanunsuzdur, sübutların qiymətləndirilməsi prinsiplərinə ziddir. Əvvəla, mübahisəli tikilinin iddiaçının hüquqlarını pozub-pozmadığı ekspertin səlahiyyətinə aid olan məsələ deyil, qiymətləndirmə məsələsidir. Bundan başqa, həmin rəyin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Çünki ekspert tərəflərin bağ sahələrinə küçə tərəfdən ayrıayrılıqd a giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq belə bir rəy vermişdir. Hansıki, tərəflərin bağ sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olması işin mübahisəli halı olmamışdır. Nəzərə almaq lazımdır ki, mövcud qanunvericilik (mülki qanunvericilik, şəhərsalma və tikinti qanunvericiliyi ) qonşuluq hüququnun qorunması mövqeyindən və eləcədə şəhərsalma mövqeyindən çıxış edərək ortaq divar üzərində tikinti aparılmasını qəbul etmir və ona görə həmin divar üzərində hansısa tikinti aparılması məsələlərini ümumiyyətlə nizama salmır. Belə tikililər birbaşa qonşunun hüquqlarını pozmaqla şəhərsalma qaydalarına ziddir. Təsadüfi deyil ki, qanunvericilik qonşu tikililər arasında ara məsafəsinin qoyulmasını birmənalı olaraq tənzimləyir (maddə 69.1.). Ara məsafəsinin saxlanmasını istisna edən şərtl ər də həmin norma ilə nizama salınır ki, hazırkı halda həmin şərtlər mövcud deyil. İşə yenidən baxılarkən yuxarıda qeyd olunan dəyərləndirməni rəhbər tutmaqla tələbin düzgün qanuni əsasının tapılması üçün toplanmış və iş materiallarında olan sübutlara onların mötəbərliliyi baxımından yenidən qiymət verilməli və onun nəticəsindən asılı olaraq yekun qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-394/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.