Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6503/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Ələm oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6503/21 (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili Vəkil2, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(105)-2193/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayə ti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh2 (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia qaldıraraq, 09 oktyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, onun 22 oktyabr 2013-cü ildə ölmüş atası Hacıyev Ələm Rüstəm oğlunun qanun üzrə vərəsəsi kimi tanınması və ona çatan paya dair “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Qoşqarlı) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 27 fevral 2007-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahəsi 59,8 kv.metr olan 18 saylı mənzil tərəflərin atası Ələm Hacıyevin mülkiyyətində olub. Tərəflərin anası Raziyə Hacıyeva 11 iyun 2008-ci ildə, atası Ələm Hacıyev 22 oktyabr 2013-cü ildə vəfat etmişlər. 09 oktyabr 2020-ci il tarixdə cavabdeh ərizə ilə notariat orqanına müraciət edərək atası Ələm Hacıyevin 22 oktyabr 2013-cü ildə öldüyünü, ondan vərəsə kimi özünün və bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaldığını göstərib, sözügedən mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhad ətnamə verilməsini xahiş edib. 07 sentyabr 2020-ci il tarixdə Maraqlı şəxs1 və Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş ərizələrlə notariat orqanına müraciət edərək mərhum ataları Ələm Hacıyevdən miras qalmış əmlakdan onlara çatası paylarını qəbul etmədiklərini və belə bir fikirdə olmadıqlarını bildirmişlər. Bundan sonra, notariat orqanı tərəfindən sözügedən mənzilə dair cavabdehin adına 09 oktyabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Hazırda iddiaçı, cavabdehin mirası qəbul etməsi barədə notariat orqanına verdiyi ərizədə onu vərəsə kimi göstərmədiyini və nəticədə vərəsə kimi hüququnun pozulduğunu iddia etsə də, nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməklə, nə də mənzilə sahiblik etməyə və onu idarə e tməyə faktik başlamaqla mirası qəbul etməyib. Əksinə, 05 mart 2012-ci il tarixdə iddiaçı notariat orqanına müraciət edərək 11 iyun 2008-ci il tarixdə vəfat etmiş anası Raziyə Hacıyevadan qalmış miras əmlakdan ona çatası payı qəbul etmədiyini və etmək fikrində olmadığını və müddətin uzadılması iddiası ilə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirib. Bundan başqa, iddiaçı mirasın qəbulu ilə bağlı müddəti də ötürüb. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.2, 1246, 1151.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməs ini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.2, 1246, 1151.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassa siya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 məhkə mə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisi, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: b irinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəlləni n 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul etməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 27 fevral 2007-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 03 saylı evin 3 otaqlı, ümumi sahə si 59,8 kv.metr olan 18 saylı mənzil tərəflərin atası Ələm Hacıyevin mülkiyyətində olub. Tərəflərin anası Raziyə Hacıyeva 11 iyun 2008-ci ildə, atası Ələm Hacıyev 22 oktyabr 2013-cü ildə vəfat etmişlər. 09 oktyabr 2020-ci il tarixdə cavabdeh ərizə ilə notariat orqanına müraciət edərək atası Ələm Hacıyevin 22 oktyabr 2013-cü ildə öldüyünü, ondan vərəsə kimi özünün və bacıları Maraqlı şəxs1 və Maraqlı şəxs2 qaldığını göstərib, sözügedən mənzilə dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib. 07 sentyabr 2020-ci il tarixdə Maraqlı şəxs1 və Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş ərizələrlə notariat orqanına müraciət edərək mərhum ataları Ələm Hacıyevdən miras qalmış əmlakdan onlara çatası paylarını qəbul etmədiklərini və belə bir fikirdə olmadı qlarını bildirmişlər. Bundan sonra, notariat orqanı tərəfindən sözügedən mənzilə dair cavabdehin adına 09 oktyabr 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. Hazırda iddiaçı, cavabdehin mirası qəbul etməsi barədə notariat orqanına verdiyi ərizədə onu vərəsə kimi göstərmədiyini və nəticədə vərəsə kimi hüququnun pozulduğunu iddia etsə də, nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməklə, nə də mənzilə sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməyib. Əksinə, 05 mart 2012-ci il tarixdə iddiaçı notariat orqanına müraciət edərək 11 iyun 2008-ci il tarixdə vəfat etmiş anası Raziyə Hacıyevadan qalmış miras əmlakdan ona çatası payı qəbul etmədiyini və etmək fikrində olmadığını və müddətin uzadılma sı iddiası ilə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirib. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, və rəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməklə, nə də mənzilə sahiblik etməyə və onu idarə etməy ə faktik başlamaqla mirası qəbul etməyib. Belə olan halda iddia təmin edilə bilməz. Əksinə, 05 mart 2012-ci il tarixdə iddiaçı notariat orqanına müraciət edərək 11 iyun 2008-ci il tarixdə vəfat etmiş anası Raziyə Hacıyevadan qalmış miras əmlakdan ona çatası payı qəbul etmədiyini və qəbul etmək fikrində olmadığını və müddətin uzadılması iddiası ilə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirib. Ona görə də apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının, anası Raziy ə Hacıyevanın 11 iyun 2008-ci il tarixdə, atası Ələm Hacıyevin isə 22 oktyabr 2013-cü il tarixdə ölməsini bilməsi və ya bilməli olması mülki iş materialları ilə istisna olunmur. Belə olan halda iddiaçının mərhum atası Ələm Hacıyevdən miras qalmış əmlaka vərəsəliyin 22 oktyabr 2013-cü il tarixdən açılmasını bilməməsi və bundan xəbərsiz olması inandırıcı, ağlabatan görünmür. Digər tərəfdən, iddiaçı kassasiya şikayətində, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsini, cavabdehin həbsdə olduğu müddətdə onun adına etibarnamə verdiyini, miras əmlakın onun tərəfindən idarə olunduğunu, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu və sair göstərsə də, tələbinin əsası kimi isti nad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin s übut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli, 2(105)-2193/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6503/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6503/2021
30.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver